Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə76/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   72   73   74   75   76   77   78   79   ...   83

¹2(3)    èéóí 2012 
 
162 
 -Baharlıların  ən böyük kişilərinnən biri Mirzə  Vəli Baharlı idi ki, Ağa Məhəmməd  Şah 
Qacar onu Əbdüssəməd bəy Cavanşirlə girov aparanda İranda rəml atmış  və görmüşdü ki, onları 
səhər edam edəcəklər.  (Bunu mən demirəm ha, Qarabağın tarixini yazanlar yazıb.) Bilirsən də, 
necə demişdi, elə  də olur... Mirzə  Vəli Baharlının görücülüyü baban Haşıma da keçib... O, 
indiyəcən nə deyibsə, olub. Hələ yanıldığını görməmişəm... Biz Moskvaya getməmişdən kitab açdı, 
dedi,  əgər bu gün Bakıya, ordan da Moskvaya qaçmasan, səni aparıb Araz qırağında 
güllələyəcəklər, adını da qoyacaqlar ki, sərhəddi pozub İrana keçmək istəyirmiş... İnanırsan, iş elə 
gətirdi ki, mən bir gün gecikdim, Bakıya çıxa bilmədim. Həmin gecə kəndi rus soldatları üzük qaşı 
kimi mühasirəyə almışdılar... Onda məni bilirsən kim xilas elədi? İnanmayacaqsan... 
 -Kim, 
müəllim? 
 -Sənin atan... Onun daxmasında gizləndim o gecəni. Saldatlar bütün evləri bir-bir 
axtarmışdılar, təkcə atanın koması yada düşməmişdi... Baban mənə qadın paltarı geyindirib 
Mincivana, ordan da Bakıya yola saldı. Dalımcan da özü gəldi... Mən ona həyatımı borcluyam... 
 Kişinin nəfəsi çatmırdı elə bil. Atlas xalanın eşitməməsi üçün lap astadan danışsa da, sinəsi 
töyşüyür, səsi boğulurdu.  
  -Baban bir gün məni yanına çağırıb dedi: “Hafiz müəllim, bu it oğlunun başında dərd var, 
amma görə bilmirəm nə  dərddi... Kummucanı görürəm, Alçalını görürəm,  Şükratazı görürəm... 
Qızımnan bu səfil oğlu səfilin həyatı onsuz da bəd görükür... Amma nədənsə aydın görə bilmirəm... 
Bax, axı o, Qorxmazın yanında işliyir, Qorxmazı da görürəm... Nə isə bu Eylasın başında bir qada 
var. Sən get, onu başa sal ki, özünü gözdəsin, xata gəzir onu...” Getdim yanına. Dedim ki, Eylas,  
məni düşmən çəngindən qurtardığına,  ən  əsas isə dostumun qızıyla evləndiyinə görə    səni özümə 
dost, qohum bilirəm... Sənin nəyin var, başında bir xata-filan olmasın ki? Qayıdıb nə desə yaxşıdı? 
“Məllim, vallah qoz kimiyəm, pulum pul, ailəm də ki, ürəyimcən... Day nə dərdim olacax?” Dedim, 
olsun e, amma sənin başında bir xata var, özünü qoru... Qayıtdı ki, yox, ay məllim, xata sənnən 
kənar olsun, mənim dərdim-çorum yoxdu... Arxayın xətircəm ol... Nə  xətircəm!? Heç üç gün 
çəkmədi, Kummucada can verdi... 
  Mənim nə hala düşdüyümü daha təsvir etməyə bir ehtiyac varmı? İnanın, harda olduğumu, 
kimlə danışdığımı belə anışdıra bilmirdim. 
 -Demək, babam bunu bilirmiş?! 
 -Hə, hə. Bilirmiş  nədi? Əgər baban bunları maa deməsəydi, heç Eylasın başına nə qəziyyə 
gəldiyini bilən olmayacaqdı... Qorxmaz ölüm yatağında olanda baban gedib yanına, o da qayıdıb ki, 
Haşım, allahdan da, elə  sənnən də bu sirr gizli deyil onsuz da... Bəs, hal-qəziyyə belə, bağışla ki, 
sənin qızıı başsız, gələcək nəvəni dədəsiz qoydum. Görünür, bu da mənim yazımmış... Yazıya pozu 
yoxmuş... 
 Hafiz müəllim susur. Mən başa düşürəm ki, deyəsən, özümün kim olduğumu yavaş-yavaş 
dərk eləməyə başlamışam. Belə  uşaq yaşında ağlıma, könlümə damnların elə belə dammadığını 
anlayıram deyəsən. Babamın ruhunda, könül dünyasında olub-bitənlər damla-damla, çınqa-çınqa 
mənə qayıdır elə bil. Qaçaq İsrafil, Ağası kişi, podpolkovnik Hüseyin, Hafiz müəllim... Bunlar öz 
ayaqlarıyla mənə doğru gəlirlər. Məndən nəsə hazırlanır elə bil. Fəqət, kim hazırlayır, nə hazırlayır? 
Bir bunu bilmirəm. 
 -Baban təkcə görücü deyil, bir alim, vətən, el fədaisi olan ziyalıdır.  O, Zəngəzurda Bəhlul 
Behcət, Sarıca Nəbi (Sarı  Aşığın  əsl adı belədir), Qarabağda Balım Ağa, Seyid Nigari kimi 
ustadların  əlyazmalarını, Qarabağnamə müəlliflərinin qiymətli sənədlərini,  Şah  İsmayıldan Sarı 
Aşığa, Balım Ağaya və digərlərinə verilmiş  bəlgələri, çoxlu adını bilmədiyim tarixi sənədləri 
qoruyub saxlayır. İlk fürsətdə onları elm adamlarına təhvil verəcək. Amma deyir hələ vaxtı deyil...  
 -Bəs nə vaxt gələcək o vaxt? 
 -Baban yenə bu günlərdə məni yanına çağırmışdı. Kitab açıb. Həm yaxşı şeylər görüb, həm 
də bəd şeylər... 
 -Yaxşıdan başlayın. 
 -Deyir, nəsə o tay-bu tay görürəm... Elə bil sərhədlər götürüləcək... Arazın üstündən gediş-
gəliş görürəm... Bir də deyir Bakıda coşqu, sevinc görürəm... İnana bilmirəm deyir gördüklərimə... 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
163
Neçə illərin bu asdı-kəsdisinnən, rus basqısınnan elə bil qurtuluş görürəm... Deyir, buna heç özüm 
də inana bilmirəm, amma görünən budu. Dalıncan da qan görünür deyir... Qan çay kimi axacaq... 
Bir də baban deyirdi ki, o, elə kefi istəyəndə kitab aça bilmir ki... Gərək bununçün də bir içdən 
gələn səs, çağırış olsun. Axı o, rəmmal deyil ki, yaxud baxta baxan deyil ki... Ona vəhy kimi bir şey 
gəlir... Onda kitab açmasa, day bir də çətin ki, həmin an yetişsin... Hə, Haşım kişi deyirdi ki, bir də 
bizim nəslin taleyinə yazılan yerdəyişmə, qaçqınlıq, köçkünlük indi elə bil təkarar olunacaq... Yəqin 
bilirsən də, cavanşirlər zaman-zaman sürgünlərə, torpaq itkisinə  məruz qalıblar... Deyir, indi buna 
oxşar, amma daha geniş itkilər görürəm...  
 Birdən Hafiz müəllim hıçqırmağa başladı. Gur işığı söndürüb zəifi saxlasam da, 
alaqaranlıqda onun yanaqları  aşağı süzülüb axan, zəif işığın təsirindən qurğuşun  ərintisi kimi 
parıldayaraq sifətinə yayılan bu göz yaşları məni də boğdu və haçan ağladığımı özüm də bilmədim. 
Mənim bu gün ayaq üstə durmağımın, az-çox elmə, kitaba üz tutmağımın baiskarı olan adam indi 
gözlərim qarşısında uşaq kimi ağlayırdı! Və məni də özünə qatıb ağladırdı. Elə gücsüz hiss edirdim 
ki, özümü... 
 Özünü 
tez 
ələ aldı. Dəsmalıyla göz yaşlarını silib dedi: 
 - 1860-cı ildə Britaniya kraliçası Elizabetin bir maliyyə müşaviri olub, Tomas Qreşem 
adında. O sübut edib ki, ucuz pul (məsələn mis, sink, bürünc) baha pulu (qızılı, gümüşü) sıxışdırıb 
dövriyyədən çıxara bilir – baha pulu insanlar yığım vasitəsi kimi gizlədir, bazarda işlənən ucuz pul 
olur. Sanki o baha pul unudulur, yoxmuş kimi davranırlar onunla. Əsil ziyalı, qiymətli insan da 
cəmiyyətdə belə  qısqıya tuş  gələ bilir. Onu heç kim axtarmır, heç yerə  dəvət etmirlər, qapısını 
açmırlar... Yoxmuş kimi davranırlar onunla. Halbuki o var, sadəcə dövlət siyasəti bu ziyalını küncə 
qısnadığından cəmiyyət ondan faydalana bilmir... Buna “Qreşem qanunu” deyirlər... Bu amansız 
qanun baban kimiləri daha faydalı olmaqdan, potensial imkanını xalqına xərcləməkdən yayındırır... 
Bu kimi hallar babanı sıxırdı... O qədər sıxıldı ki, axırı dözmədi... Elə o söhbətimizin səhəri babanı 
paralic vurdu... Kişi bir tərəfi üstə tərpənə bilmir...  
 -Nə?! 
 Elə “nə” dedim ki, yəqin ki, mətbəxdə Atlas xala diksindi. Hafiz müəllim mənim nə hala 
düşdüyümü görüb dikəldi, qəhərli-qəhərli dedi: 
 -Anan əslində  gəlmişdi bunu sənə deyə... Amma deyir, nə illah eləsəm də boş-boş  şeylər 
danışıb geri qayıtdım. Deyə bilməyib sənə... Oğlum, babanın necə bir adam olduğunu daha durub 
sənə təkrarlamağa lüzum görmürəm. Onun oğul payı yoxdur. Sən onun hər mənada varisi saylırsan. 
Hazırlaş, gedəndə səni də aparacam... 
 Yorğanın altında titrətmə tutmuşdu məni. Ayaqlarım da həmişə rahat sığdığı yorğandan çölə 
çıxırdı. Mənə nə isə olurdu. Amma nə? 
 
*  *  * 
 Hüseyn müəllimin kabinetində  əyləşmişik. Xınalı  bığları, gur, daraqbatmaz saçları, sərt 
baxışları olan kişi bizi xoş üzlə qarşıladı. Ora-bura zəng vurdu, çox çalışdı, nəhayət Hafiz 
müəllimin oğlunun yerini tapdı. Kərkicahanla Xocalının arasında bir kənd varmış, daşnak yuvasına 
dönübmüş. Özünün xahişi ilə Nazimi ora sahə müvəkkili göndəriblər. Ermənilər kəndə buraxmaq 
istəməyiblər onu. Çox çək-çevirdən sonra Yeravandan gəlmiş iki saqqallını  həbs etdirib, başının 
adamlarıyla bərabər girib kəndə.  İndi orda bircə saqqallı da qalmayıb. Hamısı baş götürüb qaçıb. 
Amma Nazim üçün, dəstəsi üçün hər gün təhlükə var. Bir dəfə hətta sahə müvəkkilliyinin yerləşdiyi 
binanı yandırmağa cəhd ediblər... 
 Bunları Hüseyn müəllim danışır bizə. Sonra da əlavə edir ki, onun öz oğlu da Qarabağdadır. 
O da milis işçisidir. Söz verdi, oğluna deyəcək, gedib Nazimi tapsın,  tanış olsunlar... Sonra da 
bərk-bərk tapşırır ki, nəbadə Kərkicahan, Xocalı səmtə gedəsiniz. Bu dəqiqə oralar qorxuludur. Biz 
tezliklə Qarabağda vəziyyəti normallaşdıracağıq inşallah. Onda hamımız rahat gedəcəyik ora. Qoy 
bu daşnaklarla haqq-hesab çəkək... Biləndə ki, Nazimin anası da gəlib, lap həyəcanlandı  və dedi: 
“Genə deyirəm ha, nabadə ora gedəsiniz... Qadınla heç olmaz...”  
 Biz onunla sağollaşıb çıxırıq.  


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə