Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə74/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   70   71   72   73   74   75   76   77   ...   83

¹2(3)    èéóí 2012 
 
158 
 “Hə, bırda nə?” 
 “Maa... 
mənim kimi yetimə kimdi çörəh bişirən verən?” 
 “Sən gedib uşax-muşağa ilişəndə bimirsən heylə olar? Gördüm o günnəri sizi bulaxda... 
çiləşirdiniz... Sənin namxuda əvlənən vaxtındı, onunsa hələ  ağzınnan süd iyi gəlir... nolsun ki, 
dınqıl-dınqıl eliyir? Saa yıxılıb-durmuş, bərkdən-boşdan çıxmış özün yaşda qız lazımdı... “ 
 “Hardan 
tapım mən bədbaxt eləsini?” 
 “Gəl, gəl otur çörək qoyum, ye, sohra da yerin deyərəm, gedib taparsan...” 
 Onlar 
diz-dizə oturub çörək yeyirlər və ”televizor”un ekranı qaralır. 
 Kişi nigaran-nigaran mənə baxıb qapıdan çıxa-çıxa deyir: 
 “Dünya 
qarışıqlıqdır, özüu gözdə. Nənəni incitmə. “ 
 Qan-tər içində ayılıram. Atam yuxuma gəlmişdi. Bu yazıq da nigarandı məndən... 
*  *  * 
  Dekabr qarnan gəldi. Mənim də  əynim nazikdir. Meşin gödəkcəm soyuğu  əməlli saxlaya 
bilmir. Anamın verdiyi pula gedib Kubinkadan bir qalın palto aldım. Buranı  Ağası kişi nişan 
vermişdi. Yaxşı ki, o, var. Mən bu şəhərdə çox şeyi bilmirəm axı. Elə bu gün başıma gələn bir şeyi 
danışsam, fikrim aydın olar. 
 Paltonu alıb geyindim, gödəkçəni də müşəmbə torbaya qoyub təzə bazar tərəfdən 44 saylı 
məktəbin yanıyla düşə-düşə əlimdəki siqaret kötüyünü yerə atdım və bu zaman kimsə məni arxadan 
səslədi: 
 -Eyyy! 
 Geri qanrıldım. Yaşlı bir kişi idi. Əlində  təzə ayaqqabı tayını tutmağından al-verçi olduğu 
bilinirdi. Məni barmağının işarəsiylə yanına çağırdı və hələ də asvaltda tüstülənən siqaret kötüyünü 
göğstərib yavaşca dedi: 
 -Unu 
götür. 
  Tərəddüdlə  də olsa əyilib götürdüm. Kişi divarın dibindəki çuqun zibilqabına barmağını 
tuşladı: 
  -Unun yeri uradur, bildün? 
  Mən pərt olsam da, bunu biruzə verməməyə çalışaraq kötüyü ora atıb kişiyə tərəf döndüm və 
dedim: 
 -Bağışlayın... 
*  *  * 
 Bura gəlmişkən Hüseyn müəllimə  də  zəng edim dedim. İşləmək istəyirdim. Anamnan pul 
almağa utanırdım daha. Dedim bəlkə uyğun bir iş olar. Lap fəhləlik olsun, işləyərəm. Təki pul 
çıxsın.  
  İki qəpikliyi salsam da, telefondan səs gəlmədi. Dedim yəqin xarabdır. Onsuz da, bizim çox 
şeyimizdə anormallıq var. Şüurumuzdan tutmuş, telefon budkamıza dək... Hələ çox şeyimiz 
düzəlməlidir. 
*  *  * 
  İmtahanların hamısından beş aldım. Uşaqlar rayona getsə  də, mən getmədim. Axı Hüseyn 
müəllimin köməyiylə işə düzəlmişəm. Voladarski adına fabrikdə çeşidləyici köməkçisiyəm. Əslində 
çeşidlənmiş malları arabalara yığıb o biri şöbəyə təhvil veririk. Axşam saat beşdən on ikiyəcən işdə 
oluram. Yeni növbə  gələn kimi bizi buraxırlar. Məni on birdən buraxırlar. Elə çox vaxt ayaqla 
gəlirəm evə.  
  İlk maaşımı alanda Ağası dayıya bir ətir dəsti almışdım. Götürmürdü ki, sən tələbəsən, 
qıymaram. Güclə verdim. 
 
HAFİZ MÜƏLLİM VƏ ATLAS XALA 
 
 Yazın burnu təzə qanayıb. Amma burda heç yazın gəlməyi bilinmir. Kəndimizçün 
burnumun ucu göynəyir. Getsəydim, yıxılardım bağımızdakı  bənövşəliyə, öpərdim onların 
yarpağından, ətrini çəkərdim sinəmə. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
159
 Elə bu fikirlərlə  məktəbdən evə dönürəm. Həyətə girəndə gördüyüm mənzərədən çaşıb 
qalıram. Mən son vaxtlar yuxuynan aşkarı qarışıq salmışam.  İndi gəl baş aç görüm yuxudu, ya 
aşkardı?!  
  Həyətdəki stolun başında Hafiz müəllim  əyləşib, yanında da inanmayacaqsınız, amma bu 
belədi: Atlas xala! Bu gözəl gəlin özündən çox yaşlı olan ərinin yanında elə  əyləşib ki, elə bil 
qaçmağa hazırlaşır. Küçədən, həyətdən bir səs gələndə dik atılır. Məni də görəndə çaşıb qaldı, 
bilmədi ayağa dursun, ya oturduğu yerdə qalsın.  
  Mən Hafiz müəllimə yaxınlaşıb əl verirəm, amma o, məni qucaqlayıb öpür. Sonra Atlasa da 
göstərir və deyir: 
 -Bu, 
Xosrovdu... 
 Qadın gülümsər gözləriylə mənə baxır və təkrar gülümsəyir. Bu o mənaya gəlir ki, tanıdım. 
Axı o kənddə məndən və Dursundan başqa adam görməyib.  
  Səkinə mənə də çay süzür. Kamilin hərdən həyətdə odladığı samovarı çıxardıb qaynadıb. (O, 
gedəndən samovar həyət üzü görməmişdi) Mən müəllimimə baxsam da cəsarət eləyib ilk sözü deyə 
bilmirəm. O, bunu başa düşür və təbəssümlə deyir: 
 -Necədi işlərin? Səkinə dedi işə də düzəlmisən? 
 -Hə, fabrikdə bir yüngülvari iş veriblər, malları çeşidləyirik... seçib-seçələyirik... Onsuz da 
boş vaxtım çoxdur... 
 -Bəs dərslərin necə gedir? Başın qatışar işə, dərs yadından çıxar ha... 
  -Yox, yox, dərslərim yaxşıdı... Yeddi imtahan vardı, hamısından beş almışam. 
 -Müyəllim, namxuda Xostan elə məktəbdə də yaxşı oxuyanıydı dana, - bunu da Səkinə deyir 
və aradakı rəsmiyyət bir az səngiyir. 
Mənim əslində elə bir narahatçılığım yoxdur, sadəcə bu Atlas xalanın birdən-birə belə peyda 
olmağına çaşıb qalmışam. Ona görə də hələ də özümə gələ bilməmişəm. Yoxsa müəllimimi allah bu 
yaz günündə bu şəhərə göndərməynən mənim ürəyimdən keçəni eləyib.  İndi mən bu kişidən 
kəndimizin, evimizin, torpağımızın, suyumuzun iyini alıram. Məni qınayan olmasa, bu kişinin üst-
başını iyləyərəm, kəndimizin torpağına bulaşan o ayaqqabılarının altından öpərəm... 
  -Atlas xalan bir az nasazlayıb... Dedim, gətirim o kəççi balnisiyasında bir yoxlasınlar... 
Mənim də bu şəhərdə bir-iki dəyməli yerim var, onlara da dəyim... Bir də... 
 Kişi nədənsə bir az tutuldu. Əlini saçına çəkib dəyişilmiş səslə deyir: 
 -Bizim gədə axı Tümendəydi... kadrovı afserdi... Kapitandı... İndi bizdən xəbərsiz  qayıdıb 
Bakıya, ordan da gedib Qarabağa... Gəldik bura ki, bəlkə Kamilin xəbəri ola, görüb-eləyə bizim 
Nazimi... o da ki... Səkinə dedi, Kamil gedib, bir səs-sorağı da yoxdu... 
  Nəhayət ki, Atlas xalanın da səsi çıxır, özü də qəhərlənib eləmir, elə şappadan-xeyir deyir: 
 -Xostan, deyillər ki, sən böyük vəzifədə olan qohumuu tapmısan, bəlkə ona deyəsən, görəy 
bizim Nazimi hara göndəriblər? 
  Mən key-key gah Hafiz müəllimə, gah da arvadına baxıram, amma bir şey başa düşmürəm. 
Nəhayət, Səkinə dillənir: 
  -Ay Xosu, o nədi e, toplu kişi, mayordu, nədi deyirdin ha, təzə bazarın altda Qormilisiyədə 
işləyən dana... 
  Hə, indi başa düşdüm nə istəyirlər. 
 -Hüseyin 
müəllimi deyirsiz? – deyirəm və özüm də cavab verirəm: 
 -Hə, o bilər, qoy elə indi gedim küçədən telefon budkasınnan zəng vurum... 
 Hafiz müəllim əlinin işarəsi ilə məni yerimdə oturdur: 
  -İndi belə tələm-tələsik lazım dəyil, onsuz da səhər də burdayıq, lazım gəlsə, bürüsüyünü də 
qalarıq, lap tabürüsüyünü də... İndi biz yaz tətilindəyik axı, məktəb yoxdu... 
 Bir qədər o yandan-bu yandan söhbət eləyirik. Sonra Hafiz müəllim durub həyətin küncünə 
qoyduğu bağlamaları gətirir. 
 -Səkinə, qızım bu sənin payındı, Atlas xalan özü büküb... 
  Səkinə gülümsünür: 
  -Eee, ay məllim, ayıb dəyil sanallah! 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə