var. Bezmişəm. Komandirlər, bizdən yaşlı əsgərlər
bizi çox incidirlər. Kimin ki, imkanı var rüşvət verib
oğullarını hərbidən ömürlük azad etdirib. Belə getsə,
biz orda çürüməli olacağıq.
-Darıxma, Armancan, altı ay birtəhər dözmüsən,
bundan sonrasını da Allah özü xeyirli eləsin! Onsuz
da dözməkdən başqa çarəmiz yoxdur!-Dinora oğlu
üçün çay-çörək hazırlaya-hazırlaya dilləndi.
-Atamdan nə xəbər?-Arman soruşdu.
-Bu gün zəng etmişdi. İki-üç günə gəlməlidir.
Rusiyada da qazanc yoxdur deyir. Var ee, amma deyir,
pul tikintidədir, o da çox ağırdır. Gərək çiynində əlli
kiloluq sement kisəsini dördüncü, beşinci mərtəbəyə
qaldırasan. Çarəmiz nədir, deyir, qaldırırıq, ondan
sonra da gecə səhərəcən bədənimizin hər yeri
gizildəyir... Yoxdur dəəə, Allah bu yeri xaraba qoyub,
xeyir-bərəkət çəkilib göyə. Burda dolanışığımız yaxşı
olsaydı, atanın Rusiyada nə işi vardı... O gün atamla
danışdım. Deyir: Tiflisdə də dolanışıq yaxşı deyil.
Adamlar yoxsulluqdan əziyyət çəkirlər. Noolsun,
deyir, düzlük, demokratiya, qanun-qayda var, amma
pul yoxdur. Bir də deyir, gürcü qonşumuz bir neçə gün
öncə Bakıya getmişdi. Qayıdanda heyrətdən gözləri
bərəlmişdi. Deyirmiş, guya Bakı gözəllikdə Pariji
ötüb. Hər yanda gözəl binalar tikilib, küçələr, parklar
salınıb. Şəhər, gecələr çil-çırağa qərq olur, baxanda
heyrətdən adamın ağzı açıla qalır, hələ musiqili
fəvvarələr!.. Adamlar da, deyir keflə yaşayırlar.
Hərənin də altında bir xarici maşın. Şəhərdə, deyir,
gözünə nadir hallarda sovet-rus maşını dəyər.
Azərbaycan, deyir elə sürətlə inkişaf edir ki, heç elə
bil Ermənistanla müharibə aparan ölkə bu deyil. Allah
istəyir də türkləri. İstəməsəydi o boyda təbii sərvətləri
Zəka Vilayətoğlu
146
verməzdi ki, Azərbaycana... Kül bizimkilərin ağlına,
anlamaq istəmirlər ki, Allahın istədiyi, sevdiyi bir
kəsə, bir ölkəyə pislik etmək, göyə daş atmaq kimi bir
şeydir... Kaş biz də türk doğulaydıq. Azərbaycan kimi
vətənimiz olaydı! - Dinora köks ötürdü. Türklər
dostluğa çox sadiqdirlər. Atamın, bilirsən nə qədər
türk dostları vardı?!.. Gürcüstanda türklər də çoxdur.
İndinin özündə atamla əlaqələri var. Görüşürlər, yeyib-
içirlər. Əslində onlar atamı bir gürcü zənn edirlər.
Erməniliyini bilsələr belə, inanmıram ki, dostluğa
dönük çıxsınlar.
Anası danışır, Arman acgözlüklə, iştaha ilə onun
süfrəyə düzdüyü yeməklərdən yeyir, özünə gəlirdi. Bu
altı ay ərzində hansı çətinliklərə, aclığa-susuzluğa
tabladığını yaxşı bilirdi. Çox şeyləri anasına açıb
deməyi kişiliyinə sığışdırmırdı. Yaxın keçmişdə baş
verən dəhşətli hadisə onu lap sarsıtmışdı. Hərbidə baş
verən dedovşina gənc əsgərləri cana doyurmuşdu.
Cana doyan bir əsgər iki əsgər yoldaşını güllələyib
öldürmüş, sonra bıçağını çıxararaq, öldürdüyü
əsgərlərin cinsiyyət orqanlarını dibindən üzərək,
onların qapanmış çənələrini, elə həmin bıçaqla ayırıb
öz ağızlarına soxmuşdu. Sonradan məlum olmuşdu ki,
həmin öldürülmüş əsgərlər, onları öldürən bu əsgəri
xəlvətdə zorlayıb alçaldıblarmış...
Arman da cana doymuşdu. Onu bu cür alçalt-
masalar da, tez-tez təhqir edir, döyür, incidir, bəzən
yeməyini də əlindən alıb yeyirdilər. Çoxdan əsir
götürülmüş və illərdir ki, işgəncələr içərisində
yaşatdıqları türk əsgərinin başına gətirilən müsibətlər
Armanın göz yaddaşında, şüurunda dərin yaralar
açmışdı. Özlüyündə qət etmişdi ki, onun mənsub
olduğu erməni xalqı vəhşidən də vəhşidir.
Milena
147
Türk əsgərini o ki var döyür, incidirdilər. Halsız,
taqətsiz düşüb bayılaraq, yerə sərilmiş zavallının üz-
gözünü murdarlayır, sonda buz kimi soyuq suyu
sifətinə çırpıb ayıldır, yenidən əzab verirdilər. So-
nuncu dəfə əzablara tablamayıb bayılan əsiri daha
ayıltmaq mümkün olmamışdı. O, ölmüşdü... Bu cür
acı bir aqibəti özünün də yaşaya biləcəyi ehtimalı
gecələr Armanın yuxusunu qaçırırdı. Hey bu haqda
düşünürdü, görəsən, bir gün əsir düşəsi olsa, türklər
də onun başına bu cür alçaq oyunları açardılarmı?..
Hərdən dəlicəsinə bir istək keçirdi könlündən-dağları,
dərələri aşıb könüllü halda türklərə təslim olmaq,
birdəfəlik ermənilərdən və ermənilikdən yaxa qurtar-
maq istəyi. Amma qorxurdu. Türklərə də inana
bilmirdi. Birdən türklər, onun güman etdiyi kimi hu-
manist, rəhmli olmadılar, onda necə olsun?.. Qəfil
bıçağı siyirib, qoyun başı kimi onun başını bədənindən
üzsələr?!.. Bunları düşündükcə dəhşətə gəlirdi.
... Bir həftə sonra anası Dinora Armanın çantasına
suda soyutma bişirilmiş bütöv bir hünduşka, bir neçə
tərtəzə kürə çörəyi, pendir, donuz salası, bir neçə kilo
kartof, bir litr meyvə arağı (əri həmişə cürbəcür
meyvələrdən özləri və istəkli qonaları üçün araq
hazırlayırdı)bir neçə qutu da siqaret qoydu.
Arman özü çəkən olmasa da, siqareti əsgər
yoldaşlarına, arağı da komandirə verəcəkdi.
Çörəkləri Dinora öz kürələrində təzəcə bişirmişdi.
Təzə çörəyin xoş ətri adamı lap uzaqdan vurur, məst
edirdi.
Oğlunu göz yaşları içərisində yola saldı Dinora.
Arman anasının yaşlı gözlərinə baxa-baxa özü də
kövrəldi və yola düzəldi. Gözdən itənəcən tez-tez
dönüb arxaya baxdı. Kənddən çıxıb aramla hərbi
Zəka Vilayətoğlu
148
hissələrinin yerləşdiyi uca dağlara doğru səmt
götürdü. Az keçmiş, dərələrdən qalxan qas-qatı duman
hər yanı bürüdü. Bir addım irəlini görmək mümkün
deyildi. Get-gedə irəliləmək çətinləşirdi. Çiynindəki
ağır çanta da anbaan ağırlaşır, Armanın arıq, cılız
bədənini heydən salırdı.
Çox çətinliklə bir kilometrə yaxın yol getdi. Du-
manda hara, hansı səmtə getdiyinin, artıq fərqində
deyildi. Gedirdi. Hara gedib çıxacaqdı, bir Allah
bilirdi. Onu aparan öz qismətiydi: xoşbəxtliyəmi, acı
bir ölümün görüşünəmi, düşmən üstünəmi-bilmirdi.
Bir bildiyi o idi ki, zirvəyə-dağların başına doğru
qalxır. Qatı dumanın çəkilməsini, seyrəlməsini arzu-
lasa da bu arzusu gerçəkləşənə oxşamırdı. Getdikcə
xoflanırdı. İçini bu qatı duman kimi bürüyən qara-
qorxunun, şübhələrin təsirindən ayaqları keyləşirdi.
Qorxulu düşüncələr biri-birini əvəzləyirdi: “Birdən
yolu azıb türklərin postuna gedib çıxsa,.. görəsən,
aqibəti necə olacaq o zaman?..”
Allaha ümidlə irəliləyirdi. Qəfildən yad dildə
“Tərpənmə!” sözünü eşitdi. Qorxu, vahimə içərisində
səs gələn tərəfə baxdı. Kimsəni görmədi. Səs bir də
eşidildi. O, dayandığı yerə mıxlanıb qaldı. Dumanı
yarıb çıxan avtomat lüləsini görüncə, qorxudan əsib-
titrəməyə başladı. Az sonra iki türk əsgəri onunla üz-
üzə dayandı. Biri o birinə “İt oğlu dumanda azana
oxşayır” - dedi. O biri əsgərsə: “Bilmək olmaz. Bunlar
yalquzaq kimi dumanda, çəndə hücuma keçirlər!”-
dedi.
Arman bir şey anlamadı və əllərini qaldırıb
yalvardı, aman dilədi. Nə demək istədiyini anlamayan
türk əsgərləri onun, sadəcə yalvardığını hiss etdilər və
yenə də onlardan biri “Yeri, orda anlaşarıq!”-deyərək,
Milena
149
avtomatın lüləsini Armanın kürəyinə dayadı. Arman
titrəyə-titrəyə göstərilən istiqamətdə irəlilədi. Bir
qədər sonra Azərbaycan hərbi qüvvələrinin yerləşdiyi
hissəyə gəlib çıxdılar.
Armanı komandirin hüzuruna gətirdilər. Sorğu-sual
başlandı. Tərcüməçi komandirin sorularını Armana
anlatdı: “Bizim tərəflərə gəlməkdə məqsədin nədir?..
Hardan, kimlər tərəfindən göndərilmisən?.. Düzünü
desən, səni incitməyəcəyik!..”.
Əsgərlərdən bir neçəsi Armana qanlı-qanlı baxırdı.
Bunu Arman özü də görürdü. Amma mərhəmət hissi,
yaranışdan üzlərinin ən gözəl ifadəsi olanlar da az
deyildi və elə komandirin özü də bu adamlardan idi.
Arman birtəhər özünü ələ alıb, qəfil ağlına gələnləri
komandirə söylədi: “Məni bura-sizin yanınıza ko-
mandirimiz Ovanes Marqaryan göndərdi... Bu
çantadakı ərzaq şeylərini də onun əmri ilə sizə
gətirmişəm. Bu gün komandirimizin ad günüdür...”
Tərcüməçi deyilənləri türk komandirinə anladınca
komandir, Armana çantasını açmaq üçün icazə verdi.
Arman həyəcanla, yenə də əlləri, barmaqları
titrəyə-titrəyə çantasını açıb, içərisindən əvvəlcə, hələ
tam soyumamış təzə, ətrili kürə çörəklərini, qəşəng
bişmiş bütöv hinduşkanı, bir litr meyvə arağını və
digər şeyləri bir-bir çıxarıb komandirin qarşısına
qoydu.
Komandir maraqla, təəccüblə Armana və çantadan
çıxardıqlarına baxıb istehzayla gülümsədi və soruşdu:
-Tutaq ki, söylədiklərin doğrudur,.. yaxşı, inandıq.
Komandiriniz bununla nə demək istəyir?
-O söylədi ki, biz dostluğun tərəfdarıyıq. Heç ol-
masa bircə günlük düşmənliyimizi unudaq, birlikdə
olmasa da, dağın o üzündə biz, bu üzündə də siz, bu
Zəka Vilayətoğlu
150
dostluğun şərəfinə yeyib-içək!-Armanın sürətlə
işləyən ağlı onu yenə də məəttəl qoymadı.
Komandir, zəhərli olub-olmayacağından öncə təzə
bişirilmiş və hələ də gözəl ətri, qoxusu üstündən
getməmiş çörəyə, müqəddəs nemətə baxdı. Bu
müqəddəs nemətin müqəddəsliyi qarşısında əriyib
mum tək yumşaldı. “Çörək Qurandan irəlidir” deyi-
mini xatırladı. Sanki qarşısındakı təkcə çörək deyil,
anası idi, vətəni, torpağı, eli-obası idi. Bu boyda
müqəddəslikdən sonra neyləyəcəyini, nə deyəcəyini
əvvəl-əvvəl kəsdirə bilmədi. Sonra arıq, cələfsiz, üz-
gözündən heç də əzazil, qaniçən bir erməni faşistinə,
erməni daşnağına bənzəməyən Armana baxdı.
Nəhayət, əsgərlərdən bir neçəsini yanına çağırıb,
Armanı gətirdikləri kimi də aparıb öz ermənilərinə
tərəf ötürmələrini, insanlıq, ədalət, mərhəmət hissləri
naminə barmaqlarının ucuyla olsun belə ona
toxunmamalarını tapşırdı.
Erməni hərbi qüvvələrinin yerləşdiyi hissəyə az
qalmış türk əsgərləri Armanı sərbəst buraxıb geriyə
qayıtdılar.
Arman bir qayanın başında oturub, sevincdən,
həyəcandan sinəsində duruş gətirməyən ürəyinin üstə
qoydu əlini. Sanki, ağlayan bir körpəni ovudurmuş
kimi ürəyini tumarlayıb, ovutmaq, sakitləşdirmək
istəyirdi. Ürəyi sinəsinə sığmırdı. Arman ağlayırdı.
Hıçqırıqlar, hönkürtülər də sakitləşdirmirdi onu.
Ürəyindəki sevinc yüz dərəcə istidə poqqurhapoqqur
qaynayan su, çaydanın qapağını atıb-tutduğu kimi,
onun ürəyini, bütün bədənini atıb-tuturdu.
Arman,
Türkün
böyüklüyünə,
rəhminə,
mərhəmətinə səcdə qılmaq, bu böyüklük, əzəmət
qarşısında dönə-dönə əyilmək, təzədən geriyə
Milena
151
qayıdaraq, onlara təslim olmaq, “mən də sizlərdənəm,
məni də türklüyə qəbul edin, mən nifrət edirəm
ermənilərə də, erməniliyə də!..” söyləmək istəyirdi.
Birdən anladı ki, ona verilən azadlıq, istirahət
müddətinin başa çatmasından dörd saat vaxt keçib. Bu
geçikmə heç şübhəsiz onunçün yaxşı nəticələn -
məyəcəkdi. Amma qorxusu çox çəkmədi. Uzaqbaşı bir
neçə günlük həbslə cəzalandıracaqdılar. Xoşbəxtlik
onda idi ki, ağlı vaxtında işləmiş, onun köməyinə
gəlmiş və o, türk əsirliyindən, ağlı, fərasəti, bir də
türkün mərhəməti hesabına qurtulmuşdu.
Ürəyi hələ də rahatlanmaq bilmirdi. İçində tüğyan
edən sevinci onu haldan-hala salır, get-gedə qorxunc
bir şeyə çevrilirdi...
...Çox çətinliklə də olsa özünü hərbi hissələrinə
çatdırdı və komandirin sorğularına cavab vermək,
başına gələnləri anlatmaq istərkən içində bir partlayış
hiss etdi. Bu partlayışın səsini yalnız özü eşitdi.
Həmən anda da tirtap yerə sərildi...
Sevincindən ürəyi partlamışdı...
Zəka Vilayətoğlu
152
İşıqlı yazılar
O illəri tutqun halda xatırlayıram, mənə elə gəlir
bunun əsas səbəbi aradan bunca illər keçməsində yox,
o illərin, günlərin özünün tutqun və dumanlı
olmasındadır. Bakıda bir məyusluq ab-havası
dolaşırdı, təkcə adamlar yox, ədəbiyyatı yaradanlar da
ədəbiyyatdan üz çevirmişdilər. Amma hər halda bu
tutqun günlərlə bağlı da işıqlı xatirələim var. «Ulduz»
jurnalı o tutqun günlərlə uyuşmayacaq tərzdə işıqlı
çıxırdı, rəsmləri, yeni müəllifləri və yeni yazıları ilə.
O cümlədən Ələkbər Salahzadə məni də çap eləyirdi
və ilk dəfə də Zəka Vilayətoğlunun adını ondan
eşitdim.
Yazılarını da oxudum, işıqlı, səmimi yazılardı,
bəzən bu yazılardakı işıq hətta məni heyrətləndirirdi
də. Müəllif kənddən gətirdiyi saflığı, təmizliyi
qoruyub saxlaya bilmişdi və bu onun yazılarında da
özünü biruzə verirdi. Mövzu bol idi, yazılarda güclü,
hələ yazıçının özünə ram edə bilmədiyi enerji aşıb
daşırdı və hardasa bu yazılar mənə doğma idi, vaxtı
ilə ilk gənclik illərimdə birnəfəsə yazdığım, üzərində
baş sındırmadığım, mənasına, üslubuna fikir vermə -
diyim yazıları mənə xatırladırdı.
Sonra özü ilə də tanış oldum. Yazılar müəlliflərinə
oxşayırlar. Mənim qənaətim belədir. Yazıları kimi
səmimi, saf, işıqlı idi. Maraqlı həmsöhbət idi, Bir
yerdə qərar tuta bilməsəm də, az qala hər yerdə
darıxsam da, onunla darıxmırdım. Yazıları qədər özü
də mənim üçün maraqlı idi.
Burdaca xatırladım ki, Zəka Vilyaətoğlu həm də
müğənnidir. Təbii, bu ona yazıları üzərində bütün
Milena
153
gücü, imkanı daxilində işləməyə imkan vermir. Vaxt
aparır, uzun müddətə yazıdan ayrılandan sonra
yenidən yazmaq vərdişini, alışqanlığını bərpa eləmək
asan olmur, diqqətini müxtəlif sahələrdə cəmləməli
olursan. Amma bunun yaxşı tərəfləri də var, ölkəni və
digər ölkələri gəzib dolaşır, saysız-hesabsız adamlarla
rastlaşır, müxtəlif vəziyyətlərə düşür və bunların heç
biri də yazıçı yaddaşında izsiz ötüşmür. Arxalarınca
sonradan canlandırılacaq, şifrələri çözüləcək izlər
buraxırlar.
Zəka Vilayətoğlunun ədəbiyyatdakı uğurları məncə
onun gözünü açıb əhatəsində kitabları görməsidir. O
dövrün əyalət uşaqları kimi o da oxumağa aludə olub,
ilk oxuduqları təsirsiz ötüşməyib, yaddaşında dərin
izlər buraxıb. Əyalət həyatının qaynarlığı, rastlaşdığı,
gördüyü bənzərsiz əyalət adamları, saf, bənzərsiz,
sadəlövh və duyğusal kənd həyatı, oxuduqları, sonra
gəzdikləri gördükləri, təxəyyülündə əks olunub başqa
mənzərələrdə, lövhələrdə üzə çıxıb. Onun işi də bu
lövhələri, mənzərələri çəkmək olub. Necə çəkib,
yaxşımı, pismi, düşünürəm bunu oxucular desələr
yaxşıdı, mənə qalarsa, bənzərsiz çəkib. Bir kimsəni
təkrarlamayıb. Qələmlər, fırçalar, kağızlar, kətanlar
eynidir, insanlar və istedadlar müxtəlifdir, amma bu
müxtəlif insanlar və istedadlar bəzən insanı
heyrətləndirəcək qədər bir-birlərini təkrarlayır, eyni
əsərlər qoyurlar ortalığa. Bu mənada Zəka Vilayətoğlu
istisnadır. Yazıçı üçün də bu əsas şərtdir. Kimisə
təkrarlamamaq, özünü yazmaq, öz sözünü yazmaq.
O, özünü yazır, öz sözünü yazır.
Nə onun yazıçılığını, nə də müğənniliyini önə
çəkmək istəyirəm, nə də hansınasa daha çox önəm
vermək niyətindəyəm, heç Zəka da qənaətimcə bunları
Zəka Vilayətoğlu
154
ayırmaq, hansınısa seçmək və dəyərləndirmək niyə -
tindən uzaqdır.
Sadəcə sənəti ona gəzmək şansı verib.
Az qala dünyanını yarısını əhatə eləyən keçmiş
imperiyanı gəzir, dolaşır, toylarlda, şənliklərdə iştirak
eləyir. Sonda bütün dünyanı dolaşıb öz tütün kisəsini
axtaran, amma heç yerdə tapa bilməyən və nəhayət
yorulandan sonra geri qayıdıb tütün kisəsini öz
komasının kandarında tapan matros kimi geri qayıdır.
Öz vətəninə, öz evinə. Mahnılarla yoldaşlıq elədiyi,
səfərə çıxdığı, birlikdə olduğu günlərin yerini yazılarla
yoldaşlıq elədiyi günlər tutur.
Zəka Vilayətoğlu tutqun və qaşqabaqlı, səması
qurğuşun rəngində olan, üfüqlərində həmişə qətran
qoxuyan şam, küknar meşələri ilğımlanan Rusiyanı
gəzib dolaşır, mahnıları soyuq, seyrək otlu, sarı
torpaqlı rus çöllərinə səpələnir. Onu hər yerdə dinləyir,
eşidir, ona qulaq asırlar.
Yazılarıyla da günlərin birində elə o cür səfərə
çıxacaq. Mahnıları ilə qazandığı uğuru yazıları idə də
qazanacaq. Mən buna əminəm. Yazıları ilə tanışlığım
mənə belə deməyə əsas verir.
Yuxarıda xatırlatdım, Zəkanın yazılarını «Ulduz»
da çap olunandan üzübəri oxumuşam, sonra kitablarını
da oxudum, yeni yazıları ilə də tanış oldum, bu kimi
yeni, səmimi yazıları və müəllifləri kəşf eləyəndə
sözün əsl mənasında o yazıların özü kimi işığa
bürünən dostum Nərimanla bu yazıları bir xeyli
müzakirə də elədik.
Bu kitaba toplanan povest və hekayələr Zəkanın
yaradıcılığında uğur hesab eləmək olar, bu yazılar
artıq bütün axtarışları, tərəddüdləri geridə qoymuş
hadisələri inamla və arxayın idarə eləyə bilən yazıçı
Milena
155
qələminin məhsuludur.
“Milena” povestinin qəhrəmanı rəssamdır.
Körpəliyindən istedadlı uşaq olduğu hiss olunur, ağac
parçalarından adam, müxtəlif mətbəx əşyaları, gəmi
düzəldir, kağız üzərində cürbəcür şəkillər, rəsmlər
çəkir. Əsgəriliyini Rusiyada çəkir və Milena adlı tatar
qızı ilə evlənib orda da qalır. Lakin günlərin birində
kənddən məktub alır, məktubda babasının artıq
öldüyünü və nənəsinin də ölüm ayağında olduğunu
yazırlar. Bu məktubla da onun bütün həyatı dəyişir.
Geri qayıdır, vətəndə evlənir, amma bu evlilik
uğursuz olur, yenidən Rusiyaya üz tutur. Milenanın
xatirəsi ona rahatlıq vermir, beləcə bir rəssamın, ilk
sevgisini unuda bilməyən insanın qürbət yolçuluğu,
qürbət hayatı başlayır…
Digər povestlər də, bu kitaba toplanmış heka -
yələrinin də həm maraqlı süjet baxımından, həm də
səmimi, təbii yazı üslubuna görə oxucular üçün maraq
doğuracağına şübhə eləmirəm.
Zəka yazılarında daima narahatdır, özünü axtarır,
özünün reallıqda müğənni kimi getdiyi yolları,
təxəyyülündə müğənni kimi, rəsam kimi, yazıçı kimi
gedir, reallıqda yaşadığı həyatı iş adamı kimi, qürbət
həyatı yaşayan həmyerliləri kimi yaşayır. Sonra
yaşadıqlarını, duyduqlarını, hiss elədiklərini,
gördüklərini, bildiklərini təxəyyülün süzgəcindən
keçirib kağızlara köçürür. Əsl yaradıcılıq əzabı
başlayır.
Bəzən mənə elə gəlir Zəka ən gözəl yazılarını
müğənniliyə son qoyandan sonra yazacaq. Bəs qədər
vaxtı olacaq. Diqqəti başqa yerlərdə qalmayacaq.
İstedadını bütünlüklə yazı üzərində cəmləşdirə
biləcək.
Zəka Vilayətoğlu
156
Bəzənsə düşünürəm, müğənniliyə son qoyarsa,
yazıçılığa da son qoyacaq.
Bir mahnı oxumadığı günlər bir cümlə də yazma -
yacaq.
İnsan həyatı qəribədir. Yazıçı həyatı isə başdan-
başa qəribəliklərlə doludur. Yazmaq üçün ona stimul
verən oxumağı, müğənniliyidir, oxumağı üçün, bir
müğənni kimi ölkəni və ölkənin sərhədlərindən
kənarda kənd-kənd, şəhər-şəhər dolaşmağa məcbur
eləyən də yazıçılığıdır.
Bunların biri olmadan onu təsəvvür eləmək
çətindir. Yenicə tərcümə elədiyim «Mən öldürürəm»
romanının müəllifi, italyan yazıçısı Giergio Faletti də
məşhur müğənni olub və elə ilk yazdığı bu romanıyla
da dünya şöhrəti qazanıb. Əslində onun belə gözəl
roman yazmasının səbəbi musiqini duya bilməsi kimi,
yazını da duya bilməsi olub.
Zəka da musiqini duya bildiyi kimi, yazını da duya
bilir.
Zəkanın da bir yazıçı kimi şöhrətinin ölkə sər -
hədlərinin hüdudlarını aşacağına əminəm.
Aslan Quliyev,
yazıçı.
Milena
157
Kitabın içindəkilər
Povestlər
Milena ............................................................... 5
Bağışlayın, cənab... ......................................... 69
Həkayələr
Külqabı ......................................................... 107
Skripkaçı ....................................................... 128
Armanın ölümü ............................................. 144
İşıqlı yazılar .................................................. 153
158
Nəşriyyatın direktoru:
Əlirza SAYILOV
“Milena”
Бакы, “Араз” няшриййаты – 2013
Kompüter tərtibatçısı:
Murad Hacıbabayev
Йыьылмаьа верилмишдир: 13.07.2013
Чапа имзаланмышдыр: 30.08.2013
Каьыз форматы: 60х84 1/16
Шярти чап вяряги: 11
Учот няшр вяряги: 10
Сифариш: 37
Сайы: 500
Qiyməti 5 AZN
“Араз” няшриййатынын мятбяясиндя
чап олунмушдур
Бакы, Мятбуат
проспекти
Тел: 432-34-82
НЯшриййАòЫ
АрАз”
Dostları ilə paylaş: |