Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə72/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   68   69   70   71   72   73   74   75   ...   83

¹2(3)    èéóí 2012 
 
154 
gəldik bura... ki, bir az ordakı obşinamız pul toplayıb bu meydana, Karabaxa, silaha-zada pomoşdan 
yana... Onu meydandakı uçasniklərə təhvil verdik... orda bir kəndçimiz vardı... Asya, kak evo imya? 
Yaman patriot adama oxşuyurdu... deyirdi meydan üçün bir çöngə kəsib gətirib... 
  -Rusifiyidi, Havizidi... niznayu... yanındakıların biri onnan danışanda Kırış-ştoili, belə fason 
ad da deyirdilər... 
  -Kstati, dedi ki, bizim selsovetin sədridir... Onun yanındakı  uşaxlardan biri... vot tebe na! 
Asya, ay qız, nəydi bizi bura gətirənin adı? 
  Səkinə Asyanı qabaqladı: 
  -Süleyman... 
 Sonra 
mənə göz vurub astadan: 
Dabanyanıq gətirmişdi bunları dura. Maa da elə baxırdı ki, elə bil xortdana baxırdı... – dedi. 
  Qədir danışdıqca mən onun dodaqlarına baxırdım və  məəttəl qalmışdım: axı bu adam 
dovşandodaq olmalıydı? Amma qalın bığı onun üst dodağının mırıq yerini görməyimə  mane 
olurdu. Nəhayət, “gəldik” sözünü deyəndə onun dodağının yarığını gördüm. Amma o qədər də para 
deyildi. Çox az bilinirdi. Düşündüm ki, yəqin plastik əməliyyat elətdirib. 
  Nə  qədər özümü ələ alsam da, boynuma alım ki, müsəlmanlığım,  şərqliliyim özümü 
soyuqqanlı aparmağıma mane olurdu. Nə  qədər özüm özümlə mübarizə aparsam da, pərtliyimi 
gizlədə bilmirdim. Bir də bir neçə gün əvvəl Ağası kişinin danışdıqları, Hüseyn müəllimlə görüşün 
şoku hələ məni tərk etməmiş, birdən-birə evimizi dağıdan, məni atasız, anamı ərsiz, ailəmizi başsız 
qoyan bir qadın bic oğlunu da yanına salıb gəlir ki, bəs, mən də varam... (Mənə çox ayıb olsun 
vallah! Heç bəlkə bu uşaq Asyanın sonra getdiyi ərindən doğduğudur.  İmanımı niyə yandırıram 
axı? Amma vallah, bu it oğlu lap mənim  əkiztayımdır ki, durub. Təkcə boyu məndən uzundur... ) 
Hələ anamı gözümün önünə gətirəndə başım lap xarab olurdu. Anamın bu gənc qadını (yaşı 30-35 
arası, bəlkə  də bir az çox olardı) saçlayıb dizinin altına necə aldığını, onu necə sürüdüyünü 
gözümün önünə gətirəndə lap dəli olurdum. İnanın, özümü pis hiss etməyə başladım. Bədənim get-
gedə sustalırdı.  İllah da qulağına taxdığı qulaqcıqla  əlindəki pleyerdən musiqiyə qulaq asa-asa 
saqqız çeynəyən “əkiztayım”ın məni görməməzliyə vurması,   özünü yekəxana aparması başımı 
xarab eləmişdi. Belə getsə, heç nədən dava salacaqdım, qanqaraçılığı olacaqdı. Bir də gördüm ki, 
durmuşam ayağa. Səkinə  məni qorxa-qorxa süzüb (qız halımı anlamışdı) göz-qaş elədi: yəni “nə 
məsələdi, birdən bizi biabır eləyərsın ha?” Mən də onu eyni mimikayla başa saldım: “Arxayın ol, 
özümü pis hiss edirəm, gedirəm otağıma. Bunları da rədd elə getsinlər” 
 Beləcə, onlarla kəlmə belə kəsmədən öz otağıma gedib elə paltar-palazlı çarpayıya sərildim. 
Mən belə vəziyyətlərdə yata bilmərəm dünyasında. Amma inandırıram sizi, daş kimi yatmışam.  
 
*  *  * 
 “Soruşdun onnan ki, nə üzlə gəlib?” 
 “Həlbəttə, soruşdum. Sən Səkinəni nə bilmisən?” 
 “Bəs nə dedi?” 
 “Bilirsən, iş bizim bildiyimiz kimi dəyilmiş...” 
 “Nə təhər yanı?” 
 “Sən bilirsən də, anan Zəriş qabaqlar Əbdürəhmanı istiyib... Dəli-divanəymişlər bir-
birilərinnən ötrü...” 
  “Eeee, ay Səkinə, qurt-quran açma də, nə olar?! Allah anamı da kəssin, onun sevgisini-
zadını da... Sən bu lotudan danış... Nə üzlə gəlib? Nə istiyir?” 
 “Bizdə qalmadılar ki, getdilər... Bir-iki gün Bakinin gəzməli yerrərini gəzib, sohra rayonnara 
gedəcəhlər...” 
 “Bizim 
rayona?!” 
  “Yox, e, yox! Onnar çətin ki, bir də bizim rayona üz tutalar... Şəkini-zadı gəzəcəhlər... Hə, 
dediyim odu ki, sənin nənənnən qabaq, bınnarın arasında  əməl varmış... Görüşürmüşlər... Amma 
Eylas qıza fikrini aça bilmiyib... Bir də qız deyib ki, mən oxuyacam... Oxuyum, sohra evlənərik.” 
  Az qala bağırıram: 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
155
 “Bəs?!” 
 “Bağırma, indi qancıq eşidib gələcəh” 
 “Nə qancıq?” 
  “Eeee... Piyansan? Nanəni deyirəm də... Dərmanını vermişəm, yatır...” 
 “Onun 
dərmanı var?” 
 “Hə, dırmanını vaxtında atmıyanda dünyanı dağıdır dana... Mən də acığnan bir az artıq 
verirəm ki, uluyub zəhləmizi tökməsin... Hə, dədən Zəriş xalayla evlənənnən soyra bir müddət 
bınnar görüşmürlər... Amma sohra nə  təhər olursa, genə birləşirlər... Dədən yaraşıqlı olub haaaa... 
Elə danışırdı Eylas dayıban, ağzım açıla qaldı... Mən də az qala vurulacaqdım dədaa... ha-ha-haaa” 
 “Eeee, 
bəsdi də, Zuku! Sən də məni dolama!” 
  “And olsun qolları  qələm olan Əbilfəzlabbasa, birin əyən-bəyən demirəm... Onnar bir-
birilərini Leyli-Məjlum kimi seviblər... Deyir, bir az şulum-şurt, bir az töküldüm-itdim gədəydi, 
amma mən, deyir, Rusetdən belə gəzdim, bu illərdə Eylas kmi kişi görmədim. Elə nə gördüm onda 
gördüm.” 
 “Zuku, 
nənəm onda sevmiyib də o qarabaxtı?” 
 “Nənən, Zəriş xala sevməyinə sevib e, amma onu yox, Əbdürrəhmanı sevib... Eylasa da bu 
sevgisini yaqin ki, zad eləməkçün... nə təhər deyim axı... belə şey eləməkçün... öldüməkçün gedib 
də...” 
  “İndi o gədə mənim qardaşımdı?” 
 “Hə, görmədin, necə saa oxşuyur? Elə bil ekiztayısıız... Boyu bir az uzundu... Asyanın boyu 
uzundu axı.” 
 “Zuku, 
demək dədəmin heylə günahı olmuyub səncə?” 
 “Dədən bircə o günah işdiyib ki, nəfsinə tüt demiyib... Day birin almışdı, gərəy dilin fərağat 
qoyeydi, ayrı qələt eləmiyeydi... Amma belə baxanda, neynəsin, bu aşq-maşq axmaq şeydi dana... 
Yaqin Leylinin Məjlumun vaxtında da onları söyüb-yamannıyıblar, sohra da, illər sohra başdıyıblar 
poyema-moyema yazmağa... Allah kəssin!” 
 “...” 
“Yaxşı, mən gedim... İndi qancıq uyanar, durub gələr bıra... Bilirsən dana, ağzına qan alır...” 
 “Zuku, 
sən istiyirsən, mən başqa ev tutum, gedim bırdan?” 
 “Səfehləmə. Biz sinif yoldaşıyıq, kətçiyik, qahımıx... Bir də  mən səni çox istiyirəm... Kim 
nə pox yeyir, yesin... Dolma bişirmişdim, bir qab da saa gətirmişəm. Dur isti-isti ye. Di sağ ol, 
gecən xeyrə qalsın.” 
  Əlini uzadıb saçlarımı qarışdırır və gedir. Qapıdan çıxanda dalıncan “Zuku” deyib 
zarıyıram. Bilmirəm, o səsimi eşidir, ya yox. Geri baxmadan qapını örtür və  çıxır. Ürəyimi də 
özüylə aparır. 
 Saat on ikiyə qalır. Mən hələ günorta ilə axşamı bir yerə qatıb yemək yeməliyəm. Heç 
iştaham yoxdur, amma Zukunun o tərə kimi əlləriylə bükdüyü dolmanı yeməkçün iştahmı lazımdır? 
 
ATA 
 
 “Niyə gəldin? Mən axı dedim ki, sizi görmək istəmirəm!” 
 “Baban Haşım kimi sizi-mizi nədi? Mən sənin dədənəm, bala. Sən heç kimnən mənnən 
eşitdiyini eşidə bilməyəzsən... Ona görə gəlirəm.” 
 “Gəlmə. Mənə olan olub. Sən də yaramın qaysağını qopartma.” 
 “Sən belə kişi-kişi danışmağı nə tez öyrənmisən? Bı, sən yaşda uşağın sözü dəyi axı.” 
 “Mən oxumuşam, bu bir. Sənin kimi dədənin dərdin çəkə-çəkə yaşımnan da, başımnan da 
yekə danışan olmuşam, bu iki. Sənin sevgili arvadın mənə elə üz göstərib ki, dədədən məhrum 
oilduğum kimi nənədən də məhrum olmuşam, bu da üç... Yenə sayım? Daha mənim on altı yox e, 
bəlkə otuz altı yaşım olar...” 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə