Şəhərlər və regionlar:
uşaqlara qarşı
seksual zorakılığa
son qoyulması
haqqında pakt
avropa Şurasının
«BEŞDƏN BİRİ» kampaniyasına
Konqressin töhfəsi
Toolkit
Qiymətləndirmələrə əsasən, avropada beş uşaqdan biri müəyyən formada seksual zorakılığın, məsələn,
insest, pornoqrafiya, fahişəlik, insan alveri, korrupsiya, İnternet vasitəsilə təqibetmə, seksual istismar və ya
nalayiq seksual hərəkətlərin qurbanına çevrilir. Problemin miqyasını nəzərə alaraq, avropa Şurası 2010-
cu ildə «BeŞDən Bİrİ» kampaniyasına başlayıb, bunda məqsəd hər kəsin (uşaqların, valideynlərin və
uşaqlarla işləyən şəxslərin) problem barədə məlumatlılığını artırmaqdan və Uşaqların seksual istismardan və
nalayiq seksual hərəkətlərdən müdafiəsi haqqında avropa Şurası Konvensiyasının (o, həmçinin «lansarote
Konvensiyası» adı ilə tanınır) avropa Şurasının üzvü olan 47 dövlət tərəfindən, eləcə də daha geniş miqyas-
da ratifikasiya olunmasını və həyata keçirilməsini təşviq etməkdən ibarətdir.
Milli hökumətlər kimi yerli və regional hakimiyyət orqanlarının mühüm vəzifəsi vətəndaşların insan hüquqlarını
qorumaq və təşviq etməkdir və bu vəzifə onların ərazisində yaşayan uşaqların və gənclərin təhlükəsizliyinin
və rifahının təmin olunmasını və təşviqini özündə ehtiva edir. Seksual zorakılığın və nalayiq seksual
hərəkətlərin qurbanlarına yardım xidmətləri əsasən yerli səviyyədə göstərilir. Məhz bu səviyyədə görülən
qabaqlayıcı və məlumatlandırıcı tədbirlər daha səmərəli ola bilər. Buna görə də yerli və regional hakimiyyət
orqanları uşaqlar barəsində zorakılığa qarşı mübarizənin ön cərgəsindədirlər və belə halların araşdırılmasına
və onların gələcəkdə baş verməsinin qarşısının alınmasına yönələn fəaliyyət planları və strategiyalar
hazırlamalı və həyata keçirməlidirlər.
avropa Şurasının Yerli və regional hakimiyyət orqanları konqressi Şəhərlərin və regionların uşaqlara qarşı
seksual zorakılığa son qoyulması haqqında bu Paktını ona görə hazırlayıb ki, hakimiyyət orqanları seksual
istismara və nalayiq seksual hərəkətlərə qarşı mübarizədə onu rəhbər tutsunlar. Bu sənəddə uşaqların
tələbatlarına uyğunlaşdırılmış xidmətlərin göstərilməsi, cəmiyyətdə uşaqların seksual zorakılıqdan müdafiə
edilməsi və belə halların qarşısının alınması məqsədi ilə yerli və regional səviyyələrdə həyata keçirilməli olan
praktiki təşəbbüslər və siyasətlər sadalanır.
Avenue de l
’Eur
ope – F 67075 S
trasb
ourg C
edex /
Tel.
: +33 (0)3 88 41 21 10 / F
ax : +33 (0)3 88 41 37 47
www.c
oe.in
t/congr
ess-oneinfive – c
ongress
.oneinfive@c
oe.in
t
CongrESS
o
F Lo
CAL
An
D r
Eg
Ion
AL A
UTHor
ITIES o
F THE
C
OUNCIL OF
EUROPE
1949-cu ildə təsis edilmiş siyasi təşkilat olan avropa Şurası qitə miqyasında
demokratiyanın və insan hüquqlarının təşviqi üçün çalışır. avropa Şurası
həmçinin onun üzvü olan 47 dövlətdə sosial, mədəni və hüquqi problemlərin həlli
üçün ümumi tədbirlər işləyib hazırlayır. avropa Şurasının Yerli və regional
hakimiyyət orqanları konqressi yerli və regional hakimiyyət orqanlarını təmsil edir
və yerlərdə demokratiyanı təşviq edir. o, iki palatadan – Yerli hakimiyyət
orqanları palatasından və regionlar palatasından ibarətdir və avropanın
200.000-dən artıq ərazi icmalarını təmsil edən 318 tam hüquqlu üzvü və 318
əvəzedici üzvü özündə birləşdirir.
Pr
Em
S 51614
AZE