Rusiya Federasiyasına vizanın alınması tələb olunmayan qaydada gəlmiş xarici vətəndaşlar tərəfindən patentin alınması



Yüklə 8,97 Kb.
tarix18.02.2018
ölçüsü8,97 Kb.
#27154

Rusiya Federasiyasına vizanın alınması tələb olunmayan qaydada gəlmiş xarici vətəndaşlar tərəfindən patentin alınması
Patentin alınması üçün, Rusiya Federasiyasına vizanın alınması tələb olunmayan qaydada gəlmiş, Rusiya Federasiyası ərazisində qanuni olaraq yerləşən xarici vətəndaş, miqrasiya sahəsində icra hakimiyyəti federal orqanının ərazi orqanına aşağıdakıları təqdim edir:

  1. patentin verilməsi haqqında ərizəni;

  2. həmin xarici vətəndaşın şəxsiyyətini təsdiq edən və Rusiya Federasiyası tərəfindən bu keyfiyyətdə qəbul edilən sənədi;

  3. həmin xarici vətəndaşın Rusiya Federasiyasına girişi haqqında sərhəd nəzarət orqanının qeydi ilə və ya həmin xarici vətəndaşa, göstərilən miqrasiya kartının verilməsi haqqında miqrasiya sahəsində icra hakimiyyəti federal orqanının ərazi orqanının qeydi ilə miqrasiya kartını;

  4. Vergi və rüsumlar haqqında (sonra – verginin ödənməsi haqqında sənəd)Rusiya Federasiyasının qanunvericiliyi tərəfindən müəyyən olunmuş qaydada təsbit edilmiş avans ödəniş şəklində fiziki şəxslərin gəlirlərinə, patent əsasında fiziki şəxslərdə əmək fəaliyyətinin həyata keçirilməsinin qabaqkı müddətinə verginin ödənilməsini təsdiq edən sənədi;

  5. Miqrasiya sahəsində icra hakimiyyəti federal orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim olunan, xarici vətəndaşın fiziki şəxslərdə əmək fəaliyyətinin növləri haqqında məlumatları.

3. Patent almaq üçün ilkin müraciətdə, vergi və rüsumlar haqqında Rusiya Federasiyasının qanunvericiliyi tərəfindən müəyyən olunmuş qaydada təsbit edilmiş avans ödəniş şəklində fiziki şəxslərin gəlirlərinə, patent əsasında fiziki şəxslərdə əmək fəaliyyətinin həyata keçirilməsinin qabaqkı müddətinə verginin ödənilməsini təsdiq edən sənəd və miqrasiya sahəsində icra hakimiyyəti federal orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim olunan, xarici vətəndaşın fiziki şəxslərdə əmək fəaliyyətinin növləri haqqında məlumatlar təqdim olunmurlar.

Miqrasiya sahəsində icra hakimiyyəti federal orqanının ərazi orqanı, Rusiya Federasiyasına vizanın alınması tələb olunmayan qaydada gəlmiş, patentin verilməsi haqqında xarici vətəndaşdan ərizənin qəbul edildiyi gündən sonrakı on iş günündən gec olmayaraq həmin xarici vətəndaşa patenti və ya onun verilməməsi barəsində bildirişi verməlidir.

Patent bir aydan üç aya qədər müddətində verilir. Patent bir aydan üç aya kimi qüvvədə ola və dəfələrlə uzadıla bilər. Bununla belə uzadılmaların nəzərə alınması ilə patentin qüvvədə olmasının ümumi müddəti, patentin verildiyi gündən etibarən on iki aydan çox təşkil etməməlidir.

Patentin qüvvədə olma müddəti, vergi və rüsumlar haqqında (sonra vergi) Rusiya Federasiyasının qanunvericiliyi tərəfindən müəyyən olunmuş qaydada təsbit edilmiş avans ödəniş şəklində fiziki şəxslərin gəlirlərinə verginin ödənilmiş müddətinə uzadılmış hesab edilir. Bu halda miqrasiya sahəsində icra hakimiyyəti federal orqanının ərazi orqanlarına müraciət tələb olunmur.

Digər halda patentin qüvvədə olma müddəti, verginin ödənilməsi müddətinin sonuncu gününün ardınca gələn gündən dayandırılır.

Xarici vətəndaş, patentin verilməsi günündən on iki ay keçəndən sonra, miqrasiya sahəsində icra hakimiyyəti federal orqanının ərazi orqanlarına yeni patentin alınması üçün müraciət etmək hüququndadır.



Patent, xarici vətəndaşın şəxsiyyətini təsdiq edən və Rusiya Federasiyası tərəfindən bu keyfiyyətdə qəbul edilən sənədin və patentin verilməsi müddətinə verginin ödənilməsi haqqında sənədin təqdim olunması zaman şəxsən verilir.

Patent, Rusiya Federasiyasının patent verilmiş subyekti ərazisində xarici vətəndaşa əmək fəaliyyətini həyata keçirmək hüququnu verir.
Yüklə 8,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə