Microsoft Word yusifova ulduz doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix26.09.2017
ölçüsü0,98 Mb.
#1973
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

 

41 


Son  illərdə  Azərbaycan  Respublikasının  vergi  sistemində  həyata  keçirilən 

məqsədyönlü  dəyişikliklər  onun  elastikliyinin  kəmiyyət  qiymətləndirilməsini  qeyri-

mümkün  etmişdir.  Bunun  da  əsas  səbəbi  vergi  dərəcələrinin  və  vergitutma  bazalarının 

dəyişməsini  nəzərə  alan  düzəliş  əmsallarının  tətbiqi  zərurətindən  irəli  gəlir.  Əsas  vergi 

növləri  üzrə  vergitutma  şərtlərinin  daim  və  tez-tez  dəyişməsi  şəraitində  düzəliş 

ə

msallarının müəyyən edilməsi praktiki olaraq qeyri-mümkündür. Belə ki, bir vergi növü 



üzrə  verginin  dərəcəsinin  və  vergitutma  bazasının  dəyişməsi  digər  vergilərin  vergitutma 

bazasına  öz  əhəmiyyətli  təsirini  göstərir.    Məsələn,  alkoqollu  içkilərə  və  tütün 

məmulatlarına  tətbiq  olunan  aksizin  dərəcəsinin  artırılması  həmin  məhsullara  tələbin 

strukturunu  dəyişir.  Bu  da  son  nəticədə  əlavə  dəyər  vergisinin  və  mənfəət  vergisinin 

vergitutma bazasının dəyişməsinə səbəb olur. Bununla yanaşı, vergi sisteminin dayanıqlığı 

göstəricisini tam şəkildə qiymətləndirmək mümkündür. 

Bununla  əlaqədar  olaraq  Azərbaycan  Respublikasında  vergiyə  cəlb  etmənin  müasir 

konsepsiyasının elmi əsaslandırılması, vergi siyasətinin həyata keçirilməsi  mexanizminin 

və  vergitutma  sisteminin  təkmilləşdirilməsinin  nəzəri-metodoloci  prinsiplərinin 

yaradılması  və  s.  kimi  bir  sıra  müstəqil  problemlər  mövcuddur.  Bu  problemlərə  -  vergi 

sisteminin  konseptual  modelinin  və  onun  həyata  keçirilməsi  mexanizminin 

formalaşdırılması;  səmərəli  vergi  siyasətinin  qurulması  prinsiplərinin,  onun  taktika  və 

strategiyasının  müəyyən  edilməsi;  vergi  tənzimlənməsi  ilə  dövlətin  iqtisadi  proseslərə 

büdcə,  pul-kredit,  valyuta-maliyyə  vasitəsilə  təsiri  arasındakı  qarşılıqlı  əlaqələrin 

formalarının müəyyən edilməsi  və s. aiddir. 

Göstərilən  məsələlərin  həll  edilməməsi  ölkədə  səmərəli  vergi  siyasətinin  həyata 

keçirilməsinə mənfi təsir göstərə bilər və bazar iqtisadiyyatının formalaşdırılması vasitəsi 

kimi vergilər özünün potensial imkanlarını reallaşdıra bilməz.  

Bundan  başqa  bazar  iqtisadiyyatına  transformasiyanın  sosial-iqtisadi  problemləri 

vergi  sistemində  həyata  keçirilən  iqtisadi  islahatlar,  struktur  dəyişiklikləri,  istehsalın 

prioritet  sferalarının  stimullaşdırılması,  ölkənin  ixracat  potensialının  genişləndirilməsi, 

yerli  və  xarici  sahibkarların  investisiya  fəallığının  gücləndirilməsi  kimi  proseslərin  vergi 

tənzimlənməsinin forma və metodlarının müəyyən edilməsinə tabe etdirilməsini tələb edir. 



 

42 


Son  illər  ölkəmizin  vergi  qanunvericiliyində  aparılan  əsaslı  dəyişikliklər, 

dövlətimizin  yürütdüyü  vergi  siyasətini  makroiqtisadi  inkişafı  stimullaşdıran  səmərəli 

iqtisadi  alətə  çevirmiş,  sahibkarlarla  vergi  xidməti  əməkdaşları  arasında  münasibətlərin 

qarşılıqlı  anlaşma  əsasında  qurulmasına  səbəb  olmuş,  habelə  vergi  nəzarətinin 

təkmilləşdirilməsi  vasitəsilə    vergilərin  vaxtında  və  tam  həcmdə  büdcəyə  alınmasının 

təmin  olunması  məqsədilə  vergi  orqanlarının  inzibati    strukturunda  adekvat  islahatların 

həyata  keçirilməsini  zəruri  etmişdir.  Bütün  ölkələrdə  olduğu  kimi,  respublikamızın  da 

vergi  sistemi  özünəməxsus  çalarlara  malikdir.  Ümumiyyətlə,  müxtəlif  ölkələrin  vergi 

sistemi    müəyyən  xüsusiyyətlərinə  -  vergilərin  strukturuna,  növlərinə,  onların  tutulma 

qaydasına,  vergi  dərəcələrinə,  yerinə  yetirdiyi  fiskal  funksiyanın  səlahiyyət  dairəsinə, 

vergi  bazasına,  vergi  güzəştlərinə  və  s.  görə  bir-birindən  fərqlənir.  Əlbəttə  ki,  bu 

qanunauyğun  haldır,  çünki  formalaşan  hər  bir  vergi  sistemi  müxtəlif  iqtisadi,  siyasi  və 

sosial  şəraitə  uyğunlaşaraq  həmin  ölkənin  vergi  recimini  tənzimləyən  qanunverici 

qüvvədir. Lakin beynəlxalq vergi sistemləri müəyyən prinsipial fərqlərə malik olsalar da,  

onlar arasında oxşar cəhətlər də mövcuddur. 

Hazırda  ölkəmizdə  beynəlxalq  standartlara  uyğun  sivil  vergi  sistemi  qurulsa  da 

dünya  ölkələrinin  bu  sahədəki  təcrübələrinin  təhlili  və  öyrənilməsi,  mövcud  vergi 

sistemlərinin  müqayisəsi,  respublikamızda  aparılan  islahatları,  görülən  işləri  daha  dəqiq 

qiymətləndirməyə əsas verir. 

Azərbaycanda  mövcud  vergi  dərəcələrinin  səviyyəsinə  gəldikdə  isə  cədvəldəki 

rəqəmlərdən  göründüyü  kimi  ölkəmizdə  bu  göstəricilər  aşağıdır.  Belə  ki,  1995-2010-cü 

illər  ərzində  mənfəət  vergisinin  dərəcəsi  35  %-dən  20%-ə,  əlavə  dəyər  vergisi  20%-dən 

18%-ə  endirilmiş,  eyni  zamanda  fiziki  şəxslərin  gəlir  vergisinin  yuxarı  həddi  55  %-dən 

25%-ə  dək  aşağı  salınmışdır.  Aylıq  gəlirin  vergi  tutulmayan  məbləği  isə  146  manatadək  

artırılmışdır. 

Bununla  belə,  vergi  dərəcələrinin  fərdi  müqayisəsi  heç  də  vergi  sisteminin 

səmərəliliyi  haqda  fikir  söyləməyə  kifayət  etmir.  Bunun    üçün  təsərrüfat  subyektlərinə 

düşən vergi yükü hesablanmalıdır. Vergi yükü dövlətin həyata keçirdiyi vergi siyasətinin 

nəticəsi olmaqla vergi sisteminin keyfiyyət xarakteristikası sayılır. 



 

43 


Vergi  sisteminin  sadələşdirilməsi  vergi  islahatının  ən  mühüm  istiqamətlərindən 

biridir. 

Vergi sisteminin mürəkkəbliyi isə inzibati idarəetmə xərclərinin artmasına, ayrı-ayrı 

vergi  ödəyiciləri  arasında  olan  vergi  yükünün  qeyri-bərabərliyi  haqqındakı  fikrin  daha 

geniş  yayılmasına  səbəb  olur.  Deməli,  vergitutma  islahatının  əsas  xüsusiyyəti  onün 

ölkənin  mövcud  iqtisadi  imkanından  və  əhalinin  hüquqi  şüurundan  asılı  olaraq  həyata 

keçirilməsidir.  Hüquqi  məsuliyyət  səviyyəsi  aşağı  olan  vergi  ödəyicilərinin  gəlirlərini 

vergiyə tam cəlb etmək və onlar  üzərində nəzarətin səmərəliliyini təmin etmək məqsədilə 

hökumət vergi ödəyicilərindən öz gəlirləri və ödənilən dividentləri barədə rəsmi məlumat 

verilməsini  tələb  edir.  Onu  da  qeyd  edək  ki,  islahatlar  dövründə,  vergidən  yayınma  və  

vergidən gizlədilmə  hallarına da  çox rast gəlinir. Bu zaman,  vergiyə nəzarətin bu və ya 

digər  metodlarından  istifadə  edilməsinə  baxmayaraq,  vergi  orqanları  pul  vəsaitlərinin 

hərəkətinə və dövlətin bağlamış olduğu bütün vergi müqavilələrinə tam nəzarət edə bilmir. 

Bazar  iqtisadiyyatına  keçid  dövrünü  yaşayan  ölkələrdə  vergi  sahəsində  aparılan 

dəyişikliklər tədricən həyata keçirilir. Təcrübə göstərir ki, həyata keçirilən vergi islahatının 

müsbət  nəticə  verməsi  əsasən  aşağıdakılara  nail  olunduğu  halda  mümkündür.  Birincisi, 

bütün  sahibkarların  (onların  əmlakının  həcmindən  asılı  olmayaraq)  iqtisadi  maraqları 

pozulmadıqda  və  vergi  qanunvericiliyinə  müvafiq  olaraq  ölkənin  vergi  sistemi  vahid 

formada  fəaliyyət  göstərmədikdə  vergi  islahatı  əsasən  məhsuldar  qüvvələrin  inkişaf 

səviyyəsindən və maliyyə axınının istiqamət və həcmindən asılı olaraq həyata keçirilir. Bu 

cür dəyişiklik  qüvvədə olan vergi qaydalarının təkmilləşdirilməsini, bir sözlə yeni vergi 

konsepsiyasının işlənib hazırlanmasını və tətbiq edilməsini tələb edir. Onu da qeyd edək 

ki, vergi konsepsiyaları bir neçə variantda hazırlana bilər. Onlar bir qayda olaraq ölkənin 

vergi  bazasının  dəyişilməsinə  gətirib  çıxarır.  Hökumətin  müzakirəsinə  verilən  belə 

konsepsiyalar  ekspert  qrupu  tərəfindən qiymətləndirilir və  onlardan  daha optimal  variant 

seçilir. Seçilən konsepsiya bir il təcrübədən keçirilir və yenidən ekspertlər tərəfindən qiy-

mətləndirilir.  Əgər  bu  təcrübə  müvəffəqiyyətlə  başa  çatdırılarsa,  onda  onun  məzmunu 

ölkənin  Vergi  Məcəlləsində  düzəliş  etmək  üçün  müvafiq  qanunverici  orqanlara  təqdim 

edilir. Vergi islahatı aparılarkən vergi və rüsum alınmasının əsas prinsipləri - ədalətlilik, 

sadəlik,  qənaətçilik  -  dəyişilmir.  Lakin  onu  da  nəzərə  almaq  lazımdır  ki,  vergi  islahatı 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə