Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə4/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   2   3   4   5   6   7   8   9   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
12
Vaqif Məmmədov bunun mümkün ola biləcək ən yaxşı nümunə-
sini göstərmişdir. 
Vaqif Məmmədov 1996-cı ildə Naxçıvan Muxtar Respub-
likasında Sahibkarlıq Komitəsində vəzifəyə dəvət olunmuş, 
müavin statusunda fəaliyyətə başlamışdı. Heç şübhəsiz, bu onun 
üçün keçid bir vəzifə idi, ixtisasına uyğun başqa işlə təmin 
ediləcəyi gözlənilən idi. Lakin hiss edirdim ki, Vaqif daşıdığı 
vəzifədə özünü rahat hiss edə bilmir, ehtimal olunan növbəti 
şans üçün gözləməyə onun səbri çatmır. Daha çox isə həyatının 
mənasına çevrilmiş bədii yaradıcılığıqla normal məşğul ola 
bilməməsi, ədəbi-elmi mühit ilə əlaqə üçün vaxtının çatmaması 
onu darıxdırırdı. Bunu dərindən hiss etdiyim üçün yuxarı orqan-
la razılaşaraq Vaqif Məmmədovu 11 iyun 1998-ci il tarixdə 
Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının direkto-
ru vəzifəsinə dəvət etdim.  
Məlum olduğu kimi, “Qeyrət” adlanan ilk nəşriyyatı 1905-
ci ildə böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə yaratmış-
dır. “Qeyrət” nəşriyyatı mollanəsrəddinçilərin əsərlərini kitab 
halında çap etmiş, Azərbaycanın nəşriyyat tarixində mühüm bir 
mərhələ yaratmışdır. Lakin “Molla Nəsrəddin” jurnalı Tiflisdə 
fəaliyyətini dayandırdıqdan sonra “Qeyrət” nəşriyyatı da ömrü-
nü başa vurmuşdur. Naxçıvan Dövlət Universitetinin nəşriyyatı-
na “Qeyrət” adının verilməsi böyük demokrat ədib Cəlil Məm-
mədquluzadənin xatirəsinə ehtiramın ifadəsi olmaqla bərabər, 
həm də yeni tarixi mərhələdə mətbuat və nəşriyyat işini forma-
laşdırarkən ustad sənətkarın adı ilə bağlı olan ənənələri yara-
dıcılıqla davam edirmək yolunu tutmaq demək idi. Bu, həm də 
Azərbaycandakı elm yönlü az saylı nəşriyyatlardan biri kimi də 
mühüm əhəmiyyət daşıyırdı. Naxçıvan Dövlət Universitetinin 
“Qeyrət” nəşriyyatının direktoru, Azərbaycan Yazıçılar Birliyi-
nin üzvü Vaqif Məmmədov bu şərəfli və məsuliyyətli yolu 
böyük ləyaqətlə davam etdirmişdir. Vaqif Məmmədovun rəhbər-
liyi ilə “Qeyrət” nəşriyyatının ətrafında cəmləşmiş kollektiv 
Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalını, ali 
məktəb müəllimlərinin zəruri elmi əsərlərini, metodiki ədəbiy-


Vaqif Məmmədov xatirələrdə 
 
13
yatı, konfrans materiallarını çap etmiş, əsl universitet statusunun 
formalaşmasına və inkişafına böyük təkan vermişdir. Vaqif 
Məmmədov Naxçıvan Dövlət Universitetində və “Qeyrət” nəş-
riyyatında özünün əsl yaradıcılıq dünyasına qovuşmuşdu. O, 
burada sadəçə vəzifə borcunu yerinə yetirmək mənasında yox, 
əqidəsi ilə çalışmış, qətiyyən yorulmaq bilməmiş, gördüyü işlər-
dən mənəvi rahatlıq tapmışdır. Heç yadımdan çıxara bilmərəm 
ki, Vaqif bir neçə dəfə universitet üçün zəruri olan nəşrləri bütün 
gecəni “Qeyrət” nəşriyyatında keçirərək vaxtında icra olunması-
nı təmin etmişdi. Vaqif Məmmədovun gündəliyində belə unu-
dulmaz anlardan bir neçə məqam günü və saatı ilə qeyd olun-
muşdur.---- “Naxçıvan Dövlət Universitetinin mühüm elmi 
əhəmiyyətə malik olan “Elmi əsərlər” jurnalının birinci sayının 
çapı “Qeyrət” nəşriyyatında 13 iyul 1998-ci il tarixdə başa 
çatmış və həmin gün saat 23.17 də rektora təqdim olunmuşdu. 
Naxçıvanda birinci elmi jurnalın çap olunmasının qeyri-adi 
həyacınını və sevincini birlikdə yaşamışdıq.” 
İndi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Böl-
məsinin sədri vəzifəsində çalışan, o vaxtlar Naxçıvan Dövlət 
Universitetinin tədris işləri üzrə prorektoru işləyən İsmayıl 
Hacıyevin universitetdə keçirilməsi nəzərdə tutulan doktorluq 
dissertasiyasının müdafiəsində iştirak etmək üçün dünya şöhrətli 
alim Azad Mirzəcanzadənin rəhbərliyi ilə Bakıdan gələcək he-
yətdə təmsil olunan alimlərə təqdim edilməsi nəzərdə tutulan 
Türkiyə Cümhuriyyətinin cavan tarixçisi İbrahim Etnurun 
“Muxtariyyat ərəfəsində Naxçıvan” monoqrafiyasını “Qeyrət” 
nəşriyyatının kollektivi 4 sentyabr 1999-cu il tarixdə, sabah 
açılmamış gecə saat 4.40-da cildləyib rektorluğa təhvil vermiş-
dilər. Gecənin o saatlarında Vaqif müəllimin gətirdiyi kitabları 
sübh tezdən açılan ilk dan şəfəqləri kimi qarşılamışdıq. Cəmi 5-
6 saatdan sonra “Muxtariyyat ərəfəsində Naxçıvan” kitabını 
Azərbaycanın tanınmış elm adamlarına təqdim etməklə biz mən-
tiqi mənada Naxçıvanda doktorluq dissertasiyasının hazırlan-
masının və müdafiə şurasının təşkil edilməsinin təsadüfi olmadı-
ğını, bunun üçün real imkanların, elmi zəminin mövcudluğunu 


Vaqif Məmmədov xatirələrdə 
 
14
bir daha ictimaiyyətə çatdırmaq istəyirdik. Bu cəhətdən Vaqif 
Məmmədovla məni zəhmətdən doymamaqla yanaşı, həm də çox 
dərin ortaq daxili qürur hissi birləşdirirdi. 
Uzun illər ərzində səfərlərdə olduğum zaman Vaqif Məm-
mədovun bir çox digər yüksək insani və ziyalı keyfiyyətlərini də 
müşahidə etmişdim. Biz müxtəlif illərdə İranda, İraqda, Türki-
yədə, Rusiyada səfərlərdə olarkən onun nə qədər nəzakətli
səmimi, mənəviyyatlı, çox səliqəli bir insan olduğunu dərindən 
hiss etmişdim. Eyni zamanda, Vaqif Məmmədovun demək olar 
ki, bütün səfərlərdə rast gəldiyimiz hadisələrdən təsirlənib elə 
oradaca şeirlər yazdığını və neçə deyərlər, səhər açılmamış 
mənə oxuduğunu da ədəbiyyata, sənətə ortaq baxışlarımızın bir-
birini tamamlaması kimi izah edirəm. O, universitet həyatı, 
müəllim yoldaşlarımız haqqında yazdığı şeirləri də çox vaxt ilk 
olaraq mənimlə bölüşərək oxumuşdu. Mən də öz növbəmdə 
dinlədiyim şeirə həmişə öz münasibətimi bildirmişdim. Aramız-
da qarşılıqlı və zəruri bir dialoq formalaşmışdı. Bu münasibətlər 
iki tərəf üçün cəlbedici və əhəmiyyətli idi. Biz Vaqif müəllimlə 
bir çox ictimai münasibətləri və şəxsi məsələlərimizi də etibarlı 
şəkildə müzakirə etmişik.  
Naxçıvan Dövlət Universitetində Vaqif Məmmədov həyatı-
nın və yaradıcılığının ən coşğun inkiaşf dövrünü yaşadı. Bu 
illərdə Vaqif müəllim Cəlil Məmmədquluzadə adına Naxçıvan 
Müəllimlər İnstitutunun fəaliyyətinə həsr olunmuş elmi əsər 
yazıb dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik 
dərəcəsini qazandı. Universitetin “Qeyrət” nəşriyyatını ölkə 
miqyasında tanıdan nəşrlərinə imza atdı. “Əməkdar Mədəniyyət 
işçisi” fəxri adına layiq görüldü. Bir çox şeir kitablarını yazıb 
çap etdirdi. İki cilddə “Seçilmiş əsərləri”ni oxuculara təqdim 
etdi. Naxçıvan Dövlət Universitetində anadan olmasının 60 illiyi 
böyük səmimiyyətlə qeyd olundu. Ən başlıcası isə Vaqif Məm-
mədov geniş dünyagörüşə, aydın mövqeyə və dərin səmimiyyətə 
malik bir ziyalı kimi özünü təsdiq etdi, yaddaşlara yazıldı.  
Vaqif Məmmədovla son görüşümüzü heç xatırlamaq istəmi-
rəm. 2015-ci ilin qış günlərindən birində Bakıda müalicə alarkən 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə