Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə17/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

O,  sakitləşmişdi;  qıvrılmır,  çabalamır,  inildəmirdi.
Arxası üstə sərilib hərəkətsiz qalmışdı. Narın yağış
damlaları solmuş yanaqlarını, gözlərini döyəcləyirdi.
Damlalar, sanki bu yanaqlara, gözlərə çökmüş kədəri
yuyub təmizləməyə çalışır, get-gedə daha sürətlə və
daha  çox  yağmağa  başlayırdı.  Okanın  sularıyla
üzüaşağı  Volqaya  səmt  götürən  nəhəng  qayıq  isə
Volqanın  geniş  sinəsinə  çıxınca  cənuba  doğru
istiqamətlənirdi...
Zəka Vilayətoğlu
68


BAĞIŞLAYIN, CƏNAB...
Təyyarə  gecə  saat  üçdə  Perm    şəhərinin  hava
limanında yerə enəndə sərnişinlərin alqış sədaları sa-
lonu  başına  götürdü:  bu,  sağ-salamat  mənzilbaşına
çatdığımıza  görə idi.
Bayırda bərk şaxta vardı. Küçələri örtmüş nazik qar
qatı donub buzlamışdı. Təyyarədən enəndə gecənin
şaxtası məni əməlli-başlı üşütdü. Təxminən üç saat
əvvəl Bakının mülayim havasına uyğunlaşmış cismim
bu şaxtalı Ural havası ilə “dil tapanacan” üşütməli,
titrətməli oldum. Buna baxmayaraq, ciyərlərimə dolan
təmiz havadan xeyli məmnun idim. İçəridə gözləyən
olmasaydı,  hələ  bir  müddət  bayırda  dayanıb
sinədolusu  nəfəs  almaq  istəyirdim,  ancaq  hava
limanınıda məni qarşılamağa kiminsə gələcəyini və
bayaqdan  bəri  gözlədiyini  xatırlayıb,  qeydiyyatdan
keçmək üçün tələsdim. Həmin adam, şübhəsiz ki, gecə
saat birdən burda gözləyirdi. Təyyarəmiz, əslində, saat
birdə burda olmalıydı. Texniki nasazlıq üzündən düz
iki saat gecikmişdi. 
Qeydiyyatdan keçəndən sonra məni qarşılamağa
gələcək adamı axtarmağa başladım. Həmin adamın
kimliyini  bilmirdim.  Əslində,  özü  məni  axtarıb
tapmalı idi. Elə bu düşüncəylə bayırda öz qonaqlarını
gözləyən adamlara yaxınlaşanda onların sırasından,
başında isti, qara tüklü qış papağı olan, qara bığlı bir
kişi məni tanıyırmış kimi, zəndlə üzümə baxdı, doğma
dilimizdə adımı soruşdu. Mən o dəqiqə həmin adama
əl elədim:
- Burdayam!
-Məni Şahlar göndərib! – Kişi dilləndi.
Milena
69


Sonra  mənə  yaxınlaşdı,  çamadanımı  alıb  çox
nəzakətlə  məni  öz  arxasınca  apardı.  Az  keçmiş
bayırdakı minik maşınlarının cərgəsindəki  təzə, yerli
markalı  maşına  əyləşdik.  Kişi  əllərinə  hovxurub,
sükan arxasında yerini rahatlaya-rahatlaya dilləndi:
-Düz saat birin yarısından burdayam. Gözləməkdən
lap üzüldüm. Handan-hana bildirdilər ki, təyyarə üç
saat gecikir.
-Buralara qar, deyəsən, təzəlikcə yağıb!.. – Maraqla
pəncərədən ətrafa baxdım. 
-Hə, dörd-beş gün olar. İndən sonra buraların qışı
başladı.  Yəqin  Bakıda  hələ  yaz  havasıdı!  -  Onun
səsində açıq-aşkar həsrət duyuldu..
-Elədi, - dedim.-  Hələ qışın nəfəsi duyulmur.
-Qurban  olduğum  Bakı,  Bakıdı  dəəə!  –  Kişinin
gözləri,  yol  çəkdi.  -  Gün-güzəranım  xoş  keçsəydi,
əlimə ala-babat dolanışıq imkanı düşsəydi, Allaha and
içirəm, bir gün də bu xarabada qalmazdım. Neynim,
Allah kasıblığın üzünü qara eləsin!
-Yollar buz bağlamayıb ki? - Maşın tərpənib hava
limanından çıxhaçıxda soruşdum.
-Yox, əşşi. Burdakı buza, şaxtaya baxmayın, gediş-
gəliş  olduğundan  yollardakı  qarın  buzlamağa  heyi
qalmır.  Buzlasa  da,  qorxulu  deyil,  biz  bu  yolların
buzuna da, qar-yağışına da yaxşı bələdik! - Sürücü
məğrurcasına dilləndi.
-Uzaq gedəcəyik? – Yola baxa-baxa maraqlandım.
-İki yüz əlli kilometr o yana, - Kişi arxayın səslə
dilləndi.
-Necəəəə?! - Təəccübümü gizlədə bilmədim.
-Bilmirdiniz?..  –  O  da  təəccübləndi.  -  Sizə
deməmişdilər?..
-Yox. Mən elə bilirdim ki, Şahlar Permin özündə
Zəka Vilayətoğlu
70


yaşayır! - dedim. - Barı, yollar rahatdırmı?
-Çox rahatdır. Uzağı, üç saata sizi ora çatdıracam...
Yorğun deyilsiniz ki?-Sürücü soruşdu.
-Bir az yuxusuzam, - bildirdim.
-Arxayın  yatın,  mən  öyrəncəliyəm,  -  sürücü
maqnitofonu işə salıb, bir neçə müğənnimizin seçmə
mahnılarından ibarət diski ora yerləşdirdi. Az keçmiş
bayağı  mahnılar  salona  yayıldı.  Vətəndə  olanda
dinləmək  istəmədiyim,  amma  dayanacaqlarda,
yarmarkalarda, vağzallarda, əksər sərnişindaşıyan av-
tobuslarda  eşitmək  məcburiyyətində  qaldığım
mahnılar  bu  yad  diyarda,  uzaq,  qarlı  yollarla
irəlilədikcə,  mənə  xoş,  doğma  təsir  bağışlayırdı;  o
mahnıları dinləyə-dinləyə düşünürdüm: doğrudan da
bu dünyada hər kəsin, hər şeyin öz vaxtı və öz yeri var.
-Siz  də  Permdə  yaşayırsınız?  –  Sürücüdən
soruşdum.
-Bəli... Permdə yaşayıram deyəndə ki... – O müna-
sib  sözlər  axtardı.  -   Yoox,  əslində,  mən  də  yerim
Şahlargil  yaşayan  şəhərdə  yaşayıran.  Balaca  bir
şəhərdi. Permdə   “Meşəçilər şəhəri” kimi tanınır...
Mən  orda,  demək  olar  ki,  çox  az  oluram.  Günüm-
güzəranım yollarda keçdiyindən o şəhərdə çox az olu-
ram.
-Bizimkilərdən orda yaşayanlar çoxdurmu? – Onu
əməlli-başlı söhbətə tutmuşdum.
-Çoxdumu deyəndə ki... – Sürücü bir az duruxub
fikrində nəyisə hesabladı. -  cəmi yeddi-səkkiz yüz,
bəlkə də minə yaxın ailə olar. 
Bayaqdan məni maraqlandıran sualı da verdim:
-Şahlarla qohumsunuz?  
-Yoox, - Başını buladı. -  Elə-belə aralıdan salam-
əleykimiz var. Hərdənbir də xeyir-şərdə görüşürük. 
Milena
71


-Sağlığınıza  qismət,  pis  maşın  deyil,  -  Kişinin
avtomobilinə işarəylə dedim. - Deyəsən, burda yerli
maşınlara daha çox üstünlük verirlər!
-Hə, - Başını tərpədib razılaşdı. -  iki aydı almışam,
özü də kreditlə. Üç illik sığortası da var. Buralara bu
cür maşınlar əl verir. “Mersedes”, nə bilim “BMV”
buralıq  deyil.  Xüsusilə  yaşadığımız  şəhərdə  xarici
maşın saxlamaq ağılsızlıqdı, ona görə ki, bu torpağın
hər yanı duz və nəmişlikdi, maşını tez çürüdür. Bir də
ki, avtomat karobkalı maşınları ilin çox aylarını qar-
buz olan bu yollarda sürmək çətindi. Bunlar da bir
yana,  Rusiya  özü  avtomobil  istehsal  etdiyindən,
maşınlarının daha yaxşı satılması üçün, bir ara xarici
avtomobillərin  ölkəyə  idxalına  qadağa  qoymuşdu.
Bəlkə  də  buralarda  xarici  maşınların  azlığı  bu
səbəbdəndi... Qadasını alım bunun, maşın budu ey, at
yerinə  də  minirəm,  eşşək  yerinə  də.  Bircə  dəfə  də
üzümə  ağ  olmur.  Yanacağı  qənaətlə  yandırır,
mexanizmləri, detalları da ki, ucuz və sərfəli. Allaha
şükür,  bala-bala  çörəyimizi  çıxarır,  kasıbçılığımızı
eləyirik!.. Düz on iki ildi taksi sürürəm. Eeeh! Nələr
görməmişəm bu yollarda! Başıma olmazın macəralar
gəlib, amma yenə də öz peşəmdən əl çəkməmişəm.
Qurban olum Allaha, bir çoxları kimi yol kəsmirəm,
quldurluq  eləmirəm,  qumarbazlığım  yox,  içkiyə
aludəçiliyim  yox.  Düşəndə  əlli  qram  içəm,  ya
içməyəm.  Bu  maşın  məndə  beşinci  maşındı. Allah
verib  rus  hökumətinə:  sığorta  şirkətləri,  -  adamın
Allahı  var,  -  maşınına  bir  şey  olan  kimi,  adamı
incitmədən  bütün  xərclərini  ödəyirlər.  İndiyəcən
aldığım  maşınların  hamısını  üçillik  sığortayla
almışam. Mən də az aşın duzu deyiləm, aaa... Əvvəlki
dörd maşınımın dördünü də tez-tez ora-bura vurub,
Zəka Vilayətoğlu
72


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə