Vaqif Məmmədov xatirələrdə
19
olaraq keçirilən mitinqlərin birində baş tutdu. Bu vaxtlar mən
artıq Naxçıvan Dövlət Pedaqoji İnstitutunun müəllimi kimi
fəaliyyət göstərirdim. Vaqif müəllimə müəllim, direktor, şair
kimi də böyük hörmət bəsləyirdim, bunu onun özünə də bildir-
mişdim.
Sədərək hadisələrində məkrli düşmənlərimizin 1990-cı il
yanvarın 19-da Sədərəyi aramsız top atəşinə tutanda Vaqif müəl-
limin yeni keyfiyyətlərini-vətənə, torpağa bağlılığını, qələmini
silahla əvəz etməsini, şagirdlərin təhlükəsizliyinin təmin edilmə-
sini, bir sözlə, milli təəssübkeşliyini müşahidə etdik. Sonradan,
2010-cu ildə onun nəşr edilmiş “Sədərəkdə yazılan gündəlik”
əsərində bir daha hiss etdik. Vaqif Məmmədovun “Cəbhə gün-
dəlikləri” yeni dövr Azərbaycan publisistikasının dəyərli nümu-
nəsidir. Ermənistanla sərhəddə yerləşən Sədərək kəndində və ön
atəş xəttində 1988-1992-ci illərdə baş vermiş hadisələri əks etdi-
rən bu gündəliklər konkret dövrün mükəmməl tarixi-publisistik
salnaməsidir.
Vaqif müəllimin Sədərək məktəbində fəaliyyətinin müəy-
yən dövrü çətin illərə təsadüf edir. O, 22 il bu məktəbin direktor
müavini və direktoru olmuş, son illərdə isə erməni daşnaklarının
Sədərəyə hücumu ilə qarşılaşmışdır. Sədərəyin müdafiəsində
onun əvəzolunmaz xidmətləri olmuşdur ki, bu gün də o, minnət-
darlıqla yad edilir. Biz həm də Sədərək rayonunun və qəsəbəsi-
nin tarixini, Sədərəyin erməni qaniçənlərinə qarşı mübarizə tari-
xini Vaqif Məmmədovun əsərlərindən-gündəliyindən, publisis-
tik yazılarından, şeirlərindən öyrənirik.
Vaqif müəllim ilk növbədə müəllim idi. Klassik müəllim-
lərə xas olan keyfiyyətlər onda tam cəmləşmişdi. V. Məmmədov
nüfuzunun böyük əksəriyyətini müəllim işlədiyi illərdə qazan-
mışdı. O, ixtisasca müəllim idi. Bu hələ hər şey demək deyildi.
Onun davranışı, insanlara qarşı münasibəti, fəaliyyəti, öz üzərin-
də işləməsi, səliqə sahmanı müəllim keyfiyyətlərini tamam-
layırdı. O, başqa sahədə çalışdığı az müddət ərzində yenə də
müəllim idi. Özü dəfələrlə qeyd edirdi ki, “mən müəllim əməyi
ilə tanınmışam. Şairlikdən daha çox müəllimliyimə borcluyam”.
Vaqif Məmmədov xatirələrdə
20
Vaqif müəllim Naxçıvan Dövlət Universitetində “Qeyrət”
nəşriyyatına rəhbərlik edəndə də müəllimlik fəaliyyətindən
kənarda qalmadı. Universitetin nüfuzlu, səriştəli, hörmətli müəl-
limlərindən biri idi. Təsadüfi deyildir ki, onun namizədlik dis-
sertasiyası da Naxçıvan Dövlət Müəllimlər İnstitutunun tarixinə
həsr edilmişdi. İlk dəfə olaraq o, 1939-1954-cü illərdə fəaliyyət
göstərmiş İkiillik Müəllimlər İnstitutunun fəaliyyətini sistemli
olaraq tədqiq etmiş və ona monoqrafiya həsr etmişdi. Vaqif
müəllim orta və ali təhsil müəssisələrində çalışdığından təhsil
sistemini mükəmməl öyrənmişdi və bu sahələrin kamil bilicisi
idi. “Naxçıvan tarixi” çoxcildliyi hazırlanarkən Vaqif müəllimin
həmin keyfiyyətlərini bildiyimizdən müxtəlif dövrlərin maarif
və təhsil yarımfəsillərinin yazılmasını ondan xahiş etmişdik.
Vaqif müəllim Naxçıvan Muxtar Respublikasının XX əsrin
böyük bir dövrünü (1920-1991-ci illər) maarif və təhsilin inkişa-
fını vaxtında yazmış və “Naxçıvan tarixi” çoxcildliyinin II və III
cildlərinə daxil edilmişdir.
Vaqif Məmmədov istedadlı və vətənpərvər bir şair kimi
tanınırdı. O, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak
edən yüksək səviyyəli milli ziyalı, dəyərli şair və xalqımızın
taleyi ilə yaşayan, onun təəssübünü çəkən vətəndaş-vətən övladı
idi. Onun respublikamızda baş verən ictimai-siyasi və tarixi
hadisələrlə bağlı yüzlərlə şeiri vardır. Adamın inanmağı gəlmir
ki, o, qısa müddətdə vaxt tapıb bu qədər şeirləri necə yaza
bilmişdir.
Bu, onun xarakterindən, vətənə, torpağa bağlılığından,
əlbəttə ki, ilk növbədə fitri istedad və qabiliyyətindən irəli gəlir-
di. Respublikamızda az-az şairləri qeyd edə bilərik ki, onların
yaradıcılığında Vaqif Məmmədovdakı kimi ictimai motivli
şeirlər üstünlük təşkil etsin. Fikrimizcə, bu, Vaqif Məmmədovun
doğulduğu, ilk təhsil aldığı Sədərək kəndi ilə də bağlıdır.
Sədərək kəndi dünyanın nadir yaşayış məntəqələrindəndir ki,
dünyanın 3 dövlətinin sərhədlərinin qovuşduğu ərazidə yerləşir.
Belə bir kənddə böyüyən Vaqif Məmmədovun yaradıcılığında
“ictimai düşüncənin poetikləşdirilməsi, vətəndaş mövqeyinin
Vaqif Məmmədov xatirələrdə
21
bədii inikası, onun bədii yaradıcılığının əsasən ictimai motivlər
üstündə köklənməsi” özünü xüsusilə qabarıq gösərirdi.
Vaqif Məmmədovu biz həm də mükəmməl, ciddi tədqi-
qatçı-alim kimi tanıyırıq. Onun bir sıra əsərləri alim əməyinin
nəticəsi kimi ortaya çıxmışdır. “Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Müəllimlər İnstitutu”, “Heydər Əliyev və
Sədərək rayonu”, “Erməni xəyanəti” kimi kitab və monoqrafiy-
aları, ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar
hazırladığı “Qalib gəldi, qalib getdi” kitabı, 100-dən artıq elmi
məqalələri V. Məmmədovun elmi fəaliyyətinin tam olmayan
göstəricisidir.
V. Məmmədov qəzet redaktoru (“Oğuz yurdu” qəzetinin
redaktoru idi), nəşriyyat direktoru (NDU-nun “Qeyrət” nəşriy-
yatının 17 il direktoru olmuşdu) kimi də səmərəli fəaliyyət
göstərmiş, 1995-2000-ci illərdə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı olmuşdur.
Əsl müəllim, şair, publisist, alim, tərcüməçi, redaktor, naşir,
böyük hərflərlə yazılacaq İNSAN... Vaqif müəllim haqqında
fikirlərimi yekunlaşdıraraq demək istəyirəm ki, Vaqif Məmmə-
dovu tanıyan onu heç vaxt unuda bilməz, çünki o, qəlblərə nüfuz
etmək qabiliyyətinə malik yüksək əxlaqlı, hər şeyin yerini bilən,
sözü, fəaliyyəti və münasibətləri ilə yüksək səviyyəli ziyalı idi.
Nə yaxşı ki, Vaqif müəllim kimi insanlar bu həyatda olmuş və
qəlbimizdə özünə əbədi heykəl ucaltmışdır!
Dostları ilə paylaş: |