Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə16/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

başlayacağını  düşündükcə  bədəni  gərilir,  tarıma
çəkilirdi. Kimi inandıracaqdı ki, bu işdə onun əli yox-
dur! Ən azı üst-başı qan içində, özü də sərxoş idi. İlk
anda hər hansı bir cinayətin törədilməsində, ən azı
şübhəli  şəxs  kimi  saxlanması  üçün  kifayət  qədər
əsaslar, dəlilər var idi... Düşündüyü kimi də oldu...
Milis əməkdaşlarının gəlişindən sonra vəziyyət daha
da  gərginləşdi.  Sorğu-sualsız,  onu  qatil  kimi  həbs
etdilər.  Şəhərə  müvəqqəti  qeydiyyatının  olmaması
şübhələri bir az da artırmışdı... İki aylıq sorğu-sualdan,
çək-çevirdən  sonra  günahsız  olduğu  aşkarlandı  və
azadlığa buraxıldı. Azadlığa buraxılanda isə heç nəyi
qalmamışdı.  Pullarını  kimsə  cibindən  götürmüşdü.
Fotoaparatı, noutbuku da,.. yoxa çıxmışdı. Hara və
necə  gedəcəyini  bilmirdi.  Şəhərin  küçələrində
boynuburuq qalmışdı. Üz tutub, yol pulu istəyəcəyi
bir kimsəsi də yox idi. Birdən yadına Qəssab Mehralı
düşdü.  On  beş  il  əvvəl  şəhərin  mərkəzi  bazarında
qəssablıq edirdi. O vaxtlar yaxınlıqları vardı. Elə bu
ümidlə  də  mərkəzi  bazara  üz  tutdu.  Xoşbəxtlikdən
bazar elə də uzaq deyildi. Piyada, cəmisi beş dəqiqəyə
çatmaq mümkün idi. 
Qəssab Mehralını tapa bilmədi. Onun işlədiyi sal-
laqxanada  tanımadığı  başqa  adamlar  işləyirdilər.
Ümidi tamam üzüldü. Qəssab Mehralı burda olsaydı,
onu pulsuz qoymaz, xərclik verər, lap bilet alıb Bakıya
da yola salardı.
Bazarda dedilər ki, Qəssab Mehralı iki il əvvəl bu
şəhərdən çıxıb gedib Kazana. 
Bazarda bir qədər gəzib dolaşdı. Həmyerlilərinin
arasında  tanış  bir  sima  arasa  da  belə  birisinə
Zəka Vilayətoğlu
64


rastlamadı. Hiss etdi ki, adamlar da ona yaxşı baxmır,
onu  adi  bir  səfil,  əyyaş  zənn  edirlər.  Hətta  bir
həmyerlisi  onu  bir  tatar  və  ya  bir  rus  əyyaşı  zənn
edərək, kürəyindən dürtmələyərək,  rusca   söydü və
yoldan çəkilib, rədd olmasını istədi.  Çox sarsıldı, nəsə
demək istəsə də, susdu və tezliklə burdan uzaqlaşmağa
qərar verdi. Bazardan çıxınca əsgərlik dostunu, bir
vaxtlar onu bu şəhərə gətirən tatarı xatırladı. Sevindi.
Əslində Nijniyə təkrar qayıdışında dostuyla da bu gün-
sabah  görüşmək  istəyi  vardı.  Başına  gələnlər
olmasaydı, bəlkə də dostunun ona çox köməyi dəyə
bilərdi. İndi də gec deyildi. Onda dostunun yardımına
bir o qədər ehtiyacı olmasa da, indi bu ehtiyac onun
başından aşırdı. İnanırdı ki, dostu onu bu çətin durum-
dan, mütləq çıxaracaq. Amma düşünəndə ki, dostunun
yaşadığı yer burdan çox uzaqdır, daha da məyus oldu.
Burdan oracan iyirmi kilometrlik bir məsafə vardı.
Ora getmək üçünsə bir neçə transport dəyişməli idi.
Bununçünsə ən azı üç-beş manat pulu olmalıydı. Lap
sonrası  da,  Allah  bilir,  gedib  o  tatar  dostunu  tapa
biləcəkdimi!..  Nə  bilsin,  bəlkə  dostu  da  Qəssab
Mehralı kimi harasa çıxıb getmişdi!..
Sir-sifəti tamam dəyişmiş, saç-saqqalı əməlli-başlı
uzanmışdı.  Sözün  əsl  mənasında  səfilə  oxşayırdı.
Ağlamaq istəmirdi, amma gözlərində yaş gilələnirdi.
Bu  yaş,  kövrəklikdən  yox,  içini  didib-parçalayan
qəzəbdən,  hikkədən  doğulmuşdu.  Kimə,  nəyə
qəzəbləndiyini  özü  də  yaxşı  bilmirdi.  Gözlərindən
süzülən  yaş  saqqalının  cod  tükləri  arasında  itir,
görünməz  olurdu.  Ağır-ağır,  yorğun-yorğun  irəli -
ləyirdi. Arıqlamış, ovurdları batmışdı. Həyatında necə
Milena
65


böyük  bir  səhvə  yol  verdiyini  düşündükcə,  bədəni
titrəyirdi. İndi ən böyük arzusu  bir az pul əldə edib
qatara bilet almaq, burdan da harasa birdəfəlik çıxıb
getmək  idi. Amma  bilmirdi  hara  gedəcəyini...  Son
düşüncəsi  yenə  də  Moskva  və  orda  görüb,  öz
Milenasına  bənzətdiyi  qadınla  ilgili  oldu.  Yenidən
Moskvaya qayıtmağın, “Boulinq” kimi bir oteldə bir
neçə gün məskunlaşmağın özü indi onunçün olduqca
müşkül bir işə çevrilmişdi... Kimə ağız açsın, kimdən
pul  istəsin?..  Bəlkə  küçə-bazar  tinlərində  dayanıb
dilənçilik etsin, axı burda kimdir onu tanıyan?!.. Yox,
bundansa  ölüm  yaxşıdır!..    Heç  olmasa,  fırçası
yanında  olsaydı,  bəlkə  də  yoldan  ötənlərin  şəklini
əlüstü çəkməklə beş-on manat pul qazana bilərdi!.. 
Çox düşünüb-daşındıqdan sonra yenə də çayların
qovuşduğu yerə getməyə qərar verdi. Bu yad şəhərdə
onlardan gözəl həmdəm, sirdaş yox idi onunçün. Bu
çaylar çox doğma idi ona. Sadəlövhcəsinə düşünürdü
ki,  bəlkə  onun  kimi  o  tatar  qızı  da  hərdən  çaylar
qovuşan yerə gəlir, ilk sevgisini xatırlayır, çıxır gedir...
Elə  bu  ümidlə  də  çay  qovşağına  doğru  irəliləməyə
qərar verdi. Amma indi dayandığı yerdən ora xeyli yol
gedəcəyini düşünəndə kədərləndi. Burdan oracan iki
kilometrdən çox məsafə vardı. Ac, yorğun, kədərli və
pulsuz  adam  üçün  bu  məsafə  olduqca  böyük  idi.
Amma içindəki sevgi ona güc verdi. Ümidini itirmədi.
Yollarda  dincələ-dincələ,  nəhayət  gəlib  Okanın
sahilinə  yetişdi. Yenə  narın-narın  yağış  çisələyirdi.
Çayın hövzəsinə sərilmiş nazik duman örtüyü həmişə
olduğu kimi yenə də göz oxşayırdı. Bu gözəlliyi bir
daha  seyr  edərək,  öz-özünə  astadan  pıçıldadı:
Zəka Vilayətoğlu
66


“Gözəldir, çox gözəldir!.. O isə yenə də yoxdur!..”
Tatar qızını düşünərək, iliklərinə qədər sarsıldı...
Körpüyə qalxmadı. Otu-çiçəyi, artıq saralıb-sol-
maqda  olan  bir  sinəyə-Okanın  düz  sahilinə  doğru
yeridi.  Münasib  bir  yer  tapıb  oturdu.  Çayın
yuxarısından nazik duman qatını yarıb Volqaya doğru
aramla üzüb gələn nəhəng gəmini, lal axan suları seyr
etməyə  başladı.  Qəfildən  köksündə  baş  qaldıran
ağrılardan  özünü  itirdi.  Ömründə  bu  cür  ağrı  hiss
etməmişdi. Ürəyi şiddətlə döyünür, başı gicəllənirdi.
Nə baş verdiyini anlaya bilmirdi. Birdən-birə ağlına
gələn “infarkt” oldu. Elə bil ürəyində dəli şimşəklər
çaxır, bütün arzularını, istəklərini, fərəhini, sevincini
vurub parçalayır, yandırıb külə döndərirdi. 
Əlləri  köksünə  bərk-bərk  sıxılmış  halda  yerə
çökdü,  ağrıdan  iki  qatlandı.  Diyirlənib  suya
düşməmək üçün, sürünüb nisbətən dinc yerə çıxdı və
qıvrılıb inildədi. Aşağıda isə Oka boyunca üzüb gələn
nəhəng gəmi körpünün altdan keçib  Volqanın geniş
sinəsinə doğru üzürdü. O, şiddətli ağrılar içində çaba -
lasa  da  Milenanı  düşünür,  arzu  edirdi.  Canıyla
əlləşdiyi,  ağrılarla  çarpışdığı  halda  Milenanın
gözlərini  gördü.  Bu  həmin  Milenanın-Moskvada
gördüyü  Milenanın  gözləri  idi.  O,  fürsəti  əldən
vermədən, diqqətlə onun sağ gözünün qapağındakı
xırda qara xala baxırdı. Bu xalı görüncə, qışqırmaq
istədi. Səsi çıxmadı. Zorla pıçıldadı: “Odur-Milenadır!
Sağ gözünün qapağı üstündəki xaldan tanıdım!.. Odur,
mənim Milenamdır!..” 
Ağrılar  çox  amansız  idi.  O  qədər  amansız  ki,
ürəyini param-parça etdikdən sonra ondan əl çəkdilər.
Milena
67


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə