Microsoft Word yusifova ulduz doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix26.09.2017
ölçüsü0,98 Mb.
#1973
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

 

62 


üzrə daxilolmaların artımının tutaq ki, 12 faiz olması baxılan illərin hər hansı bir ilində ola 

bilər və qiymətləndirmədə bunun tutaq ki, 2000-ci ildə yoxsa, 2003-cü ildə olmasına fərq 

qoyulmur.  Başqa  sözlə  qısa  zaman  kəsiyində    ƏDV  üzrə  daxilolmalarının  dəyişməsinə 

təsir  edən  cari  faktorların  təsirinin  qanunauyğunluqları  öyrənilir.  Ona  görə  də  nəticə 

göstəricisinə  təsir  edən,  lakin  uzun  müddət  üçün  qiymətləri  sabit  qalan  amillərin  təsirini 

özündə əks etdirən sabit əmsal bir qayda olaraq qısamüddətli modellərdə iştirak etmir.  

LOG(EDV_D) = 151.1154341*EDV_DERH - 472.8557983* 

EDV_DERH^2                                                                                    (3.6) 

 

                       (t-Statistica)     (5.281660)                             ( -4.918459) 



R-squared = 0.604554; Adjusted R-squared = 0.576307; Durbin-Watson stat = 

1.018535 

(3.6)-nin  statistik  xüsusiyyətləri,  habelə  statistik  testlər    göstərmişdir  ki,  alınmış 

ekonometrik model adekvatdır.  

Qısamüddətli  dövr  üçün  qurulmuş  (3.6)  ekonometrik  modelinin  reqressiya 

funksiyasının  tədqiqi  göstərir  ki,  ekstremum  nöqtəsi  0.15979  ədədinə  bərabərdir.  Başqa 

sözlə qısamüddətli dövrdə ƏDV daxilolmalarına ən yüksək səviyyə verən ƏDV dərəcəsi 

təxminən  16  faizə  bərabərdir.  Alınmış  bu  nəticə  yuxarıda  qeyd  etdiyimiz  nəzəri 

müddəaları  bir  daha  sübut  etmiş  olur.  Belə  ki,  qısamüddətli  dövrdə  ƏDV-nin  optimal 

səviyyəsi heç də 10.1 faiz deyil, 16 faizdir. Yəni, növbəti bir neçə il üçün optimal ƏDV 

dərəcəsi  16  faizə  endirilərsə  bu  ƏDV  üzrə  daxilolmaların  artımını  maksimal  səviyyəyə 

çatmasını təmin etmiş olacaqdır. Əgər ƏDV daxilolmalarına təsir edən digər amillər sabit 

olaraq  qalarsa,  onda  ƏDV  dərəcəsinin  aşağı  salınması  müntəzəm  xarakter    almalı  və 

təxminən  10  faiz  həddində  sabitləşməlidir.  Real  həyatdan  məlumdur  ki,  uzunmüddətli 

dövrdə ƏDV daxilolmalarına təsir edən amillər müəyyən dəyişikliklərə məruz qalır. Ona 

görə  də  ƏDV-nin  optimal  dərəcəsinin  istər  uzun  müddətli  istərsə  də  qısamüddətli  dövr 

üçün müəyyənləşdirilməsi tədqiqatının müntəzəm olaraq hər il aparılması zəruridir. Qeyd 

edək  ki,  Böyük  Britaniyanın  OED-Oxford  Economics  Forecasting  tədqiqatçılarının 

Azərbaycan  Dövlət  Neft  Fondunda  yerinə  yetirdikləri  “Azerimodel”  uzunmüddətli  dövr 

üçün  makroiqtisadi modelinin nəticələrinə  görə  ƏDV-nin effektiv  dərəcəsinin 10-12  faiz 

olması göstərilmişdir (bax: http:www.OEF). 



 

63 


Vergi  daxilolmalarının  təhlili  və  proqnozlaşdırılmasında  elastiklik  əmsalından  geniş 

istifadə  edilməsi  praktikası  mövcuddur.  Elastiklik  əmsalı  bir  iqtisadi  göstəricinin  1  faiz 

dəyişməsi  digər  iqtisadi  göstəricini  necə  dəyişdirir,  daha  doğrusu  neçə  faiz  dəyişdirir?-

sualına cavab verir. Bu məqsədlə aşağıdakı reqressiya tənliyi qiymətləndirilmişdir. 

LOG(EDV_D) = C(1) + C(2)*LOG(EDV_DER).                                    (3.7) 

 

Burada, C(2) əmsalı ƏDV üzrə daxilolmaların (EDV_D) ƏDV dərəcəsinə 



(EDV_DER) görə elastiklik əmsalıdır. 

LOG(EDV_D) = 52.31312426 - 13.68872012*LOG(EDV_DER)      (3.8) 

 

                     (t-Statistica)     (5.281660)                ( -4.918459) 



R-squared = 0.950356; Adjusted R-squared = 0.942083; Durbin-Watson stat = 

1.701790 

(3.8) reqressiya tənliyinin statistik xüsusiyyətləri, habelə statistik testlər  göstərmişdir 

ki,  alınmış  ekonometrik  model  adekvatdır.  Qeyd  edək  ki,  bu  modelin  statistik 

xarakteristikaları  yuxarıda  verilmiş  bütün  modellərin  statistik  xarakteristikalarında  daha 

yaxşı  olduğu  üçün  daha  adekvatdır.  Daha  doğrusu  bu  modelin  nəticələri  daha  yüksək 

faizlə etibarlılığa malikdir. 

 

(3.8)  modeli  göstərir  ki,  ƏDV  üzrə  daxilolmaların  (EDV_D)  ƏDV  dərəcəsinə 



(EDV_DER)  görə  elastiklik  əmsalı  -13.68872012  ədədinə  bərabərdir.  Başqa  sözlə  ƏDV 

dərəcəsini 1 faiz artımı ƏDV daxilolmaları 13.7 faiz azalır. 

Beləliklə alınmış əsas nəticələr aşağıdakılardan ibarət olmuşdur: 

-

 



Uzunmüddətli  dövrdə  ƏDV  dərəcəsi  təxminən  10  faiz  olduqda  ƏDV  üzrə 

daxilolmaların  məbləği  ən  çox  olur.  Qeyd  edildiyi  kimi  alınan  bu  nəticə  uzun  müddətli 

dövrü xarakterizə edir. Yəni, ƏDV dərəcəsi son hədd olaraq (limit) 10 faizə endikdə ƏDV 

üzrə  daxilolmalar  optimal  həddə  çatmış  olur.  Vergi  siyasətinin  stabilliyi  effektiv  vergi 

siyasətinin  başlıca  göstəricisi  olduğundan  ƏDV  dərəcəsinin  birdən-birə  tapılan  optimal 

səviyyəyə  endirilməsi  məqsədəmüvafiq  deyil.  Onu  da  əlavə  edək  ki,  tapılan  optimal 

səviyyə  ƏDV  daxilolmalarına  təsir  edən  digər  amillərin  (məsələn,  ÜDM,  vergi 

inzibatçılığı, idarəetmədəki dəyişikliklər, inflyasiya səviyyəsi və s. ) sabit qalması şərtində 

alınmışdır.  Uzun  müddətli  dövrdə  isə  bu  amillər  heç  də  sabit  qalmır.  Ona  görə  də  cari 



 

64 


Ə

DV  dərəcəsinin  optimal  səviyyəsini  müəyyənləşdirmək  üçün  qısamüddətli  modellərə 

baxılması zəruridir.  

-

 



 Qısamüddətli dövrdə ƏDV daxilolmalarına ən yüksək səviyyə verən ƏDV dərəcəsi 

təxminən  16  faizə  bərabərdir.  Alınmış  bu  nəticə  yuxarıda  qeyd  etdiyimiz  nəzəri 

müddəaları  bir  daha  sübut  etmiş  olur.  Belə  ki,  qısamüddətli  dövrdə  ƏDV-nin  optimal 

səviyyəsi  heç  də  10  faiz  deyil,  16  faizdir.  Yəni,  növbəti  bir  neçə  il  üçün  optimal  ƏDV 

dərəcəsi 16  faizə  endirilərsə bu  ƏDV  üzrə  daxilolmaların  maksimal  səviyyəyə  çatmasını 

təmin etmiş olar. Əgər ƏDV daxilolmalarına təsir edən digər amillər sabit olaraq qalarsa, 

onda  ƏDV  dərəcəsinin  aşağı  salınması  müntəzəm  xarakter    almalı  və  təxminən  10  faiz 

həddində  sabitləşməlidir.  Real  həyatdan  məlumdur  ki,  uzunmüddətli  dövrdə  ƏDV 

daxilolmalarına təsir edən amillər müəyyən dəyişikliklərə məruz qalır. Ona görə də ƏDV-

nin  optimal  dərəcəsinin  istər  uzun  müddətli  istərsə  də  qısamüddətli  dövr  üçün 

müəyyənləşdirilməsi tədqiqatı müntəzəm olaraq hər il aparılmalı və alınmış nəticələr təhlil 

edilməlidir.  Qeyd  edək  ki,  Böyük  Britaniyanın  OED-Oxford  Economics  Forecasting 

tədqiqatçılarının  Azərbaycan  Dövlət  Neft  Fondunda  yerinə  yetirdikləri  “Azerimodel” 

uzunmüddətli  dövr  üçün  makroiqtisadi  modelinin  nəticələrinə  görə  ƏDV-nin  effektiv 

dərəcəsinin 10-12 faiz olması göstərilmişdir. 

-

 



Ə

DV  dərəcəsi  1  faiz  artarsa  (azalarsa)  ƏDV  üzrə  daxilolmalar  13.7  faiz  azalır 

(artır).  

 

3.3. Laffer effektlərinin müəyyən edilməsi və onun tətbiqi istiqamətləri 



 

Vergi  nəzəriyyəsi  üzrə  ədəbiyyatın  təhlili  göstərir  ki,  Laffer  nöqtələrinin 

qiymətləndirilməsinə  çalışan  bütün  iqtisadçılar  optimallaşdırma  modellərindən  istifadə 

edirlər.  Lakin  bu  formada  olan  bütün  modellər  həm  nəzəri,  həm  də  praktiki  baxımdan 

gözlənilən nəticəni vermir (əvvəlkı bölmədə buna tənqidi yanaşılmışdı). Bu fəsildə iqtisadi 

sistemin  davranış  xüsusiyyətlərini  əks  etdirən  deskriptiv  model  əsasında  prinsipal  fərqli 

olan digər bir yanaşma nəzərdən keçirilir.  

Bütün  iqtisadi  sistemlər  inflyasiyalı  rejimdə  fəaliyyət  göstərdiyinə  görə  nəzərdə 

tutulur ki, qiymətlərin artımı bütün iqtisadi prosesləri müəyyən edən əsas amil kimi çıxış 

edir. Bu zaman hər bir konkret iqtisadi rejim elastiklik göstəricilərinin müəyyən məcmusu 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə