Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə3/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   2   3   4   5   6   7   8   9   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
9
Vaqif Məmmədova həsr edilmiş “Gənclik nədir, dinclik nədir” 
adlı xüsusi məqalə yazıb çap etdirmişdi. Hüseyn İbrahimov kimi 
tələbkar bir yazıçının cavan bir şair haqqında məqalə yazıb 
ictimaiyyətə çatdırması ədəbi mühitdə əks-səda doğura biləcək 
hadisə idi. Məqalədə Hüseyn müəllim Vaqif Məmmədovun 
yaradıcılığına yüksək qiymət verərək yazmışdı: “O, həssas bir 
rəssam kimi kiçik bir tabloda geniş bir tablo çəkə bilir, az sözlə 
oxucusunu düşündürən, xəyala dalmağa məcbur edən poetik 
təsvirlər canlandırmağı bacarır Vaqifin bir şair kimi yaxşı mü-
şahidə qabiliyyəti vardır. Şair cavan olsa da, onu həmişə xeyir-
xah əməllər düşündürür Şair oxucunu düşünməyə, şeirini dönə-
dönə oxumağa vadar edir. Şeirlərində ictimai motivlər də 
güclüdür. Onun şeirləri, yığcamlığı, dolğunluğu və orijinallığı 
ilə diqqəti cəlb edir”. 
Hələ texnikum tələbəsi ikən ara-sıra “Şərq qapısı” qəzetində 
şeirləri çap olunurdu. Gənclərə qarşı çox tələbkarlıq göstərən və 
yeni nəslin istedadlı nümayəndələrinə qayğıkeş olan Hüseyn 
Razi də Vaqifin şeir yaradıcılığına böyük ümid bəsləmişdir: 
“Vaqif Məmmədov maraqlı mövzular axtarışındadır. Onu əxlaq 
məsələləri, adət və ənənələr, təbiət romantikası daha çox düşün-
dürür. Onun şeirləri forma və məzmununa görə seçilir. O, təsvir 
vasitələrinin təzəliyinə və əlvanlığına diqqət yetirir”. 
Naxçıvan ədəbi mühitində adlarını çəkdiyim həmin üç nəfər 
nüfuzlu yazıçı və şairin münasibəti bədii yaradıcılığa “yaşıl işıq” 
qazanmaq üçün tam yetərli idi. Vaqif Məmmədov çox gənc 
yaşlarında onlardan hər birinin nəinki diqqətini cəlb etmiş, hətta 
dərin rəğbətini qazana bilmişdi.  
Qeyd etdiyim kimi, Vaqif Məmmədovla ilk görüşümüz 
tələbəlik illərində olmuşdu. Bu görüşlərdən biri indiki kimi 
yadımdadır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan 
filialının 30 iyun 1971-ci il tarixdə Naxçıvan şəhərindəki Böyük 
Bağ adlanan görkəmli yerində yerləşən Mədəniyyət sarayında 
keçirilmiş “Məzun günü”ndə mən ali məktəbi fərqlənmə diplo-
mu ilə bitirmiş gənc kimi məzunlar adından çıxış etmişdim. 
Çıxışım yaxşı alınmışdı. Müəllimlərimdən başqa, Azərbaycan 


Vaqif Məmmədov xatirələrdə 
 
10
Dövlət Pedaqoji İnstitutundan gəlmiş qonaqlar da diqqəti cəlb 
edən çıxışıma görə məni çağırıb təbrik etmişdilər. Bakıdan 
gəlmiş Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rəhbər heyəti 
arasında Mirzə Ələkbər Sabirin oğlu, qiyabi işləri üzrə prorektor 
Məmədsəlim Tahirlinin təbriki məni ikiqat həyəcanlandırmışdı. 
“Məzun günü" bitməmiş gənc bir tələbə də yaxınlaşıb təbrik 
etdi: ---Təbrik edirəm, İsa Həbibbəyli! Çıxışın əla idi. Yazılarını 
da oxuyuram. Gərək səni institutda müəllim saxlayaydılar.  
Bu, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan 
filialının tarix ixtisası üzrə qiyabi şöbəsinin tələbəsi Vaqif Məm-
mədov idi.  
O zaman Naxçıvan filialının ehtiyacına görə riyaziyyatçı 
məzunları ali məktəbdə müəllim kimi saxlamışdılar. Bir neçə 
tələbəyə, o cümlədən də mənə aspiranturaya (indiki doktorantu-
raya) qəbul olmaq üçün zəmanət vermişdilər. Naxçıvan filialının 
rəhbərliyinin və müəllimlərinin fikri bundan ibarət idi ki, 
aspiranturaya qəbul olan kimi məni Naxçıvan filialında işə qəbul 
edəcəklər. Bu iş 1975-ci ildə baş tutdu.  
Artıq ADPİ-nin Naxçıvan filialının tarix fakültəsində qiya-
biçi tələbə olan Vaqif Məmmədov istedadı, təhsil səviyyəsi, 
davranışı etibarilə gənc ziyalı kimi qəbul olunurdu. Onu həm də 
təmkinli və düşüncəli bir gənc yaradıcı ziyalı hesab edirdilər. 
Naxçıvanın yaradıcı qüvvələri və müəllimləri, həm də tələbə 
yoldaşları Vaqif Məmmədovda cavan yaşlarından müdriklik 
qabiliyyəti görürdülər. O, insanlar arasında, ədəbi mühitdə taraz-
lıq yaradır, münasibətlərin gərginləşməsinə yol verməməyə çalı-
şırdı. Ətrafı onun sözünə inanır və əməl edirdi. Naxçıvanda 
ədəbi mühitin normal məcrada inkişafında və o dövrün ədəbi 
qüvvələri arasında sağlam münasibətlərin formalaşmasında Va-
qif Məmmədovun özünəməxsus xidmətləri olmuşdur. Bundan 
başqa, Vaqif qısa müddətdə özünü yaxşı müəllim kimi də təsdiq 
etdi. Çox keçmədi ki, onu Sədərək kənd orta məktəbinin direk-
toru vəzifəsinə irəli çəkdilər. Və Vaqif Məmmədov Naxçıvan 
Muxtar Respublikasının ən yaxşı tarix müəllimi kimi tanınmaqla 
bərabər, həm də məktəb direktoru kimi də ad-san qazandı. Vaqif 


Vaqif Məmmədov xatirələrdə 
 
11
Məmmədovu Sədərək camaatı sözün əsl mənasında, cavan 
ağsaqqal kimi qəbul etdi. Doğma kəndlərində də, Şərur rayonu-
nda da, muxtar respublika səviyyəsində də onun özünəməxsus 
nüfuzu formalaşmışdı. Vaqif Məmmədov hələ Naxçıvan Dövlət 
Universitetinə işə gəlməmiş dəfələrlə muxtar respublika səviy-
yəsində keçirilən məsuliyyətli yığıncaqlarda ziyalıları yüksək 
səviyyədə təmsil etmişdi. Böyük etimad qazanan Vaqif Məm-
mədov Sədərəkdən Naxçıvan Muxtar Respublikası Ali Məcli-
sinə deputat seçilmişdi. O, deputat kimi də xalqın etimadını 
qazana bilmişdi. Məktəbin direktoru, maarifçi ziyalı kimi elin-
obanın elçisinə çevrilmişdi. Sədərək rayonunun sözünü Vaqif 
Məmmədov ən müxtəlif səviyyələrdə keçərli şəkildə deyə bilir-
di. XX əsrin doxsanıncı illərinin əvvəllərində millətlərarası mü-
nasibətlərin qızışdığı zaman sərhəd kəndi olan Sədərəkdə baş 
verən hadisələr, yaxud gözlənilən təhlükələr haqqında ən etibarlı 
sözü deyənlərin içərisində Vaqif Məmmədovun münasibəti icti-
mai fikrin reallıqlarını diqqət mərkəzinə çəkməyə xidmət edirdi. 
O, həm aydın vətəndaşlıq mövqeyi, həm də çoxusu “Sədərək 
harayı” kitabında toplanan mübariz şeirləri və publisist sözü ilə 
Sədərəkdə Vətən torpağının keşiyində dayanmışdı. Yazıçı-
vətəndaşın “Cəbhə gündəlikləri” Sədərək döyüşlərinin ən ob-
yektiv salnaməsidir. 
Qeyd etdiyim bütün bu proseslərin hamısında mən Naxçı-
van Dövlət Universitetində, Şərurda və Sədərəkdə Vaqif müəl-
limlə dəfələrlə görüşüb söhbətlər etmişdim. Naxçıvana gələrkən 
Vaqif Məmmədovla daha çox müxtəlif tədbirlərdə, həm də Nax-
çıvan Dövlət Universitetində həmişə görüşüb qayğılarımızı, 
baxışlarımızı bölüşürdük. Bu görüşlərin hamısında Vaqifi aydın 
mövqeyə malik, yüksək ziyalı-vətəndaş kimi görmüşdüm. Onun 
bütöv, aydın şəxsiyyəti ilə mövqeyi, baxışları bir-birini tamam-
layırdı. Həmin illərdə Vaqif Məmmədovun kitabları haqqında 
mətbuatda çap etdirdiyim yazılarımda bir məqsədim də yaşayıb-
çalışdığı çətin mühitdəki fəaliyyətində Vaqif Məmmədova dəs-
tək verməkdən ibarət olmuşdu. Döyüş bölgəsində yaşayan hər 
hansı bir ziyalı çətin şəraitdə necə fəaliyyət göstərə bilərdisə, 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə