Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə10/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   6   7   8   9   10   11   12   13   ...   102

____________________Milli Kitabxana______________________ 

30 


 

Saraldım həsrəti-ali-ruyindən.  

Tapmadım bir rəmz hali-ruyindən.  

Dərdimə ol şirin göftguyindən,  

Nə bir sual olmuş, nə cavab olmuş. 

 

Müjgan oxun canda o sipər kimi,  



Dərin əzizimdir simü zər kimi,  

Dil dafinə daim əfilər kimi,  

Türreyi-tərrarın piçü tab olmuş. 

 

Qızıl gül həsrətdir o al ruyuna,  



Sərvi-səhi qat olubdur buyuna,  

Hər gündə üz düşər xaki-kuyuna,  

Kəmtərin qulamın afitab olmuş. 

 

Əsiri-zülf olmuş divanə könlüm,  



Olubdur Aşiqdən biganə könlüm,  

Dağılmış dünyada viranə könlüm,  

Bir gün şad olmadı, ol xarab olmuş. 

 

* * * 



Səni tarı məndən olma mükəddər,  

İncitmə, bu diti-viranı sən, sən.  

Neylərəm dünyanı, əzizim, sənsiz,  

Bilirəm dərdimin dərmanı sənsən. 

 

Gözəldir camalın, hüsnündür cəmil,  



Ölmədim hicrində, qalmışam xəcil.  

Başınçün, cy gül, dolansa yüz il.  

Könlümün mülkünün sultanı sənsən. 

 

Vamiqin Əzrayə var idi meyli,  



Onunçün axardı gozündən seyli,  

Yusifin Züleyxa, Məcnunun Leyli,  

Mənim də canımın cananı sənsən. 

  



____________________Milli Kitabxana______________________ 

31 


 

Hər nə ki ərz etdim, ona yetmədim,  

Şad eyləyib bizi, gəlib getmədin.  

Könlüm alıb, bir yol qəbul etmədin,  

Bu qədər ki, çəkdim imanı, sənsən. 

 

O gizli baxışın alıbdır canı,  



Cadu qəmzələrin verməz imanı.  

Tarı hifz eyləsin növki-müjganı,  

Aşiqin qatili-pünhanı sənsən. 

 

GƏRAYLILAR 



 

Qan ağlar can quşu daim,  

Rəhmsiz səyyad əlindən.  

Öldürməz, eyləməz azad,  

Ha çəkər fəryad, əlindən. 

 

Sultani-eşqidir zalım,  



Yaman yerə yetib halım,  

Dil şəhri ilə xəyalım,  

Olubdu bərbad əlindən. 

 

Zülmündən ol sitəmkarın,  



Naləsindən dili-zarın,  

Bir neçə gün ruzigarın,  

Olmadım dilşad əlindən. 

 

Növki-mujganları səf-səf,  



Eşq əhlini qılmış hədəf,  

Atsa yayınmaz hər tərəf,  

Çıxmışlar ustad əlindən. 

 

Gözlərini Aşiqi-zar,  



Sevəndən bəridir bimar,  

Məni, tari, öldür, qurtar,  

Ol iki cəllad əlindən. 

  



____________________Milli Kitabxana______________________ 

32 


 

* ** 


Aşıqinəm sənin axı,  

Əzəl qadasın aldığın.  

Cana vurub məhəbbətin,  

Çəngəl, qadasın aldığım. 

 

Can çıxır, könül neyləsin,  



Dərdini kimə soyləsin?  

İstər sədaqət eyləsin,  

Tez gəl, qadasın aldığım. 

 

Salma könlün iztiraba,  



Zülfün içrə piçü taba,  

Sataşma xanəxəraba,  

Dincəl, qadasın aldığım. 

 

Seyrəqibdən iba qılla,  



Kuyində görmüşəm, ölləm,  

Rəşkdan sayəni billəm,  

En gəl, qadasın aldığım. 

 

Qulum deyib, ey şahzadə,  



Salmadın Aşiqi yada,  

Olurmu sən tək dünyada,  

Gözəl, qadasın aldığım?! 

  



____________________Milli Kitabxana______________________ 

33 


 

ABDULLA CANIOĞLU 

 

XIX  əsr Azərbaycan  ədəbiyyatinın görkəmli nümayəndələrindən olan Abdul 



Canıoğlıı 1780-ci ildə  Şuşada doğulmuşdur.  Əsas məşğuliyyəti ticarət və 

kimyagərlik olan Abdulla Camoğlu dövrünün qabaqcıl ziyalıları,  şair və 

musiqiçiləri ilə yaxınlıq və dostluq edərmiş. Gözəl təbi varmış; həm klassik 

poeziya, həm də folklor üslubunda lirik və satirik şeirlər yazmışdır. Xüsusilə 

həcvçilikdə çox məşhur olmuşdur.  Əsərlərinin bir qismində "Qənbər" təxallüsü 

işlətmişdir. 

A.Canıoğlıı 1838-ci ildə  vəfat eimişdir. Onun yaradıcılığından nümunələr 

Hüseyn  Əfəndi Qayıbovun "Azarbaycanda məşhur olan şüəranın  əşarına 

məcmuədir" (I cild, 1986), Məhəmmədağa Müctəhidzadənin "Riyazül-aşiqin" 

(1995) və Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" (1998) kitablarından 

götürülmüşdür

 

QƏZƏL 

 

Müəttər qıldı eşq əhlin dəhanın nəfyü isbatı,  



Yəqin oldu mənə kim, var-yoxdandır onun zatı. 

 

Nə şirindir dəhanın söhbəti, ləli-ləbin hərfi,  



Ki, təlx olmuş ləbi-ləlindən ayrımlar ovqatı. 

 

Cəhan zülmət sarayın rövşən etməzdi, əgər yüz gəz,  



Yüzündən kəsbi-ənvar etməsəydi şəms miratı. 

 

Dağıtdı əğdi-zülfün dövri-ruyindən səba, guya,  



Tülui-sübgahı nurdan fərq eldi zülmatı. 

 

Gözün gördüm, xətadan olmadım xali, müsəlmanlar,  



Xuda küffarə mərcu etməsin həm beylə afatı. 

 

Məqaləti-ləbin babində natiq İsavü Məryəra,  



Xətü xalü rüxün haqqında nazil müshəf ayatı. 

  



____________________Milli Kitabxana______________________ 

34 


 

Ləbi-ləlin sevənlar etmədi kövsər təmənnasın,  

Səri-kuyin görənlər şövqdən tərk etdi cənnatı. 

 

Nə mümkün kakilündən ömri-kutahilə kam almaq,  



Könül, başdan çıxar, tul etmə bu batil xəyalatı. 

 

Dəhanın zülməti-pünhanə çəkdi abi-heyvanı,  



Quban-xətti-ruyin həsrəti tar eldi miratı. 

 

Bəla peykanı dolmuş canə yüz qat, ey gözüm nuru,  



Xədəngin saxla ondan kim, dəmirdəndir onun qatı. 

 

Hava səqfində quşlar kamiyab olmaq xədəngindən,  



Həsəddən sıçrayıb əflaka çıxdı ahımın atı. 

 

Səgi-kuyina nəzr etmiş cigər pərgaləsin könlüm,  



Səadətdir ona məqbuli-dərgah olsa xeyratı. 

 

Xədəngi-çeşmi-məstin sineyi-məcruha mərhəmdir,  



Təğafül qılma Abdullaha mərsul et bu sovqatı. 

 

MUXƏMMƏSLƏR 



 

Ah kim, qalmadı can cismdə canan gedəli,  

Oldu hər yerdə ki, canan gedəli, can gedəli,  

Tutdu zülmət göz evin şəmi-şəbistan gedəli,  

Oldu viranə könül kişvəri, sultan gedəli,  

Yəni sərdari-cahan, sərvəri-dövran gedəli. 

 

Gül üzün görməyəli olmadı xəndan güllər,  



Şəra odlara yanıb, başına qoydu küllər,  

Zülfı sövdasi ilə dərhəra olub sünbüllər,  

Necə fəryadü fəğan eyləməsin bülbüllər – 

Ki, olub xar ilə həmdəm güli-xəndan gedəli. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə