Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə13/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

-Belə  olsaydı,  məndən  belə  tez  ayrılmaq  istə -
məzdin.
-Bilirsən, mən heç vaxt təsadüflərə inanmırdım.
Səni  gördüyüm  anın  şokundan  hələ  də  qurtara
bilmirəm. 
-Nə şok?
-Qəribədir, çox qəribə. Sənin də adın Milenadır,
onun da. İkiniz də yarı alma kimi... İlahi, insan da in-
sana bu qədər bənzərmi?
-Sən 
kimin 
haqqında 
danışırsan?-qadın
qısqanclıqla soruşdu.
-Gəl bu haqda danışmayaq... 
-Mənim şəklimi özümə verəcəksən?-qadın soruşdu.
-Əlbəttə. O, məndən sənə hədiyyədir, - Eynar dedi.
-Həmişə  belə  şeyləri  kinolarda  görmüşəm.  Çox
arzulayardım,  kaş  mənim  də  bir  rəssam  sevgilim
olaydı, çoxlu şəkillərimi çəkəydi.
Eynarı  öskürək  tutdu.  Çox  öskürdü.  Rahatlanıb
ətrafına baxanda Milenanı görmədi. Anası dayanmışdı
başı üstündə. Əlində moruq mürəbbəsi qarışdırılmış
çay  vardı:  “İç,  tərlə,  moruq  mürəbbəsi  min  dərdin
dərmanıdır!”  Həmişə  nənəsi  deyərdi  bu  sözləri  və
uşaqlıqda  o,  zökəm  olunca  qırmızı  moruğun
mürəbbəsi dadına yetərdi.
Sonra anası da yoxa çıxdı. O, ayıldı və hiss etdi ki,
bədəni  buz  kimi  tərin  içərisindədi.  Xeyli  güm -
rahlaşmışdı. Titətmə, qızdırma keçib getmişdi. Normal
həyata qayıtdığını düşünərək, qalxıb hamama girdi.
Duş  qəbul  etmək  istədi.  Duşdan  yüksək  təzyiqlə
tökülən isti su şırnağının altında dayanıb böyük həzzlə
yuyunmağa başladı...
Zəka Vilayətoğlu
52


Oteldə  qaldığı,  artıq  on  bir  gün  idi.  Xəstəliyi
üzündən  burda  daha  bir  gün  də  gecələməli  oldu.
Çəkməyə başladığı rəsmin hələ bundan sonra iki günə
tamamlanacağını düşünüb, vaxtı iki gün də uzatdı. İş
tamama  yetəndə  Milenaya  zəng  etmək,  onunla
görüşmək qərarına gəldi. Hər yanı axtardı, eşələdi,
amma onun telefon nömrəsi yazılmış parçasını heç cür
tapa bilmədi. Kağızı stolun üstünü silib-təmizləyən
otel xidmətçisi zir-zibilə qatıb atmışdı.
Dilxor halda yumruğunu stola çırpdı: “Gətirmir,
mənimki gətirmir!” dedi. Pəncərəyə sarı getdi. Açıb
bayıra baxdı. Bayırın təmiz havasını ciyərlərinə çəkib,
köks  ötürdü.  Təzədən  geri  döndü.  Çəkdiyi  rəsmə
diqqətlə baxdı. Burda hər şeyin diri, canlı alındığına
şübhə yox idi. Onun Milenası daha canlı idi. Əlində
əlacı  olsaydı,  özü  nəfəs  verər,  köksünə  sıxar,
qoxlayardı onu.
Milenanı  tezliklə  tapacağına  olan  ümidini  hələ
itirmədi. Həmin restorana getmək qərarına gəldi. Ola
bilməzdi ki, o, yenidən o restorana gəlməsin. Getdi və
hətta bir gün axşamacan restoranda, onun ətrafında
oldu,  gəzib-dolaşdı,  gələnə-gedənə  göz  qoydu.
Çəkdiyi  rəsmi  də  özüylə  götürmüşdü.  Təəssüf  ki,
Milenanı görə bilmədi. Milenanın özündən daha çox
görmək  istədiyi  isə  həmin  xal  idi.  O  xal  hər  şeyin
doğruluğunu  tam  təsdiqləyəcəkdi.  Bir    neçə  gün
öncəki  təsadüfi  görüşləri  zamanı  Milenanın  sağ
gözünün qapağına diqqətlə baxmadığı üçün özünü,
yaddaşını suçlayırdı. O xalın olub-olmadığını görmüş
olsaydı, bunca üzülməzdi.
Milena
53


Sonuncu  gün  də  tamam  olmaqdaydı.  Dəmir  yol
vağzalına  yola  düşmək  üçün  yır-yığış  eləmişdi.
Çəkdiyi rəsmi, böyük minnətdarlıq hissi ilə “Boulinq”
otelinin rəhbərliyinə bağışladı.
Onu  otelə  gətirən  taksi  sürücüsünə-Mixailə
gündüzdən xəbərdarlıq etmişdi. Bu adam ürəyinə çox
yatmışdı.  Heç  vaxt  əlaqəni  kəsməməyə,  nə  vaxt
Moskvaya güzarı düşsə, mütləq onunla görüşəcəyinə
qərar vermişdi.
Axşama  yaxın  Mixail  gəldi.  Köhnə  dostmuşlar
kimi, çox mehriban görüşdülər. Sonra otelin qeydiyyat
şöbəsindəki qadına yaxınlaşıb pasportunu götürdü və
məmnunluq hissi ilə sağollaşıb taksiyə əyləşdi. Axşam
saat  doqquza  on  dəqiqə  işləmiş  Moskva-Nijni-
Novqorod qatarı yola düşürdü. Həyəcanlı və kədərli
idi. Milenanın arxasınca Nijniyə getdiyi halda, ürəyi
burdakı-Moskvadakı Milenanın yanında qalmışdı...
Yolun yarısında yadına düşdü ki, otelə borcu qalıb.
Bu üç gündə şəhərlərarası telefonla Bakıda yaşayan
bir  yaxın  dostuyla  uzun-uzadı  danışmış,  başına
gələnləri ürək ağrısıyla ona söyləmişdi. Hər şeydən
danışmasına,  söz  salmasına  baxmayaraq,  harda
olduğunu  doğru-dürüst  bildirməmişdi.  Bu  danışıq
üçün, qəribədir, oteldən çıxıb gedərkən ondan heç nə
tələb  etməmişdilər. Amma  yaxşı  bilirdi  ki,  özünün
yadından çıxdığı kimi, bu, otel işçilərinin də yadından
çıxıb. Vicdan əzabı çəkməyə başladı. Taksi şəhərin
mərkəzinə doğru irəlilədikcə, onun əzabları daha da
artırdı. İçindən bir səs deyirdi: “Qayıt, qayıt borcunu
ödə. Yoxsa ömrün boyu əzab çəkəcəksən. Onsuz da
Zəka Vilayətoğlu
54


oteldə  gec-tez  bu  işdən  xəbər  tutub  arxanca  səni
söyəcəklər. Bir gün sənin kimi bir yurddaşın bu otelə
pənah gətirsə, ona xoş üz göstərməyəcəklər. Bu ol-
masa belə ömür boyu Azərbaycan adına da, bu ölkənin
vətəndaşlarına da sənin simanda nifrət edəcəklər!.. Nə
qədər gec deyil, qayıt! Çox olsa, əlli dollar olar bor-
cun!..  Çox  da  ki,  onlara,  canından  artıq  sevdiyin
əsərini  bağışlamısan.  Səni  bir  fırıldaqçı  zənn  edib,
əsərinə də nifrət edəcək, zibilliyə atacaqlar!..”
-Saxla, Mişa!-qəfil dilləndi.
-Niyə?.. Nə oldu?
-Geriyə qayıtmalıyıq-otelə!
-Nə üçün?
-Bir şeyi unutmuşam!
-Qatara gecikəcəyik!
-Eybi yox... Geciksək, sabah axşam gedərəm!
-Hımmm!-Mixail  taksini  yenidən  otel  istiqamə -
tində sürdü.
Otelə daxil olan kimi qəbul şöbəsindəki qadının
üzü güldü və sevincək dedi:
-Aaa, nə yaxşı qayıtdınız!.. Lap unutmuşduq, sizin
telefon danışıqlarından qırx iki dollar borcunuz qalıb!
-Elədir! Məni üzrlü hesab edin, elə bununçün yarı
yoldan qayıtmışam. Buyurun!-qırx iki dollarlıq bor-
cunu ödəyib taksiyə tələsdi. 
Mixail maşını çox sürətlə idarə etməsinə baxma-
yaraq, qatara gecikdilər. Qatar, cəmisi yeddi dəqiqə
əvvəl  tərpənmişdi.  O,  üzgün  halda  yenidən  otelə
qayıtdı...
...Nijni-Novqorod Rusiyanın qədim şəhərlərindən
Milena
55


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə