Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə82/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   75   76   77   78   79   80   81   82   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
175
3. Danışıqda söz birbaşa dünyaya aid olur. 
4. Söz özü dünyada prototipi olmayan müstəqil yaddaş obrazı olur.  
İndi bunları qısaca izah edək. 
 
5.1.  Fonetik söz prototipi olan yaddaş obrazının bildirəni olur. Məsələn, at, it, ağac. su, 
quş, külək və s. sözləri oxuyanda və  eşidəndə belə olur. Dilaçmada bunlar birinci şifahi sözlər 
olubdur. Artıq dediyimiz kimi, bu sözlər instinktdə oturan işarə  səslərin davamı kimi işlənməyə 
başlayıb. Sözdən əvvəl dünyanı heroqliflərlə işarələmək təşəbbüsü ortada idi. Lakin fonetik səslərlə 
hadisə və şeyləri işarələmək, bir birindən-fərqləndirmək savad, heroqlifi bilmək tələb etmirdi. Ona 
görə şeylərin və ibtidai hərəkətlərin adlarını bildirən isim və fellər ilkin olaraq ibtidai yazıya düşdü 
və deməli, sözləşdi. Sözün tarixi baxımdan birinci funksiyası dünyanı  şifahi səs işarəsi vasitəsilə 
bildirmək, adlandırmaqdır. 
        Dünyanı bildirən sözlər – əsasən birinci siqnal sistemi obrazlarının – görülən və eşidilən 
yaddaş obrazlarının adı olurdu. Belə sözlər əsas lüğət fonudur və müasir dildəki sözlərin ancaq 5-10 
faizini təşkil edir. Bunlar ikinci siqnal sistemi idi. 
 
6.1.  Söz o biri sözün bildirəni olur. Bu artıq sözün fonetik yazıda doğan funksiyasıdır. 
Əslində sözün bütün xassələri yazıda doğur və tam müəyyənləşir, çünki söz yazılanda, yazıya 
düşəndə doğulmuş olur. Əvvəl iki tərkibli söz birləşməsi yarandı: qırmızı nar formulu. Bu formul 
yazının inkişafına yol açdı. Adi söz birləşməsi artıq insan iradəsi ilə yaradılan yeni virtual dünya 
obrazıdır, onun balaca hissəsidir – dünya obrazının başımızda yaranma prosesidir. Məlum oldu ki. 
sözlərlə dünyanı  təsvir etməyin imkanları hüdudsuzdur. İkinciyə  qoşulan söz, hər yeni söz 
birləşməsi dünyanın operativ və  təzə obrazı olurdu! Bütün mətnlər bir-birini aydınladan söz 
sırasıdır. Sözlərin və yazı  işarələrinin 90 faizi digər sözləri yazıda aydınlatmaq ehtiyacından 
yaranıb. 
       İnsan dalbadal yazılmış 2-3 sözü görüb oxuyanda (bunu öyrənəndə), sözün ən böyük 
möcüzəsi ortaya gəldi: yaddaşda bir-biri ilə  əlaqəsi olmayan 2-3 obraz arasında  əlaqə yarandı! 
Oxunan, eşidiləm, tanınan söz sırası  beyindəki müvafiq yaddaş obrazları arasında məna 
əlaqəsi yaradan  naqil funksiyası  kəsb etdi.  İnsanlar yeni, gözə görünməyən alət icad etmiş 
oldular: bu, passiv yaddaşı sözlə idarə edə bilən, onu aktivləşdirə bilən alət idi, sözün möcüzəsi idi! 
 
7.1. Danışıqda söz birbaşa dünyaya aid olur. Biz gördük ki, ibtidai insanlar və heyvanlar da 
işarə səslərdən istifadə edirlər. Bu, instinktiv jest ünsiyyətinin bir əlavəsi idi və dilə aid deyildi. 
Lakin fasiləsiz mətn mədəniyyəti formalaşandan sonra onun bazasında müasir danışıq, nitq 
qabiliyyəti təşəkkül etdi. Bu yazının yaddaşda yaratdığı bacarıqların nəticəsi idi və son 3500 ilin 
hadisəsidir.  
Fonetik yazıdan doğan nitqdə sözlər operativ niyyətlə  işlədildi və onlar dünyaya birbaşa aid 
oldular. Danşıqda sözlərin hamısı  işarə  əvəzliyinə yaxın olan bir funksiya icra edir: dünyanı 
göstərir, ayırır, fərləndirir, səciyyələndirir, obrazlaşdırır və s. Bu sözün operativ funksiyasıdır və 
yazılı sözdən köklü fərqlərə malikdir. Danışıqda işlənən söz: 
1.
 
Fərdi intonasiya daşıyır 
2.
 
Subyektin dünyaya birbaşa müdaxilə aləti olur 
3.
 
Yazıya aid olmayan deyim, dialoq və söyləmə şəklində olur. 
4.
 
 Ani səslənib yox olur 
5.
 
Qaydasızlıq potensialı daşıyır 
6.
 
Maddi daşıyıcı istəmir, yaddaşda dialekt variantında hifz olunur. 
7.
 
İdentikliyi yazılı variantındadır. 
 
8.1. Söz özü dünyada prototipi olmayan müstəqil yaddaş obrazı olur Biz dedik ki, sözün 
real dünyanı bildirmə xassəsindən ancaq yazıda işlənən     sözlərin 5-10 faizi yaranıb. Qalan sözlər 
yazıda  mücərrəd yaddaş obrazlarının işarəsi  kimi təşəkkül tapıb. Məsələn, “Vicdanlı olmaq, 


¹2(3)    èéóí 2012 
 
176 
vətənçilik,  əzmkarlıq, sədaqət, rəşadət yaxşı    vətəndaşın vacib xüsusiyyətləridir” cümləsində 
sözlərin heç birinin  dünyada maddi qarşılığı yoxdur, prototipi yoxdur. Amma biz cümləni 
anlayırıq. Nəyə görə? Ona görə ki, daş  dəmir,  şüşə sözləri kimi, vətənçilik,  əzmkarlıq, vergül, 
qanun, təhsil, qəzəl, mif, tənlik və s. sözlərinin də yaddaşınızda obrazı, həcmi var və onlar da məna 
sahəsi və prosesi yarada bilirlər. 
Bu o deməkdir ki, yazıdaki dünya obrazını təşkil edən əsas sözlərin çoxunun müəllifi dünya 
özü yox, söz və yazı yaddaşıdır. Mücərrəd yaddaş obrazları dünyanı birbaşa bildirmir, onun yazıda, 
mətndə obrazını yaratmağa, konkretləşdirməyə, onların dəqiqliyinə nail olmağa xidmət edir. Bu 
sözlərin əsas həyatı mətn mədəniyyəti daxilindədir, çoxu terminlərdir. Hərçənd ki, şifahi nitqdə də 
məhdud dairədə istənirlər. 
 Müasir insanın yaddaşı 99 faiz söz yaddaşıdır. Bu da sözlərin yaddaş həcmi və obrazı olmaq 
xassəsinin nəticəsidir. 
 
9.1. Nəticə: söz bildirən və bildiriləndən ibarət deyildir. Qat-qat mürəkkəbdir. 
 
Ədəbiyyat: 
Əliyev Rəhim, Ədəbiyyat nəzəriyyəsi, Bakı, 2012  
Əliyev Rəhim, Sözün mifi, Baki, 2011. 
 
 
       
 
 
 UMBERTO  EKO 
 
     
 
 
 
 
İŞARƏLİ  ƏSR 
Kumirlər haqqında 
 
Frenk Sinatra mənim  ən çox sevdiyim müğənni idi, onun ölümünə çox üzüldüm, ancaq bu 
barədə başqa heç nə demək istəmirəm. Ümumiyyətlə  hər mövzudada fikir söyləməyə can atmaq 
konseptual düşüncə tərzidir, bu müəllifin və oxucunun intellektual məqsədindən sapması deməkdir.  
 
Yaradıcılıq haqqında 
 
Yaradıcılıq ancaq anarxist xassəli olduqda həyatda qala bilər. O Darvinin qoyduğu kapitalist 
qanunlarla, yalnız ən güclülərin mövcud olduğu yerdə yaşayır... Mən sürətlə düşünə bilmərəm, bir 
nəticəyə gəlmək üçün mənə üç ay lazımdır, ancaq bundan sonra mən fikrimi ifadə edə bilərəm. Nə 
ardıcıllıq, nə dövrülük məni ilgiləndirmir. Auditoriyanı  tərbiyə etmək, yetişdirmək mənlik deyil. 
Hər müəllif bu gün bir cür, sabah başqa cür danışmaq, səhv etmək ya da tamamilə susmaq haqqına 
sahibdir.  
 
Mütaliə haqqında 
 
Qalstuk və çəkmələr ayrı-ayrı şeylərdir, lakin onlar arasında heç bir ziddiyyət yoxdur. Məgər 
mən qalstuk taxmışamsa, indi nə etməliyəm, çəkmələrimi geyinməməliyəm? Yalnız ağıllı kitablar 
oxuyan adamın düşüncəsi, vur-tut qəzetlərlə başını qatan adamın düşüncəsi qədər məhduddur... 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə