4
dərəcələri optimallaşdırılmalıdır, bununla yanaşı Azərbaycanın xüsusiyyətləri də nəzərə
alınmalıdır.
Məhz yuxarıda qeyd olunanların araşdırılması və by istiqamətdə təkliflərin
verilməsi təqdim edilən dissertasiya işinin aktuallığını təşkil edir.
Problemin öyrənilməsi səviyyəsi.
Vergi sistemi, vergi sistemində vergi
ödənişlərinin optimal səviyyəsinin müəyyən edilməsi hazırda ölkəmizdə həyata keçirilən
iqtisadi islahatların ən mürəkkəbidir. Hələ islahatların ilk illərində maksimal vergi dərəcəsi
tətbiq edilmiş, vergi sisteminin daha səməri olması üçün onun optimal səviyyəsinin
tapılması istiqamətində siyasət həyata keçirilir.
Vergi sisteminin, vergi ödənişlərinin, bu ödənişlərin optimal səviyyəsinin müəyyən
edilməsinin nəzəri və təcrübi məsələləri Azərbaycanın alimlərindən M.Həsənlinin,
S.Məmmədovun,
D.Bağırovun,
M.Sadıqovun,
Y.Kəlbiyevin,
L.Əhmədovun,
A.Kərimovun, .Rzayevin, R.Məhərrəmovun, Z.Rzayevin və başqalarının əsərlərində geniş
şə
rh edilmişdir.
Dissertasiyanın mə qsə d və və zifə lə ri.
Magistr dissertasiya işinin məqsədi
Azərbaycanın müasir vergi sisteminin məqsəd və vəzifələrinin, xüsusiyyətlərinin vergi
ödənişləri sisteminin beynəlxalq təcrübəsinin öyrənilməsindən, vergi ödənişləri sisteminin
səmərəliyinin qiymətləndirilməsindən, vergi ödənişləri sisteminin optimallaşdırılması
istiqamətlərinin və onun təkmilləşdirilməsi yollarının müəyyən edilməsindən ibarət
olmuşdur.
Bu məqsədlərə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə
tutulmuşdur:
-
vergilərin və vergi ödənişləri sisteminin əsas xüsusiyyətlərinin müəyyən edilməsi;
-
vergi ödənişləri sisteminin beynəlxalq təcrübəsinin öyrənilməsi;
-
Azərbaycanın müasir vergi sisteminin təhlil edilməsi;
-
vergi ödənişlərinin səmərəliyinin müəyyən edilməsi və qiymətləndirilməsi;
- vergi dərəcələrinin optimal səviyyəsinin müəyyən edilməsi.
Tə dqiqat iş inin predmeti və obyekti.
Tədqiqat işinin predmetini Azərbaycanın vergi
ödənişləri sistemi, obyektini isə vergi infrastrukturunun fəaliyyətinin göstəriciləri və
5
Azərbaycanın Milli iqtisadiyyatının inkişafında vergilərin optimal rolunun müəyyən
edilməsi təşkil etmişdir.
Tə dqiqat iş inin informasiya bazası
kimi Azərbaycan Respublikası Vergilər
Nazirliyinin Nazirliyinin statistik məlumatları, Azərbaycan Respublikası statistika
komitəsinin illik hesabatlari təşkil etmişdir.
Tə dqiqat iş inin nə zə ri və metodoloji ə saslarını
klassiklərin, Azərbaycanın və xarici
ölkələrin alimlərinin vergilər, vergitutma, vergi siyasəti və vergi sistemi haqqında elmi
ə
sərləri, Azərbaycan Respublikasının qanunları və normativ aktları, vergi ödənişləri
sisteminin əsas istiqamətlərinin müəyyən edən Hökumətin qərarları və Vergilər
Nazirliyinin normativ-hüquqi aktları təşkil edir.
Tədqiqat işinin elmi yeniliyini aşağıdakılar təşkil edir:
-
vergilər və vergi ödənişləri sistemi kompleks şəkildə öyrənilmişdir;
-
vergi ödəmişləri sisteminin beynəlxalq təcrübəsi öyrənilmişdir;
-
Azərbaycanda vergi ödənişlərinin müasir vəziyyəti təhlil edilmişdir;
-
vergi sisteminin optimal strukturunun qurulmasında vergilərin nisbəti müəyyən
edilmişdir;
-
mənfəət vergisinin və əlavə dəyər vergisinin optimal dərəcəsi müəyyən edilmişdir;
-
Laffer effektləri müəyyən edilmiş və onun tətbiqi istiqamətləri göstərilmişdir.
Dissertasiyanın praktiki ə hə miyyə ti.
Magistrant tədqiqatın praktiki əhəmiyyətini
gələcəkdə anoloji problemləri elmi tədqiqat işləri üçün faydalı olacağında görür.
Dissertasiyanın həcmi və strukturu.
Dissertasiya işi kompüter yazısı ilə müvafiq
standarğlara uyğun yazılmış və 83 səhifədən ibarətdir. Tədqiqat işi girişdən, üç fəsildən,
nəticədən və ədəbiyyat siyahısından ibarətdir.
I Fə sil. VERG LƏ R N VƏ VERG ÖDƏ N Ş LƏ R S STEM N N
6
NƏZƏR MƏSƏLƏLƏR
1.1. Vergilərin və vergi sisteminin iqtisadi mahiyyəti
Vergilər hər şeydən əvvəl, maliyyə-iqtisadi kateqoriyadır. Yuxarıda deyilənlərdən
göründüyü kimi, vergiqoyma öz xərclərini maliyyələşdirmək üçün fiskal mexanizm
yaradaraq ondan istifadə edən dövlətin və dövlət aparatının meydana gəlməsinin
nəticəsidir.
Vergitutmanın nəzəri cəhətdən əsaslandırılmasının kökləri çox də uzaq dövrləri
ə
hatə etmir. XVII əsrə qədər vergilər haqqında bütün təsəvvürlər təsadüfi və sistemsiz
xarakter daşıyırdı. Elmi cəhətdən əsaslandırılmış vergitutma nəzəriyyələri XVII əsrdən
sonra formalaşmağa başlamışdır.
lk vergitutma nəzəriyyələrindən biri mübadilə nəzəriyyəsidir. Bu nəzəriyyənin
mahiyyəti ondan ibarətdir ki, vətəndaşlar asayişin gözlənilməsi, xarici müdaxilənin
qarşısının alınması və s. ilə bağlı xidmətləri vergilər vasitəsi ilə dövlətdən alırlar. Bu
nəzəriyyənin başqa bir variantı atomistik nəzəriyyədir. Onun nümayəndələri fransız
iqtisadçıları Sebastyen Le Pretr de Voban (1633-1707) və Şarl Lui Monteskye (1689-
1755) olmuşlar. Bu nəzəriyyəyə görə vergi vətəndaşlarla dövlət arasında müqavilənin
nəticəsidir, belə ki, vətəndaş özünün mühafizəsi, müdafiəsi və s. xidmətlərə görə dövlətə
pul keçirir. Heç kim nə vergilərdən, nə də dövlətin göstərdiyi xidmətlərdən imtina edə
bilməz. Belə mübadilə ona görə əlverişlidir ki, ən bacarıqsız dövlət belə öz təbəələrini
onların özlərini müstəqil surətdə müdafiə etmələrindən daha etibarlı müdafiə edir.
Klassik vergitutma nəzəriyyəsi daha yüksək nəzəri səviyyəyə malikdir və ingilis
iqtisadçıları Adam Smit (1723-1790) və David Rikardonun (1772-1823) adları ilə bağlıdır.
A.Smitin vergitutmaya dair nəzəri baxışları onun 1776-cı ildə nəşr etdirdiyi “Xalqların
sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı kitabında əks olunmuşdur. O yazırdı
ki, hər bir vətəndaş öz gəlirlərinə uyğun surətdə dövlətin saxlanılmasında iştirak etməlidir.
Dövlət mülkiyyət hüququnu qorumaqla bazar iqtisadiyyatının inkişafını təmin etməlidir.
Bu funksiyaların yerinə yetirilməsi üçün dövlətə zəruri miqdarda vəsait lazımdır ki, onun
da əsas mənbəyi vergilərdir. Hər bir şəxsin ödəməli olduğu verginin məbləği, ödənilmə
müddəti qabaqcadan dəqiq müəyyən olunmalıdır. Belə olmadıqda vergi ödəyicisi vergi
Dostları ilə paylaş: |