Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə9/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   5   6   7   8   9   10   11   12   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
TEXNİKİ ELMLƏR TECHNICAL SCIENCES
 
7

metodlarda elə kəmiyyət göstəricilərindən istifadə edilir ki (silahın etibarlılığı, hədəfi vurma 
ehtimalı və s.), onlar istehsalçı tərəfindən taktiki-texniki xüsusiyyət olaraq göstərilmir və bu 
kəmiyyətlərin müəyyənləşdirilməsi üçün uzunmüddətli tədqiqatın aparılması tələb olunur. Bundan 
başqa, silahların effektivlik əmsallarının hesablanması üçün təklif edilən metodlar, əsasən 
ekspertlərin rəy sorğusu və stend eksperimentlərinin keçirilməsi ilə əldə olunan göstəricilərə 
əsaslanır. Yeni silahların effektivlik əmsalının təyin olunması üçün belə rəy sorğuları və 
eksperimentlərin keçirilməsi xeyli vəsait və vaxtın ayrılmasını tələb edir. 
Tank əleyhinə vasitələrin effektivliyini şərtləndirən faktorlar 
 
Tank əleyhinə vasitələrin effektivlik əmsalı dedikdə, onun döyüşdə öz təyinatına uyğun olaraq 
yerinə yetirdiyi funksiyanın, yəni düşmənin zirehli texnikasına qarşı mübarizənin öhdəsindən nə 
dərəcədə gələ bilməsini xarakterizə edən kəmiyyət başa düşülür. Ümumiyyətlə, həm tank əleyhinə 
vasitələrin, həm də digər silah kateqoriyalarının effektivliyi anlayışı kifayət qədər nisbi anlayış olub 
müxtəlif silah ekspertlərinin rəyi ilə müəyyən edilir. Aydındır ki, effektivlik əmsalının qiyməti, ilk 
növbədə silahın taktiki-texniki xüsusiyyətlərinin onun döyüş sahəsində yerinə yetirdiyi ayrı-ayrı 
funksiyalara, başqa sözlə, döyüş xüsusiyyətlərinə təsiri ilə müəyyən edilməlidir [5, s.65]. Tank 
əleyhinə vasitə kateqoriyasını xarakterizə edən əsas taktiki-texniki xüsusiyyətləri onların döyüş 
xüsusiyyətlərinə təsir baxımından təhlil edək [6, s.92-95; 7, s.71-73]. 
Tank əleyhinə vasitələr yaxın və orta məsafəli döyüş silahları olub düşmənlə bilavasitə təmas 
vəziyyətindəki piyada və ya qoşunların təmas xəttinə yaxın tank əleyhinə bölmələr tərəfindən tətbiq 
edilir. Bundan başqa, onlar texnika üzərində, o cümlədən döyüş maşınlarında və vertolyotlarda 
quraşdırıla bilər. Digər silah kateqoriyalarında olduğu kimi, tank əleyhinə vasitələr üçün də əsas 
döyüş xüsusiyyətləri “atəş gücü”, “mobillik”, “yaşama davamlılığı” və “tətbiqilik” hesab olunur.
Mobillik
– döyüş fəaliyyətlərinin, xüsusilə də hücumun yüksək tempinin saxlanılması, qəfilliyə 
nail olunması, döyüş gücünün, o cümlədən tank əleyhinə vasitələrin qısa zamanda tank təhlükəli 
istiqamətlərdə cəmləşdirilməsi və döyüş sahəsində manevrin həyata keçirilməsi üçün vacib döyüş 
xüsusiyyətidir. 
At
əş
 gücü
– döyüş gücünün tərkib hissəsi kimi, tank əleyhinə atəşin həlledici məqamda və qısa 
zamanda tankın təhlükəli istiqamətlərdə cəmləşdirilməsini, düşmənin tank və digər zirehli 
texnikasının məhvini təmin edən xüsusiyyətdir. O, atəşin uzaqlığı və dəqiqliyi, düşmənin zirehli 
texnikasına təsir gücü (zirehdəlmə qabiliyyəti) və atəşlə manevr imkanları kimi xüsusiyyətləri özündə 
cəmləşdirir. 
Ya
ş
ama davaml
ı
l
ı
ğ
ı
– tank əleyhinə vasitələrin, o cümlədən onlardan istifadə edən şəxsi heyətin 
düşmənin zərərvurma vasitələrindən nə dərəcədə qorunmasını səciyyələndirən xüsusiyyətdir. 
T
ə
tbiqilik
– gecə və digər məhdudgörmə şəraitində, mürəkkəb fiziki-coğrafi və təbii-iqlim 
şərtlərində istifadə edilmə mümkünlüyünü, istənilən hava şəraitində və düşmən tərəfindən 
radiolokasiya və infraqırmızı maneələrin qoyulduğu hallarda effektiv tətbiqolunma imkanının 
mövcudluğunu göstərir. 
Tank əleyhinə vasitələrin digər xüsusiyyətlərinin (silahın etibarlılığı, öyrənilməsi və tətbiq 
edilməsinin asanlığı, təmir və bərpa olunmasının sadəliyi və s.) effektivliyə birbaşa deyil, yuxarıda 
göstərilən dörd əsas döyüş xüsusiyyəti vasitəsilə təsir göstərdiyini hesab edəcəyik. Buna görə də tank 
əleyhinə vasitələrin effektivliyini şərtləndirən taktiki-texniki xüsusiyyətlərin tədqiqi zamanı onların 
bu dörd döyüş xüsusiyyətinə təsirinin nəzərdən keçirilməsi ilə kifayətlənəcəyik.
Tank əleyhinə vasitənin döyüş effektivliyinin qiymətləndirilməsi zamanı aşağıdakı taktiki-
texniki xüsusiyyətlər əsas götürülə bilər:


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə