Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə9/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   5   6   7   8   9   10   11   12   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
28
Təbiət rəngbərəng, boya üstündə... 
Sönən ocaqlarda köz qalacaqdır. 
Xınası islanan qaya üstündə
Kəklik ayağından iz qalacaqdır. 
 
Bu cür bitkin poetik ifadə yalnız təbiətin qoynunda yaşayan, 
Vətəninin ağrı-acısı ilə yaşayan, yurdunun gözəlliyinə heyran 
olan, onun sonsuz gözəlliklərindən ilham alan istedadlı bir şairə 
məxsus ola bilərdi. Vaqif müəllim məhz belə istedadlı şairləri-
mizdən idi. Vaqif müəllim bizim elə şairlərimizdəndir ki, onun 
şeirlərində ürəyə yatmayan heç nə yoxdur.  
Hər bir insan ictimai varlıqdır və heç vaxt ətrafında baş 
verənlərə biganə qala bilməz. Vaqif müəllim də yüksək duyğulu 
bir insan kimi həyatda baş verənlərə münasibətsiz qala bilmirdi. 
Bu hisslər onun “Bizi serialdan qoru, İlahi” şerində də öz əksini 
tapmışdı. İnformasiyanın genişləndiyi, radio, televiziya və inter-
netin həyatımıza təsirinin artdığı bir zamanda cəmiyyətə müsbət 
fikirlər aşılayan verilişlərlə bərabər ona mənfi təsir edən, bəzən 
isə onları yanlış yola sövq edən verilişlər də olur. Klassik dünya 
ədəbiyyatında yüksək insani hissləri, insanların mənəvi tərbiyə-
sinə təsir edən əsərlər üstünlük təşkil edirdisə, müasir ədəbiyyatda 
bəzən biz bunları görmürük və realizm adı altında bəzən cəmiy-
yətin mənəvi yüksəlişini bərbad edən əsərlər də ortaya çıxır və 
bəzən də onlar səhnələşdirilir. Əlbəttə, həyatda hər cür hadisə ola 
bilər. Ancaq biz tərbiyəvi hadisələri, insanların mənəvi saflığını 
yaşadan və inkişaf etdirən hadisələri qələmə almalı və təbliğ 
etməliyik. Bu baxımdan, Vaqif müəllimin bədii yaradıcılıq nümu-
nələri insanlığa xidmət edən, insanların mənəvi yüksəlişinə təkan 
verən, onları daima saflaşdıran, yaşadan əsil sənət əsərləridir. 
Əlbəttə, kiçik bir yazı ilə Vaqif Məmmədov kimi böyük insa-
nın insani keyfiyyətlərini və yaradıcılığını tam xarakterizə etmək 
olmaz. Gün gələcək ki, onun bədii irsi daha böyük kitabların 
mövzusu olacaq. Yüksək insani hissləri təbliğ edən bədii yaradıcı-
lığı ilə Vaqif müəllim öz sağlığında özünə əbədi, nurlu və uca bir 
abidə qoymuşdur. Bu abidə xalqımızı uğurlu gələcəyə səsləyir. 


Vaqif Məmmədov xatirələrdə 
 
29
Məmməd Rzayev 
Fəlsəfə elmləri doktoru, professor 
Azərbaycan Respublikasının Əməkdar müəllimi 
 
SƏDAQƏTLİ DOST, UNUDULMAZ ŞƏXSİYYƏT 
 
Əlli ilə yaxındır ki, Naxçıvan Dövlət Universitetinin ictimai 
həyatında, təhsil prosesində çalışmağım məni insani, intellektual 
keyfiyyətləri ilə fərqlənən zəngin bir mühitdə yetişdirib, forma-
laşdırıb, böyük mədəniyyətə və əxlaqi dəyərlərə malik insanlarla 
təmasda olmağıma imkan yaradıb. Bu sırada duran kamil şəxsiy-
yətlərdən biri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan 
Jurnalistər Birliyinin üzvü, Naxçıvan MR-nın “Əməkdar Mədə-
niyyət işçisi”, “Qabaqcıl təhsil işçis”, şair Vaqif Məmmədovdur.  
Vaqif müəllim universitetimizin tarix fakültəsini bitirmişdir. 
Uzun illər Sədərək kənd orta məktəbində böyük bir kollektivə 
rəhbərlik etmiş, mükəmməl bir pedaqoq heyəti formalaşdır-
mışdı. Sədərəyin çətin günlərində qəhrəman əsgər kimi kəndin 
müdafiəsində dayanmışdı. 1998-ci ildə Naxçıvan Dövlət Univer-
sitetinin “Qeyrət” nəşriyyatının direktoru vəzifəsinə təyin olun-
muş, ömrünün sonuna qədər bu vəzifədə fədakarlıqla çalışmış-
dır. Elə o vaxtdan da Vaqiflə dostlaşmış, həmsöhbət, həmfikir 
olmuşdum. Onunla Türkiyə, İran və Rusiya səfərlərimizdə isə 
bir-birimizi daha dərindən tanıdıq. 
Vaqif müəllim həyatda ucaldıqca sadələşmiş, addım-addım 
qarşısına çıxan maneələri aşdıqca möhkəmlənmiş, qarşısına çı-
xan çətinliklərlə dəyanətlə mübarizə aparmış, zəhməti ilə ucal-
mış, hamının sevimlisinə çevrilmişdi.  
“Zəhmət” kəlməsini xüsusi qeyd etmək istərdim, ona görə 
ki, bu söz onun həyatını, məqsədlərini, uğurlarını daima izləmiş 
və onun şöhrət zirvəsinə yüksəldilməsində əsas, aparıcı məqama 
çevrilmişdir. Vaqif müəllimin həyat yolundakı nailiyyətlərində, 
onun ədəbi yaradıcılığının formalaşmasında, elmi-publisistik 
əsərlərinin ərsəyə gəlməsində “zəhmət” adlanan məfhumun və 
bu sözlə yoğrulmuş həyat tərzinin xüsusi önəmi olmuşdur. O, 


Vaqif Məmmədov xatirələrdə 
 
30
həqiqətə və layiq olduğu mərtəbəyə çatmaq üçün biliyi, çalış-
qanlığı ilə qarşısında qoyduğu məqsədlərə addım-addım nail 
olmuşdur. 
Bəlkə də belə olmasaydı o, kamil şəxsiyyət, dəyanətli dost, 
gözəl ailə başçısı, vətənpərvər şair, alim və tədqiqatçı kimi 
yetişməzdi. 
Vaqif müəllimi başqalarından fərqləndirən mühüm xüsusiy-
yətlərdən biri, bəlkə də ən önəmlisi, onun həyatda əqidəli və 
prinsipial mövqeyə malik olması idi. Vaqif müəllim o insanlar-
dan idi ki, sakit xarekterinə baxmayaraq, kiməsə xoş görünmək 
xatirinə deyil, öz həyat mənliyini, mənəviyyatını, saf gen yadda-
şını dəyişə bilmədiyinə görə şeirlərində də, dilində də həqiqəti 
deyirdi. 
Bu gözəl insanın mənəvi dünyasının bəzəyi dostlarının, 
ümumiyyətlə, tanıdığı insanların uğurlarına sevinməsi idi. O, 
dəyərli, qabliyyətli insanlar haqqında fikrini bəziləri kimi heç də 
“çətinliklə”, qısqanclıqla deyil, məhz qəlbinin hökmü ilə, se-
vinci ilə bildirirdi. 
Vaqif müəllimin mənəviyyatına hakim kəsilən nəcib keyfiy-
yətlərindən biri insanlara humanist, xeyirxah münasibəti idi. 
Böyük rus yazıçısı Lev Tolstoy deyirdi: “Əsl xeyirxah o insanlar 
deyildir ki, başqalarına sadəcə olaraq xeyirxahlıq edir, əsl 
xeyirxah o şəxslərdir ki, etdiyi xeyirxahlıqdan zövq alır”. Vaqif 
məhz belə xeyirxah insan idi. 
Uzun illərdən bəri tanıdığım Vaqif müəllimi sədaqətli bir 
insan kimi də qiymətləndirirəm. O, doğma torpağa, xalqına, 
ömrünü həsr etdiyi ədəbi və elmi yaradıcılığına, dostlarına səda-
qəti ilə seçilirdi. Bir şair kimi zəngin yaradıcılığı, alim kimi elmi 
əsərləri, çoxsahəli elmi məqalələri və kitabları da göstərirdi ki
o, yorulmaq bilmədən işləyən, işin ağırlığından qorxmayan 
poeziya adamı və zəhmətkeş bir alimdir. Təsadüfü deyil ki, 
Vaqif 2001-ci ildə “Cəlil Məmmədquluzadə adına Naxçıvan 
Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu” mövzusunda 
dissertasiya müdafiə etmiş, tarix elmləri namizədi (fəlsəfə 
doktoru) elmi dərəcəsi almışdı. 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə