Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə10/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

bir  az  da  irəli  gedərək,  təkrar  gülümsədi,  ona  göz
vurdu və əlindəki şərab dolu fujeri yuxarı qaldıraraq,
onun  eşidə  biləcəyi  bir  səslə  rus  dilində  “sizin
şərəfinizə”  söylədi.  Bundan  sonra  əsla  şübhə  yeri
qalmadı.  Bu  qadın  onu  tanıyırdı.  Başqa  cür  ola  da
bilməzdi. Onlar nə vaxtsa görüşmüşdülər. Bəlkə bir
gecə, bəlkə adi günlərdən birində, bəlkə qatarda, av-
tobusda görüşüb, tanış olmuş, birlikdə xoş anlar, saat-
lar yaşamışdılar. Həqiqətə qalanda onun həyatında bir
neçə qadın olmuşdu-təbii ki, Nijnidə yaşadığı illərdə
və Milenayla evləndiyi günəcən. O qadınlar da elə
orda  onun  həyatına  bir  günlük,  beş  günlük  daxil
olmuş, bir gün də qəfil gəldikləri kimi, qəfil də çıxıb
getmiş,  heç  çoxunun  adı  da  qalmamışdı  yadında.
Milenayla evləndikdən sonra isə bütünlüklə sənətinə
və qızına, ailəsinə ayırmışdı diqqətini. Görünür, həmin
qadınlardan idi bu qadın da. Amma bura Nijni yox,
Moskva idi... Bir yana baxanda da, nə olar Moskva
olanda,  görünür,  onun  kimi  bu  qadın  da  köçüb
gəlmişdi Moskvaya. Nə isə bu, çox-çox düşündürürdü
onu. Digər tərəfdən də bu qadın onun həyatında olmuş
təsadüfi qadınların heç birinə bənzəmirdi...
Qadının  xoş  münasibətinə  qarşılıq  olaraq,  o  da
şərab dolu fujerini yuxarı qaldırıb “sizin şərəfinizə”
dedi. Qadın bu dəfə məhəbbətlə dolu iki gözünü də
yumdu və gülümsəyərək, üz-üzə əyləşdiyi qadına nəsə
dedi. Həmin qadın o an geri qanrılıb Eynara baxdı və
o da ehtiramla gülümsəyərək, başını astaca yırğaladı.
Bu  xoş  münasibətdən  ürəkləndi,  yerindən  qalxıb
qadına  sarı  atılmaq,  onun  boynuna  sarılmaq  keçdi
Zəka Vilayətoğlu
40


könlündən,  amma  uşaqlıq  etməyin  yeri  olmadığını
düşünüb,  səbrini  basdı.  Qadına  baxaraq  ehtirasla,
sevgiylə,  həyəcanla  gülümsəməklə  kifayətləndi  və
birdən beynində ildırım çaxdı, sanki. Qaranlığa qərq
olmuş düşüncələri, yaddaşı birdən-birə hərəkətə gəldi,
onu sanki bir anda aydınlığa çıxardı. Özündən asılı ol-
madan dedi: “Milena!..” Bu dəm sanki ağzından çıxan
bu  söz,  bu  ad  yox,  bu  adın,  bu  adın  daşıyıcısının
eşqiylə, həsrətiylə çırpınan ürəyi idi, özünü qadının
üstə atdı. Qadın öz adını eşidincə, heyrət, təəccüb dolu
baxışlarını ona yönəltdi və təsdiqlədi:
-Da, ya Milena... Oooo, vı znayete menya?..
-Milena!-təkrar səsləndi.
-Ooo, kaşmar!.. Vı otkuda znayete menya?-qadın
yerindən qalxıb sərxoş addımlarla ona yaxınlaşdı və
şərabın  təsirindən  xumarlanan  gözlərini  Eynarın
gözlərinə zillədi:
-Mı znakomı?!
-Milena, eto ya-Eynar!.. Ne znayeş menya?
-Kto?..  Eynar?..  Eynar,  Eynar,..  Qadın  bir  an
düşündü, bu adda tanışı, dostu olub-olmadığını yadına
salmaq  istədi.  Yadına  sala  bilmədi.  Sonda
gülümsəyərək dedi:
-Oçen rada. Esli mı znakomı, starıy druqom, toqda,
idite, snami sadites, vmesto vıypim!..
Gözləmədiyi  təklif  ürəyindən  oldu  və  qalxıb
qadınların stoluna yaxınlaşdı. Sonra ofisiantı çağırıb,
yemək-içməyini onların stoluna yığmasını tapşırdı.
Birlikdə  oturub  içməyə,  deyib-gülməyə  başladılar.
Qadına lap yaxından oğrun-oğrun tamaşa etdi, onun,
Milena
41


həqiqətən  tatar  qızı  Milena  olub-olmadığını
yəqinləşdirməyə çalışdı. Qadının onu tanımadığından
sarsılmışdı.  Amma,  dünya  dağıla,  bu  qadın  onun
Milenası  idi.  Axı  bu  boyda  da  təsadüf  olmazdı;
qadının adı da Milena idi, özü də onun Milenasına
çox-çox oxşayırdı. Görünür, illər həqiqətən qəddar,
amansız idi; Milenaya onu əbədilik unutdurmuşdu.
Bəlkə də bu qadın özü, etibarsızlığına görə bilərəkdən
onu xatırlamaq istəmirdi. Hər necəydisə, axır bu görüş
onun çox ürəyincə idi.
Qadınlar rəfiqə idilər. Həqiqətən, həmin qadının adı
Milena idi. Dolğun qadının yaşı otuzdan yuxarı olardı,
bəlkə də köklük onu yaşlı göstərirdi. Milenanın isə
yaşı  iyirmi  beşdən  çox  olmazdı.  Onlar  bura  iki-üç
gündənbir  gəlir,  yeyib-içir,  əylənirdilər.  Hər  ikisi
həkim idi. Kök qadın oftolmoloq-göz həkimi, Milena
isə  pediatr-uşaq  həkimi  idi.  Bunu  onların  səliqə-
səhmanından da duymaq olurdu. Ümumiyyətlə, hər
sənətin,  peşənin  insan  həyatına  öz  təsiri  olur. Yəni
hərəsinin özünəxas işığı olur. Bu işığın zəifi, kölgədə,
qaranlıqda əsir olanı, sanki qaranlıqdan qorxurmuş
kimi  tir-tir  titrəyəni  də  olur,  o  qaranlığı  qətiyyətlə
boğanı da. Bu qadınların da üzlərində, davranışlarında
öz  sənətlərinin  güclü,  parlaq  işığı  özünü
göstərməkdəydi.  Onların  bütün  davranışlarında,
münasibətlərində, danışıqlarında yüksək mədəniyyət
aşkar sezilirdi. 
Eynar  çox  götür-qoydan  sonra  ürəyini  didən
şübhələrdən  qurtarmaq  üçün  özünü  inandırmağa
çalışırdı ki, bu qadın onun Milenası deyil. Bununla
Zəka Vilayətoğlu
42


belə  onu  özüylə  gecələdiyi  “Boulinq”  otelinə
aparacağına və gecəni onunla birgə xoş keçirəcəyinə
də ümidli idi. Qadının onunla gedəcəyinə çox inanırdı.
Birgə  yeyib-içmələri,  ara-sıra  qalxıb,  qucaqlaşaraq
rəqs etmələri də buna ümidləndirirdi. Qadınlar onun
rəssam olduqlarını bilincə daha da bayıldılar. 
Restorandan çıxanda hər üçü sərxoş idi. Milena tez-
tez ona sarı əyilir, çiyinlərini onun sinəsinə söykəyib,
başını arxaya atır, dodaqlarını tumurcuqlayıb Eynara
sarı  uzadırdı.  Eynar  onun  çiyinlərindən  ehmallıqla
tutur, bu tumurcuq dodaqları ehtirasla öpürdü. Arada
bu  öpüş  bir  qədər  uzun  çəkdi.  Onlar  biri-birindən
ayrılanda kök qadını yanlarında görmədilər. Qadın on-
lara  mane  olacağını  düşünüb  yaxınlıqdakı  taksiyə
əyləşərək, çıxıb getmişdi. Onların intizarına son qoy-
maq üçün Milenanın cib telefonuna zəng etməyi də
unutmamış və onlara xoş istirahət arzulamışdı. Onun
bu xəbərsiz gedişi Eynarı çox sevindirsə də Milena,
elə bil, şərabın təsirindən birdən-birə ayıldı və dedi:
-Evə getməliyəm!
-Mənimlə getmək istəmirsiniz?
-Gecdir. Biz başqa vaxt görüşəcəyik!..
-Axı...
-Dedim  ki,  get-mə-li-yəm!-Milenanın  sifəti,
birdən-birə bozardı və o, inad göstərdi. Eynarın qolları
boşaldı, halı dəyişdi, kədərləndi. Ümidlərinin alt-üst
olduğunu duyunca yerindən tərpənməyə heyi qalmadı.
-İncidiniz?-qadın mülayimləşdi, təzədən gülümsədi
və yenə də həmin qaydada çiyinlərini onun sinəsinə
söykəyib,başını arxaya, bir az da yana çevirib, ətli
Milena
43


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə