Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə14/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   10   11   12   13   14   15   16   17   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
45
“Ağacların ruhları saxlamağı” tamamilə yeni, təzə-tər 
ifadədir. Vaqif Məmmədovun dilində sözlər şairin qələminə xas 
olan bir axıcılıqla süzülür. Oxucuya elə gəlir ki, həzin bir nəğmə 
oxunur. Həmin misralarda şairin öz səsi eşidilir, öz nəfəsi 
duyulur. Şair kimi onun tövsiyəsi bu idi: “İçindən göyərən 
sözlərə tapın”. Vaqif müəllim şeirlərinin birində deyir: 
 
Ər əməllər kişiləri ər etdi
Ürəklərdə yaşamağa yer etdi. 
 
Vaqif müəllimin bir insan kimi ürəklərdə yeri və sözü, bir 
şair kimi qədim Naxçıvanın, Azərbaycanın söz qalasında izi 
vardır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
46
Abbas Seyidov 
Tarix elmləri doktoru, 
professor 
 
FƏDAKAR ZİYALI, GÖRKƏMLİ YAZAR, 
TƏDQİQATÇI ALİM 
 
Vaqif Məmmədov... Bu insan haqqında keçmiş zamanda 
danışmağın nə qədər ağır olduğunu anlamaq elə də çətin deyil. 
Çünki, qəlbimizdə daim yaşayan fədakar ziyalı, sədaqətli dost, 
görkəmli alim-yazar Vaqif müəllimin bizimlə yanaşı addımla-
yan saf ruhu və əməlləri ətrafımıza işıq saçır. Əbədiyyətə qovuş-
masına baxmayaraq, o insanın xatirələri həmişə diqqət mərkə-
zində olur ki, onun yaradıcılığının, insanlığının şöləsi ətrafa nur 
ələyir. Vaqif müəllim belə insanlardan idi və bu gün də vardır. 
İnsanın cismi bu dünyadan köçsə də, “mən”i övladlarının, 
nəvələrinin, dostlarının, qohumlarının, bir sözlə, onu sevənlərin 
qəlbində öz yerini daha da möhkəmləndirir. 
İnsanlar daima bir-biriləriylə münasibətlərdə olurlar. Onla-
rın arasında müvəqqəti və daimi, təmənnalı və təmənnasız olan-
ları da olur. Amma elə münasibətlər də vardır ki, insanın mənəvi 
ehtiyacından yaranır. Bu cür münasibətlər insanı ömrünün sonu-
nadək izləyir və dəyişməz qalır. Vaqif müəllim daimi, təmən-
nasız və mənəvi ehtiyacdan doğan bir alim, dost idi. 
Vaqif müəllimlə ilk tanışlığımızın tarixi 30 oktyabr 1988-ci 
ilə təsadüf edir. Mən o vaxtlar Naxçıvan Dövlət Universitetində 
(Nax.DPİ) müəllim işləyirdim. Nankor qonşularımızla ixtilafları 
nəzərə alıb, planlaşdırdıq ki, vətənpərvərlik mövzusunda çıxışlar 
etmək üçün universitetimizin tələbələri ilə Sədərək kənd 1 
nömrəli orta məktəbi kollektivinin birlikdə “Elə oğul istəyir 
Vətən” adlı elmi-tematik bədii gecəsi keçirilsin. Professor-müəl-
lim və tələbə heyətindən ibarət qrupumuz avtobusla Sədərəyə 
yollandı. 1 nömrəli orta məktəb Sədərək kəndinin qərb qurtara-
cağında-Ermənistan Respublikasının sərhədinə yaxın ərazidə, 
“Koroğlu” bulağının yaxınlığında yerləşirdi. 


Vaqif Məmmədov xatirələrdə 
 
47
Məktəbə çatar-çatmaq kollektivin bizi çox isti münasibətlə 
qarşılamasının şahidi olduq. O zaman Vaqif müəllim bu təhsil 
ocağının direktoru idi. Onun yaradıcılığı ilə maraqlanmağıma, 
qiyabi şəkildə mətbuat və televiziyadan tanımağıma baxmaya-
raq, bu insanla ilk dəfə bu görüşdə yaxından tanış oldum. Və bu 
tanışlıq getdikcə möhkəmləndi. Əvvəl dostluğa, sonra isə 
qohumluğa çevrilməklə, bizi bir-birimizə daha möhkəm bağlarla 
bağladı. 
Məktəbdə keçirdiyimiz ilk görüş zamanı giriş sözü ilə çıxış 
edən Vaqif müəllimin söylədiyi bir neçə söz onun xalqını, 
Vətənini nə qədər böyük məhəbbətlə sevdiyinin göstəricisi idi. 
Vaqif müəllim bildirdi ki, Naxçıvan Muxtar Respublikasının 
Ermənistan Respublikası ilə olan qərb sərhədi bizim məktəbi-
mizin kəndarından başlayır. Mən də başda olmaqla, burada 
təhsil alan şagirdlər, müəllimlər torpağa, xalqa məhəbbət ruhun-
da yaşayırıq. Vətən sərhəddən başlayır. Bu məktəb düşmən üçün 
göz dağı, alınmaz səngər, dost üçün açıq qapı, təhsil oçağı, 
tərbiyə mərkəzidir. 
Beləliklə, Vaqif müəllimlə əqidə birliyimiz, amalımız 30 ilə 
yaxın dostluğumuz sayəsində yüksələn xətlə davam etdi. 
Bugünkü kimi yadımdadır. 2010-cu ilin iyul-avqust 
aylarında arxeoloq dostum Vəli Baxşəliyevlə Sədərək rayo-
nunda yerləşən “Şəhər yeri” adlanan ərazidə arxeoloji qazıntı 
işləri aparırdıq. İsti yay günlərindən biri idi. Tədqiqatlarımız çox 
uğurlu alınmışdı. Sədərək və ətraf ərazilərin 9000 ilə yaxın yaşı-
nın olması haqda əlimizdə maddi dəlillər var idi. Çox sevindirici 
hal idi. Elə bu sevinc içərisində idik ki, bizim orada apardığımız 
qazıntılardan xəbər tutan Vaqif müəllim oraya gəldi. Qayğımıza 
qalmağı, diqqət göstərməyi öz yerində, aşkar olunmuş maddi-
mədəniyyət qalıqları ilə tanış oldu. Məndən soruşdu: “Bu tapın-
tıları mətbuat səhifələrində işıqlandıracaqsız”? Dedim ki, hör-
mətli Vaqif müəllim, bu günə qədər Naxçıvan Muxtar Respub-
likasında bir neolit abidəsi məlum idi – I Kültəpə. İndi bu dövrə 
aid ikinci abidə Sədərək oldu. Çox nadir tapıntılardı. Nəinki ölkə 
mətbuatında və televiziyasında, həmçinin xarici ölkələrin kütləvi 


Vaqif Məmmədov xatirələrdə 
 
48
informasiya vasitələrində bu tapıntılar işıqlandırılacaq. Ona görə 
ki, aşkar olunan daş baltalar analoqu olmayan nüsxələrdir. Həm 
də qeyd etdim ki, bu haqda mütləq monoqrafiya da yazmağı 
nəzərdə tuturuq. Vaqif müəllim israrla bildirdi ki, kitaba ön sözü 
mən yazacağam.  
Elə də oldu, 2011-ci ildə “Elm” nəşriyyatında V. Baxşəli-
yevlə birlikdə yazdığımız “Sədərək” adlı kitabımız işıq üzü 
gördü. Kitaba ön sözü  Vaqif müəllim yazmışdı. Başlıq ümum-
milli lider Heydər Əliyevin 1990-cı ildə söylədiyi kəlamdan 
götürülmüş “Sədərək Naxçıvanın qeyrət qalasıdır” sözü ilə 
başlayırdı. Vaqif müəllim bir cümlədə Sədərək bölgəsinin qədim 
tarixini belə işıqlandırmışdı: – “30-40 min hektar sahəni əhatə 
edən Sədərək ərazisində bu günə qədər “Əjdəkan”, “Cin 
təndiri”, “Cəhənnəm dərə”, “Dev hörən”, “Şir arxı”, “Dəhnə”, 
“Ağ oğlan”, “Fərhad arxı”, “Qara burun”, “Aladin”, “Qırmı-
zılar”, “Çapan”, “Qara çay”, “Bulaq başı” və s. toponimləri ilə 
yanaşı, “Şəhər yeri”, “Karvansaray”, “Kültəpə” kimi qədim yer 
adlarının da mövcud olması deyilənləri təsdiqləyir”....   
Vaqif müəllimin Azərbaycan Yazıçılar və Jurnalistlər Bir-
liyinin, İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri 
Məslək Birliyi), Avrasiya Yazarlar Birliyinin üzvü kimi elm, 
sənət adamları arasında böyük nüfuzu olub. O, tanınmış bir 
ziyalı idi. Mətbuat səhifələrindən izlədiklərimdən və şəxsi 
söhbətlərimizdən məlum olurdu ki, onun bədii yazıları hələ 
1970-ci ildən mətbuatda çap olunur. Dünyanın bir sıra ölkələrin-
də – Türkiyə, İran, İraq, Rusiya, Ukrayna, Belorus, Özbəkistan, 
Almaniya, Bolqarıstan, Yunanıstan və ABŞ-da şeirləri çap 
olunub.  
Vaqif müəllimin fəaliyyəti dövlətimiz tərəfindən yüksək 
qiymətləndirilib. O, 1995-2000-ci illərdə Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin deputatı olub. 2005-ci ildə Naxçıvan 
Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri 
adına layiq görülüb və 2007-ci ildə Azərbaycan Respublikası 
Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif 
olunub. 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə