Microsoft Word tagizade orxan doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix07.11.2017
ölçüsü0,76 Mb.
#8741
1   ...   22   23   24   25   26   27   28   29   30

76 

 

 



 

Ş

irkətin həyata keçirdiyi stimullaşdırıcı tədbirlərə nəzər salaq: 



Maddi maraqlar: [2] 

 

Ə



mək haqqı 

Bonuslar 

Ə

lavə ödəmələr planı 



Möhlətli ödəmələr 

 

Ə



lavə stimullar: 

Rəhbər işçilərin və satışşöbəsi işçilərinin 

avtomobillə təmin edilməsi 

Nəqliyyat xərclərinin ödənilməsi 

Qidalanmanın şirkət tərəfindən verilməsi 

Hər bir işçiyə doğum günündə və bayramlarda 

ş

irkətin məhsullarının verilməsi 



Bayramlarda işçilərə pul mükafatı, hədiyyə 

kartları və digər hədiyyələrin təqdim olunması 

Mobil rabitə və danışıq kartları ilə təmin 

olunma 


Laboratoriya, satış və istehsal şöbəsi işçilərinin 

geyimlə təmin olunması 

Satışşöbəsi işçilərinin yarışı 

Ş

irkət daxilində tibbi xidmət 



ş

çilərin tibbi sığortası 

Məzuniyyət 

Ə

lavə işəçıxmalara görəödəmə 



 

ndi isə hər bir motivasiya tədbirlərinə ayrılıqda nəzər salaq. 

Ə

mək  haqqı  işçilərin  maddi  cəhətdən  həvəsləndirilməsini  təmin  edir.  Odur  ki, 



işçilərin  məhsuldarlığın  artmasında  əsas  marağı  bilavasitə  əmək  haqqı  səviyyəsinin 

nə  dərəcədə  əsaslandırılmasından,  əməyin  keyfiyyəti  ilə  onun  kəmiyyətinin  necə 

ə

laqələndirilməsindən asılıdır.  



Ə

mək haqqı - əmək üçün ödənilən muzd olmaqla motivasiya funksiyasını yerinə 

yetirir.  Ümumi  mənada  əmək  haqqı  işçilərin  sərf  etdikləri  əməyin  kəmiyyətinə  və  

keyfiyyətinə  görə  işçi  ilə  rəhbərlik  arasında  bağlanmış  əmək  müqaviləsində 

göstərilmiş  miqdarda  şirkət  tərəfindən  işçinin  öz  maddi  və  mədəni  tələbatlarını 

ödəməsi üçün verilən pul məbləğidir. Deməli, maddi və mənəvi həvəsləndirmə siste-

mi  həmişə,  hər  yerdə  hər  bir  kəsin  sərf  etdiyi  əməyə  ədalətli  və  obyektiv  qiymət 

verilməsini təmin edir. 

 Coca-Cola  şirkətində  vaxtamuzd  (faktiki  işlənilmiş  iş  vaxtının  miqdarına  görə 

hesablanır) əmək haqqının tətbiqi əsas  mövqe rolunu oynayır. Əmək haqqı ayda iki 

dəfə,  yəni  ayın  15-i  və  30  (31)-i  işçinin  hesabına  köçürülür.  şçilər  iş  vaxtından  



77 

 

 



 

ə

lavə, istirahət və bayram günlərində işlədikdə normal iş saatı üçün nəzərdə tutulmuş 



məbləğin iki qatı miqdarında əmək haqqı alırlar. Yaxud da əmək müqaviləsinə görə 

tərəflərin  əmək  haqqının  ödənilməsi  barədə  razılığa  gəldikləri  digər  şərtəəsasən 

istirahət,  bayram  günlərində  işə  cəlb  olunmuş  işçilərin  əməyi  işçiyə  digər  istirahət 

günü verilməklə əvəz edilir. Bir qayda olaraq əmək haqqı tarif dərəcəsindən (vəzifə 

maaşından) və tarif  dərəcəsinə əlavədən ibarətdir. Bunu da qeyd etmək lazımdır ki, 

işçiyəəmək  haqqı  müəyyənləşdirilərkən  şirkətin  əməyin  ödənilməsi  siyasətinə  görə 

ilk öncə onun, yəni işçinin təhsili, ixtisası nəzərə alınır. 

Ə

mək haqqının ödənilməsi səviyyəsi əmək məhsuldarlığının yüksəldilməsi üçün 



mühüm  əhəmiyyətə  malikdir.  Buna  görə  də  tarif  dərəcələri  və  vəzifə  maaşları  bir 

qayda olaraq heç vaxt azalmağa meyl etmir, əksinə həmişə artmağa doğru gedir.   

Bonuslar bir qayda olaraq şirkətin fəaliyyətində önəmli olan hər hansı layihənin 

uğurla başa çatmasından sonra layihədə bilavasitə əməyi olan işçilərə əlavə haqların 

ödənilməsidir. 

 Rəhbər  işçilərin  və  satış  şöbəsi  işçilərinin  avtomobillə  təmin  edilməsi  şirkətin 

ə

lavə  həvəsləndirici  tədbirlərinə  aiddir.  Həmçinin  avtomobildə  yaranan  nasazlığın 



təmir  edilməsini  və  digər  bütün  nəqliyyat  xərclərinin  ödənilməsini  də  şirkət  öz 

üzərinə götürür.  

Bunun  əsas  məqsədi  rəhbər  işçilərin  günün  istənilən  vaxtı  şirkətə  rahat  gəlib-

getmələrini  təmin  etməkdir.  Satış  şöbəsi  işçilərinin  işi  bilavasitə  marketlər, 

mağazalar, ticarət müəssisələri iləəlaqəli olur. Buna görə də onların işində avtomobil 

önəmli olduğu üçün şirkət hər bir satış təmsilçilərini avtomobillə təmin edir. Bundan 

başqa  şirkətin  digər  bütün  işçilərinin  işə  gəlib-getməsi  üçün  də  əlverişli  şərait 

yaradılıb.  Belə  ki,  hər  üç  növbə  işçilərinin  şirkətə  gəlib-getmələri  şirkətə  məxsus 

avtobuslar vasitəsilə həyata keçirilir. 

Ş

irkətin digər stimullaşdırıcı tədbirlərinə işçilərin qidalanma ilə təmin edilməsi 



aiddir.  Bu  da  işçiləri  əlavə  qidalanma  xərclərindən  azad  edir  və  işçilərə  rahatlıq 

yaradır. Qidalanma hər üç növbədə çalışan işçilər üçün təşkil olunur. 

Ş

irkətdə  işçinin  sağlamlığının,  əməyinin  mühafizəsinin  təmin  olunması  üçün 



sanitariya  və  gigiyena  normalarına  cavab  verən  iş  yeri  və  iş  şəraiti  yaradılıb.  Bura 


78 

 

 



 

ş

irkət daxilində göstərilən tibbi xidmət də aiddir. Bu, işçilərin səhhətində yaranan hər 



hansı  bir  problemə  ilkin  müdaxilə  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  zaman 

ş

irkətin həkimi işçini müayinə edir və onu pulsuz dava-dərmanla təmin edir. 



Bundan  başqa  hər  bir  işçi  tibbi  sığorta  ilə  təmin  olunub.  Tibbi  sığortaya  görə 

işçilər  özəl  klinikalarda  müayinə  və  müalicə  oluna  bilərlər.  Bu  sığortanın  80  %-i 

ş

irkət tərəfindən ödənilir və işçi müalicə və dərmanların qiymətlərinin  yalnız 20 %-



ni ödəyir. 

Ş

irkət hər bir işçiyə doğum günündə şirkətin istehsal etdiyi məhsullardan pulsuz 



təqdim  edir.  Belə  ki,  hər  bir  işçi  doğum  günündə  bir  kaset  2  litrlik  pulsuz    məhsul 

almaq haqqı qazanır. Məhsul işçinin seçimindən asılı olaraq verilir. Bundan  başqa,  

bayramlarda  şirkət  işçilərə  digər  hədiyyə,  pul  mükafatları,  müəyyən  mağazalarda 

pulsuz alış-veriş etmək üçün hədiyyə kartları və s. də təqdim edir. Bu da şirkətin işçi 

heyətinin  öz  vəzifələrini  daha  da  mükəmməl  yerinə  yetirmələri  üçün  atdığı  mühüm 

həvəsləndirici tədbirlərdən biridir.  

Motivasiya  tədbirləri  sırasında  satış  şöbəsi  işçiləri  arasında  keçirilən 

stimullaşdırıcı  yarış-tədbirləri  xüsusi  yer  tutur.  Bu  tədbir  satışın  stimullaşdırılması, 

satış  həcminin  artırılması  və  beləliklə  də  yüksək  mənfəət  əldə  olunmasına  xidmət 

göstərir. Belə ki, yarışa görə bir ay ərzindəən çox sifariş qəbul edən və məhsul satan, 

həmçinin  öhdəsində  olan  market  və  mağazalarda  məhsulların  soyuducu  və  rəflərdə 

səliqəli düzülüşünü həyata keçirən satış təmsilçisi qalib sayılır. Əvvəlcədən müəyyən 

olunmuş  şərtlərə  görə  qalibə  ya  həyata  keçirdiyi  satışın  müəyyən  faizi  həcmində 

ə

lavə  ödəmələr  təqdim  olunur  və  ya  tutduqları  yerə  görə  hər  təmsilçiyə  müvafiq 



olaraq televizor, noutbuk və mobil telefon təqdim olunur.  

Ş

irkət  həmçinin  işçilərin  mobil  rabitə  vasitələri  və  danışıq  kartları  ilə  təmin 



olunması istiqamətində də stimullaşdırıcı tədbir həyata keçirir. Bu siyasətin məqsədi 

«AZERBA JAN COCA-COLA BOTTLERS» Ltd işçilərinə status və ya vəzifələrinə 

uyğun  olaraq  mobil  telefon  vasitələrinin  verilməsi  və  onların  istifadəsi  əsaslarının 

öyrədilməsidir.  şçilərə  mobil  telefon  vasitələrinin  və  danışıq  limitlərinin  verilməsi 

aşağıdakı kimidir: 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə