Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

Şahlar  boynunu  büküb  çarəsiz  halda  qəhərdən
boğulurdu.  Ağlamırdı  ki,  qardaşının  son  ümidi
üzülməsin!.. Başınızı çox ağrıtdım, yatın, dincəlin,
Allah qoysa, sabahdan Şahlar özü sizin xidmətinizdə
duracaq, əziyyətinizi, gərəyincə çəkəcək! 
Qadın, gərgin söhbətdən sonra, əhvalımı xoş etmək
üçün gülümsədi, mənə ayrılmış otağı göstərdi. Birdən
də dönüb dilləndi:
-Sizi  televizorda  ilk  dəfə  görəndə  uşaq  kimi
sevinirdik. Elə bil, öz doğmamızı görürdük!.. Amma
son vaxtlar niyəsə televizorda az-az görünürsünüz!..
Hə,  bir  də  o  mahnını  çox  gözəl  oxumusunuz  -
“Sarıtel”i deyirəm. Burda hamının telefonunda var.
Ürəyim gedir o mahnıya qulaq asanda. Allah özünüzü
də, səsinizi də var eləsin, çox gözəl oxumusunuz!..
Sabah  həmin  mahnını  oxuyarsınız,  Allah  qoysa!..
Gecəniz xeyrə qalsın!
Ev sahivəsi otaqdan çıxmaq istəyəndə suyuşirin,
bəstəboy, dolğun yanaqlı  cavan bir oğlan gülə-gülə
qapıdan girdi. Çoxdan tanışıqmış kimi, birbaşa üstümə
gəldi, salam verib boynuma sarıldı:
-Xoş  gəlmisiniz  bizim  bu  diyara,  -  dedi.  -
Sorağınızı çoxdan almışdım. İnanın, sizin gəlişinizi ən
çox intizarla gözləyən mən idim. 
-Düz deyir, bütün günü məni sorğu-suala tutur, nə
vaxt gələcəyinizlə maraqlanırdı, - Dilarə bacı həvəslə
bildirdi, tez də həmin adama işarə ilə dedi.  - Böyük
qardaşım  Əşrəfdi.  İnanın  Allaha,  sizi  o  qədər  çox
istəyir ki! Elə bir gün olmaz ki, maşınında, cib telefo-
nunda sizin mahnılarınıza qulaq asmasın.
-Bu gün gələcəyinizi bilirdim. Tərslikdən işim o
qədər çox oldu ki, zorla başa çatdırıb özümü sizə ye-
tirdim... Bacılı, qonağımız yemək-zad yeyib? - Əşrəf
Milena
89


bacısına tərəf döndü.
-Narahat olmayın, yemək yemişəm, - dedim. 
Dilarə  xanım  da,    mənə  və  qardaşına  baxıb
gülümsədi.
-Bəlkə  sizi  gecə  gəzintisinə  aparım!  -  Əşrəf
dilləndi. 
Bir anlıq sussam da təklif ürəyimcə oldu. Çünki
haçandan  bəri  otaqda  olduğumdan  darıxmışdım.
Dilarə bacının da kədərli söhbətləri məni lap sıxmışdı.
-Nə deyirsiniz, gedək? – Əşrəf bir də soruşdu.
-Məsləhət sizinkidi, - etiraz etmədim.
***
Bayırda hava soyuq idi. Yerdə nazik qar örtüyü olsa
da yollar buz bağlamamışdı. Əşrəf qoluma girib məni
həyətdə  dayanmış  qara  rəngli,  təzə  xarici  maşına
doğru apardı:
-Bu, məndə dördüncü “Audi”di, - dedi. -  Bundan
başqa maşın sürə bilmirəm.
Maşına  əyləşdik.  Çox  keçmədən  rəngbərəng
işıqları alışıb yanan bir kafenin qarşısında dayandı.
Kafenin həyətində bir neçə gənc oğlan-qız baş-başa
verib söhbətləşir, hərdən şaqqanaq çəkib gülür, hərdən
də  dodaq-dodağa  verib  kimsəni  pəsinmədən  şirin-
şirin, dərin-dərin öpüşürdülər.
İçəri girib dördnəfərlik masanın arxasında əyləşdik.
Kafenin yuxarı başında, yerdən təxminən yarım metr
hündür  olan  səhnə  ilk  baxışdan  diqqəti  çəkirdi.
Səhnənin ortasını dəlib keçən nazik dəmirdən tutub,
fırlanan, enib-qalxan, aşağı ətraflarını erotik tərzdə
həmin dəmirə sürtüb, normal kişini ehtirasa gətirən
gənc, gözəl, demək olar, tam çılpaq olan qızın ağappaq
bədəni,  tez-tez  yanıb  sönən  rəngli  işıqlar  altında
olduqca gözəl və sehrli görünürdü.
Zəka Vilayətoğlu
90


Əşrəf  striptiz  oynayan  yarıçılpaq  qızı  göstərib
soruşdu:
-Necədi, xoşunuza gəlir?
-Gözəldi, - dedim. 
-Hələ bu nədi ki!.. – Əşrəf əlini əlinə sürtdü. - Allah
qoysa, sizi yaxşı-yaxşı gəzdirəcəm, bundan da gözəl
əyləncələrə qonaq edəcəm. Yaxşı, nə içəcəksiniz-araq,
konyak, çaxır?
-Bir az konyak içərəm, - dedim.
Bir  azdan  ofisiant  qadın  yarımlitrlik  bardaqda
konyak və şokalad gətirdi. Ordan-burdan söhbət edir,
konyakdan  içir,  səhnədə  yüz  oyundan  çıxan  qıza
tamaşa edirdik. Hər şey ürəyimcə idi. Qəfildən bir rus
qadınıyla  içəri  girib  ətrafına  döyükə-döyükə  bir
küncdə  əyləşən,  sir-sifətindən  bizim  tərəflərin
adamına oxşayan qadın olmasaydı, istirahətimiz uzun
sürəcəkdi. Həmin qadını görən kimi, Əşrəfin əhvalı
dəyişdi, tutqunlaşdı, gözləri qadına zillənmiş halda
ayağa durdu:
-Qalxın, gedək!
Sorğu-sualsız  ayağa  durdum,  heç  nə  başa
düşmədən, gah həmin qadınlara, gah da Əşrəfə baxa-
baxa  qapıdan  çıxdım.  Yol  boyu  Əşrəfdən  nə  baş
verdiyini,  o  qadınların  kim  olduğu  haqda  heç  nə
soruşmadım.  Bir  müddət  Əşrəf  də  susdu.  Handan-
hana məsələdən agah oldum. Əşrəf siqaret yandırıb,
bir  neçə  udum  tüstüylə  ciyərlərini  doldurub
boşaldandan sonra hüznlə dilləndi:
-Siz Allah, məni bağışlayın!.. Ürəyimizcə istirahət
edə  bilmədik...  Allah  mərdüməzara  lənət  eləsin!..
Yaxınlıqda yaxşı bir restoran var, gedək ora. Orda,
bilirsiniz, necə gözəl canlar vaaar?.. Getdik, ee.
-Yox. Evə qayıtsaq yaxşıdı. O restorana başqa vaxt
Milena
91


gedərik, - deyib boyun qaçırdım. 
Əşrəf  sözümü  çevirmədi,  amma  sifəti  təzədən
tutqunlaşdı. Bir qədər susandan sonra dedi:
-O  qaraşın  qadın  mənim  birinci  arvadım  idi...
Kəsiləsi deyil, kəsəsən. Öldürəcəksən, ömrün-günün
türmələrdə çürüyəcək. Kimdən, nədən ötrü?!. Yaxşısı,
papağını, pencəyini götürüb evdən çıxmaq idi, onu da
elədim. Üçotaqlı, super təmirli mənzili də ona verib
ayrıldım.  Amma  hələ  də  məni  qarabaqara  izləyir.
Subay vaxtı çox istəyirdim, buralardan bir rus qızı
alıb, ömrümü adam balası kimi yaşayam, amma imkan
vermədilər.  O  qədər  baş-beynimi  apardılar  ki,  bəs,
hürküt öz elinin axsağından yapış, mən də hürküdüb
yapışdım. Axırı da bu. Evləndiyim gündən hiss elədim
ki, bu qız, üzr istəyirəm, altımda at kimi büdrəyir. At
da ki, kişinin altında büdrədi, vəssalam, hər şey bitdi.
Elə buna görə də tüpürdüm hər şeyə.
Əşrəfdən  heç  nə  soruşmadım.  Çünki  bu  haqda
danışdıqca  onun  sındığını,  xəcalət  çəkdiyini  hiss
edirdim. Bu xoşagəlməz ailə dramının davamını isə
mənə bir neçə gün sonra Şahlar özü danışdı...
***
Oğlunun doğum günü mərasimindən sonra Şahlar
israrla məni daha üç gün buraxmayacağını bildirdi.
Onun xahişini nəzərə alıb daha üç gün qalmalı oldum.
O  üç  gün  ərzində  xoşagəlməz  hadisələrin  şahidi
oldum.
Xeyir işin səhərisi gün, axşamçağı Şahların evinin
qapısının  zəngi  çalındı.  Əhvalı    məlum  hadisələr
səbəbindən ala buludda olan Şahlar qalxıb qapını açdı,
az sonra üzü tüklü, əzgin, yorğun, məzlum görkəmli,
canından, dünyadan bezmiş təsiri bağışlayan arıq bir
Zəka Vilayətoğlu
92


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə