Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə3/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   2   3   4   5   6   7   8   9   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



6

 

 



 

 

MOLLA  PƏNAH  VAQİF  



VƏ  MÜASİRLİK 

 

 



 

 

 



ƏLİYEVA İFRAT 

filologiya üzrə elmlər doktoru, professor 

Bakı Dövlət Universiteti 

 

MOLLA PƏNAH VAQİF – HƏYATI VƏ MÜHİTİ 



 

Açar sözlər: Vaqif, həyat, yaradıcılıq, mühit, Azərbaycan ədəbiyyatı 

 

Molla Panah Vaqif - life and environment 



 

Molla Pahah Vagif, who helped promote the development of Azerbaijani literature in the 18th century, 

was one of the  most powerful artists of his nation  with his literary and political activity. Vagif's  creation 

opens a new page of our history of poetry. He comes into literature as a great representative of the original 

and real poem of national poetry. Vagif breaks obsolete traditions of classical poetry, poetry leads to new 

realist development, creates an optimistic mood in our poetry. 

 

Keywords: Vagif, life, creativity, environment, Azerbaijani literature 



 

Şeirimizin ana şairi! 

Məhəbbət şairi, sona şairi! 

S.Vurğun 

 

XVIII əsr Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş Molla Pənah Vaqif öz 



ədəbi və siyasi fəaliyyəti ilə xalqlabağlı olan qüdrətli sənətkarların biri olmuşdur. “Vaqif yaradıcılığı ilə şeir 

tariximizin yeni səhifəsi açılır. O, ədəbiyyata xəlqi və milli şeirin, ilkin realizmin böyük nümayəndəsi kimi 

daxil  olur.  Vaqif  klassik  şeirin  köhnəlmiş  ənənələrini  qırır,  şeiri  yeni  realist  inkişaf  yoluna  salır, 

poeziyamızda nikbin əhval-ruhiyyə yaradır” (1, 7). 

M.P.Vaqifin  uşaqlıq  və  ilk  gənclik  illəri  Qazax  mahalında  keçmişdir.  Vaqif  kiçik  yaşlarında  yaxşı 

mədrəsə təhsili gördüm, savadlı alim və müəllim Şəfi Əfəndinin yanında dərs almışdı. XVIII əsrin əllinci 

illərinin sonlarında Qazax  mahalında və qonşu Gürcüstan sərhəddində baş verən qarışıqlıq nəticəsində  bir 

neçə kənd Qazaxdan çıxaraq Gəncə və Qarabağ xanlıqlarına köçməyə məcbur olur. Köçən ailələr içərisində 

Molla  Pənah  Vaqif  də  var  idi.  M.P.Vaqif  əvvəlcə  Tərtərbasarda  sakin    olub  orada  bir  məktəb  açır, 

məktəbdarlıqla məşğul olur. “Həmin illərdə o, həm mənəvi, həm də maddi cəhətdən müəyyən sıxıntı keçirir. 

“Bayram oldu” şeiri də şübhəsiz, Vaqif poeziyasının məhz bu dövrünün məhsuludur” (3). 

Bayram oldu, heç bilmirəm neyləyim, 

Bizim evdə dolu çuval da yoxdur. 

Dügiylə yağ hamı çoxdan tükənmiş, 

Ət heç ələ düşməz, motal da yoxdur. 

Allaha bizmişik naşükür bəndə, 




M.P.Vaqif və müasirlik 

 

 



7

Bir söz desəm dəxi qoymazlar kəndə. 

Xalq batıbdır noğla, şəkərə, qəndə, 

Bizim evdə axta zoğal da yoxdur. 

 

Bizim bu dünyada nə malımız var, 



Nə də evdə sahibcamalımız var. 

Vaqif, öyünmə ki, kamalımız var, 

Allaha şükür ki, kamal da yoxdur. (6) 

Müəyyən müddətdən sonra Vaqif Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinə köçür. Bu zaman Şuşa 

Azərbaycanın  əsas  mədəni  mərkəzlərindən  biri  idi.  Vaqif  şəhərin  Saatlı  məhəlləsində  məktəb  açır,  dərs 

deməklə məşğul olur. Eyni zamanda bir sıra qoşmalar, qəzəl və müxəmməslər də yazır. Bu illərdə şair hələ 

özünün əsil qiymətini almadığına baxmayaraq, ətrafındakılardan savad və uzaqgörənliyi cəhətdən yüksəkdə 

durduğunu anlamış və bunu qəzəlində belə ifadə etmişdi: 

Məkan tutdisə Vaqif, yоx əcəb, bu Şişə dağında, 

Məqami ləli-gülrəngin miyani-səngi-xaradır. (6, 163) 

Həmin  qəzəldə  şair  qara  günlərin  tezliklə  sona  yetəcəyinə  ümid  bəsləyirdi  və  haqlı  çıxır.Vaqifin 

alimlik  və  şairlik  şöhrəti  ətrafa  yayılaraq  xan  sarayına  İbrahim  xana  da  çatır.  Vaqif  saraya  dəvət  edilərək 

“eşik ağası”, yəni xarici işlər üzrə vəzir təyin edilir. Lakin Vaqif az bir vaxtda öz ağıl və isdedadı nəticəsində 

sarayda böyük nüfuz qazanır. Təxminən 27 il müddətində ta ömrünün sonunadək Vaqif Qarabağ sarayının ən 

mötəbər  və  uzaq  görən  xadimi  olmuş  və  geniş  şöhrət  qazanmışdı.  “Hər  oxuyan  Molla  Pənah  olmaz” 

məsələsinin xalq arasında yayılması da buna sübutdur. 

Sarayda  Vaqif  əsasən  xanlığın  xarici  siyasəti  ilə  məşğul  olurdu.  XVIII  əsr  Azərbaycan  tarixinin  ən 

mürəkkəb və ziddiyyətli dövrləri idi. Görkəmli rus şərqşünası V.Bartold yazırdı: “XVIII əsr bütün müsəlman 

aləmi üçün ən böhranlı əsr idi” (2,150).  

Həmin böhranlı hal Azərbaycanın timsalında özünü daha bariz şəkildə göstərmişdi. Hələ XVIII əsrin 

birinci yarısında Azərbaycan xanlıqları Şirvan tabeliyində idilər. 

1747-ci ildə Nadir şah öldürüldükdən sonra onun yaratdığı dövlət parçalandı. Nadir şahı əvəz edəcək 

dövlət  siması  olmadığını  görən  Şimali  Azərbaycan  xanlıqları  özlərini  müstəqil  elan  etdilər.  Lakin  siyasi 

müstəqillik  qazanmaqlarına  baxmayaraq  bu  xanlıqlar  bir-birilərinə  düşmən  münasibət  bəsləyirdilər.  Bu 

xanlıqlar  özlərini  yadelli  işğalçıların  hücumundan  müdafiə  etmək  iqtidarında  deyildilər.  “Bu  dövrdə 

Azərbaycanda  güclü,  nisbətən  daha  çox  müstəqil  möhkəm  xanlıqlar  da  var  idi.  Onlardan biri  Fətəli  xanın 

hakim olduğu quba xanlığı, o birisi isə İbrahim xanın hökmranlıq etdiyi Qarabağ xanlığı idi” (3, 58). 

Məlum  olduğu  kimi  bu  iki  xanlıq  bir-birinə  düşmən  münasibət  bəsləyirdilər.  Belə  bir  ictimai-siyasi 

şəraitdə  Vaqif  Qarabağ  xanlığının    vəziri  təyin  olunur.  Vaqif  Qarabağın  xarici  siyasətinə,  sarayın  qonşu 

ölkələr  və  Azərbaycan  xanlıqları  ilə  yazışmasına  rəhbərlik  edir.  Vaqif  Qarabağ  sarayında  ikən  xanlıq 

mürəkkəb siyasi problemlərlə rastlaşır, çevik və uzaqgörən bir siyasi xət yürütməyə çalışırdı. Bu baxımdan 

Vaqifin  az  xidmətləri  olmamışdır.  Onun  müxtəlif  qonşu  xanlıqların    və  dövlətlərin  nümayəndələri  ilə 

görüşdüyü məlumdur.   

Vaqif  az  bir  vaxtda  öz  ağıl  və  istedadı  nəticəsində  sarayda  böyük  nüfuz  qazanır  və  xanlığın  bütün 

daxili və xarici işlərini əlinə alır. 

Vaqif  barədə  ilk  dəfə  diqqətəlayiq  məlumat  verən  müəllimlərdən  Mirzə  Camal,  Mirzə  Adıgözəlbəy 

Qarabağ olmuş, onlar Vaqifin İbrahim xanın yanında böyük nüfuza malik olduğunu, xanın ona “ixtiyari küll” 

verdiyini qeyd etmişlər.  

Qarabağ sarayının görkəmli xadimlərindən olan Mirzə Adıgözəlbəy Vaqifin İbrahim xanın “hüzuruna 

yaxın, qulluğunun nədimi, baş katib və dövlətinin möhkəm bir sütunu kimi nişan verir” (8, 80).  

XIX əsrin tarixçilərindən Mir Mehdi Xəzani özünün  “Tarixi Qarabağ” adlı əsərində Vaqifin saraydakı 

mövqeyini belə təsvir edir: “Molla Pənah bir sahibi-kamal və müdəbbir və təcrübəkar və şair və xoşgöftar 

adam  idi  və  özü  dəxi  İbrahim  xanın  vəziri  və  çox  motəmidi  idi  ki,  hər  ümuri-hökumətdə  Molla  Pənah 

Axundun tədbiri və müşavirəsi ilə rəftar elərdi və ona yaxşı inanıb etinad etmişdi ki, övladından artıq onun 

xatirin mənzur edərdi və ona çox-çox hörmətlər edib ixtiyari-küll vermişdi” (9, 37). 

Vaqif  hər  sahədə  kamil  və  qabil  şəxsiyyət  olmuşdur.  Şair  Qarabağ  xanlığının  bütün  fəaliyyətinə 

istiqamət vermiş, hətta Şuşa şəhərinin abadlığı və təmiratı işlərinə də şəxsən rəhbərlik etmişdir. Vaqif Şuşaya 

köçərkən  bu  şəhər  hələ  çox  cavan  idi.  Ona  görə  də  burada  tikililərə  böyük  ehtiyac  var  idi.  Tarixçilərin 

yazdıqlarına  görə  İbrahim  xan  Şuşada  abadlıq  işləri  aparmış,  yeni  binaların  salınmasına,  şəhərə  arxların 

çəkilməsində  xeyli  işlər  görmüşdür.  Lakin  Vaqif  saraya  gəldikdən  sonra  bu  proses  xeyli  sürətlənmişdir. 




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə