Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə75/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   71   72   73   74   75   76   77   78   ...   83

¹2(3)    èéóí 2012 
 
160 
 -Nə aybı var, qızım. Kənd payıdı də... Hə, bunu da Gülümalı kişi avtobusda verdi, deyəsən 
ətdi... Bax, bu iki toyuğu Atlas xalan qızardıb, indi yan-yön elə yeyək... Ay Xostan, bu sənindi, 
genə Atlas xalan büküb, bunu da anan verdi... Bu da puldu, baban göndərdi...  
  Həyət soyuq olduğundan yeməyi Səkinəgilin içəri otağında yeyirik. Burda tək bir 
narahatçılıq var: Nanə yemək yemir. Eləcənə oturub key-key Hafiz müəllimə baxır.  Əlacsız qalan 
Səkinə onu o biri otağa aparır. Və qayıdanda gülə-gülə deyir ki, Nanə Hafiz müəllimdən 
qorxurmuş. Soyuq-soyuq gülüşürük. 
         Mən arada Atlas xalaya baxıram. Qadın bir artıq hərəkət eləmir. Gözü ərinin əlindədir. 
Hafiz müəllim nə edirsə, bu da onu təkrarlayır. 
 
DƏRS 
 
 Gecə Səkinəgildə bir xeyli söhbət eləyib yatmağa bizə gəlmək istəyirik. Daha doğrusu, belə 
qərara gəlmişik ki, Atlas xala orda qalacaq, Hafiz müəllimlə ikimiz mənim otağımda gecələyəcəyik. 
Qapıdan çıxanda Atlas xala Hafiz müəllimə göz-qaşnan nəsə başa salır.  İkisi də çölə  çıxır. Mən 
gözucu hələ ki, özünü ədəbli aparan Nanəyə baxıram. O da məni qanlı-qanlı süzür.  
 Qayıdıb çölə çıxıram və Hafiz müəllimin cod səsini eşidirəm: 
 -Ay qız, məni biyabır eləmə! O dəli dəyil ki... Bir az çatışmazlığı var də... Onun səninlə nə 
işi var?  
 -Mən qorxuram, Hafiz... Qoy eləcənə sizin yanıızda yatım... elə istolda oturub mürgüləyim, 
amma orda, o dəli qızın yanında qalmıyım... Mən onnan qorxuram... Vallah qorxuram... 
 Onlara 
yaxınlaşdım və dedim: 
 -Mən mətbəxdə yataram, narahat olmayın... 
 Beləcə  Səkinənin ciddi etirazına baxmayaraq Atlas xala da mənim otağıma gəlir və 
Səkinənin gətirdiyi yorğan-döşəklə yer salırlar. Səkinə istəyir ki, mən gedib onlarda yatım, amma 
mən göz-qaşla onu başa salıram ki, olmaz belə  şey. Və  mənim ciddi etirazıma baxmayaraq Atlas 
xala öz yerini mətbəxdə salır. “Eləcənə kuxnuda yatacam” deyir. Biz isə Hafiz müəllimlə yan-yana 
yer salırıq. O, Aslanın çarpayısında, mən də özümünkündə uzanıram.  
  O yandan-bu yandan söhbətləşirik. Sonra Hafiz müəllim başlayır söhbətə.  
 -Bizim tərəflərdə bir dərviş olub. İldə bir dəfə gəlib bizim kəndə çıxarmış... Dərviş bilirsən 
nədi? 
  Mən duruxuram və nəhayət dillənirəm: 
 -Hə, təxminən... “Nəsimi” filmində... 
 -Hardan biləssən ki? Sənin müəllimin mən olmuşam, gərək dərsdə deyəydim ki, sən də 
biləydin... Hə, düzdü, o filmdə var dərvişlər... Dərvişlər tərkidünya idilər, bu dünyaya qonaq 
gəldiyimizi sanardılar... Özü də elmli, bilikli, kamil əxlaq sahibiydilər. Oba-oba, oymaq-oymaq 
gəzər, öz təlimlərini yayardılar. Ailə qurmazdılar. Bir qurtum su, bir loğma çörək onların gündəlik 
azuqəsi olardı. Sənin baban şərq fəlsəfəsini də, qərb fəlsəfəsini də mənimsəmiş kamil adamdır. Mən 
bir sovet müəllimi kimi böyük fəlsəfədən – sufizmdən bixəbər olmuşam uzun illər. Sonralar babanla 
dost oldum. O məni həm sovet ÇK-sının çəngindən xilas etdi, həm də maddiyyatçı marksist-leninist 
təlimin əlindən aldı. Mən onun  zəngin kitabxanasınnan Mövlananı, Şəms Təbrizini, Yunis İmrəni 
oxudum, sufizm fəlsəfəsini öyrəndim... Çar Rusiyası, onun şikəst varisi olan Sovet hökuməti 
sufizmin, sufi əxlaqının daşıyıcıları olan Azərbaycan maarifçilərinin ideallarını dağıtdı... Cavidləri, 
Cavadları, Cəfər Cabbarlıları  məhv etdi. Sənin babalarının törəməsi olan böyük alim Məhəmməd 
Həsən Baharlını, yüzlərlə, minlərlə belə ziyalımızı qanına qəltan elədilər. Mən görməmişəm, amma 
eşitmişəm, Baharlıda bir Yapon Səməd olub, çox ağıllı, elm-ürfan sahibiymiş. Özünün xalça sexi, 
boyakarlıq məktəbi varmış. Təbriz xalça məktəbinə  əsaslanan xalçaları  Şərqin  ən gözəl xalçaları 
sayılıb. Sovet hökumətinin ilk illərindəcə onu tutdular. Sexlərini, boyakarlıq müəssisələrini alt-üst 
elədilər... Yapon Səməd... Sən bir ada bax... Bu adı ona savadsız kütlə, el-oba verib. Necə də dəqiq 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
161
tapıblar adını. Avropalı yox ha, firəng, ingilis yox, yapon Səməd!.. Eh... Hə  mən axı  dərvişdən 
danışacaqdım sənə... 
 -Dediniz 
bir 
dərviş vardı... 
 -Hə, mən o dərvişi görmüşdüm. Daha uzun saqqalı yoxdu, cır-cındırın içində deyildi, (axı 
dedim ki, dərvişlər tərkidünya olurdular, bu dünyanın malında gözləri olmazdı...  Şəms Təbrizi 
demişkən, hər kəs özündə olan iki şeyin birini öldürüb, birini diriltməlidir... öldürüləsi lazım olan 
şey nəfsdir, çünki nəfsi öldürmədikcə rahat yaşamaq mümkün deyil, dirildilməsi lazım olan şey isə 
könüldür, çünki könlü ölü olanın məsud və  bəxtəvər olması mümkün deyil...), hətta atı da vardı... 
Məlumdur ki, dərvişlər ayaqla gəzərdilər... Danışdığım bu dərvişə camaat sofu deyərdi. Nə bilim 
bəlkə elə bu sufi sözünün dəyişmiş formasıydı? Onun əlində balaca qavalı, bir də bir torbası vardı. 
Bu torbada növbənöv ilanlar olardı. O, kəndin ortasında mərəkə qurar, qavalında qəribə ritmli 
havalar çalar, sonra torbasından çıxardığı ilanları oynadardı. Aradabir sözlər də deyərdi. Tutalım ən 
böyük ilanını göstərər: “Bax, bu zındıq oğlu zındıq dünyanın bütün siçanlarını da yesə, gözü 
doymaz” deyib indi unutduğum bir qəzəlmi, ya qəsidəmi söyləyər, rəqs edərdi... Ən kiçik ilanını isə 
belə öyərdi: “Bu da ilandır, fəqət, gözütoxdur, başqasına zülm eləməz, zalimlərin yanında yeri yox 
onun”... belə-belə sözlər... Sonra da ayaqlarını yerə döyər, at ayağının səsinə oxşar səs çıxarar, bunu 
qavalıyla nizamlayar və indi yadımda qulaq-quyruğu qalmış rövzələr oxuyardı: 
 
        Hapıda, hapıda, hapıda hoy, 
        Düzlər qalıb qapıda hoy! 
        Əyrilər başa çıxıb... 
        Məmələr qoşa çıxıb... 
        Hapıdı, hapıdı, hapıdı hoy, 
        Düzlər qalıb qapıda hoy... 
        Açar da ki, Şapıda hoy... 
 
       Şapı bilirsən kimdi? Dalı  şaqqıldaxlı bir arvaddı. Bizim Qırışın nənəsiydi. Adı 
Şahpəriydi, Şapı deyirdilər. 
       Əslində forma dəyişmişdi, məzmun isə eyniydi... dərviş elə dərvişdi... Bilirsən, onun axırı 
nə oldu? Qırış məlumat vermişdi. Gəldilər,  mərəkələrində gizlicə iştirak edib onu da tutub apardılar 
gedər-gəlməzə... Sonuncu dərvişin hekayəsidi bu... Bunu sənə niyə danışdım, bilirsən? 
  Mən çox sarsılmışdım. Boğazımı  qəhər elə biçmişdi ki, danışa bilmirdim. Handan-hana 
dedim: 
 -Niyə? 
  -Əslində sonuncu dərviş o deyildi... 
 -Bəs kim idi? 
 -Sonuncu dərviş  sənin baban Haşım kişidi...  İçində böyük-böyük alimlərin, sufilərin, 
maarifçilərin nişanələrini daşıyan Haşım bəy haqq dərvişlərinin son nümayəndəsidir. O, təkcə bizim 
kəndin deyil, elə Zəngəzurdan Qarabağacan böyük bir elin idimini çəkən, təsibini saxlayan, özünü 
sipər eləməyi bacaran cavanşirlərin, baharlıların, qaraqoyunluların ruhunu özündə yaşadan kişidi... 
Onun elmi də var axı... Özü də mən də daxil, sovet müəllimləri uzun zaman o kişinin duyduqlarını 
duymamışıq, dediklərini anlamamışıq.  İnsan belədir, ayağı  pərtmədikcə qarşısındakının 
böyüklüyünü anlamaz. Yalnız yıxılanda “ya allah kömək ol” dediyi kimi, dizi dirəkdən düşəndə 
tutduğu  ətəyin kimin ətəyi olduğunun fərqində olur... Sən ki mənim başıma açılan oyundan 
xəbərdarsan? 
 -Hə, siz özünüz danışmışdınız... Dursunla mən dalaşanda... 
 -Halaldı Dursuna. Allah qorusun, indi bizim camaatın ümid yeri olub... Bu barədə sonra 
danışarıq... Mən babannan danışmaq istəyirəm... Sizin nəslin bir qolu Baharlılara gedib çıxır, yəqin 
bilirsən? 
 -Hə, babamdakı qara cildli kitabdan oxumuşdum... Bir qolumuz cavanşirlərə, o biri qolumuz 
baharlılara gedir. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə