Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə22/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   18   19   20   21   22   23   24   25   ...   274

M.P.Vaqif və müasirlik 

44

açan  Molla  Pənah  Vaqifdir.  Azərbaycan  ədəbiyyatı  tarixində  M.P.Vaqif  yaradıcılığı  ilə  xalq  ənənələri 



formalaşdı.  O,  Azərbaycan  yazılı  ədəbiyyatında  heca  vəznli  şeirin  yaradıcısıdır.  Xalq-aşıq  şeiri  klassik 

ədəbiyyat üzərində üstünlük qazandı. Şair həyat gerçəklərini poeziyanın birbaşa tərənnüm obyektinə çevirən 

sənətkardır. Vaqifin şeiri ilə yazılı ədəbiyyata həm məzmun, həm də formaca demokratiklik və xəlqilik gəldi, 

yəni  bir  ədəbi  məktəb-Vaqif  ədəbi  məktəbi  yarandı.  Xalq  həyatının  təsviri  Vaqifin  şeiri  üçün  əsas  idi. 

Təsadüfi deyildir ki, Vaqifi xalq nəğməkarı adlandırırlar. O, sadə, təbii el gözəllərini “ənmeyi-kirşani” və 

mühiti ilə birlikdə tərənnüm edir, gözəllərə və gözəlliyə realist münasibəti ortaya atırdı. Mola Pənah Vaqifin 

şeir  dili  canlı,  koloritli  xalq  dili  idi.  Vaqif  yaradıcılığında  daxil  olduğu  hər  mühiti  çılpaqlığı  ilə  əks 

etdirmişdi. Qarabağ mühiti də onun yaradıcılığında xüsusi yer tuturdu. 

Molla  Pənah  Vaqif  Azərbaycanla  Gürcüstan  sərhədində  baş  verən  münaqişələr  nəticəsində  bir  çox 

ailələr  kimi  Qazaxı  tərk  edir.  Vaqif  də  ailəsi  ilə  birlikdə  Qazaxdan  köçür.  O,  əvvəlcə  Gəncəyə,  sonra 

Qarabağa-Şuşaya gəlir. Ədib Qarabağa, Şuşaya gələndə artıq bir şair kimi məşhurlaşmışdı. M.P.Vaqif çox 

keçmir ki, İbrahim xanın sarayına dəvət olunur. Əvvəlcə eşik ağası (xarici işlər naziri), sonra isə xanlığın baş 

vəziri  olur.  Molla  Pənah  Vaqifin  xanlığın  idarə  olunmasında  böyük  xidmətləri  var  idi.  O,  bir  neçə  dəfə 

Qarabağ  xanlığının  Gürcüstan  və  Rusiya  ilə  münasibətlərini  qaydaya  salmaq  üçün  Tiflisə  rəsmi  səfər 

etmişdir. Şair elə burda da oğlu ilə birlikdə edam edilib. Buna görə də Qarabağ mühitindən yazan elə bir şəxs 

olmayıb  ki,  Vaqifin  yaradıcılığına  toxumasın.  O,  Qarabağda  olduğu  müddət  ərzində  Qarabağın  təbiətini, 

gözəllərini, ictimai həyatını vəsf edib. Hətta Mirzə Fətəli Axundzadə deyib ki, “Mən əyyami səyahətimdə 

səfheyi-Qarabağda  Molla  Pənah  Vaqifin  bir  para  xəyalatını  gördüm  ki,  zikr  etdiyim  şərti  bir  növlə  onda 

gördüm” (1).  

Vaqifin  “Hayıf  ki,  yoxdur”  qoşması,  “Bax”  qəzəli,  “Görmədim”  müxəmməsində  biz  Qarabağ 

mühitinin  şahidi  oluruq.  Ona  görə  də  Mirzə  Fətəli  Axundov  əbəs  yerə  bu  ifadəni  işlətməmişdi.  Onun  bu 

əsərləri məktəblərdə şagirdlərə tədris olunur və onlar tərəfindən rahat mənimsənilib əzbərlənir. Ənənəvi nəşr 

olunmuş  dərsliklərdə  Molla  Pənah  Vaqifin  “Bax”  qəzəlinə  və  “Görmədim”  müxəmməsinə  daha  çox  yer 

verilməkdədir.  

Onun  qəzəlləri  həm  məzmun,  həm  də  ifadə  tərzinə  görə  fərqlənir.  Burada  klassik  qəzəl  janrı  üçün 

səciyyəvi olan sufi-panteist ideyalara təsadüf edilmir. Mürəkkəb, çoxmərtəbəli metoforalar, qəliz tərkiblər də 

yoxdur. Şairin “Bax” qəzəli ictimai-fəlsəfi məzmunlu qəzəlləri içərisində diqqəti ən çox cəlb edir. Bu qəzəli 

ədib şair dostu Vidadiyə yazır. Vaqif bu dövrdə Qarabağda olur və Vidadiyə, Qazaxa məktub yazıb, Qarabağ 

mühitini  təsvir  edir.  Bu  qəzəldə  şair  konkret  tarixi  hadisənin  fəlsəfi  şərhini  verir.  Qarabağ  xanlığını  tutub 

Şuşaya  daxil  olan  Qacar  Vaqifi  həbs  etdirib  zindana  saldırır.  Edamını  gözləyən  şair  Qacarın  öldürülməsi 

xəbərini eşidir. Onu zindandan azad edirlər. Və şair allahın-“adil padişahi-qadiri-qəhhar”ın hər hansı dünya 

hökmdarının, zəmanə padişahının hökmündən yüksəkdə dayandığı qənaətinə gəlir (2, s. 126). Burada Vaqif 

yalnız Qarabağda keçirdiyi vəziyyəti, yəni başına gələnləri deyil, həm də mühiti təsvir etmişdir: 

Vaqifa, göz yum cahanın baxma xubi-ziştinə, 

Üz çevir ali-əbayə, Əhmədi Muxtarə bax! (2, s. 127) 

Vaqif  Qarabağda  baş  verən  hadisələrə  işarə  edir  və  həyata  daim  nikbin  baxan  şair  bu  dəfə  bədbin 

notları daha çox dilə gətirir. “Görmədim” müxəmməsində biz bu halın xüsusilə şahidi oluruq. 

Mən cahan mülkündə, mütləq, doğru halət görmədim

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim

Aşinalar ixtilatında sədaqət görmədim, 

Biətü iqrarü imanü dəyanət görmədim

Bivəfadan lacərəm təhsili-hacət görmədim (2, s. 128). 

Burada  şair  Qarabağ  xanlığında  yaranmış  ağır  ictimai-siyasi,  mənəvi  şəraiti  təsvir  edir,  mövcud 

problemlərin aradan qaldırmağın yolunu təsəvvürünə belə gətirə bilmədiyinə görə dünyadan əl üzüb tanrıya 

sığınır. Şair heç də yalnız Qarabağ mühitində başına gələn bir hadisədən bəhs etmir, şahidi olduğu onlarla, 

yüzlərlə  hadisələri  ümumiləşdirərərk  öz  mövqeyini  bildirir.  Müxəmməsdə  şair  hər  şeyi  üsyankar  ruhu  ilə 

ifadə edir. Təsdiq və inkar arasında təzad yaradır. Təsdiqi də inkarın təsdiqi kimi işlədir. Bu iki əsərində şair 

Qarabağda  olan  insanların  acı  taleyini  qələmə  alıb.  Bəlkə  də  o,  Qarabağ  camaatının  başına  gətirilən 

müsibətləri əvvəlcədən duyub hiss edərək qələmə almışdır. Amma o, Qarabağın indiki halını görsəydi, kim 

bilir nələr yaradardı. Bunları şagirdlərə tədris etməkdə məqsəd Qarabağ mühitində dövrün tələblərinə uyğun 

xalqın  yaşayış  tərzi,  burada  baş  verən  proseslərlə  onları  tanış  etməkdən  ibarətdir.  Düzdür,  şair  Qarabağ 

mühitindən çıxış edərək ortaq dövrdən xəbər verirdi. Lakin yenə də əsas Qarabağ camaatını, onların ictimai 

vəziyyətini nəzərə alaraq bu əsərləri yazmışdır.  

Amma  Vaqif  həmişə  belə  bədbin  olmamış,  o,  Qarabağın  sadəcə  ağrısını,  acısını  deyil,  əsrarəngiz 

təbiətini, gözəl, incəbelli qızlarını da vəsf etmişdir. Molla Pənah Vaqifin “Hayıf ki, yoxdur” rədifli qoşması 

buna nümunədir. Burada şairi biz elin-obanın yoxsul həyatına, Kür Qırağının acı taleyinə yanan və acıyan bir 

sənətkar kimi görürük. 

Qış günü qışlağı Qıraqbasanın 

Gözüdür Aranın, cümlə cahanın. 



Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə