Microsoft Word yusifova ulduz doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix26.09.2017
ölçüsü0,98 Mb.
#1973
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

 

38 


Azərbaycan  Respublikasında  iqtisadi  siyasətin  tərkib  hissəsi  olan  vergi  islahatları  

aşağıdakı başlıca prinsiplərə əsaslanır: 



-ümumi  məqsədyönlülük,

  yəni  vergi  sisteminin  qurulmasında  və  səmərəliliyinin 

yüksəldilməsində onun iqtisadi inkişafa məcmu təsirindən çıxış edilməsi; 

-sadəlik,

  yəni  vergilərin  müəyyən  edilməsi  və  onların  yığılması  sahəsində  hər  cür 

bürokratik  maneələrin  aradan  qaldırılması,  tətbiq  olunan  çoxsaylı  hesabat  formalarının 

sayının  minimuma  endiriməsi  və  müəssisələrin  mühasibat  bölmələrinin  işindəki 

gərginliyin azaldılması; 

- fiskal səmərəlilik,

 yəni dövlətin və vergi ödəyicilərinin vergilərin yığılması ilə bağlı 

xərclərinin vergi daxilolmalarından dəfələrlə az olması; 

-  vergiləri  ödəməkdən  yayınma  meyllərinə  sədd  çəkilməsi,

  yəni  bu  və  ya  digər 

verginin  tətbiqi  və  onun  yığılması  qaydalarının  müəyyən  edilməsi  zamanı  onun 

ödənilməsindən  yayınmanın  qarşısının  alınması  üçün  müvafiq  normativ-hüquqi  bazanın 

yaradılması və onun tətbiqi; 

-  universallıq,

  yəni  vergi  dərəcələrinin  və  gəlirlərinin  bölüşdürülmə  normativlərinin 

maksimum  universallığının  təmin  edilməsi,  müxtəlif  kateqoriyalı  vergi  ödəyicilərinə, 

sahələrə  və  fəaliyyət  növlərinə  vergitutma  məqsədi  ilə  yanaşma  müxtəlifliyinin  təmin 

edilməsi; 

-ictimai  faydalı  fəaliyyət  növlərinin  inkşafıının  stimullaşdırılması  və  zərərli  fəaliyyət  

növlərinin  qarşısının  alınması,

  yəni  səmərəli  vergi  sistemi  qurmaqla  istehsal  təyinatlı 

investisiya fəaliyyətinin və iqtisadi fəallığın artırılması hesabına cəmiyyət qarşısında duran 

problemlərin həll edilməsinin, ekoloci proqramların  həyata keçirilməsinin, ətraf mühit və 

insanın  sağlamlığı  və  fəaliyyəti  üçün  təhlükə  törədən  fəaliyyət  növlərinin  qarşısının 

yüksək vergilər müəyyən etməklə alınmasının təmin edilməsi; 



- büdcənin və vergi ödəyicilərinin gəlirlərinin inflyasiyadan  müdafiəsi, 

yəni büdcənin 

maraqları  çərçivəsində  inflyasiya  amilinin  nəzərə  alınması,  vergi  ödəyicilərinin 

müflisləşməsinin  və  vergiyə  cəlb  olunan  bazanın  azalmasının  qarşısının  alınması,  vergi 

ödəyicilərinin hüquqlarının qorunmasının maksimum təmin edilməsi. 

Vergi siyasətinin həyata keçirilməsinin səmərəli alətlərindən biri də vergi güzəştidir. 

Vergi  ödəyicilərinə  bu  və  ya  digər  vergi  güzəştlərini  verməklə  dövlət  müxtəlif  iqtisadi 



 

39 


proseslərə vergi tənzimlənməsinin təsirini fəallaşdırır. Bununla yanaşı olaraq qeyd etmək 

lazımdır  ki,  vergi  güzəştləri  verilərkən  müəyyən  bir  nisbəti  gözləmək  lazımdır.  Əvvəla, 

vergi  güzəştlərinin  çoxluğu  vergitutma  bazasının  azalmasına  səbəb  olur.  kincisi  isə 

güzəştlərlə tənzimləmə vergi ödəyicilərinin bərabərliyi prinsipini pozur.  

Vergi  yükünün  bütün  vergi  ödəyiciləri  arasında    bərabər  və  ədalətli  bölüşdürülməsi 

məsələsi prinsipal əhəmiyyət kəsb edir. Buna, hər şeydən əvvəl iqtisadi fəaliyyətin vergi 

güzəştlərindən  istifadə  etməyən  iştirakçılarına  nəzərən  vergi  sisteminin  ədalətlilik 

prinsipini  pozan  və  sistemsiz  fəaliyyət  göstərən  bir  sıra  vergi  güzəştlərinin  sayını 

azaltmaqla nail olmaq mümkündür. Belə ki,   bir qrup vergi ödəyiciləri üçün güzəştli hesab 

olunan    recim    labüd  sürətdə  digərləri  üçün  əlavə  vergi  yükü  və  gərginlik  deməkdir. 

Bundan  əlavə  nəzərə  almaq  lazımdır  ki,  hazırda  tətbiq  olunan  vergi  güzəştlərindən  bir 

çoxu  kifayət  qədər  səmərəli  deyildir  və  əksər  hallarda  öz  təyinatı  üzrə  tətbiq  olunmur. 

Bununla  belə,  fikrimizcə,  vergilərin  tənzimləyici  funksiyasının  azaldılması  da  düzgün 

olmazdı.  Buna  görə  də  bir  sıra  güzəştlər,  məsələn  elm  və  texnikanın  nailiyyətlərinin 

tətbiqinə yönəldilən, xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsi, əhalinin aztəminatlı və 

zəif  müdafiə  olunan  təbəqələrinin  sosial  müdafiəsi  ilə  əlaqədar  olan  vergi  güzəştləri 

saxlanılmalıdır. 

Dünya  təcrübəsi  göstərir  ki,    büdcə  gəlirlərinin  sadəcə  olaraq  vergi  dərəcələrinin 

yüksəldilməsi hesabına artırılması uzun müddət davam edə bilməz. 

Bununla  əlaqədar  olaraq  əsas  xüsusiyyətləri  aşağıdakılardan  ibarət    olan  yeni  vergi 

sisteminin yaradılması zərurəti   meydana çıxır: 

-  dövlət  öz  ehtiyaclarını  ödəmək  üçün  sabit,    zəruri  məbləğdə  və  tələb  olunan 

müddətdə  gəlir  əldə  etməlidir.    Dövlət  gəlirlərinin  daxilolması  (vergilərin  yığılması) 

arzuolunmaz kənarlaşmalardan qorunmalıdır; 

-  vergi  sistemi  vergi  yükünün  bütün  ödəyicilər  arasında  ədalətli  və  proporsional 

bölüşdürülməsini təmin etməlidir; 

-  vergilər təsərrüfat  fəaliyyətinin iqtisadi  səmərəliliyinin təmin  olunması üçün şərait 

yaratmalı və maliyyə resurslarının bölüşdürülməsinə təhrif olunmuş təsir göstərməməlidir; 




 

40 


-  dövlət  gəlirləri  sistemi  yığımı  və  investisiyaların  inkişafını  stimullaşdırmalı,   

iqtisadi  artımı  həvəsləndirməli,  beynəlxalq  bazarda  Azərbaycan  mallarının  rəqabət 

qabiliyyətini təmin etmək üçün zəmin yaratmalıdır; 

-  vergi  siyasəti və vergi  sistemi  ayrı-ayrı  vergi ödəyicilərinin problemlərinin  həllinə 

deyil, dövlət büdcəsinin gəlirlərinin təmin edilməsinə yönəldilməlidir; 

-  vergitutmanın  qanunvericilik  bazası  aydın,  anlaşıqlı  və  daxılən  ziddiyyətsiz 

olmalıdır; 

-  vergi  ödəyiciləri  vergi  qanunları  və  onlara  edilmiş  düzəlişlərlə  tanış  olmaq, 

həmçinin    normativ-hüquqi  sənədlərin  layihələrinin  hazırlanmasında  iştirak  etmək 

imkanına malik olmalıdırlar; 

-  vergilərin  yığılmasına  dövlətin  çəkdiyi  xərclər    əlverişli  səviyyədə  saxlanılmaqla, 

vergitutma sistemi tətbiq olunarkən mürəkkəbliyə və dolaşıqlığa səbəb olmamalıdır. 

Vergitutma 

sahəsində 

ölkə 

iqtisadiyyatının 



fəaliyyət 

xüsusiyyətlərinin 

qiymətləndirilməsinin  daha  obyektiv  üsüllarından  biri  də    müxtəlif  vergi  sistemlərinin, 

həmçinin  onların  inkişaf  dinamikasının  müqayisəli  təhlilinə  imkan  verən  bir  sıra 

göstəricilərin  müəyyən  edilməsi  sayılır.  Belə  mühüm  göstəricilərə  vergi  sisteminin 

elastikliyi və dayanıqlığı əmsallarını aid etmək olar. 

Vergi sisteminin elastikliyini xarakterizə edən əmsallar müəyyən dövr ərzində vergi 

daxilolmalarının  həcminin  nisbi  dəyişməsini  Ümumi  Daxili  Məhsulun  (ÜDM)  həcminin 

nisbi  dəyişməsi  ilə  müqayisə  etməklə  təyin  olunur.  Bu  əmsallar  ÜDM-un  həcmi  1% 

dəyişdikdə  vergi  daxilolmalarının  həcminin  nə  qədər  dəyişdiyini  xarakterizə  edir.  Vergi 

sisteminin  elastiklik  əmsalının  dayanıqlıq  əmsalından  prinsipal  fərqi  ondadır  ki,  bu 

ə

msallardan  birincisi  sabit  vergi  sistemi  şəraitində  (vergi  dərəcələri  sabit  qalır  və 



vergitutma  bazaları  dəyişmir),  ikincisi  isə  mövcud  vergilərdə  dəyişiklikləri  və  yeni 

vergilərin  daxil  edilməsini  nəzərdə  tutur.  Elastiklik  əmsalının  kəmiyyətinin  aşağı  olması 

və  yaxud  əksinə,  vahiddən  əhəmiyyətli  dərəcədə  yüksək  olması  milli  vergi  sistemində 

ciddi dəyişikliklərin aparılmasını zəruri edir. 

Elastiklik və dayanıqlıq əmsallarını bütövlükdə ölkənin vergi sistemi üzrə, həmçinin 

ayrı-ayrı vergi növləri üzrə də hesablamaq mümkündür. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə