Microsoft Word Tahrif tamam-latin doc



Yüklə 355,84 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix04.11.2017
ölçüsü355,84 Kb.
#8285
1   2   3   4   5   6   7   8   9   ...   12

 

11 


Mütəvatir  olmadığına  görə  də  bu  qiraətlərin  yalnız 

biri  həqiqi  Quranla  uyğundur.  Digər  qiraətlər  isə 

Quranda ya artıma, ya da əskilməyə səbəb olur.  

Üçüncü  məna:  Bu  mənada  da  Quran  bir  küll 

şəklində  qorunur.  Amma  buna  baxmayaraq,  bir  və 

ya bir neçə söz artırılıb, yaxud azaldılmış olur.  

Quranın,  İslamin  erkən  çağlarında  və  səhabələrin 

zamanında 

bu 

şəkildə 


təhrif 

olunması 

inkarolunmazdır.  Lakin  bu  növ  təhrifə  qarşı 

mübarizə aparılmış və qarşısı alınmışdır. Buna sübut 

müsəlmanların  bu  məsələdə  həmfikir  olmalarıdır. 

Tarixi  dəlillərə  görə,  Osman  Quranın  müxtəlif  fərqli 

nüsxələrini  bir  yerə  toplayıb  yandıraraq,  öz 

məmurlarına belə bir tapşırıq verdi ki, Quranın onun 

nüsxəsindən  fərqli  olan  bütün  nüsxələri  toplanıb 

yandırılmalıdır.  Bütün  bunlar  göstərir  ki,  digər 

mövcud  nüsxələrin  Osmanın  nüsxəsi  ilə  fərqləri 

olmuşdur 

(Bir  çox  alimlər,  o  cümlədən  Əbu  Davud 

Səcistani  “Əl‐Məsahif”  əsərində  bu  fərqləri  bir  yerə 

toplamışdır).  Nəticə  etibarilə

  Osmanın  vasitəsilə 

yandırılan nüsxələr təhrif olunmuşdur. Amma, onun 

bir  yerə  toplayaraq  yaydığı  nüsxə  isə  nəsildən‐nəslə 

keçərək  bu  gün  müsəlmanlara  çatmış  Qurandır.  Elə 

buna  görə  də  qəbul  etməliyik  ki,  Osmandan  öncəki 

nüsxələr  təhrif  olunmuş,  Osmanın  nüsxəsinə 

əsaslanan  bugünkü  Quran  isə  təhrif  təhlükəsindən 

amanda qalmışdır.  

 

12



Dördüncü məna: Bu mənada Qurana bir ayə artırılıb, 

yaxud  azaldılıb,  amma  nazil  olunmuş  Quran  (bir  küll 

şəklində) qorunur.  

Bu mənada yalnız 



ِﺑ

 ِﻢﻴِﺣﱠﺮﻟا ِﻦَﻤْﺣﱠﺮﻟا ِﻪﱠﻠﻟا ِﻢْﺴ

 



﴿

 (Bismillahir‐

Rəhmanir‐Rəhim)  ayəsinin  Qurana  artırılması  və 

Peyğəmbərin  (s)  bu  ayəni  hər  surənin  əvvəlində 

oxuduğu  musəlmanlar  tərəfindən  yekdilliklə  qəbul 

edilir.  Bundan  başqa  Quranın  heç  bir  hissəsi  bu 

şəkildə  təhrif  olunmamışdır.  Bu  məsələdə  Əhli‐

sünnə  alimləri  arasında  fikir  ayrılığı  mövcuddur. 

Belə  ki,  bəziləri  onu  Quranın  bir  hissəsi  kimi  qəbul 

edir, bəziləri isə bu şəkildə qəbul etmirlər. Lakin şiə 

alimləri  sözügedən  ayənin  mütləq  Qurandan  və 

“Tövbə”  surəsini  çıxmaq  şərtilə  hər  bir  surənin 

ayrılmaz hissəsi olduğunu qəbul edirlər. 

Beşinci məna: Qurana əlavələr olunması vasitəsi ilə 

olunan  təhrif.  Bu  mənada  bugünkü  mövcud  Quran 

Peyğəmbərə  (s)  nazil  olunan  əsl  Quran  deyil. 

Ümumiyyətlə,  islamda  iki  cərəyan  Quranın  bu 

şəkildə, 

yəni 

ona 


əlavələr 

olunaraq 

təhrif 

olunduğunun 



tərəfdarıdır. 

Bu 


iki 

cərəyan 


aşağıdakılardır: 

1.  Əcaridə:  Xəvaric  cərəyanının  öndərlərindən 

hesab  olunan  Əbdülkərim  ibn  Əcaridin  ardıcıllarına 

verilən  ad.  Bu  cərəyanın  tərəfdarları  “Yusif” 

surəsinin Qurandan olmadığını iddia edirlər.  

2.  İbn  Məsuda  aid  edilən  fikir.  O,  Quranın  son  iki 

surəsinin Qurandan olmadığını iddia edirmiş.  



 

13 


Yuxarıda  qeyd  olunan  iki  cərəyanı  çıxmaq  şərtilə 

qalan  bütun  müsəlmanlar  bu  fikrin  yanlışlığı  və 

Quranın bu şəkildə təhrif olunmadığı fikrindədirlər.  

Altıncı məna: Qurandan çıxarışlar vasitəsilə olunan 

təhrif.  Bu  mənada Peyğəmbərə  (s)  nazil  olunan  bəzi 

ayələr  bugünkü  mövcud  Quranda  yoxdur.  Quranın 

bu  şəkildə  təhrif  olunub,  yaxud  olunmaması  böyük 

fikir ayrılığına səbəb olmuşdur.  

Yuxarıda  qeyd  olunanların  nəticəsi  olaraq  demək 

lazımdır  ki,  təhrifin  sözügedən  altı  mənasının  ilk 

dördünün  Quranda  heç  bir  şəkildə  baş  vermədiyi 

məlumdur.  Beşinci  məna  da  yekdil  rəyə  görə  baş 

verməmiş, 

altıncı 


mənada 

isə 


fikir 

ayrılığı 

mövcuddur. 

Fikrimizcə,  görkəmli  tədqiqatçı  alim  mərhum 

Ayətullah  Xoyinin  bu  açıqlamasında  iki  irad  özünü 

tam  aydınlığı  ilə  göstərməkdədir.  Bu  iradlara  nəzər 

salaq: 

Birinci  irad:  Tədqiqin  tələbinə  görə,  qeyd  olunan 



mənalar  təhrif  sözünün  ifadə  etdiyi  mənalar  deyil. 

Təhrifin  yalnız  bir  mənası  mövcuddur.  Yəni  birinci 

mənada  qeyd  olunduğu  kimi,  təhrif  bu  və  ya  digər 

əşyanın  öz  yerləşdiyi  yerinin  və  ya  aid  olduğu 

mənasının  dəyişdirilməsi  mənasını  ifadə  edir. 

Sözügedən  digər  mənalar  isə  sadəcə  olaraq,  bu 

mənanın  nümunələridir.  Başqa  sözlə  desək,  qeyd 

olunan  bütün  mənalarda  nəyinsə  yerləşdiyi  yerinin, 

yaxud  da  aid  olduğu  mənasının  dəyişdirilməsi 

anlayışı  müxtəlif  çalarlarla  öz  əksini  tapmışdır. 

 

14

Lakin, bu dəyişiklik ya mənalarda baş verir, hansı ki, 



ona  “mənəvi  təhrif”  deyilir,  ya  da  sözdə  baş  verir. 

İkinci qisim özü də ya “təfsili” şəkildə (ətraflı, əhatəli 

bilik  şəklində),  ya  da  “icmali”  şəkildə  (ümumi  bilik 

şəklində)  olur.  Başqa  sözlə  desək,  hər  hansı  bir  söz 

və  ya  ayə  müəyyən  şəkildə,  ya  da  ümumi  olaraq 

artırılır,  yaxud  azaldılır  (yəni  artırılıb‐azaldıldığı 

məlumdur,  amma  konkret  olaraq,  hansı  ayə  və  ya 

surədə olduğu məlum deyil). Deməli, görkəmli alim 

və  tədqiqatçı  Ayətullah  Xoyinin  açıqlamalarında 

qeyd  olunanlar  təhrif  sözünün  bir  çoxmənalı  söz 

kimi  aid  olduğu  mənalar  deyil,  sadəcə  olaraq, 

nümunələridir.  

İkinci  irad:  Bu  bölgü  təhrifin  bütün  qisimlərinin 

yanlış  olması  zərurətini  meydana  çıxarır.  Əks 

təqdirdə,  məlum  bölgüyə  daxil  olarlarsa,  bu  ayənin  

1



 

ِﻪْﻳَﺪَﻳ  ِﻦْﻴَﺑ  ﻦِﻣ  ُﻞِﻃﺎَﺒْﻟا  ِﻪﻴِﺗْﺄَﻳ  ﺎَﻟ

 

﴿



  aidiyyatından  xaric  olarlar. 

Çünki  ayənin  ilkin  mənası  Quranda  heç  bir 

yanlışlığın  olmadığını  göstərir.  Məhz  elə  buna  görə 

də  təhrifin  müsəlmanların  yekdil  rəyinə  əsasən 

Quranda  baş  verdiyini  iddia  etdiyi  qismini  inkar 

etməlidir.  Əlbəttə,  bunun  mənəvi  təhrifdə  mümkün 

olmadığı nəzərə çarpır. 

Təhrif 


termininin 

müxtəlif 

mənalarını 

aydınlaşdırdıqdan sonra onun növlərinə nəzər salaq: 

Mütəxəssislərin 

rəyincə 


təhrifin 

altı 


növü 

mövcuddur. 

                                                 

1

 Nə öncə, nə də sonra batil ona yol tapa bilməz



…(Fussilət, 42). 


Yüklə 355,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə