Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
5
КИТАБ ТЯГДИМАТЫ, САТЛЫГ
ОЛМАЙАН ГЯЗЕТ, МЯДЯ САНЖЫСЫ...
(Baş redaktorun qeydləri)
Bir yazıçının kitabının təqdimatı idi. Bizlərə nisbətən əli isti birisiydi.
Amma insaf naminə
deyim ki, qələmi olan adamdı. Nəsə, orda çoxlu tanış üzlər, tanış sifətlər gördüm.
Biz belə görmüşdük ki, yazıçı qələm dostlarına kitabını hədiyyə edər, avtoqraf yazar. Bu dəfə
fərqliydi. Kitabı elə yerə qoymuşdular ki, ordan keçən hökmən pulla almalı idi, ya da içəri keç-
məkçün “çornı xod”dan istifadə etməliydi. Bir-iki qələm dostum elə ordan keçdi, düzü cibimdə iki
kitabın
pulu olsa da, mən utandım və 5 manat verib kitabı alaraq əsl girişdən dik keçdim.
Nəsə, orada verilən pulsuz çaydan içə-içə söhbətləşirdik. O biri girişdən sivişən şair dostum
qulağıma pıçıldadı: “Kitabı pulnan aldın? Neçəyədi?”
Cavabımı eşidəndən sonra o da gedib kitabdan birini aldı və yazıçıya yaxınlaşıb avtoqraf
yazdırdı. Sonra yazıçıyla şəkil çəkdirdik, sonra yenə ordan-burdan danışdıq. Hər şeydən danışdıq,
təkcə ədəbiyyatdan və elə o kitabdan da danışmadıq. Tək bir yazıçıdan başqa hamı qaşqabaqlı idi.
Bu o yazıçıydı ki, yaşı filan qədər olsa da cavan qalmışdı, həmişə cavanların içindəydi və üzündən
gülüş əskik olmazdı. Mənə də söz atdı və özü də güldü, məni də güldürdü: “Ağdərəli, xoş gördük!”
Vəssalam.
Buranın bir yaxşı cəhəti vardı ki, cəbhələşmə götürülmüşdü. Həm o tərəfdən (AYB),
həm bu
tərəfdən (məlum tərəf və hələ məlum olmayan tərəflər) adamlar bir yerə yığışıb burun-buruna
danışır, hərdən xısın-xısın gülüşürdülər də. Bu, bir növ fərqli təqdimat idi. Çıxış-filan yoxdu. Eləcə
kitab satılır və imzalanırdı. Təkcə müəllifin arabir şən səsi eşidilirdi – təzə qonaqlarını qarşılayır,
nəsə deyirdi. Və tez-tez qulağıma dəyən səs: “Heç yaxşı olmadı, sizləri bu gün mən xərcə saldım.”
(O biri qələm dostlarımı bilmirəm, mənim hərdən əlimi aparıb yerində olub-olmadığını yoxladığım
düz 5 manatım vardı ehtiyatda)
Bayaqkı şair dostumla kitab rəflərindəki təzə kitablara həsrətlə baxa-baxa “gör bir kənar adam
var, hamısı qələm sahibləridir” kimi giley-güzar edirdik ki, bir nəfər qəfil aldı başımın üstünü:
“Müəllim, salam! Bu nə şölənd belə?” Düz eşitdiniz, “şölən” dedi. Mən də bu qalstuklu “şölənbaza”
bir söntəmsiz cavab axtarırdım ki, birdən onun kimliyini xatırladım və üzünə gülümsəməkdən
başqa çarəm qalmadı. Axı o gileyləndiyimiz yeganə adam idi – OXUCU!
Və ikiəlli onunla görüşüb
dedim ki, dostumuzun kitabının təqdimatına yığışmışıq. O da qayıtdı ki, bəs sənin (deyəsən “sizin”
dedi axı?!) kitabının belə şöləni havaxt olacaq?
Tərsliyə bax, düz bir il əvvəl təqdimatı olmuş kitablarım iki metrliyimizdə qalaqlanaraq bizə
baxıb “gülümsəyirdi”. Və mən o yığın-yığın kitablarımı şəstlə “şölənçiyə” göstərdim. O da şəstlə
birini götürüb arxasına – qiymətinə baxdı, sonra “arvad-uşaq burda alış-verişdədir, sizi görüb
gəldim, üstümdə xırda yoxdur, gəlib alacam” deyərək aradan sivişdi.
Bu cansıxıcı tədbir isə qurtarmaq bilmirdi.( Dostum gərək bağışlasın, vallah beləydi.) Və ən
qəribəsi də buydu ki, heç kim getmək istəmirdi. Səbəbini... Qoy bu elə belə qalsın: bir daş altda, bir
daş üstdə...
Təzə açılmış bu alış-veriş mərkəzinin həyətində (tamam unutdum, tədbir elə burdaydı)
təxminən otuzacan adam vardı və hamısı da ciddi-cəhdlə qəzet oxumaqla məşqul idi. Çaşmışdım.
Bura bizim şəhərdir, bu, bizik? Hamı eyni vaxtda niyə qəzet oxusun ki!? Bəyəm biz rusuq? Ya
hansısa avropalı-zadıq? Diqqətlə baxanda
gördüm ki, hamı deyəsən eyni bir qəzeti oxuyur. Elə bu
çaxna-vaxnada ikən bir qız aldı başımın üstünü: “Pulsuz qəzet!” deyib hamının oxuduğu rəngli
qəzeti zor-xoş əlimə dürtüb uzaqlaşdı. Adını oxumağa macal tapmamış, “satılmırıq” sözü diqqətimi
çəkdi. “Nə yaxşı, nə yaxşı” deyib mən də girişdim bu qəzeti vərəqləməyə. Və gördüm ki, həqiqətən
satlıq deyilmiş...
Amma hamı qəzet oxuyurdu...
Metroda 5 manat verib aldığım kitabı vərəqlədim. İnsafən dəyərdi.
Üç şey yol boyu fikrimdən çıxmırdı: “şölənçi” kitabımı aldımı? Bizdə satılmayan varmı? Ora
yığılanlar dağılışdılarmı? Və bu vaxt mədəm bərk sancdı: yemək vaxtı idi.
¹2(3) èéóí 2012
6
A N Ы M
Ì.ß.ÑÀÁÈÐ – 150
SABİR ÖZÜ, SÖZÜ
VƏ DÖVRÜ HAQQINDA
Bu il böyük Sabirin 150 yaşı tamam olur –
M.F.Axundovdan 50 yaş cavan, bizlərdən 150 yaş
böyük Sabirin. Təkcə 150 yaşmı? Xeyr. Sabirdən
soruşublar ki, Səhhət böyükdür, siz? Ustad Sabiranə
cavab verib: “Yaşca mən böyüyəm, başca o.” Gözəl
cavabdır, deyilmi? Bəli,
o bizdən yaşca da, başca da
böyükdür. Əgər 150 ilin problemlərini tənqid et-
məkdə o bizdən cəsarətliydisə və bu problemlər bu
gün də həll edilməyibsə, günahkar Sabir deyil, bizik.
“Daş qəlbli insanları neylərdin, ilahi?”
deyən Sabirin
acığına analarımızın bu gün doğduğunun onda yeddisi daşdırsa, Sabir buna neyləsin? Ən gözəl
adətlərimizdən olan daş-qalağı, daşlamanı Sabir misralarında əbədiləşdirəndən 150 il sonra
(“Adətimiz daş idi dava günü, Tullar idik əldə sapand qıjhaqıj!”) biz yenidən o adətə qayıtdıq : biri
yaltaqlıq etməyəndə, sözü üzə deyəndə, əl öpməyəndə, kiminsə adamı olmayanda, yuxarıların
ətəyində namaz qılmayanda
daşqalaq eliyirik, anasından əmdiyini burnundan gətiririk və həkəza.
Sabirin bir hekayəsi var. Hekayə deyəndə, əslində o vaxtın qəzetlərində gedən bir xəbərdir,
amma Sabir onu əsl hekayə kimi işləyib. Yazır ki, bir gün bir kişi gecə vaxtı əlacsızlıq ucundan
birinin hündür hasarın aşıb həyətindən oğurluq etmək istəyir. Və nə yazıq ki, qəfil ayağı pərtir,
düşür bir ucu sivri payanın ystünə. Paya bu bədbəxtin bədəninə elə batır ki, ondan xilas ola bilmir.
Di gəl ki, xəcalətindən səsini çıxartmır. Səhərəcən onu qan aparır və ölür.
Ibrətamiz hekayədir, deyilmi? Yenə bu günün oğruları yada düşür. Elə bil Sabirin acığına
bunlar şüdd eləyirlər. Oğurluğu, karrupsiyanı, rüşvəti qanuniləşdiriblər sanki. Nə sanki?! Daha
sankisimi qalır! Eh, dərd bir olar birin deyərsən... Elə bu dərdlər Sabiri çərlətmədimi? “Arizi qəmlər
əlindən” ürəyini şişdirmədimi? Bəsdir, gəlin sözü Sabir şeirinə verək. Özünü, sösünü, dövrünü,
dövranını (elə bizləri də!) ondan başqa kim tanıya bilər ki?
À.ÃÀÐÀÄßÐßËÈ