Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə77/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   73   74   75   76   77   78   79   80   ...   83

¹2(3)    èéóí 2012 
 
164 
KÜP 
 
  Qatarda yol gedirik. Mən bu yolu hər dəfə gedəndə elə bilirəm ki, bu yol heç bitməyəcək. 
Qatarın ayaq səsləri, bir-birini tanımayan insanlar, qatarın qəribə yataq və ya oturacaq yerləri, 
yığılıb-açılan stollar... Və yol boyu yeyilən yolçu yeməkləri, yalnız qatarda olan kağıza bükülü 
qəribə qənd, dəmir qabın içinə qoyulmuş iri, qalın stəkan... Və bu qatarda edilən söhbətlər, hansı ki, 
indi Hafiz müəllimlə dördüncü kupe yoldaşımız (başı daz qırxılmış, lopa bığları ağzını örtmüş orta 
yaşlı bir kişi) başlayıb... 
-Biz millət deyilik, qardaşım! Millətin gərək şərəfi, əxlaqı olsun... Biz isə şərəfsiz, namussuz 
adamlarıq... Osmanlının boyunduruğu,  İranın toxmağı, rusun mızrağı...  İndi də Amerika Xalq 
Cəbhəsi qayırıb bizimçün... Əyə, bizə deyən gərək, ay it oğlu, arvadın bir əri olar də! Gah onun 
altına yıxılırıq, bacı da bağışlasın, gah bunun... Biz düzələn deyilik, əmoğlu! 
Hafiz müəllim bu “şərəfli”yə baş qoşmamağa çalışsa da, dözmür, axırda alıb yatır onu: 
-Nə vermisən bu millətə, ala bilmirsən? Sənin kimi “şərəflilərdir” də bizi dalana dirəyən... Sən 
nə bilirsən ki, Xalq Cəbhəsin Amerika yaradıb?! Niyə erməni yox, latış yox, gürcü yox, amma biz 
belə düşünməliyik?  
-Əmoğlu, mənim dərdim ayrıdı e... İllərdi dişimlə, dırnağımla qəpik-qəpik pul yığmlışam, 
onnan beş manat, bunnan on manat qopardıb ikisin yuxarı ötürmüşəm, ikisin də öz cibimə qoymu-
şam, indi bir idman müəllimi gəlib olub cəbhəçi, kəsib qapımı ki, gərək beş min silaha pul verəsən! 
 -O yığdığın xalqın puludur də, düz eliyirlər istəyirlər... Sən küpə çinləmisən, indi də xalqın 
ağır günündə küpün başından götürməlisən.  
 Kişinin Hafiz müəllimdən ağlı bir şey kəsmir deyəsən, qalxıb vaqonun dəhlizinə  çıxır, 
siqaret yandırıb dərdli-dərdli sümürür. Bu vaxt Ağası kişigildə gördüyüm küp əhvalatı  yadıma 
düşür və başlayıram qaçaq İsrafilin küpünün və  Ağası kişinin, Marqonun əhvalatını danışmağa. 
Hafiz müəllim hələ  də özünə  gəlməyib. Bu axmaq adamın gic-gic danışmağı onu bərk yaralayıb. 
Amma deyəsən, axır ki, mənim küp haqqında söhbətim onun diqqətini toplamağına yardımçı olur 
və maraqla söhbətin sonunu gözləyir. Mən artıq bildiyiniz əhvalatı danışıb qurtaran kimi deyir: 
  -Küp özü sirr deməkdir. Qızıldı, puldu, digər qiymətli əmtəələrdi, hamısı insan oğlunun bir-
birinə ismarıcıdı... Bu da bir növ yazıdı...  İşarələrlə yazı. O küp, əslində “mən varam, olacağam, 
olmalıyam” deməkdir. Bax, o adamınki sir deyil, hay-küydü, şivəndi... Köhnə kişilərinki isə 
gələcəyə bir növ ismarıc göndərməkdi ki, biz olmuşuq, bu da sübut! Siz də olmağa çalışın...  
Yerlərimizi salıb uzanmışıq. Mən ikinci qata çıxmışam. “Şərəfli” harasa yoxa çıxıb. Nə qədər 
gözümü yummağa çalışsam da kipriklərim qatlanmır. O küpü bizə “yazıb” gedən kişiləri 
düşünürəm. Onların bu sirli küpünü oxumağa çalışıram... 
     
TARİX TAMAMDIR 
 
 Bir tərəfdən arvadlar xalça-palaz üstə salınmış döşəkçələrdə oturublar. Pəncərənin ağzında 
qoyulmuş  qırmızı palıddan hazırlanan qədimi stolun başında isə Hafiz müəllim, Dursunun atası 
Əbdürrəhman, Sovet sədri Qırış  və tanımadığım iki kişi nə barədə isə  xısın-xısın danışırlar. Mən 
babamın yanındakı stulda əyləşmişəm. Kişi yatıb deyəsən. Qatardan düşəndə  məni tutan dəli 
ağlamağı  nəzərə almasaq, hələ ki, özümü möhkəm saxlamışam. Bilirəm ki, babamın ağlayan 
kişidən xoşu gəlmir. Beləsini görəndə üzünə baxmadan deyərdi: “Gözüun müzüyün axıtma  ə! 
Arvad oğlu arvad... Bessovisni niqadyay!” 
  Qəfildən Qırış ucadan danışmağa başlayır və qəribədir ki, heç kim ona qulaq asamır. Amma 
o elə ortalığaca danışır. 
 ...-Dedim ə, mən  Əbilfəzlabbas qurbanıyam e! Sən maa neyniyə bilərsən ki?... Qayıdıb nə 
desə yaxşıdı? Qayıdasan ki, ə, mən Qaçax İsrafılın nəslinnənəm e, bala, sənin kimi çarıxlı-patavalı 
muzdur dəyiləm ha!.. Dedim, ə, Qaçax İsrafıl yox e, Bandit İsrafıl!.. Elə bını demişdim, cibinnən bir 
şey çıxardıb knopkasın nə təri basdısa, şarrak eləyib açıldı, oldu pıçax, dedi  bı saat soxacam qarnıa! 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
165
Nə  təhər cihnə verib qışqırdımsa... Məni axı yuxarıda allah, aşağıda hökümət saxlıyır... Budu ha, 
göypapax atlılar tökülüşdülır... Qolun qaarıb apardılar... Bir daş bir gölə düşdü... O banditin son 
nişanası belə kəsildi... 
 Dişim bağırsağımı kəsir. Az qalıram deyəm ki, durun gedin. Amma o iki adamı tanımıram 
axı. Nəhayət, onların biri dillənir. 
 -Biz Haşım  əmioğluynan bir nəsildənik. Qohumuq. Qubadlının Qaraqoyunnu kəndinnənik. 
Eşitdik  əmioğlunun xəstələnməyini, gəldik. Dedik bir görək özünü, söhbət eliyək, bəlkə bir 
köməyimiz dəydi... 
 Babam gözlərini açır.  Əvvəl mənə, sonra qonaqlara baxır. Nənəmi çağırıb nəsə yavaşca 
deyir. Elə deyir ki, bunu bəlkə  də demir, eləcə qandırır. Nəhayət, nənəm üzünü ortalığa tutub 
gumuldanır: 
 -Haşım deyir ki, gələn ayaqlarınız var olsun, qapııza  şaddığa gələk. Zəhməıt çəkmisiniz. 
Durun gedin, evinizə, işinizdən-gücünüzdən qalmıyın. Mən Haşımı suya salmalıyam... Allah evinizi 
avad eləsin. 
 Birinci Hafiz müəllim qalxır. Dalınca təzə gələn qonaqlar və Əbdürrəhman. Ən axırda Qırış 
durur. Bilmədim məni süsdü, ya babamı? Axı mən onun yanında oturmuşam. 
   Sonuncu qadın evi tərk edəndə babam əlimdən tutur: 
 -Çıx, Qaraqoyunnudan gələnlərə dil-ağız elə. De ki, babam deyir sağ olun, əziyyət 
çəkmisiniz. Həm də tanış ol o adamlarla... Sonra qayıt, səninlə  işim var... Hafiz müəllimə  də de, 
getməsin. 
*  *  * 
 Babam əlimi  əlinə alır. Sıxmaq istəyir, gücü çatmır. Səsi elə  zəifləyib ki, heç o gur-gur 
guruldayan Haşım bəyə oxşamır. Otaqdakılara göz gəzdirir: nənəmə, anama, xalalarıma, Hafiz 
müəllimə baxır, yenə baxışlarını mənim üstümdə saxlayır. Quyunun dibindən gələn səslə deyir: 
-Bizim tərəflərdə bir şeyx olub... Mir Həmzə Seyid Nigari adında. Lətif  şeirləri, müdrik 
kəlamları dillər  əzbəriydi bir zamanlar. Bir orduya tay müridləri varmış. Çar hökuməti onun bu 
nüfuzunnan qorxur, ölkədən çıxmasını istəyir... Bizim nəslin ağsaqqalı Məhəmməd bəy Cavanşirin 
köməkliyi ilə Səfər bəy onu bir müddət  Hərtiz dağında gizlədir. Sonra Səfər bəy kişini tərkinə alıb 
dağlarala, meşələrlə aparır Türkiyə  sərhəddinə...  Bəzi kəndlərdən keçəndə  şeyxi tərkinə alır, bəzi 
kəndlərdən keçəndə arxaya keçib Seyid Nigarinin tərkinə minir. Sərhəddə  şeyx soruşur ki, Səfər 
bəy, niyə yol boyu yəhərdə yerini dəyişirdin? Deyir, ya şeyx, elə  kənd vardı ki, mərddi camaatı, 
bizə gülləni qabaqdan atardı, eləsi də vardı ki, namərd kimi arxamızcan gülləyə tutardı... ona görə... 
İndi üzbəüz güllə atannan qorxma, arxadan vuran təhlükəlidi... Təhlükə isə uzaqda deyil, qapının 
ağzındadır. Düşmən də namərd... Anan gələcək Bakıya. Bir ucuzvari ev alarsınız. Buralarda çox 
qarışıqlıq olacax, özüu gözlə... Davaya aparsalar, get, amma ehtiyatlı ol. Ehtiyatlı igidin anası 
ağlamaz. Bir sandıq verəcəklər saa, orda 5-6 yüz illərin əmanəti var... Əlyazmaları, bəlgələr, qədim 
sənədlər... maa da ana  babam Mirzə Haşım Zərrinqələmnən qalıb... Mirzə Vəli Baharlının oğlunu 
deyirəm... O Mirzə Haşım qəbiristanı var ha, bax onun adınadı... O sənədləri aparıb Ziya müəllimə, 
Ziya Bünyadıva təhvil verərsən... Ata tərəfimiz – Cavanşirlər vurub, asıb-kəsib, ana tərəfimiz Mirzə 
Vəli Baharlılar yazıb... Ona görə bir natamamlıq olub həmişə nəslimizdə... Gərək hökm eliyən özü 
də yaza bilsin. Elmi olanın helmi də olmalıdır... Helm, yəni güc...Yazı tarixdi axı... Tarix tamamdı... 
Mənim ömrüm də tamamdı... Sən mənim oğul yadigarımsan... Qəti ağlama. Zəhləm gedir ağlayan 
kişilərdən... Bessovisni niqodyay... Sən... sən... Zərişimin balasısan... Anannan, nənənnən muğayat 
ol... Xalaların amanatı... Çətinə düşsən, Hafiz müəllimnən məsləhət al...  
 Birdən dikəldi, üzünə bir nur haləsi qondu sanki. Xəstə Haşım bəydən sappasağ Haşım bəyə 
çevrildi və üzümə deyil, harasa uzaqlara baxıb qeyzlə dedi: 
  -Siz unutmayın bunu: nəslimizin yeganə oğul yadigarısınız... Mən... mən... əh... 
 Sözünün dalını gətirə bilmədi. Elə bil xəfif külək əsib çırağı söndürdü. Babam gözümüzün 
önündə danışa-danışa əlimizdən getdi. Son sözü də “əh” oldu.  
Birinci hissənin sonu. 
 Yanvar-may 2012. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə