Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə14/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

idi.  Tarixən,  Mordva  tatarlarının  məskunlaşdığı  bu
yerin  adı  əvvəllər  “Çul  Kala”  olmuşdu.  Rusların
işğalından sonra buraya “yeni aşağı şəhər” anlamında
olan “Nijni-Novqorod” adı verilmişdi. İndinin özündə
də bu şəhərdə yaşayan türk soylu millətlər-tatarlar,
marilər,  çuvaşlar  əhalinin  böyük  hissəsini  təşkil
edirdilər.
İllər öncəsi könül verdiyi bu qədim şəhərə yenidən
qayıdışı zamanı olduqca həyəcanlı idi Eynar. Tatar
qızını  tezliklə  görə  biləcəyi  ümidilə  alışıb-yanırdı.
Amma bu görüşə qədər əvvəlcə şəhərin münasib bir
yerində  ev  kirayələdi.    Rahatlandıqdan  sonra  çox
götür-qoy  elədi;  görəsən,  onu  tapa  biləcəkmi?..
Taparsa, tatar sevgilisi onu necə qarşılayacaq?.. Bəlkə
heç dönüb üzünə də baxmayacaq?..   Görəsən, bu uzun
ayrılığın səbəbini ona necə izah etsin?.. Uzağı deyər
ki, bir cinayəti üzündən onu həbs etmişdilər, ona görə
də  geriyə  dönüşü  bu  qədər  uzun  sürdü!.. Təki  onu
gözləmiş olaydı!.. 
Gərgin  düşüncələri  onu  rahat  buraxmırdı.  Bu
şəhərə Milenadan ötrü gəlməsinə baxmayaraq, gözləri
də, ürəyi də araxada qalmışdı. İçində bir inamsızlıq
dolaşırdı.  Bura  nahaqdan  gəldiyini,  Moskvada
gördüyü qadının öz Milenası olduğu haqda düşünürdü.
Təbii  ki,  bu,  onun  son  təsəllisi  də  ola  bilərdi.  O
mənada ki, əgər burda-Nijnidə Milenanı tapa bilməsə,
Moskvada görüşdüyü qadının, həqiqətən öz sevgilisi
Milena olduğuna əminiyi artacaq və geriyə qayıdıb, o
qadını mütləq tapacaqdı.
Milenayla  yaşadığı  evə  getsə  də,  orda  yad
Zəka Vilayətoğlu
56


adamların məskunlaşdığını gördü. Milenanın atasıgilə
üz tutdu. Qəribədir, burda da yad adamlarla qarşılaşdı.
Qayınatasının  iki  il  öncə  arvadıyla  dabanbasaraq,
dünyasını dəyişdiyini, Milenanın da qızı Kristina ilə
birgə  həmişəlik  harasa  çıxıb  getdiklərini  öyrəndi.
Çarəsiz,  qəmgin  halda,  əvvəlcə  hara  gedəcəyini
müəyyənləşdirə  bilmədi.  Handan-hana  toxtamaq,
özünə gəlmək üçün Okanın Volqaya axıb töküldüyü
yerə səmt götürdü. Sanki tatar qızının yerini bu gözəl
çaylar deyəcəkdi ona. Çox inamlı və həyəcanlı idi. Bu
nəhəng  çaylar  onun  sevgisinin  ilk  şahidləri
olmuşdular. Çayların hövzəsinə nazik duman örtüyü
çəkilmişdi. Narın yağış çisələyirdi. İlahi bir gözəllik
vardı burda. Ürək gərək idi bu gözəlliyə tablasın!..
Çoxdan görmədiyi bu gözəlliklər onu heyran qoydu.
O  zaman  çox  gənc  idi  və  bu  gözəlliklərin  bütün
incəliklərini,  xırdalıqlarını  indiki  qədər  duya
bilmədiyini  düşünüb,  təəssüfləndi.  Deməli,  ilk
sevgisini  də  o  vaxtlar,  indiki  kimi  xırdalıqlarına,
incəliklərinə  qədər  duyaraq  yaşaya  və  gərəyincə
dəyərləndirə bilmədiyi üçün başına xoşagəlməz işlər
gəlmişdi!..
Volqa çayı geniş sinəsini açıb Okanı böyük sevgi,
mərhəmət hissiylə köksünə sıxır,  elə bu anında daha
da gözəl və əzəmətli görünürdü. Bir zaman sevgilisiy -
lə qol-qola dayanıb bu möhtəşəm qovuşmanı seyr et-
diyi yerdə ayaq saxladı, yağışda islanacağını unudub,
uzun zaman dayandı, sulara tamaşa etdi, köks ötürdü.
Yaşarmış gözlərini silməyi də unutdu. Handan-hana
bərk içmək keçdi könlündən. İçini dağlayan kədəri
Milena
57


şərabla ovutmaq istəyirdi. 
Onun burada olmadığı bu illər ərzində şəhər çox
dəyişmişdi. Burda məskunlaşan azərbaycanlıların da
sayı  ilbəil  artmışdı.  İndi  bu  şəhərdə  on  minlərlə
azərbaycanlı yaşayırdı. 
Şəhərdəki  dəyişkənlik  üzündən  çaşıb  qalmışdı.
Əvvəlcə haraya üz tutacağını dəqiqləşdirə bilmədi.
Sonra yadına düşdü ki, şəhərin cənubunda, Okadan
iki-üç kilometr aralıda bir azərbaycanlı restoranı var.
Burda yaşadığı illərdə, axşamlar tatar qızıyla  ora tez-
tez gedərdi. 
Restorana getmək üçün taksi saxladı. 
...Restoran  bom-boş  idi.  Bura,  axşama  yaxın
müştərilərlə  dolub-daşırdı.  Burdakı  sakitlik  lap
ürəyindən oldu. Bir tərəfdə əyləşib, ofisiant qadına
qırmızı, kəmturş moldav çaxırı sifariş etdi. Səhərdən
bəri heç nə yeməsə də aclıq hiss etmirdi və heç iştahası
da yox idi. Elə bu üzdən də ac qarına içdiyi şərab onu
tez məst etdi. Siqaret çəkən olmadığı halda birdən-birə
ürəyi siqaret istədi. Ofisiant qadını yanına çağırdı və
bir qutu qara “Kent” siqareti gətirməsini istədi.
Daha  bir  bakal  şərab  içdi.  Başı  əməlli-başlı
dumanlandı. Sonra siqaret yandırdı. Bütün duyğuları,
düşüncələri siqaretin nazik duman örtüyünə büründü,
sanki.  Qayğılı,  duyğulu  halda  gözlərini  dolandırıb
restoranın  künc-bucağında,  boş  stolların  ətrafında
gəzdirdi. Lap küncdəki stol ətrafında orta yaşlı kök bir
kişi  (görkəmindən  varlı-hallı  tatara  bənzəyirdi)
əyləşib,  yaxşı  qızardılmış  xərçənglə  araq  içirdi.
Boşqabda üst-üstə qalaqlanmış xərçəngləri, onların
Zəka Vilayətoğlu
58


iyrənc  ayaqlarını  görüncə  ürəyi  bulandı  və  tez
gözlərini yayındırdı. Qarşı tərəfdəki boş stola baxdı.
İnanmaq istəyirdi ki, bu stolun ətrafında lap az sonra
Milena  öz  rəfiqəsiylə  gəlib  əyləşəcək.  Bu  möcüzə
mütləq baş verəcək və bu dəfə o, qır-saqqız olub Mile-
nadan yapışacaq, bir daha onu əldən buraxmayacaq. 
Ofisiant qadın ona təkrarən yaxınlaşıb, gülərüzlə
soruşdu:
-Bir şey yeməyəcəksiniiiz?
Burnunu  bayaqdan  bəri  qıcıqlandıran  kabab
qoxusu və al şərab, deyəsən onu iştaha gətirmişdi. Bir
şişlik quzu kababı sifariş etdi. 
Şərabın  təsirindən  iç  dünyasını  bayaqdan  sıxan
gərginlik,  narahatlıq  birdən-birə  yumşalmış,  onun
bütün hiss və duyğularını rahat buraxmışdı. İçəridə,
küncdə qoyulmuş musiqi mərkəzindən səslənən lirik
və  gözəl  musiqi  də  onun  əhvalına  öz  xoş  təsirini
göstərmişdi.  Bir  neçə  gün  də  Nijnidə  qalıb  öz
Milenasını  arayıb-axtarmağı,  tapmasa  yenidən
Moskvaya qayıdacağı haqda düşünürdü. Hələlik iki
min dollardan bir qədər artıq pulu vardı. Qənaətcillik
etsə, hələ bir müddət baş girələyə bilərdi.
Oka sahilindəki ilk tanışlıqdan, cəmisi bir ay sonra
evlənmişdilər. Milenanın istəyinə rəğmən onun atası
evində qalmaq istəsə də, son anda fikrindən daşınmış,
Milenanı  özünün  kirayə  yaşadığı  evə  gətirmişdi.
Burda hər şey ürəklərincə idi. Dolanışıqları da pis de -
yildi.  İş  yerindən  aldığı  maaş  və  ara-sıra  çəkdiyi
rəsmlərdən  satıb  əldə  etdiyi  pullar,  onların  normal
yaşamaları  üçün  kifayət  idi.  Sonra  qızı  doğuldu.
Milena
59


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə