Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə71/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   67   68   69   70   71   72   73   74   ...   83

¹2(3)    èéóí 2012 
 
152 
özünü saxlaya bilmədi, zulum-zulum ağladı. Məndə, on dörd yaşlı bir uşaqda o itkin düşmüş el-
obasını, qohum-qardaşını, dost-aşnalarını tapmışdı sanki... 
 Podpolkovnikin üzünə baxdım. Kişi qapqara qaralmışdı.  Əlləri  əsə-əsə siqaret çıxartdı, 
“papa, bağışla”  deyib yandırdı. Nəmli gözlərini bizdən gizlədirmiş kimi döşəməyə baxa-baxa 
qurcuxdu: 
 -Sən xoşbəxt adamsan ki, gedib ata yurdunu görmüsən... 
 -Nə var ki, a bala! İndi texnika əsridi, min maşına, iki günə sən də get gör, gəl, - bunu Ağası 
dayı deyir.  
  Mən balaca çantamı qurdalayıb həmən saxsı parçasını çıxardıb qoyuram stolun üstünə. 
 -Bu 
nədi? – deyə Hüseyn müəllim soruşur. 
 -Bunu onda  kəndimizin  (bu sözü ona baxıb deyirəm, yəni ikimizin kəndimizin) 
xarabalığından tapmışdım... neçə illərdir ki, saxlayıram... hərdən ürəyim sıxılanda çıxarıb baxıram...  
  Ağası dayı harasa gedir. Podpolkovnik rəngli saxsı parçasını götürüb o üz bu üzünə çevirir, 
sonra barmaqlarını üstündə  gəzdirir, sonra naxışlarına barmaqlarının ucuyla toxunur... Elə bil 
danışır saxsı parçasıyla.  İnanmazsınız, çoxlarının bəlkə  də  zəhmindən üfütdüyü bu yekəpər  milis 
işçisi quzuya dönüb. Damarlarında Qaçaq İsrafilin, erməni qızı Marqonun qanı axan bu adam bir 
kökə düşüb ki, çırtma vursan qanı  çırtlayar. Bu vaxt Ağası dayı  əlində bir bükülü bizə yanaşır. 
Qırmızı vilvet parçaya bükülmüş bəzəkli naxışlarla işlənmiş saxsı küpəni parçanın içindən çıxardıb 
stolun üstünə qoyur və deyir: 
 -Bu küpəyə Qaçaq İsrafilin  əli dəyib.  İçindəki qızıldan danışmayacam, bu heç. Amma bu 
küpdə neçə-neçə insan oğlunun yaddaşı var. Mən bir az oxumuşam o illərdə. Gərək ki, Sokratın 
sözüdü: “Müdriklik heyrətdən başlayır.”  Mən bu küpdə, onun üzərindəki işləmələrdə bir heyrət 
gördüm.  İnanın, o dəyirmana gecə getmişdim. Ocaq daşlarının altını qazanda elə bil o zərbələr 
torpağa deyil, ürəyimə dəyirdi. Düzdü, həm qorxurdum, həm də nəsə möcüzəli bir şey gözləyirdim. 
Təkcə qızılı demirəm ha, qızıl da möcüzədi əslində, amma mən ayrı bir möcüzəylə rastlaşacağımı 
fikirləşirdim, elə rastlaşdım da. Bax, bu qabı gecə vaxtı ordan çıxardanda bir səs mənə dedi ki, qızılı 
boşalt, özünü tulla o şırhaşır axan Bəsid çayına, çıx get. Amma başqa bir səs, daha güvənli səs isə 
demək nədi, hökm elədi ki, o biri səsə fikir vermə, bu qabı – küpü ata bilməzsən, onu da 
götürməlisən. Bir orqan işçisi üçün bu, həddindən artıq risk idi. Amma mən onsuz da qədərindən 
artıq riskə getmişdim. Daha geri yol yoxuydu. Onsuz da mənə nə olmalıydısa, olacaqdı. Beləcə, indi 
gördüyünüz bu küpü içindəki qızılıyla bərabər Marqonun yanına gətirdim. O da qızılla yarım olan 
küpün üstünə pendir yığdı və bir gün bu Hüseyni də götürüb özünün yüngül şələ-şüləsiylə Bakıya 
yola düşdü... Heç Hüseyn də, o biri uşaqlar da bu sirri bilmirlər... (Yox, elə baxma, Hüseyn, kimin 
oğlu olduğunu, kimin belinnən gəldiyini bilir, demişik ona, amma bu küp məsələsini indi açıram) 
Siz həm qohumsunuz, həm də dünya dəyişir axı... Bir az sonra Qaçaq İsrafil kimi adamların 
sahibləri onlar haqqında əsil həqiqəti üzə  çıxardacaqlar. Mən istəyirəm ki, bu sirr mənimlə  qəbirə 
getməsin...  
  -Var ol, e, ay papa! Sən kişi adamsan! – Hüseyin əlini küpə sürtə-sürtə deyir. Özü də elə 
deyir ki, elə bil bu sözləri Ağası kişiyə deyil, küpə deyir. Qoca bu dəqiqələrdə lap da qocalır elə bil. 
Kişinin nəfəsi çatmır. Amma özünü toplayıb danışır yenə: 
-Bax, bu küpün içində yüzəcən beşlik qızıl da var. Maralnan mən bizə lazım olanından 
artığına dəyməmişik. O qızılları Qaçaq İsrafilin özünə xərcləyərsiniz. Bir rəssama şəklini şəkdirin, 
haqqında kitab-zad yazdırın... Film çəkdirin. Bu millət öz qoçaqlarını tanımalıdı axı... Bir də qoy 
bilsinlər ki, bu iki milləti, erməniynən türkü düşmən eləyənlər düşmən eləyib, əslində onlar dost ola 
bilərlər, onların arasını vuranları allah cəzasına çatdırsın...  
  Sonra qoca stola bir şüşə qoyub üzünü Hüseynə tutaraq deyir: 
 -Bu konyakı  sən mənə neçə il qabaq vermisən, gərək ki, Moskvadan gətirmişdin. Ürəyim 
içmək istədi. Dur stəkan tap gətir, adama bir rumka içək... 
 Konyakı podplkovnik süzür. Sonra özü də tost deyir: 
  -Bu cavan oğlanın şərəfinə içək! Moy daraqoy, sən xoş gəlmisən! 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
153
  İçirik və mənim gözüm birdən küpün üstündə ərəb əlifbasıyla yazılmış yazılara sataşır. İstər-
istəməz qışqırıram: 
 -Burda 
yazı var! 
 Üçümüz 
də diqqətlə küpə tərəf əyilirik.  
 -Hə, yazıdır... Əski əlifbayla... – Bunu Hüseyn deyir. Qoca isə eynəyini taxıb zəndlə baxır, 
amma deyəsən bir şey sezə bilmir. Nəhayət, dillənir: 
 -Mənim o gecə, haman bu küpü çıxardanda ürəyimə nəsə dammışdı... Bilirdim ki, tarixi bir 
iş görürəm... Amma nə idi gördüyüm, bunu bilmirdim... Apararsınız Ziya müəllimin  yanına... 
Bütün olub bitəni o kişiyə danışarsınız... Qoy bu sirr batmasın. 
 Qoca üşüyürdü deyəsən. Gedib gödəkçəsini çiyninə saldı. Hüseyn müəllim də ayağa qalxıb 
mənimlə, Ağası dayıyla vidalaşdı. Mən Hüsü Hacıyev küşəsiylə düz aşağı – Beşmərtəbə  səmtə 
düşməyə başladım. Bu təzə  xəbəri babama, Hafiz müəllimə mütləq yazmalıydım. Qaçaq İsrafilin 
oğlunun sağ olduğunu onlar mütləq bilməliydilər. Bu onlarçün necə bir sürpriz olacaq, bunu mən 
bilirəm. Amma evdə məni daha betər sürpriz gözləyirmiş. 
 
 
SÜRPRİZİN  ƏN  YEKƏSİ 
 
  Səkinəgilin həyəti təxminən eni səkkiz, uzunası on metr olar. Həyətə girəndə soldan birinci 
qapı  ev sahiblərininkidir.  İçəridən içəri iki otaq. Sağda mənim qaldığım. Bir otaq, bir də balaca 
mətbəx. Otaqların pəncərələri həyətə açılır. Həyətin ortasında dəmirdən  stol var. Kamil gedəndən 
bu stolda demək olar ki, oturmuruq. Bəlkə  də oturardıq, Nanənin burnumuzdan gətirəcəyini 
fikirləşib, o barədə heç düşünmürdük də. Bir də bu soyuq noyabr günlərində  həyətdə oturmaqmı 
olar? Elə soyuq idi ki, adamın dişi-dişinə dəyirdi. Mən bu Bakı küləyiylə heç cür barışa bilmirdim. 
Adamın saçını-başını elə qarışdırırdı, elə bil səninlə  ədavəti var. Belə küləkli günlərin birində 
özümü qaça-qaça həyətə saldım və gördüyüm mənzərədən quruyub qaldım. Gənc bir qadın, 45-50 
yaşlarında kişi,  elə o yaşlarda başqa bir qadın  (deyəsən rusa oxşayırdı)  və bir suyumu elə  mənə 
oxşayan, bəlkə də mənimlə yaşıd, amma boyca məndən hündür olan bir oğlan Səkinəylə həyətdəki 
stolun ətrafında əyləşib çay içirdilər. Nanə yoxdu, yəqin Səkinə salmışdı içəri. 
 -Salam. 
 -Gəl, Xostan, bınlar sənin qohumlarındır! 
  Yox bir! Mən dalbadal belə sürprizə hazır deyiləm axı! Hüseyn əhvalatını hələ əməlli həzm 
edə bilməmişəm, birdən durub təzə qoumlarım gəlir, özü də birini də tanımıram. Anası erməni 
qohumum tapıldığı bəs deyil, (indi belə qohumluğu heç kim arzulamır!) hələ bir rus qohumum da 
tapılıb deyəsən... Nəysə, keçib bir tərəfdən  əyləşirəm və  təzə qonaqları – “qohumlarımı” diqqətlə 
müşahidə edirəm. Nəhayət, Səkinə mənə də çay süzüb deyir: 
  -Xosu, bu kişi Zəriş xalanın dayısı Qorxmaz kişinin oğlu Qədir  əmidi... Bu da bacısı 
Asyadı... bu... bu da... 
  Səkinə  əli ilə rusa oxşayan qadını göstərir, amma sözünü tamamlaya bilmir. Qədir deyilən 
adam ona kömək edir: 
 -Mənim yoldaşım Zaradı... 
  Səkinə davam edir: 
  -Bu da Asyanın oğlu Elaydı... 
  İçimdə elə bil nəsə  qırılır, yox, qırılmır, kəsilir elə bil. Kəsməyən, bizim tərəfdə deyildiyi 
kimi, korş bıçaqla elə bil içimi-içalatımı kəsib doğrayırlar. Bıçaq o qədər korşdur ki, xırçıltısı açıqca 
eşidilir. “Bunun adı Elay-zad deyil, eləcə Eylasdır, sadəcə  məni hövülləndirməmək üçün Elay 
deyirlər – Elaydı, Eltaydı, Elnardı, indi təzə  dəbdə olan adlardır.  Bu, atamın oğludur, papağı boş 
qalmışın. Gör hələ anam bunları görsə nələr olacaq! Kül olasan, a Xosrov!” 
  Qədir başlayır söhbətə: 
  -Biz orda, Stıkvarda Azərbaycan obşinası qurmuşuq... Tak şto, sənin qəzetdə statyanı 
oxuduq, bir də Bakıda gedən bu perestroykanı, mitinqləri, ermənilərin niprav işlərini fikirləşib 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə