Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə15/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

Anasının adını vermək istədi qızına-Məhluqə. Amma
Milena  öz  arzusunu  ondan  qabaq  bildirdi  və  onun
qəlbinə dəyməmək üçün uşağın adını Kristina qoydu-
lar...
Hərdən bərk inamsızlayırdı. Düşünürdü, bəlkə bu
mənasız axtarışlara son verib, getsin bazara. İllər əvvəl
meyvə al-veriylə məşğul olduğu bazarda yenidən bu
işə girişsin, boş sevdalardan əl çəksin. Qalan ömrünü,
elə  birtəhər  buralarda  yaşayıb  başa  vursun. Amma
içindəki  rəssamlıq  eşqi  onu  ucalıqlara  səsləyir,
həvəsləndirirdi. Bu neçə ildə öz əsərlərindən ibarət bir
sərgisi olmasını çox arzulamışdı. Bakıda çəkdiklərini
dəyər-dəyməzinə kimə gəldi satmışdı. Heç olmasa,
yenidən  burda  məskunlaşaraq,  gözəl  əsərlər
yaradacağına  və  yaxın  zamanlarda  sərgi  təşkil
edəcəyinə hələ də ümidli idi. Bunun gerçəkləşməsi
üçün  onun,  təbii  ki,  rahat  bir  emalatxanası  və
qayğılardan  uzaq  bir  həyatı  olmalı  idi.  Sanki  yol
ayrıcında  qalmışdı.  Bu  yollardan  hansının  onu
xoşbəxtliyə  doğru  aparacağını  müəyyənləşdirə
bilmirdi. Bu dəm əhvalı, dadlı şərabın təsirindən xeyli
yaxşılaşmış, durulmuşdu. Amma hərdən hansı hissin
əliyləsə daş kimi atılaraq, bu duruluğu bulandıran bir
şübhə, bir qorxu vardı içində. Hər an hər şeyini itirə
biləcəyindən  və  sonda  içki  düşkünü,  səfil  olaraq,
küçələrdə, zibilliklərdə eşələnəcəyindən, kimsəsiz ölə
biləcə yin dən qorxurdu. İnanırdı ki, onu bu qara-qor -
xudan,  şübhələrdən  qurtara  biləcək  yeganə  adam
Milena və qızı Kristinadır.
Şərabı son damlasınacan içdi. Sonda alnını, stol
üstündə üst-üstə qoyduğu əllərinə dayadı. Bir qədər
Zəka Vilayətoğlu
60


beləcə  dayandı.  Könlündən  ağlamaq  keçdi.  Çox
dolmuşdu. Kişi olanda nə olar ki! Ürəyində göllənən
göz yaşlarına dözə bilmir, dəli bir selə dönüb içinin,
ürəyinin  hər  bənd-bərəsini  dağıtmağa  çalışan  göz
yaşlarını  sakit-sakit,  qısıq-qısıq,  damla-damla
gözlərindən axıtmaq istəyirdi. Bəlli ki, bu, həm yetim-
liyi,  kimsəsizliyi,  həm  də  talesizliyi  səbəbindən
doğulan  bir  hissin,  olsun  ki,  bir  az  da  şərabın
təsirindən  baş  verməkdəydi,  verdi  də  və  o,  sakitcə
ağlamağa  başladı.  Qismən  rahatlıq  tapınca,  başını
qaldırdı  və  kimsənin  ona  göz  qoyub-qoymadığını
bilmək istədi. Hər kəs öz işindəydi. Araq içib xərçəng
yeyən kök kişi də çıxıb getmişdi. O da qalxıb, hesabı
ödəyərək getmək istədi.
Sərxoş idi. Amma özünü heç də pis idarə etmirdi.
Yenidən  Okanın  sahillərinə  qayıtmaq  istəyirdi.
Bununçün taksi aradı. Gözlərinə qara rəngli Pradodan
və ondan bir az aralıda dayanmış dövlət nömrə nişanı
olmayan gümüşü rəngli Mersedesdən savayı heç nə
dəymədi. 
Pradonun  yanında  dayanmış  iki  nəfər  qızğın
mübahisə edirdi. Bir anlıq onlara diqqət kəsildi. Elə
bu an həmin iki nəfərdən biri digərinin ürəyinə uzun
tiyəli bıçağı necə sapladısa, o, bu qəfil, gözlənilməz
olaydan dəhşətə gələrək, yerində donub qaldı.
Bıçaqlanan adamı, murdar bir ət parçasıymış kimi
yerə atıb qaçaraq, Mersedesə əyləşən adam, maşını işə
salıb, aradan çıxdı. Bıçaqlanan adam isə qan içində ça-
balayaraq, sürünüb Pradonun qapısının aşağısındakı
ayaq  qoyulan  dəmirdən  yapışdı  və  ayağa  qalxmaq
istədi. Gördüklərindən bir an öncə donuq vəziyyətdə
Milena
61


qalan  Eynar  birdən  ayıldı  və  sürətlə,  bıçaqlanmış
adama tərəf atıldı. Maşının dəmirlərindən bərk-bərk
yapışıb  qalxmaq  istəyən  adamı,  təkrar  yerə
yıxılmaqdan  xilas  etmək  üçün  qolları  arasına  aldı.
Yaralı inildədi və azəri türkcəsində “Oy ana, ölürəm!..
Kömək  edin,  yalvarıram!..  Noolar,  qoymayın
ölüüüm!.. Xəstəxanaya, xəstə-xa-na-ya çat-dııı-rııın
məəəə-ni,  yalva-rıraaaam!..  Ölü-rəəəəəm!..”  deyib,
yalvarır, inildəyirdi. Bu doğma dili eşidəndə, vurulan
adamın azərbaycanlı olduğunu bilib lap kədərləndi.
Neyləyəcəyini  bilmədi.  Onu  hara,  necə  aparsın?!..
Bədbəxtlikdən,  maşın  da  sürə  bilmirdi  ki,  Pradonu
sürüb yaralını xəstəxanaya çatdırsın. Hələ də qolları
arasında çabalayan, inildiyən adamdan soruşdu:
-Kimsiniz?.. Sizi kim vurdu, niyə vurdu?
-Açar sol cii-biimdədir, çıxarın!.. Maşının açaaaa-
rıııı... Offf, sənin anaaanııı... Bıçaqlanmış adam kimisə
söyməyə başladı.
-Darıxmayın, mən indi köməyə adam çağıraram!-
Eynar  onu  ehmalca  sürüyüb  maşına  yerləşdirmək
istəsə də, bu cüssəli adama gücü çatmadı. Bir az da
sərxoşluğu üzündən gücsüzləşmişdi.
Adam inildəyərək, yenə nəsə demək istədi, amma
çox qan itirdiyindən gücü çatmadı və bir an keçmiş
başı sallandı, hərəkətsizlədi. Gözləri donuq-donuq ha-
rasa zilləndi.
Eynarın üst-başı qan içindəydi. Qolları arasında can
vermiş  bu  tanımadığı  adamın  meyitini,  axır  ki,
sürüyüb zorla maşına uzatdı. Diqqətlə onun hissiz,
açıq  gözlərinə  baxdı.  Öz  əksini  gördü.  Qorxdu,
vahimələndi. Birtəhər özünü ələ alıb, bayaqdan bəri
Zəka Vilayətoğlu
62


restorandan bircə nəfər işçinin bayıra çıxmamasına
heyrət  edərək,  içəri  qaçdı.  Restoran  işçilərini
hadisədən xəbərdar edib kömək istədi.
Öldürülmüş adamın maşınını görən kimi restoranın
administratoru heyrətlə içini çəkdi:
-Aaaa,  bu  ki,  reket  Şirəlinin  Cipidir!-meyiti
görəndən sonra isə yanılmadığını dərk etdi və astaca
əlavə etdi: -Bu da axırı!.. Gec-tez belə də olmalıydı!..
Bazarda  bundan  razılıq  edən  bir  millət  görmədim
(burda həmvətənlərimiz biri-birini “bi zimki”, “yer-
limiz,  həmvətənimiz”  yox,  sadəcə  “millət”  adlan -
dırırdılar). Hamını cana doyurmuşdu. Nə qədər yol
kəsmək, quldurluq etmək olardı, axı?.. Axırı belə də
olmalıydı!..  Kim  vurdu,  bildinizmi?-adam  şübhəli
nəzərlərini onun üzünə yönəltdi. Nə desin, necə desin-
çaşıb qalmışdı. Yaman yerdə axşamladığını düşünüb
sarsıldı.  Özünü  zorla  ələ  alıb  gördüklərini  söylədi.
Amma  bu  adam  ona  şübhəylə  elə  baxdı  ki,  bu
baxışlardan onun söylədiklərinə inanmadığı aşkarca
sezildi. O, əsl ağlamalı zamanının indi gəldiyini duyub
astadan inildədi. Şərabın süstlüyünü, məstliyini qorxu,
həyəcan əvəzlədi. Bir an içində tamam ayıldı. Qaçıb
aradan çıxmaq fikri keçdi beynindən. Amma, haqqdan
və ya nahaqdan öldürülmüş bir həmvətəninin meyitini
də  burda  atıb  getməyi  və  ya  qaçıb  aradan  çıxmağı
kişiliyinə, mənliyinə sığışdırmadı. Əgər bu restoran
işçisi ona şübhəylə yanaşırdısa, az sonra gələcək milis
işçiləri heç inanmayacaqdılar. Qoy inanmasınlar, Allah
ki, onun günahsız olduğuna ən böyük şahid idi! Bu,
sadəcə bir təsəlli idi; ürəyi şübhələrin əlində adi bir
oyuncağa çevrilmişdi. Əsl həngamənin bundan sonra
Milena
63


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə