dodaqlarını onun dodaqlarına sarı tumurcuqladı... Bu,
Eynarın könlünü almaq üçün idi. Sonra ayrılıb
çantasından bir parça kağız və qələm çıxararaq, öz
telefon nömrəsini yazdı. Kağızı Eynara uzadıb dedi:
-Nə vaxt istəsəniz bu nömrəyə zəng edərsiniz!..
Gecəniz xeyrə qalsın!-qadın Eynardan hər hansı bir
münasibət gözləmədən yaxınlıqdakı taksiyə tərəf
getdi. Eynar hərəkətə gəlib onun arxasınca qaçdı və
nəsə demək istəyənəcən, taksi tərpəndi. O, kağızı
əlində tutaraq, donuq-donuq taksinin arxasınca baxıb,
köks ötürdü və yenidən: “Odur, mənim Milenamdır!
O, tanıdı məni, amma tanımaq istəmədi. Bu qədər isti
münasibətdən, dadlı öpüşlərdən sonra o, bilərəkdən
belə etdi ki, mən ərş evinəcən yanıb-yaxılım..! Odur,
mənim Milenamdır..! Offf!..” Bəxtinin heç
gətirməməsi üzündən çox üzüldü. Sonda öz-özünə,
“bəxtim olsaydı, vaxtsız yetim qalmazdım ki!..” deyib,
yorğun, ağır addımlarla növbəti taksiyə yan aldı və
sürücüdən, onu gecələdiyi otelə aparacaq elektrik
qatarına çatdırmasını istədi...
Gecəni səhərəcən, demək olar, yatmadı. Arada
cəmi bir neçə saniyəlik gözləri yuxuya qapananda da
gördükləri onu çox məyus etdi. Yuxuda baş verənlər
elə kosmik sürətlə baş verdi ki, yerindən dik atılıb
gözlərini açanda aramsız çırpınan ürəyini sakitləş -
dirməyə, “qorxma, bu, adi bir yuxu imiş” deməklə
təskinlik tapmağa çalışdı.
Doğrudan qəribədir: yuxuda baş verənlər, həyatda
baş verəsi olsaydı, bununçün ən azı bir neçə saat vaxt
gərəkərdi. Amma bircə anlıq göz qapanması və həmən
Zəka Vilayətoğlu
44
anda da pəncərədən eybəcər bir qadının, div, cin-
şeytan oxşarı qəfil görsənməsi, ardınca da iri, hal
döşlərini açıb, sallaması, sonra o döşlərin uzun, qara
gilələri ucundan çıxan uzun tüklərin uzun-uzun uza-
naraq, möhkəm bir ip kimi Eynarın boğazına
sarınması, onu hikkəylə boğub-boğub qaraltmağa
çalışması və həmin qadının həmin pəncərədən baxıb
şaqqanaq çəkərək gülməsi-hər halda həyatda bunlar
an məsələsi deyildi.
Döş giləsindən uzanan o iyrənc tük yuxuda mütləq
boğacaqdı onu, əgər əl-qolu bağlı olsaydı və ağlı
işləməsəydi. Elə bil kimsə istədi onu və o, ani olaraq,
ətrafına baxdı və gözünə sataşan qayçını götürüb
həmin tükü kəsdi. Buna bəndmiş kimi, bayaqdan
tarıma çəkilmiş tükdən asılı qalmış qadın bir anda
pəncərədən aşıb getdi. Hətta onun tappıltıyla yerə necə
dəyməsini də eşitdi. Hətta gördü ki, qadın, qəribədir,
bu zərbədən heç bir zədə, xəsarət almadan və heç nə
olmayıbmış kimi yerindən qalxıb qaçmağa başladı.
Arxasında isə qapqara səsini buraxıb getdi: “Elə
bilirsən, uzaqlarda xoşbəxt olacaqsaaan?!..”
Yatağında oturub, birtəhər özünü ələ aldı. Ona elə
gəldi ki, az öncə boğazına hörümçək toru kimi
sarınmış həmin iyrənc tükdən hələ də bir çəngə
boğazına sarınmış halda qalıb. Qara-qorxu içində əlini
boğazına atıb, dartışdırmağa başladı, əlinə bir şey
dəymədiyini duyunca, əl atıb baş ucundakı gecə
fənərini yandırdı. Doğrudan-doğruya vahimələnmişdi.
Qalxıb da güzgüdə, qorxmuş sifətinə baxmağa ehtiyat
edirdi. Pəncərəyə baxdı. Bir anlıq, elə zənn etdi ki,
Milena
45
yuxuda gördüyü kimi, pəncərəylə üz-üzə yatıb. Baxdı,
pəncərəni görmədi. Yadına düşdü ki, pəncərə yanda-
sağ tərəfindədir. Vahimə içərisində pəncərəyə baxdı.
Yoox, özündə deyildi. Əməlli-başlı xoflanmışdı. Bəlkə
təklikdən idi, bəlkə qəriblik üzündən və ya bəlkə də,
həqiqətən, Bakıda onu atıb kəndə üz tutmuş qıllı, tüklü
arvadının nəfsi üzündən baş verirdi bunlar!.. Axı,
dünyamı dağılardı, bu iyrənc yuxu əvəzinə Milenalı
bir yuxu qonaq gələydi onun sirli, müəmmalı
röyasına!.. Və elə Milenanı düşününcə, bütün
vahiməsi, səksəkəsi çəkilib getdi. Yerindən qalxıb,
çoxdan soyumuş çaydandan stəkana su tökdü və
birnəfəsə içdi. Sonra pəncərəyə yaxınlaşdı. Ehtiyatla
açıb, üçüncü mərtəbədən aşağıya baxdı. Sanki qadının
tappıltıyla yerə necə dəydiyinin təzədən şahidi olmaq
istəyirdi.
Aşağıda hər yan nur içində idi. Səhərəcən otelin
bağ-bağçası, həyət-bacası bu cür işıqlı olurdu. Çinara
oxşayan, amma çinar olmayan və adını bilmədiyi
əzəmətli bir ağac yerdən boy ataraq, düz onun
pəncərəsi önünə qədər qalxmış, ucalmışdı. Narın yağış
yağırdı və ağacın yarpaqlarıyla, sanki nə haqdsa
pıçıldaşırdılar. Bu pıçıltılardan, möhtəşəm gözəllik -
lərdən duyğulandı, təsirləndi və pəncərəni bağlamadan
geri dönüb otağın işığını yandırdı. Rəssam avadan -
lıqlarını çemodanından çıxarıb səliqə-səhmanla stolun
üstə yığdı. Hələ şərabın təsirindən tam ayılmamışdı və
gördükləri, yaşadıqları, duyduqları da bir yandan məst
edirdi onu. Beynində, gözlərində ulduz kimi sayrışan
gözəl rənglər içində Milena çox füsunkar görsənirdi.
Zəka Vilayətoğlu
46
Hə, Milena... Dünən gördüyü Milena... Onun
Milenası... O idi, əlbəttə onunku, onun Milenası idi...
Başqa yolla Milenanın könlünü ala bilməyəcəyini,
yalnız, işləyəcəyi, çəkəcəyi bir rəsmlə barışığa nail
olacağını düşünə-düşünə kətan üzərində yağlı boya ilə
düşündüklərini, gördüklərini, təsəvvür etdiklərini
çəkməyə başladı. Heç bir çətinlik yox idi, hər şey
rəvan gedirdi. Ən əsası Milenanın əksi həmişəlik onun
göz yaddaşına həkk olub qalmışdı və indi, Milena
qarşısında dayanıbmış kimi hiss edirdi özünü. İşinin
uğurla, müvəffəqiyyətlə sonuclanacağına tam əmin
idi. Bu işi tamamlamaq isə bir günə, iki günə mümkün
deyildi. Azı üç günə hazır edəcəyinə inanırdı.
Bununçün üç gün oteldən bayıra çıxmamalı, işləməli,
Milenayla belə tezliklə görüşmək həvəsini boğmalı,
hər cür istəklərinə-çəkməyə başladığı bu rəsmdən
savayı,-biganə qalmalı idi. İçində, bunula yanaşı bir
şübhə də vardı: bəlkə sabah o, Milenanın heç yadına
da düşməyəcək. Milena ayıldığında restoranda baş
verənləri, sonrakı tumurcuq öpüşləri-bir sözlə hər şeyi
unutmuş olacaq-ona öz telefon nömrəsini verdiyini
də... Ya bəlkə o da səhəri dirigözlü açacaq və onun
zəngini intizarla göləyəcəkdi. Ondan səs çıxmadığını
görüncə, bəlkə də o gecə onunla birgə getmədiyinə,
gecələmədiyinə peşiman olacaqdı... Hə, elə ona görə
də aradan üç gün keçsə yaxşıdır. Bu halda hər ikisi
yenidən həsrətlə biri-birinə sarılardılar... Hər halda
sadəlövhcəsinə belə düşünürdü.
İşi üç günə tamamlamaq mümkün olmadı.
Zökəmlədi. Taqətsizlədi. Bədəninin zəiflədiyini hiss
Milena
47
Dostları ilə paylaş: |