Microsoft Word yusifova ulduz doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix26.09.2017
ölçüsü0,98 Mb.
#1973
1   ...   24   25   26   27   28   29   30   31   32

 

77 


(3.39) və (3.40) düsturlarına müvafiq olaraq Laffer əyrisinin görünüşü müxtəlif formalarda 

ola bilər və  

 

 

(



)

(

)



ν

ω

ρ



νπ

ωϖ

ρµ



ε

ν

ρ



νπ

ρµ

ε







>



1



1

2

2



  

 

 



(3.41) 

şə

rtinin yerinə yetirilib-yetirilməməsindən asılı olaraq fiskal əyrinin hansı tərəfinin yuxarı 



olmasını  göstərir.  Beləliklə,  (3.35)  və  (3.6)  düsturlarına  müvafiq  olaraq  Laffer  əyrisinin 

assimmetrik olduğu qənaətinə gəlirik. 

kinci  məsələ  barədə.  Aparılan  təhlildən  aydın  olur  ki,  Laffer  sərhəd  şərtləri 

tamamilə  qeyri-təbii  (qeyri-normal)  sayılır  və  yalnız  hər  hansı  hipotetik  abstraksiyanı 

özündə əks etdirir. Məsələn, bütün vergi dərəcələrinin sıfra bərabərliyi dövlətin ayrılmaz 

atributu  olan  vergi  sisteminin  və  nəticə  etibarilə  dövlətin  özünün  mövcud  olmadığını 

bildirir. R. Barrın düzgün olaraq qeyd etdiyi kimi, ümumi siyasət olmadan iqtisadi siyasət, 

dövlət olmadan isə, ümumiyyətlə, siyasət mövcud olmur. Bu halda vergi daxilolmalarının 

cəminin formal olaraq sıfra bərabər olmasına baxmayaraq, onun mövcudluğu mütləq real 

deyildir  və  belə  sistemin  fəaliyyət  qanunuyğunluqları  barədə  nəsə  demək  mümkün 

deyildir. 

Bütün vergi dərəcələrinin son həddə qədər artırılmasına uyğun gələn digər müstəsna 

hal da praktiki olaraq mümkün deyildir. Hətta belə hal mümkün olduqda belə «… istehsal 

tam şəkildə dayanacaqdır, dövlət isə vergilər kimi heç nə əldə etməyəcəkdir» mülahizəsi 

də  müəyyən  qədər  şübhə  doğurur.  Belə  ki,  mərkəzləşdirilmiş  iqtisadiyyata  malik  olan 

köhnə sosialist ölkələri buna oxşar şəkildə praktikanı həyata keçirmiş və buna baxmayaraq 

həmin  ölkələrdə  istehsal  sektoru  bu  və  ya  digər  dərəcədə  inkişaf  etmişdir.  Bunun 

nəticəsində də dövlət müntəzəm şəkildə vergiləri yığmış və öz budcəsini doldurmuşdur. 

Qeyd  olunanlardan  alınır  ki,  Laffer  effektlərinin  tədqiqi  bütün  [0;  1]  vergi 

ş

kalasında deyil, daha dar, qısaldılmış intervalda aparılmalıdır; şkalanın başlanğıc və son 



hissələrində iqtisadi sistemin bütün xüsusiyyətləri qeyri-müəyyən və dağınıq şəkildə olur. 

Bu  isə  öz  növbəsində  o  deməkdir  ki,  verilən  aprior  sərhəd  şərtlərinin  pozulması  təklif 

olunan (3.36) modelində ciddi nöqsanların olmasına sübut kimi xidmət edə bilməz.  

Qeyd  edək  ki,  hətta  məsələnin  optimallaşdırma  modeli  çərçivəsində  qoyuluşu 

zamanı  belə  Laffer  əyrisinin  qanunauyğun  sərhəd  xüsusiyyətlərinin  pozulması  müşahidə 

olunur.  




 

78 


Təklif  olunan  metodologiyanın  potensial  istifadəçiləri  Vergilər  Nazirliyi,  Maliyyə 

Nazirliyi,  qtisadi  nkişaf  Nazirliyi  və  Milli  Bank  ola  bilər.  Vergi  dərəcələrinin  son 

buraxıla  bilən  kəmiyyətini  inflyasiya  tempi,  məhsul  və  xidmətlərin  buraxılışı  və  istehsal 

məsrəfləri göstəricilərinin məcmusu ilə operativ şəkildə müəyyən nisbətinin gözlənilməsi 

hazırda dövlətin obyektiv səbəblərdən bir-birindən müəyyən qədər «təcrid olunmuş» fiskal 

və monetar siyasətinin makroiqtisadi sintezinin əldə olunmasına imkan verəcəkdir.  

 

 

                                                               NƏT CƏ 



 

Respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların inkişafı, yeni iş 

yerlərinin  açılması  sahəsində  görülən  tədbirlər,  ölkənin  dinamik  inkişafını  daha  da 

sürətləndirmiş, bu da öz növbəsində  müəssisələrin maliyyə imkanlarının genişlənməsinə, 

investisiya qoyuluşlarının artmasına  gətirib çıxarmışdır.  

Vergi Məcəlləsinə əlavə və dəyişikliklərə əsasən bir sıra vergi növləri üzrə (mənfəət 

vergisi  və  fiziki  şəxslərin  gəlir  vergisi)  güzəşt  və  azadolmalar  məhdudlaşdırılmışdır  ki, 

onlardan biri sürətləndirilmiş amortizasiyanın tətbiqinin aradan qaldırılmasıdır. 

Ümumiyyətlə,  ölkədə  əlverişli  vergi  mühitinin  yaradılması  və  sahibkarlığın 

inkişafının  stimullaşdırılması,  ilk  növbədə,  vergi  qanunvericiliyinin  təkmilləşdirilməsini 

zəruri  edir.  Hesab  edirəm  ki,  çevik  iqtisadi  siyasət,  o  cümlədən  vergi  siyasətinin 

aparılması,  qanunvericiliyin  iqtisadi  inkişaf  səviyyəsinə,  habelə  beynəlxalq  normalara 

uyğunlaşdırılması, il ərzində vergi  qanunvericiliyinin tətbiqində qarşıya çıxan mübahisəli 

məsələlərin qanunvericilikdə  birmənalı şəkildə əks etdirilməsi baxımından bu tədbirin çox 

böyük  əhəmiyyəti  vardır.  Odur  ki,  gələcəkdə  də  vergi  qanunvericiliyinin 

təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə davam etdiriləcəkdir. Bu 

tədbirlər  əsasən  Respublikada  aparılan  vergi  siyasətinin  təkmilləşdirilməsini,  vergi 

inzibatçılığının müasirləşdirilməsini, vergi nəzarətinin səmərəliliyinin artırılması, vergidən 

yayınma hallarının aradan qaldırılması və digər istiqamətləri əhatə edəcəkdir.  

Müəsir şəraitdə inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələr vergi siyaəsətini aşağıdakı 

mühüm məqsədlərə nail olmaq üçün həyata keçirirlər: 



 

79 


-təsərrüfat  fəaliyyətinin  stimullaşdırılması  və  ya  məhdudlaşdırılması  yolu  ilə 

iqtisadiyyatın tənzimlənməsində və həmçinin ictimai təkrar istehsalda dövlətin iştirakı; 

-müvafiq  hakimiyyət  və  idarəetmə  orqanlarının  üzərinə  qoyulmuş  funsiyaları  icra 

edə  bilmək,  iqtisadi  və  sosial  siyasəti  həyata  keçirmək  üçün  kifayət  edəcək  həcmdə 

maliyyə ehtiyyatları ilə təmin etmək; 

-gəlirlərin tənzimlənməsi üzrə dövlət siyasətini təmin etmək. 

Azərbaycan  Respublikasında  vergi  sisteminin  təkmilləşdirilməsinin  strateji 

istiqamətləri  həyata keçirildikdən sonra beynəlxalq standartlara  tam  cavab  verən  və  ölkə 

iqtisadiyyatının dinamik inkişafı tələblərinə uyğun müasir vergi sistemi daha da çevik və 

təkmil olacaqdır. Həyata keçiriləcək islahatlar nəticəsində aşağıdakılara nail olunacaq: 

-

 Vergi qanunvericiliyinin vahid hüquqi bazası yaradılacaq; 



-

 Vergi yığımı prosesi sadələşəcək; 

-

 Vergitutmanın daha sivil üsullarla aparılmasına nail olunacaq; 



-

 Vergiödəmə mədəniyyəti formalaşdırılacaq; 

-

 Ölkədə könüllü əməletmə dərəcəsi artırılacaq; 



-

 Optimal resurslarla könüllü əməletmədən kənarda qalan vergi ödəyicilərilə səmərəli 

nəzarət və məcburi  alınma işləri təşkil ediləcək;  

-

 Azərbaycan  Respublikasında  ümumi  bəyannamə  sisteminə  keçid  təmin 



olunacaq; 

-

  xtisaslaşmış  vergi məhkəmələri yaradılacaq; 



-

 Vergi bəyannamələrinin avtomatik işlənilməsi sistemi təsis ediləcək; 

-

 Büdcə  gəlirlərinin  proqnozlaşdırılması  üçün  daha  real  informativ  baza 



formalaşdırılacaqdır.  

Beləliklə,  ölkənin  sosial-iqtisadi  inkişaf  konsepsiyasına  və  orta  müddətli  maliyyə 

proqramına  uyğun  olaraq  iqtisadiyyatın  inkişaf  etdirilməsini  və  nəzərdə  tutulan  fiskal  

siyasətin effektiv həyata keçirilməsini təmin etmək üçün aşağıdakılar nəzərə alınmalıdır:  

-  ümumi  daxili  məhsulun  strukturuna  və  sahə  quruluşuna  uyğun  büdcə  gəlirlərinin    

artımını təmin etmək; 

-  vergi  daxilolmalarının  proqnozlaşdırılması  modelini  hazırlamaq  və    bu  prosesi 

keyfiyyətli həyata keçirmək üçün real informativ-məlumat sistemini təsis etmək; 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə