Microsoft Word yusifova ulduz doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix26.09.2017
ölçüsü0,98 Mb.
#1973
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

 

59 


ölkələrdə, o cümlədən Azərbaycanda optimal vergi yükünün (I və II tip Laffer nöqtələrinin 

tapılması),  o  cümlədən  ayrı-ayrı  vergi  dərəcələrinin  optimal  səviyyəsinin  tapılması  üçün 

müəyyən  tədqiqatlar  aparılmışdır.  Ölkə  iqtisadiyyatı  üçün  ƏDV-nin  optimal  dərəcəsinin 

elmi  əsaslarla  öyrənilməməsi,  digər  tərəfdən  belə  tədqiqatların  müntəzəm  aparılmasının 

zəruriliyi  nəzərə  alınaraq  ekonometrik  modelləşdirmənin  köməyi  ilə  ƏDV-nin  optimal 

dərəcəsinin müəyyənləşdirilməsi tədqiqatı yerinə yetirilmiş və nəticələr təhlil edilmişdir. 

EDV_D(t) = C(1) + C(2)*EDV_DER(t) + C(3)*EDV_DER(t)^2            (3.1) 

 

Burada, EDV_D (t)- t ilində ƏDV üzrə daxilolmalar, min manatla;  EDV_DER(t) – t 



ilində ƏDV dərəcəsi, faizlə; C(1), C(2), C(3) – parametrlərdir. 

(3.1)–  in  Eviews  Tətbiqi  Proqram  Paketində  qiymətləndirilməsinin  nəticəsindən 

alınmış ekonometrik model aşağıdakı kimidir:  

EDV_D(t) = 8202080.348 - 697551.3929*EDV_DER(t) + 

14495.97765*EDV_DER(t)^2                                                                 (3.2) 

            (Std. Səhv)     (2170117.0)     (202017.5)                                   (4624.757) 

           (t-Statistica)    (3.779557)       (-3.452926)                                  (3.134430) 

         

R-squared = 0.727071; Adjusted R-squared = 0.658839; Durbin-Watson stat = 

1.380192 

 

Burada,  (Std.  Səhv)  –  standart  səhvi,  mötərizə  işarəsi  ilə  yazılan  ədədlər  isə  uyğun 



parametrlərin standart səhvlərini, (t-statistica) –Styudentin t-statistikasını, mötərizə işarəsi 

ilə yazılan ədədlər isə uyğun parametrlərin t-statistikasının qiymətini göstərir. R-squared- 

determinasiya  əmsalını,  Adjusted  R-squared  –  dəqiqləşdirilmiş  determinasiya  əmsalını, 

Durbin-Watson stat – isə Darbin-Vatson statistikasını göstərir. 

Qeyd  edək  ki,  göstəricilərin  1992-2009-cu  illəri  əhatə  edən  zaman  sıralarının 

sürüşkən  ortaya  (MA)  malik  olmaları  ilə  stasionarlığının  pozulması  modelə  4-cü  tərtib 

sürüşkən orta - MA(4) amili daxil edilməklə aradan qaldırılmışdır. MA(4) onu göstərir ki, 

qeyri-stasionar  zaman  sırası  xüsusiyyətlərinin  dəyişməsinin  (orta  kəmiyyətin  və 

dispersiyanın  sabit  olmamağı)  modeldə  yaratdığı  problemlər  sıraya  4  ilə  qədər  gecikmə 

(laq) verməklə aradan qaldırılmışdır.  

(3.2)-nin  statistik  xüsusiyyətləri,  habelə  statistik  testlər    göstərmişdir  ki,  alınmış 

ekonometrik  model  adekvatdır.  Başqa  sözlə  təhlil  üçün  yararlıdır.  Belə  ki,  hər  üç 

parametrin  standart  səhvlərinin  və  ya  standart  kənarlaşmalarının  müvafiq  qiymətlərə 



 

60 


nəzərən  xeyli  kiçik  olduğundan  (t-statistika  3-dən  böyükdür)  tapılmış  qiymətlər 

ə

həmiyyətlidir. Determinasiya əmsalının (R-squared) qiymətinin 0.727071 olması göstərir 



ki,  bu  model  vasitəsi  ilə  ƏDV  üzrə  daxilolmaların  dəyişməsini  72.7  faizi  izah  olunur. 

Başqa sözlə proses 72.7 faiz aproksimasiya edilmişdir. Yerdə qalan 27.3 faiz isə modeldə 

nəzərə  alınmayan  dəyişən  amillər  hesabına  baş  verir.  Dəqiqləşdirilmiş  determinasiya 

ə

msalının  (Adjusted  R-squared)  qiymətinin  (0.658839)  determinasiya  əmsalının 



qiymətindən  çox  da  fərqlənməməyi  determinasiya  əmsalının  təsadüfən  həmin  qiymət 

almamağını  göstərir.  Darbin-Vatson  statistikasını  (Durbin-Watson  stat  =  1.380192) 

qiymətinin  2-yə  bərabər  ideal  halı  alınmasa  da  0  və  4-dən  xeyli  fərqlənməsi,  qalıqların 

avtokorrelyasiyasının olmamağını göstərir ki, bu da arzu olunan haldır. 

 (2) kvadratik funksiya olduğundan onun qrafiki paraboladır. Həmçinin bu funksiyada 

EDV_DER^2  –in  əmsalı  müsbət  olduğu  üçün  parabolanın  qanadları  yuxarıdır.  Bu  isə  o 

deməkdir ki, həmin funksiyanın minimum nöqtəsi vardır.  (3.2)-nin ekstremum nöqtəsini 

tapsaq  EDV_DƏR  =  24.1  olar.  Yəni,  ƏDV  daxilolmalarına  ən  az  səviyyə  verən  ƏDV 

dərəcəsi 24.1 faizə bərabərdir. 

Ə

DV üzrə daxilolmalara ən yüksək (max) səviyyə verən ƏDV dərəcəsini müəyyən 



etməyə çalışaq. Bunun üçün, 

EDV_D(T)= C(1)*EDV_DER(t) + C(2)*EDV_DER^2(t)                        (3.3) 

reqressiya  tənliyini  qiymətləndirək.  Qeyd  edək  ki,  (3.3)-də  t-zaman  faktoru  və 

EDV_D-nin  həcm  göstəricisi  iştirak  etdiyindən  uzunmüddətli  dövr  üçün  dinamik 

modeldir.  Başqa  sözlə  model  uzunmüddətli  dövrün  xüsusiyyətlərini  özündə  əks  etdirir. 

Modeldə  1992  -2007-ci  illəri  əhatə  edən  statistika  əsasında  ƏDV  daxilolmalarının 

həcminin  ƏDV  dərəcəsindən  qeyri-xətti  asılılığını    əks  etdirən    uzun  bir  dövr  üçün 

qanunauyğunluqlar öyrənilir. Ona görə də modeldən tapılan ƏDV-nin optimal dərəcəsinin 

uzunmüddətli dövrdə doğruluğunu söyləmək olar.  

EDV_D = 170863.8032*EDV_DER - 8434.384803*EDV_DER^2               (3.4) 

                       (t-Statistica)     (5.281660)                        ( -4.918459) 

R-squared = 0.708332; Adjusted R-squared = 0.659720; Durbin-Watson stat = 

1.384529 



 

61 


Qeyd edək ki, zaman sırasının sürüşkən ortaya (MA) malik olmağı ilə stasionarlığının 

pozulması 4-cü tərtib sürüşkən orta - MA(4) modelə daxil edilməklə aradan qaldırılmışdır.  

(3.4) reqressiya tənliyinin statistik xüsusiyyətləri, habelə statistik testlər  göstərmişdir 

ki, alınmış ekonometrik model adekvatdır. 

(3.4)-dən  alınmışdır  ki,  ƏDV  daxilolmalarına  optimal  səviyyə  verən  ƏDV  dərəcəsi 

10.1 faizdir. Başqa sözlə uzunmüddətli dövrdə ƏDV dərəcəsi 10.1 faiz olduqda ƏDV üzrə 

daxilolmaların məbləği ən çox olur. Qeyd etdiyimiz kimi alınan bu nəticə uzun müddətli 

dövrü  xarakterizə  edir.  Yəni,  ƏDV  dərəcəsi  son  hədd  olaraq  (limit)  10.1  faizə  endikdə 

Ə

DV  üzrə  daxilolmalar  optimal  həddə  çatmış  olur.  Vergi  siyasətinin  stabilliyi  effektiv 



vergi  siyasətinin  başlıca  göstəricisi  olduğundan  ƏDV  dərəcəsinin  birdən  birə  tapılan 

optimal  səviyyəyə  endirilməsi  məqsədəmüvafiq  olmur.  Onu  da  əlavə  edək  ki,  tapılan 

optimal  səviyyə  ƏDV  daxilolmalarına  təsir  edən  digər  amillərin  (məsələn,  ÜDM,  vergi 

inzibatçılığı, idarəetmədəki dəyişikliklər, inflyasiya səviyyəsi və s.) sabit qalması şərti ilə 

alınmışdır.  Uzun  müddətli  dövrdə  isə  bu  amillər  heç  də  sabit  qalmır.  Ona  görə  də  cari 

Ə

DV  dərəcəsinin  optimal  səviyyəsini  müəyyənləşdirmək  üçün  qısamüddətli  modellərə 



baxılması  zəruridir.  Qısamüddətli  modellərdə  zaman  sırasındakı  həcm  göstəricilərinin 

artımlarına  və  ya  artım  templərinə  baxılaraq  həcm  göstəricisi  aradan  götürülür  və  eyni 

zamanda  zaman  amili  də  aradan  çıxarılır.  Bu  ekonometrik  modellərdə  göstəricinin 

(dəyişənin)  loqarifmi  (LOG)  və  ya  loqarifmin  dəyişməsi  (DLOG)  qəbul  etməklə  həyata 

keçirilir. Dəyişənin loqarifmi (LOG) onun dəyişmə faizini, loqarifmin dəyişməsi (DLOG) 

isə  dəyişmənin  artım  tempini  əks  etdirir.  Qeyd  edək  ki,  dəyişənlərin  artımı  və  ya  artım 

tempini modelə daxil etməklə eyni zamanda vacib şərt olan zaman sırasının stasionarlığını 

yaratmış  oluruq  ki,  bu  da  zaman  sırasının  qeyri-stasionarlığının  modeldə  yaratdığı 

problemləri aradan qaldırır. 

  Qısamüddətli dövrdə ƏDV daxilolmalarına optimal səviyyə verən ƏDV dərəcəsini 

müəyyənləşdirmək üçün aşağıdakı reqressiya tənliyini qiymətləndirək: 

LOG(EDV_D) = C(1)*EDV_DERH + C(2)*EDV_DERH^2 .              (3.5) 

 

Burada,  EDVH-  ƏDV  dərəcəsini  göstərir(hissə  ilə).  (3.5)  –də  ƏDV  üzrə 



daxilolmaların  məbləği  deyil  onun  artımı  (LOG(EDV_D))  iştirak  etdiyindən  zaman 

faktoru  əhəmiyyətini  itirir.  Belə  ki,  (3.5)–nin  ekonometrik  qiymətləndirilməsində  ƏDV 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə