Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə86/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   78   79   80   81   82   83   84   85   86

Vaqif Məmmədov xatirələrdə 
 
327
Rahilə Dövran 
Şair 
 
MƏHƏBBƏTLƏ ANIRIQ 
Ustad şairimiz, unudulmaz Vaqif Məmmədovun 
əziz xatirəsinə 
 
Andıqca insanın gözləri dolur, 
Oyadır hər sözü neçə xatirə. 
Hər kəlam canlanıb, bir lövhə olur, 
Bəlkə xoş anılar kədər bitirə. 
 
Şairmi, alimmi, müəllimmi deyim? 
Necə adlandırım, bu sənətkarı? 
Vəsf edib, öyməkçün, nələr söyləyim? 
Xalqın mirasıdır, “əqlinin varı”. 
 
Məktəbli, tələbə, gənc şair, ədib, 
Dəyərli Ustadın öyrəncisidir. 
Hər şagird dinləyib, zəka əxz edib, 
Yazdığı hər əsər könül səsidir. 
 
Ruh qatıb, can verib yazdıqlarına, 
Qələmi toxunan, hər söz bal dadır. 
Təşnələr üz tutar qüzey qarına, 
Könül kəlamları dağlar boydadır. 
 
Neməti olubdur halal duz- çörək, 
Riyasız, hiyləsiz, sözün düz deyən. 
Elinə-gününə, açıq bir ürək, 
Olmayıb kimsənin qəlbinə dəyən. 
 
Bax belə qalacaq xalqın yadında, 
Dövran, – yurdumuzun Ustad şairi. 
Ölməz bir şair var, – Vaqif adında, 
Şairlər hər zaman, diridir-diri!.. 


Vaqif Məmmədov xatirələrdə 
 
328
Natiq Əliyev 
 Hərbçi-şair 
 
MƏN HARDAN BİLƏRDİM 
 
Mən hardan bilərdim amansız fələk,  
Bu qədər insafsız, zalım olarmış.  
Bir anda sındırıb şair qəlbini,  
Araya ayrılıq, həsrət salarmış. 
Mən hardan bilərdim qəfil bir xəbər,  
Zamansız, dəvətsiz, vaxtsız bir ölüm, 
Qəlblərə köz salıb sızladacaqdır, 
İnsanlıq simvolu şair Vaqifin,  
Ruhumu titrədən ölüm xəbəri, 
Məni də kövrəldib ağladacaqdır.  
Mən hardan bilərdim mənə dost deyən, 
O, böyük insanın ürək sirrini. 
Mən hardan bilərdim təmiz ürəkli,  
Söz, sənət vurğunu elm məbədi, 
İnsana ruh verən baxışlarıynan,  
Dünyadan köçərmiş səssiz, soraqsız. 
Mən hardan bilərdim nə hiss yaşayıb, 
Bəlkə də ölümlə çarpışan zaman, 
Özündə güc tapıb yaza bilsəydi, 
Qələmi bir anlıq alıb əlinə,  
Son dəfə ölümə şeir qoşardı, 
Gözünü əbədi yummazdan öncə
Dünyanı vəsf edən öz qələmiylə, 
Kövrəlib, əl edib vidalaşardı. 
Mən hardan bilərdim bəlkə də məndən, 
Qəlbində incidi narazı getdi, 
Mən hardan bilərdim dünyalar qədər, 
Xətrini həmişə əziz tutduğum,  
O, gözəl insana ölmündən sonra,  
Kədərli, duyğulu şeir qoşacam, 


Vaqif Məmmədov xatirələrdə 
 
329
Bilsəydim gizlincə gələn ölümü,  
Yalvarıb Tanrıdan möhlət alardım,  
Haqqı var çiynimdə çünki əbədi,  
Əl tutub son dəfə halallaşardım, 
Günahkar bilirəm indi özümü, 
Kaş gedib görüşüb qucaqlaşardım,  
Son dəfə şairlə sağollaşardım. 
20. II. 2016 
 


Vaqif Məmmədov xatirələrdə 
 
330
Kirman Rüstəmli 
 
Bu gün 06.02.2017 tarixində sevimli şairimiz Vaqif Məmmə-
dovun əbədiyyətə qovuşmasının ildönümüdür... Yaxın olmadığı 
üçün onun təziyyəsində iştirak edə bilmədim. Qoy o məni bağış-
lasın. Allah sənə rəhmət etsin, VAQİF müəllim. 
 
HARDA QALDIN? 
 
Qara günün qara donun ağardın, 
Haçan gəlib ömrümüzə qar, yağdın. 
Bir il keçdi, Vaqif, sən harda qaldın? 
Sən gedəni başı qara  bağlıyam, 
Vaqif, əvvəlki tək sənə bağlıyam. 
 
Ömrün payızını görürdün demək, 
Çən düşdü ömrünə seyrək, çox seyrək. 
Sənin yaratdığın böyük bir əmək, 
Yaşadır hələ də sənsiz də səni, 
O Tejgarda, Mildə, səni sevəni. 
 
Vaxt varıdı qamış atla gəzərdin, 
Yallarını qotazlarla bəzərdin 
Mahmızlayıb kimlərisə əzərdin, 
Bilirdin ki, bu yürüşün sonu var, 
Bitəcəkdir ürək dolu arzular. 
 
Yaxın deyil, uzaqdayam bilirsən, 
Sən mənalı kitab, böyük bir sirsən. 
Dostlar üçün ölü deyil,  dirisən, 
Uzaqdan abidənə baş əyirəm mən, 
İnan, tapacağam mən səni, hökmən. 
 


Vaqif Məmmədov xatirələrdə 
 
331
Kirman Rüstəmli 
 
Şair dostum Vaqif Məmmədovun 
“Kəndə gəlmişəm”  şeirini oxuyarkən...  
Allah sənə rəhmət etsin. 
 
SƏNSİZ DÜŞÜNCƏLƏR 
 
Nə qədər dözümlü olarmış ürək 
Xatirə şirindir, xatirə kövrək, 
Yollara səpildi deyib gülərək, 
Görən harda qaldi, o dəcəlliyim, 
Çubuq atlarinı minən gəncliyim. 
 
Atları çaparaq, yorğa gedərdik, 
İkimiz gah sola, sağa gedərdik. 
Hərdən də kükrəyib dağa gedərdik, 
Bəlli idi hər kəsə mənim mənliyim, 
Çubuq atlarını minən gəncliyim. 
 
Hanı o uşaqlar, harda qalıblar, 
Dünyasın dəyişib dalda qalıblar? 
Əldən düşən də var, darda qalıblar, 
Ağladır, yandırır, məni təkliyim, 
Çubuq atlarını minən gəncliyim. 
 
Nə edək, həyatın qanunu budur, 
Allaha kim deyər ölümü durdur. 
Əgər yanacaqsa yaş da qurudur, 
Bu gündə yaşayır məndə mərdliyim, 
Çubuq atlarını minən gəncliyim. 
 
*** 
Şeir var mayası yoğrulmuş zərdən, 
Hər misra dəyərdir böyük əsərdən. 
Hər sözün kəskindir, vallah kəsərdən, 
Vaqifsən, layiqsən şöhrətə şana, 
İmzani tanıtdin Azərbaycana. 


Vaqif Məmmədov xatirələrdə 
 
332
Mətanət Duyğulu 
Şair 
 
DEYİRDİN MƏNİ ÇOX TƏRİF EYLƏMƏ 
 
Yaxşılıq söylənməz sən də söyləmə. 
Nə zaman olmasam mən bu dünyada, 
O zaman söyləyib salarsan yada. 
Məgər ki, yoxluğun olurmu asan? 
Sənə nə ad verim, ey böyük insan! 
Sənə müəllim deyim, yoxsa ustadım, 
Müdrikliyin oldu qolum qanadım. 
Dedin, neçə ki, can vardı canımda, 
Yaz, yarat, hər zaman varam yanında. 
Sən vətən qızısan, sən el qızısan 
Yurdumun parlayan dan ulduzusan. 
Tanrı istedadı bəxş edib sənə
İtmiş yurd yerini çəkəsən önə. 
Dünya gəĺdi gedər, fani dünyadı, 
Daim yaşayacaq şairin adı. 
Elə yaz şerinlə oyansın cahan, 
Fəxr etsin səninlə vətənin hər an. 
Mənim yaşım gedib ömürsə qısa, 
Vətən darda qalar, sizlər olmasa. 
Ucal qələminlə ucal adınla, 
Sən ol davamçımız istedadınla. 
Elə yaz  səninlə öyünsün vətən, 
Həyatda olsam da olmasam da mən, 
Ruhum qanadlanıb uçacaq yenə, 
Vətən göylərindən baxacaq sənə. 
O, qanlı laləni dər vətənində, 
Haqqı ədaləti qoru sinəndə. 
Qələm silahındır sözlərin atəş, 
Sənə güc verəcək parlayan günəş. 
 


Vaqif Məmmədov xatirələrdə 
 
333
Yaz doğma elinnən yaz vətəninnən, 
Nəğmələr süzülsün şair dilinnən. 
Deyirdin ki, ömrüm yetərsə bəlkə, 
Gedərik vətənə səninlə birgə. 
Bəlkə də arzuna yetişmisən sən, 
Səni ağuşuna alıbdır vətən. 
Ruhun vətəndəsə nə olur ara, 
Mənim salamımı yetir Tejgara. 
Söylə duyğulunun intizarını, 
Vətəninə olan düz ilqarını. 
Bəlkə gün gələcək ruhum mənim də, 
Hesabat verəcək vətən önündə. 
Bilmirəm o zaman mən üzüqara, 
Necə baxacağam ulu Tejgara. 
Bilmirəm bağışlar, yada yox məni, 
Geri qaytarmaqçün doğma vətəni
Nə gücüm nə də ki qələmim yetir, 
Sadəcə dilimdə bayatı bitir. 
Kaş ki, sağ olaydın ey böyük ustad, 
Bu yolda olaydın mənə qol qanad. 
Amma söz verirəm ruhun önündə 
Vətənçün, el üçün yanacam mən də. 
 
16.03.2016 
 
 
 
 
 
 
 
 
 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
334
Kamil Mehdiyev 
 
QAYIT GƏL 
 
Vətən üçün söz deməyə doğuldun, 
Sədərəkdə sevimli bir oğuldun. 
Bu işində nə tez belə yoruldun? 
Qayıt yenə nəğmələrlə qoşa gəl. 
Bu həyatda nəğmə qoşub cuşa gəl. 
Dost-tanışlar getdiyini duymayır, 
Kitabların darıxmağa qoymayır. 
Hər nə olsa söz-söhbətin olmayır. 
Qayıt yenə məclislərdə söhbət aç. 
Səni seçən könüllərə işıq saç. 
“Telli Tejgar” sənsiz desəm çox ağlar. 
Yoxluğuna bütün dağlar yas saxlar. 
Vallah inan, “Ucubiz” lap od qalar. 
Sən gəzdiyin torpağında, daşında, 
Bir çoxları lap könlünün başında. 
Oğul uşaq nəvələri sevərdin, 
Baş çəkməyə hərəsinə gedərdin. 
Nəsihətin yaxşısını verərdin. 
Qayıt yenə o işinə davam et, 
Sevilməsən küs hamıdan, qayıt get. 
Şəhidləri unutmağa qoymadın. 
Balayanı lənətləyib doymadın 
Dar günlərdə bircə rahat olmadın 
Qayıt yenə lənət yağdır düşmənə, 
Əhsən desin sevənlərin qoy sənə 
Nəğmələrin şagirdlərin dilində, 
Səslənəcək ölkənin hər yerində 
Qalacaqsan Sədərəyin dilində. 
Bunun üçün rahat uyu, rahat yat. 
Hərdən-hərdən nəğmə qoşub, bizə at. 
 


Vaqif Məmmədov xatirələrdə 
 
335
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Þìðöí àíëàðû ôîòîëàðäà 
 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
336


Vaqif Məmmədov xatirələrdə 
 
337


Vaqif Məmmədov xatirələrdə 
 
338


Vaqif Məmmədov xatirələrdə 
 
339


Vaqif Məmmədov xatirələrdə 
 
340
 


Vaqif Məmmədov xatirələrdə 
 
341


Vaqif Məmmədov xatirələrdə 
 
342


Vaqif Məmmədov xatirələrdə 
 
343


Vaqif Məmmədov xatirələrdə 
 
344


Vaqif Məmmədov xatirələrdə 
 
345
 


Vaqif Məmmədov xatirələrdə 
 
346
 


Vaqif Məmmədov xatirələrdə 
 
347
 


Vaqif Məmmədov xatirələrdə 
 
348
 


Vaqif Məmmədov xatirələrdə 
 
349
 


Vaqif Məmmədov xatirələrdə 
 
350
 


Vaqif Məmmədov xatirələrdə 
 
351
 
 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
352
 


Vaqif Məmmədov xatirələrdə 
 
353
 
MÜNDƏRİCAT 
 
Aypara Behbudova, Səbuhi Məmmədov. Ön söz ............................. 3 
İsa Həbibbəyli. Vaqifanə ömrün anları............................................... 8 
Vəli Əliyev. Unudulmaz tələbəm Vaqif Məmmədov .......................... 16 
İsmayıl Hacıyev. Müəllimlikdən şairliyə və alimliyə                   
keçdiyi şərəfli yol ................................................................................18 
Hacı Fəxrəddin Səfərli. Xeyirxah əməlləri, ədəbi və elmi irsi ilə 
ürəklərdə yaşayan vətənsevər insan ...................................................22 
Vəli Baxşəliyev. Qədim Naxçıvanın nəğməkar oğlu.......................... 26 
Məmməd Rzayev. Sədaqətli dost, unudulmaz şəxsiyyət ...................29 
Hüseyn Həşimli. “Bir gün olar, itirərsiz Vaqifi...”........................... 34 
Elbəyi Maqsudov. Gözəl insan, istedadlı şair, fədakar alim ............ 40 
Sədaqət Həsənova. Vaqif Məmmədov haqqında düşündüklərim ......43 
Abbas Seyidov. Fədakar ziyalı, görkəmli yazar, tədqiqatçı alim...... 46 
Xanəli Kərimli. Bir Vaqif də köç eylədi dünyadan... ........................50 
Vahid Rzayev. Vaqif müəllim haqqında kiçik bir xatirə ................... 55 
Asim Yadigar. Yarpaq tökümü.......................................................... 58 
Aypara Behbudova. Ömrün son payızı.............................................64 
Elbrus İsayev. Ömrünü millətinə həsr edən vətən sevdalısı.............. 74 
İman Cəfərov. Kodalı qoşayarpaq misraların sirri                                 
yaxud sabaha ünvanlanan sevgi .........................................................78 
Seyfəddin Eyvazov. Telli Tejgarın şair oğlu .................................... 81 
Məmməd Abbasov. “Ot kökü üstə bitər” .........................................84 
Sərtib İslamoğlu. Dost itkisi.............................................................. 88 
Əli Rza Xələfli. Vaqif duzdağ taleyi ..................................................91 
Qəşəm İsabəyli. Naxçıvanlı şair dostum Vaqif Məmmədov ..............97 
Şəhla Şirəliyeva. Xatirələrdə yaşayan gözəl insan.......................... 103 
Əli Cabbarov. Xeyirxah əməlləri ilə yaddaşlarda                                   
dərin iz qoymuş alim-şair .................................................................106 
Həbibə Allahverdiyeva. Həyat rənglərini duyan şair..................... 109 
Qafar Qərib. Mərhum qələm dostumuz Vaqif Məmmədova............ 111 
İbrahim Yusifoğlu. Bir ömür yaşadın............................................. 114 
Kəmaləddin Qədim. Yaşadacaq bu yol səni ................................... 125 
Lütviyyə Əsgərzadə. Xatirimdə qalanlar: Vaqif Məmmədov ......... 128 
Asif Kəngərli. Gözəl niyyətli insan.................................................. 132 
Elxan Yurdoğlu. Şərəfli bir ömür qoyub gedən şair....................... 133 


Vaqif Məmmədov xatirələrdə 
 
354
Gülşən Vəliyeva. Həyat formulu və yaxud xoş təsadüf ................... 138 
Mehriban İmanova. Yaddaşlara həkk olunmuş insan ....................141 
Arzu Abdullayev. Gəncliyə həsr olunmuş ziyalı ömrü ...................143 
Mirələkbər Seyidov. Görkəmli ziyalı Vaqif Məmmədov və                   
Sədərək kəndi barədə düşüncələrim... ..............................................147 
Mədət Səfərov. Müdriklik zirvəsini fəth etmiş bənzərsiz insan .......152 
Orhan Aras. Bir dostun ardından ................................................... 155 
Seyfulla Akbaba. Azerbaycan ve türk edebiyyatı arasında                   
manevi köprü kuran şair...................................................................158 
Habil Özmen. Türk dünyasının kururu  Vaqif Memmedov .............161 
Salih Cengiz. Kaybettigim en degerli dostum.................................. 163 
Samirə Məmmədova. Amalı xeyirxahlıqdan yoğrulan insan .........164 
Telli Pənahqızı. Ruhun o leyləklərə əmanət, şair............................ 168 
Şərabanı Məmmədova. Ölümə baş əyməyən şair........................... 172 
Aygün Orucova. Həyat qədər dəyərli... ..........................................175 
Əli Səfərov. Qəlbimizdə yaşayacaqsan! .......................................... 179 
Səfər Əliyev. Xatirəyə dönmüş ömür ............................................... 182 
Arif Məmmədov. Bəyməmməd nəslinin qeyrətli oğlu..................... 184 
İmran Hüseynəliyev. Vətənin qeyrətli oğlu .................................... 186 
İdris Qədimbəyli. Seçilmişlərdən biri... .......................................... 190 
İsmayıl İsmayılbəyli. Xatirələrdə yaşayan dost.............................. 192 
Vidadi Həsənov. Vaqif müəllim vətənin qeyrət qalası idi ............... 195 
Natiq Əliyev. Bir ömrə bərabər unudulmaz xatirələr... .................. 197 
Əlirza Balayev. Qeyrət qalasının övladı ......................................... 203 
Vidadi Kazımov. Təvazökar müəllim.............................................. 208 
Kamil Mehdiyev. Vətənin dar günündə qələmini                          
süngüyə çevirən şair .........................................................................210 
Kamran Həsənov. Qayğıkeş və tələbkar müəllimim ....................... 213 
Rəhilə Elçin. Ölümsüzlüyə qovuşan, əbədiyaşar vətən oğlu,             
şair dostum Vaqif Məmmədov... .......................................................216 
Zaur Vedili. Vaqif Məmmədov imzası ............................................. 221 
Rəhilə Dövran. Vaqif Məmmədov  haqqında  xatirələrim............... 222 
Mətanət Duyğulu. Ömür yaddaşıi .................................................. 225 
İbrahim Səlim. Nur içində yatasan, uca çinar................................ 227 
Minayə Abbasova. Xatirəyə dönən ömür........................................ 229 
Yaqut Hüseynova. Unudulmaz görüş ............................................. 236 
Yeganə Rüstəmova. Unudulmaz sənətkar ......................................238 
Nəzrin Ələkbərova. Sözdən muncuq düzən şair .............................242 


Vaqif Məmmədov xatirələrdə 
 
355
Fizzə Bağırova. Əbədiyyət............................................................... 253 
Şölə Məmmədova. Unutmadıq, unutmayacağıq ............................. 257 
Ülviyyə Bağirova. Vaqif Məmmədovun “Uşaqlıq notları”,             
mənimsə uşaqlıq arzularım...............................................................259 
Könül Elbrusqızı. Onun həyat amalı .............................................. 265 
 
VAQİF MƏMMƏDOV AİLƏ ÜZVÜLƏRİNİN 
XATİRƏLƏRİNDƏ ....................................................................... 267 
Malik Cəfərov. Yaradıcı insan və gözəl ailə başçısı ....................... 269 
Arifə Məmmədova. Yalnızlıq cətindir ............................................ 271 
Hərgül Məmmədova. Məni yaşadan xatirələrdir ........................... 273 
Səbuhi Məmmədov. Müqəddəs borc .............................................. 276 
Nihal Məmmədova. Ən böyük sərvətimiz onun soyadıdir .............. 284 
Tural Məmmədov. Mənim idealım, örnək aldığım insan ............... 286 
Sona Məmmədova. Ürəklərdə silinməz izi, xoş xatirəsi qaldı ........ 289 
Gündüz Məmmədov. Böyük şair, müdrik ağsaqqal ....................... 291 
Şəlalə Məmmədova. Ata adlı dağım ucub ...................................... 293 
Dəryah Həsənov. Şəxsiyyətinə hörmət etdiyim  dəyərli insan......... 300 
Günay Həsənova. Atalı günlərim ömür təqvimimin                            
ən gözəl günləri idi... ........................................................................301 
 
VAQİF MƏMMƏDOV RƏSSAMLARIN GÖZÜ İLƏ...............303  
 
ƏDƏBİYYAT VƏ ELM ADAMLARI                                              
VAQİF MƏMMƏDOV HAQQINDA........................................... 313 
 
VAQİF MƏMMƏDOV POETİK DÜŞÜNCƏLƏRDƏ                        
(İthaf olunmuş şeirlər) ....................................................................321 
Xanəli Kərimli. Qərib məzar...........................................................323 
İman Cəfərov. Vətən şairi ...............................................................325 
Budaq Təhməz. Dünya Vaqifsiz qaldı.............................................326 
Rahilə Dövran. Məhəbbətlə anırıq.................................................. 327 
Natiq Əliyev. Mən hardan bilərdim ................................................ 328 
Kirman Rüstəmli. Harda qaldın?................................................... 330 
Sənsiz düşüncələr..............................................................................331 
Mətanət Duyğulu. Deyirdin məni çox tərif eyləmə ......................... 332 
Kamil Mehdiyev. Qayıt gəl............................................................. 334 
 
ÖMRÜN ANLARI FOTOLARDA ............................................... 335 


Vaqif Məmmədov xatirələrdə 
 
356
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” nəşriyyatının direktoru: 
professor Nadir MƏMMƏDLİ 
 
 
Kompyuter yığıcısı: 
Minayə Abbasova 
Texniki redaktor:  
Ruhiyyə Abbasova 
Dizayner:  
Zahid 
Məmmədov 
 
 
 
 
 
Çapa imzalanmış: 
16.06.2017 
Şərti çap vərəqi: 
22,25. Sifariş: № 324 
Kağız formatı: 
60x84 1/16. Tiraj: 300 
 
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində  
hazır diapozitivlərdən çap olunmuşdur. 
E-mail: 
elm.ve.tehsil@mail.ru  
Tel: 497-16-32; 050-311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə