Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə2/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   2   3   4   5   6   7   8   9   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
5
Təzədən doğulur şair ölən gün. 
O gündən başlanır təzə həyatı, 
Ya düşür yoluna ölümsüzlüyün 
Ya da unudulur biryolluq adı. 
 
Vaqif müəllim də ölən günü yenidən doğulan şairlərdəndi. 
O, tabutda xalqın çiynində qəbristanlığa doğru addımladıqca, 
arxasınca baxan minlərlə təəssüf dolu nigaran baxışlar, tökülən 
göz yaşları elə bil uzaq səfərə-əbədiyyətə gedən  insanın arxa-
sınca atılan büllur su idi!  
Vaqif müəllim son mənzilə yola salınanda təkcə doğmaları, 
qohumları, onu tanıyanlar, sözün həqiqi mənasında, böyük hərf-
lərlə SEVƏNLƏR ağlamır, qoca təbiət də ağlayır, sanki, göydən 
yerə göz yaşları çiləyirdi. Həmin gün onun qəlbində daim ən 
yüksəkdə bərqərar olan, cismən, ruhən bağlı olduğu, son nəfəsin 
də belə həsrətini çəkdiyi Sədərək kəndinin əsrarəngiz gözəllik-
lərə malik təbiəti də ağlayırdı. 
Çünki, Vaqif müəllim ictimai tariximizin yetişdirdiyi nadir 
şəxsiyyətlərdəndir. Onun tərcümeyi-halı ilə tanış olanda görürük 
ki, o, fəaliyyəti dövründə heç də hamar yollarla getməmiş, əzab-
lı, ağır çətinliklərlə üz-üzə gəlmiş, lakin heç vaxt müvazinətın 
itirməmiş, həmişə düşdüyü vəziyyətdən asılı olmayaraq şəxsiy-
yətini, insanlıq vüqarını və ləyaqətini qoruyub saxlamışdır.  
“Vaqif Məmmədov xatirələrdə” adlı kitabı oxuyanda siz də 
bunun şahidi olacaqsınız ki, xatirə yazan hır bir kəs onun  xeyir-
xahlığı barədə ürəkaçıqlığ ilə yazır. Xeyirxah adamlar ancaq 
yaxşı məsləhətlər verə bilər. Vaqif müəllim xalq miqyasında, 
qlobal şəkildə düşünə bilən insan idi. Belə bir müdrik ziyalı 
istənilən məsələ barədə düzgün yol göstərə bilərdi. Qərəzsizlik, 
ziyansızlıq, təmənnasızlıq, obyektivlik, hərtərəfli və dərin biliyə 
malik olmaq onu böyük məsləhətçiyə çevirmişdi. O, təkcə tarix-
çi alim, şair olduğu üçün məsləhət almırdılar. Müdrikliyinə, 
böyük məsuliyyət hissinə malik olduğuna görə ondan məsləhət 
alırdılar. Xatirə yazan müəlliflər də bunu təsdiq edir ki, Vaqif 
müəllimdən onun özündən qat-qat böyük titulları, vəzifələri, 


Vaqif Məmmədov xatirələrdə 
 
6
imkanları yüksək olanlar da məsləhət alırdılar. Bəlkə də o, yega-
nə insanlardan biri idi ki, akademiklə də, çobanla da, nazirlə də, 
kolxozçu ilə də eyni səviyyədə-titul, vəzifə qarşısında halını 
pozmadan, kasıb, əlsiz-ayaqsız qarşısın da qürrələnmədən danı-
şırdı. Hamıya bir gözlə baxmaq ona xas olan keyfiyyət idi. Gü-
nəş verdiyi işıqdan pay ummadığı kimi, o, da heç kəsdən heç nə 
ummazdı. 
Qeyd edək ki, bu kitaba daxil etdiyimiz xatirə yazılrını re-
daktə səciyyəli düzəlişlər nəzərə alınmasa, olduğu kimi saxladıq. 
Göründüyü kimi, xatirələrin hamısı bir-birindən maraqlı və gö-
zəldir.Yazılarda oxşar motivlərin olmasını biz müəlliflərin Vaqif 
müəllimin şəxsiyyətinə, yaradıcılığına obyektiv yanaşmalarının 
nəticəsi hesab edərək təkrardan qorxmadan onları ixtisar etmə-
dik. Oxucu dönə-dönə Vaqif Məmmədovun 17 il Naxçıvan Döv-
lət Universitetində, “Qeyrət” nəşriyyatında işləməsini, Sədərək 
döyüşləri zamanı özünün iki mərtəbəli evini döyüşçülərə təhvil 
verib, ailəsini başqa yerə köçürməsini dəfələrlə oxumaqdan bezə 
bilər. Ancaq hər bir müəllifin bu fakta istinad edərək öz şəxsi 
mülahizəsini onun əsasında qurması haqqını onun əlindən alma-
ğa müəllif olaraq bizim də haqqımız yoxdur. Çünki, hər xatirə-
dən müəllifin öz Vaqif Məmmədovu boylanır. Fəlsəfi məna 
versək, hər kəs onu fərdi cizgilərlə, öz fırçasının boyası ilə təsvir 
etmiş, kitabda isə bu fərdiləşmiş obraz ümumiləşdirilərək bütöv
tam obraza çevrilmişdir. 
 Bu kitab üzərində işlədiyimiz müddətdə Vətəni iman əsəri 
bilən alimin, şairin, müəllimin keçdiyi həyat yoluna, ömrünün 
akkordlarına nəzər saldıqca, bu illəri vərəqlədikcə, sanki, Vaqif 
Məmmədovu yenidən kəşf etdik. Bu kəşfi siz oxucularla da 
bölüşmək istədik. 
 


Vaqif Məmmədov xatirələrdə 
 
7
 
Əziz oxucu! 
 
Gəlin, Vaqif Məmmədovun 67 illik ömrünə sizlərlə birlikdə 
nəzər salaq. Onun həyatının acılı-şirinli anlarını, nəsillərə örnək 
olan keşməkeşli ömür yolunu sizlərlə birgə vərəqləyək.  
Artıq iki ilə yaxındır ki, amansız ölüm Vaqif müəllimi bi-
zim sıralarımızdan qoparmışdır. Lakin buna baxmayaraq onun 
adı tələbələrinin, iş yoldaşlarının, həmkarlarının, dostlarının, 
qohum-əqrabalarının, hətta onu şəxsən tanımayan çoxsaylı oxu-
cularının dilindən düşmür. 
Hörmətli oxucu, istərdik ki, bu suala siz cavab verəsiniz! 
Bu, əbədiyyətə qovuşmaq deyil, bəs nədir ?! 
Dünyasını dəyişənlərin yenidən həyata qayıtması möcüzəsi 
heç vaxt baş tutmayıb və bundan sonra da olmayacaqdır.Vaqif 
müəllim kimi bənzərsiz insanlar əbədi yaşamalı və yeni nəsillərə 
nümunə olmalıdır. “Vaqif Məmmədov xatirələrdə” adlı kitabı 
məhz bu məqsədlə tərtib etdik. Bəlkə kitabda bəzi qüsurlarımız, 
çatışmamazlıqlarımız oldu, nəyisə kifayət qədər onun adına 
layiq yaxşı əks etdirə bilmədik. Ancaq əminik ki, geniş ürək 
sahibi olan Vaqif Məmmədovun ruhu buna görə bizi bağışlayar.  
Bir də bunu qeyd etməyi özümüzə mənəvi bir borc bilirik 
ki, bəlkə də Vaqif müəllimlə yaxın olan elə insanlar var ki, biz 
onları tanımadığımız və bu münasibətdən xəbərdar olmadığımız 
üçün onların xatirələri bu kitabda yer almayıb. Yəqin ki, buna 
görə o insanlar da bizi bağışlayar. Kitabın ərsəyə gəlməsində isə 
əməyi olan hər bir kəsə xüsusi minnətdarlığımızı bildiririk.  
  


Vaqif Məmmədov xatirələrdə 
 
8
İsa Həbibbəyli 
Azərbaycan Milli Elmlər Akademiyasının 
vitse-prezidenti, akademik 
 
VAQİFANƏ ÖMRÜN ANLARI 
 
Tanınmış şair və pedaqoq Vaqif Məmmədovu XX əsrin 
altmışıncı illərindən tanıyıram. Biz Azərbaycan Dövlət Pedaqoji 
İnstitutunun Naxçıvan filialında oxuyanda o, Naxçıvan Pedaqoji 
Texnikumunda təhsilini davam etdirirdi. Eşitmişdim ki, həm 
yaxşı oxuyur, həm də texnikumda “Ədəbiyyat dərnəyi” yarada-
raq bədii istedadı olan tələbələrin inkişafına kömək edir. Onu ilk 
dəfə Naxçıvan Pedaqoji Texnikumunun tələbələri ilə birlikdə 
1967-ci ilin payızında yeni açılmış ADPİ-nin Naxçıvan filialının 
həyətində görmüşdüm. Sonralar bir neçə dəfə tədbirlərdə bir 
yerdə olmuş, yaxınlaşmışdıq. Vaqif Məmmədov Pedaqoji Tex-
nikumu bitirib, doğma Sədərək kəndində müəllimlik fəaliyyətinə 
başlamışdı. Mətbuatda yazılarına rast gəlirdim. O zaman Azər-
baycan Yazıçılar İttifaqının Naxçıvan filialının rəhbəri olan və 
Naxçıvandakı ali məktəbdə bizə rus ədəbiyyatından dərs deyən 
şair Müzəffər Nəsirli dərslərdə arabir muxtar respublikadakı 
yeni ədəbi qüvvələrdən söz açır, onların adlarını çəkirdi. Vaqif 
Məmmədovun bədii yaradıcılıq qabiliyyəti və xarakteri haq-
qında ilk ciddi fikri müəllimim Müzəffər Nəsirlidən eşitmişdim. 
Müzəffər müəllimin fikri belə idi: –Vaqif həm istedadlı, həm də 
tərbiyəli gəncdir. Kənd məktəbində çalışan bu cavan şairin 
böyük gələcəyi var. 
XX əsrin yetmişinci illərində xalq yazıçısı Hüseyn İbrahi-
movun “Şərq qapısı” qəzetində çap olunmuş bir məqaləsində 
gənc istedadların içərisində Vaqif Məmmədovdan da bəhs olu-
nurdu. Hüseyn İbrahimova görə Vaqif Məmmədov nəzakətli və 
istedadlı cavan şairdir. O, Vaqifin şeirlərindəki səmimiyyəti və 
obrazlı fikir demək qabiliyyətini diqqət mərkəzinə çəkmişdi. Bir 
az sonra artıq mənim yaxından tanıdığım illərdə Hüseyn İbrahi-
mov “Şərq qapısı” qəzetinin 8 oktyabr 1977-ci il tarixli sayında 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə