Vaqif Məmmədov xatirələrdə
15
səhhətinin ağır olduğunu hiss etdim. Buna baxmayaraq, təkcə
keçmiş günləri xatırlamadıq, həm də yaradıcılıq işlərindən, bəzi
qayğılardan danışdıq. Vaqif müəllim xəstəxanada yazdığı bir
şeirini oxudu. Böyük ümidlə yazılmış şeirdə xəstəliyə inanma-
dığını ifadə etmişdi. Bu, nikbin notları olan Vaqifanə bir şeir idi.
Sözün əsl mənasında, açıq baxışlı, səmimi insan olan Vaqif
Məmmədov təmkinli, ağıllı və mənəviyyatlı Vaqifanə bir ömür
yaşamışdır.
İstedadlı şair, mükəmməl ziyalı, əsl müəllim və etibarlı dost
olan Vaqif Məmmədovun dünyasını dəyişməsinə son şeirində
özünün yazdığı kimi, hələ də tam inana bilmirəm. O, unudulmaz
xatirələri, içtimai fəaliyyəti və əsərləri ilə yaddaşlarda əbədi
olaraq yaşayacaqdır.
Vaqif Məmmədov xatirələrdə
16
Vəli Əliyev
AME-nın müxbir üzvü,
tarix elmləri doktoru, professor
UNUDULMAZ TƏLƏBƏM VAQİF MƏMMƏDOV
Qədim mədəniyyət beşiyi Naxçıvan diyarının Şərur-Sədərək
bölgələrində tarix, mədəniyyət abidələrini qeydə almaq məqsə-
dilə 1960-cı ildən etibarən apardığım arxeoloji səfərlər həmişə
uğurlu olurdu. Anadolu ilə qonşuluqda, Ağrı dağının şərqində,
Araz çayının sol sahilində strateji cəhətdən çox əlverişli coğrafi
mövqedə, ön Asiyadan gələn qədim karvan ticarət yolunun əsas
keçid məntəqəsində yerləşən Sədərək abidələrindən aşkar etdi-
yim arxeoloji materiallar bu bölgədə nadir tarixi abidələrin
olduğundan xəbər verirdi. Doğrusu, Sədərəkdə mənə kömək
göstərəcək bir dost tapıb, bu bölgəni addım-addım gəzmək,
məni heyran edən vadiləri, Vəlidağı, Tejgarı, Sədərək düzünü
gəzib dəyərli tarixi abidələri tədqiq etmək arzusu ilə yaşayırdım.
Naxçıvanın qədim tarixi abidələrini maraqlı, elmi nəticələ-
rimlə təbliğ etdiyim bir vaxtda, məni Azərbaycan Elmlər Akade-
miyasının İctimai Elmlər Bölməsinə dəvət etdilər. Burada akade-
mik Əlisöhbət müəllim bildirdi ki, Azərbaycan Pedaqoji İnstitu-
nun yeni yaradılan Naxçıvan filialının direktoru Əli Əliyev məni
yüksək ixtisaslı kadr kimi dərs deməyə dəvət edir. Razılıq verdim,
böyük həvəslə Naxçıvana gəlib pedaqoji institutda dərs deməyə
başladım. Auditoriyaya daxil olduğum ilk günlərdən diqqətimi
sonuncu partada əyləşən, hündürboylu, ciddi və xoş təbəssümlü
bir oğlan cəlb etdi. Qədim dünya və arxeologiya fənnlərindən mü-
hazirələr söyləyərkən tələbələrə müəyyən məqamlarda sualla mü-
raciət edib, onların qavrama qabiliyyətini, məsələnin şərhində fəal
iştirakını təşkil edirdim. Yaxşı xatırlayıram ki, ibtidai cəmiyyətin
mədəni inkişaf təkamülü ilə bağlı sualıma bir neçə tələbənin ver-
diyi cavablardan razı qalmadım. Axırıncı partadan Vaqif Məm-
mədov əl qaldırıb ayağa qalxdı. Özünəməxsus məzmunu və mən-
tiqli cavabı, nitq mədəniyyəti ilə məni valeh etdi. Onun məharə-
tini tərif edib, dedim: "Vaqif, lap şairanə danışdın, çox sağol."
Vaqif Məmmədov xatirələrdə
17
Qızlardan biri: – Müəllim, o, elə şairdir! Tələbələr gülüşdülər.
Vaqifə otur dedim, həmin tələbəni məzəmmət etmək istədikdə,
hamı bir səslə: – Müəllim, Vaqif həqiqətən şairdir, çoxlu şeirlər
yazır, söylədilər. Vaqif, sən doğurdan şeir yaza bilirsən soruş-
duqda, ayağa qalxdı, çöhrəsində utancaqlıq qızartısı göründü və
dedi: – Müəllim, mən şair deyiləm, yazdıqlarım sandıq şeirləridir.
Mən təkid etdim, soruşdum ki, nə kimi, hansı janrda şeirlər
yazırsan. O, bir neçə şeirlərinin, eləcə də “Təndir” şeirinin adını
söylədi və bu şeiri söylədi, çox xoşuma gəldi. Digər şeirlərindən
bir neçəsini əzbərdən dedi. İnana bilmədim ki, şeirləri o, özü
yazıb. Soruşdum ki, şeirlərin nəşr olunubmu? Söylədi ki, yox,
Vəli müəllim, mənim şeirimi kim çap edər axı? Sabah bir neçə
şeirlərini gətirməsini xahiş etdim. Bir dəftərdə yazılmış şeirlərini
gətirdi, oxudum xoşum gəldi. Sabah “Şərq qapısı” qəzetinə zəng
vurub şair Hüseyn Razidən xahiş etdim ki, mənim istedadlı
tələbəm Vaqif Məmmədovu qəbul et, şeirlərini oxu və çox xahiş
edirəm ki, nəşrinə köməklik göstər.
Vaqifin şeirləri “Şərq qapısı” qəzetində nəşr olundu, Nax-
çıvan oxucularının ruhunu, zövqünü oxşadı. Bir il keçmədi ki,
Vaqif Məmmədov gənc şair kimi nəinki Naxçıvanda, bütövlük-
də Azərbaycanda tanındı. Bakıda onun şeirləri nəşr olundu,
oxucuların bədii zövqünü oxşadı. Müxtəlif janrlarda yazdığı
dəyərli şeirlərinə görə geniş ictimaiyyət tərəfindən sevildi. O, öz
yaradıcılıq istedadı ilə Azərbaycanın mənəvi mədəniyyət xəzinə-
sinə öz dəyərli şeirlər töhfəsini verə bildi.
Vaqif Məmmədov Sədərək ərazisində tarixi abidələrin aşka-
ra çıxarılıb, tədqiq olunmasında Azərbaycan Milli Elmlər Aka-
demiyasının Naxçıvan arxeoloji ekspedisiyasına yaxından
köməklik göstərmiş, Sədərək şəhər yerindən, Kərki, Tejgar
ətrafındakı tunc dövrü abidələrindən topladığı materiallar, eləcə
də Sədərəyin etnoqrafik mədəniyyət abidələri əsasında zəngin
Sədərək diyarşünaslıq muzeyini yaradıb Naxçıvanın maddi
mədəniyyət tarixinə dəyərli ərmağan etdi.
Vaqif qeyrət, qüdrət diyarı Sədərəyin əbədiyaşar övladı ola-
raq mənim, eləcə də Azərbaycan ziyalılarının qəlbində yaşayır
və gələcək nəsillər onu daim xatırlayıb yaşadacaqlar.
Vaqif Məmmədov xatirələrdə
18
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri,
akademik
MÜƏLLİMLİKDƏN ŞAİRLİYƏ VƏ
ALİMLİYƏ KEÇDİYİ ŞƏRƏFLİ YOL
Sədərək kənd məktəbinin müəllimi, sonra həmin məktəbin
direktoru olan Vaqif Məmmədovun adı keçən əsrin 70-80-ci
illərində muxtar respublikanın pedaqoji ictimaiyyəti arasında
çox məşhur idi. Onu pedaqoji ictimaiyyətə tanıdan müəllim kimi
yenilikçi fəaliyyəti, direktor kimi yüksək təşkilatçılıq bacarığı
ilə bağlı idi. Sədərək kənd orta məktəbi Vaqif müəllimin sima-
sında, onun fəaliyyəti sayəsində respublika məktəbləri arasında
nümunəvi bir məktəb kimi təqdir olunur, təcrübəsi yayılırdı. Bu
sahədə Vaqif Məmmədovun fəaliyyəti diqqəti xüsusilə cəlb
edirdi. 70-ci illərin sonları, 80-ci illərdə müəllim işləyərkən res-
publika tədbirlərində, pedaqoji müşavirələrdə və konfranslarda
Sədərək kənd orta məktəbinin iş təcrübəsi, onun direktoru Vaqif
Məmmədovun təşkilatçılıq fəaliyyəti, məktəbin təcrübə sahəsin-
dəki uğurları dönə-dönə qeyd edilirdi. Sonradan bildik ki, Vaqif
müəllim Naxçıvan Pedaqoji Texnikumu (o vaxt Pedaqoji Mək-
təb adlanırdı), sonra isə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun
tarix fakültəsini bitirmişdir.
Qiyabi olaraq müəllim kimi tanıdığım Vaqif Məmmədovun
şeirlərini “Şərq qapısı” qəzetində (bir müddət “Sovet Naxçıvanı”
adı ilə nəşr edilmişdi), respublikamızın digər qəzet səhifələrində
oxuyur, onun bir şair kimi istedadına qibtə hissi ilə yanaşırdıq.
Mətbuatdan biləndə ki, şair Vaqif Məmmədov 1983-cü ildə “Daş-
kənd təranəsi” beynəlxalq poeziya müsabiqəsinin qalibi olub,
istər-istəməz onunla görüşmək, təbrik etmək arzusu ürəyimizdən
keçirdi, lakin hələlik onunla tanış deyildik və görüşməmişdik.
Vaqif müəllimlə tanışlığımız 80-ci illərin sonunda erməni
millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına etiraz əlaməti
Dostları ilə paylaş: |