Microsoft Word tagizade orxan doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix07.11.2017
ölçüsü0,76 Mb.
#8741
1   ...   22   23   24   25   26   27   28   29   30

85 

 

 



 

müəyyənləşdirilməsi,  kadr  hazırlığınının  effektiv  aparılmasınnın  öyrənilməsindən  

asılıdır. 

Azərbaycanın milli iqtisadiyyatının bazar pripsipləri əsasında formalaşması həlli 

vacib olan problemlər sırasında biznesin inkişaf etdirilməsini ön plana çəkir. 

Ş

übhəsiz ki, respublikamızda çoxlu qazanc əldə etmək cəhdini “biznes” yolu ilə 



həyata  keçirilməsi  zəruriliyinin  bir  çoxlarının  şüurunda  məkan  salması  mövcud 

sosial-iqtisadi vəziyyətlə bağlıdır. Aydın məsələdir ki, çoxlu mənfəət, iqtisadi səmərə 

götürmək  məhz  hər  bir  biznesin  başlıca  məqsədidir.  Lakin  bu  da  sirr  deyil  ki,  əsl 

bizneslə  məşğul  olanlar  öz  tərəf  müqabillərinə,  yəni  münasibətdə  olduğu 

istehsalçılara,  satıcılara,  yaxud  da  alıcılara  yüksək  səviyyəli  xidmətlər  göstərməklə, 

faydalı  iş  görməklə,  onların  tələblərinə  uyğun  mallar  istehsal  edib  satışını  təşkil 

etməklə, həm də bütün bunları dövlət qanunvericiliyi çərçivəsində həyata keçirməklə 

həmin məqsədə nail olmalıdırlar. 

Bazar iqtisadiyyatının tərkib ünsürü olan hər bir müəssisə bilməlidir ki, qarşılıqlı 

etibarlılıq  çox  mürəkkəb  işçi  münasibətlərdə  mühüm  əhəmiyyət  kəsb  edir.  Hamıya 

məlumdur  ki,  kommersiya  müvəffəqiyyəti  tərəf-müqabillərin  bir-biri  arasında  olan 

etibardan  və  inamdan  asılıdır.  Biznesdə  tərəflər  arasında  bağlanılan  sazişin, 

müqavilənin  hər  tərəfli  düzgün  tərtibində,  onun  hüquqi  əsaslandırılmasından  asılı 

olmayaraq,  praktikada  çoxlu  çətinliklər  və  ölçüyə  gəlməyən  amillər,  işgüzar 

ə

məliyyatların  müvəffəqiyyətinə  təsir  edir.  Bu  halda  tərəflərin  mədəniyyəti, 



düzgünlüyü, inamı, kommersiya biliyi, dini əqidəsi və s. əsaslarda yaranmış qarşılıqlı 

etibarlılıq hər şeyi asanlıqla həll edə bilər. 

Tədqiqatın  obyekti  kimi  seçilən  «AZERBA JAN  COCA-COLA  BOTTLERS» 

Ltd    idarəetmə  biznes-proseslərinin  öyrənilməsi  nəticəsində  bir  sıra  nəticələr  əldə 

edilmişdir. Belə ki, «AZERBA JAN COCA-COLA BOTTLERS» Ltd-nin heyətinin 

idarə  edilməsinin  təhlilindən  aydın  oldu  ki,  yeni  kadrların  işə  götürülməsi  zamanı 

aşağıdakı mərhələlər ardıcıl şəkildə həyata keçirilir: 

•  Sənəd qəbulu; 

•   nsan Resursları şöbəsində müsahibə; 



86 

 

 



 

•  Vakant vəzifə yaranan şöbədə təşkil olunan müsahibə; 

•  Son qiymətləndirmə mərhələsi; 

•   şə qəbul üçün verilən qərar. 

nsanın  effektiv  idarə  edilməsi  onun  motivasiyanın  başa  düşülməsi  üzərində 

qurulur.  nsanı  hərəkətə  gətirən,  onu  fəaliyyətə  sövq  edən  motivləri  başa  düşərək 

insan  və  insanlar  qrupunun  idarə  edilməsinin  effektiv  forma  və  metodlar  sistemini 

hazırlamaq olar. Buna nail olmaq üçün bu və ya digər motivlərin necə yaranmasını, 

hansıüsullarla  motivlərdən  istifadə  olunmasını  və  insanların  motivləşdirilməsi 

strategiyalarının necə həyata keçirildiyini bilmək vacibdir. 

Ş

irkət üçün lazım olan vaxtda, lazımi yerdə, lazımi sayda müvafiq ixtisaslardan 



olan kadrlara sahib olmaq çox vacibdir. Bu, heyətə olan tələbatın düzgün və vaxtında 

müəyyən edilməsindən birbaşa asılıdır.  şçiyə olan tələbatı müəyyən edərkən müvafiq 

ş

öbələrin  rəhbərlərinin  bu  işdə  iştirakı  mütləqdir.  Belə  ki,  müvafiq  şöbənin  rəhbəri 



nsan  Resursları  şöbəsinə  əlavə  işçiyə  tələbat  yarandığı  haqda,  həmçinin  işçiyə 

qoyulan tələblər və vəzifə öhdəlikləri barədə də məlumat verməlidir.  

Ş

irkətdə işçilərin yenidən hazırlanması və ixtisaslarının yüksəldilməsini özündə 



birləşdirən  kadr  hazırlığına  tələbat  da  mövcuddur.  Kadr  hazırlığı  xarici  əmək  baza-

rında  yeni  yüksək  ixtisaslı  kadrlar  axtarmadan  özünün  işləyən  insan  resurslarından 

istifadə  etməyə  xidmət  edir.  Aydın  oldu  ki,  kadr  hazırlığının  iki  –  şirkət  daxilində 

vəşirkətdən kənar hazırlıq formalarından istifadə edilir. 

Heyət  üzvlərinin  peşəkar  inkişafı  işçilərin  özünə  müsbət  təsir  göstərir.  xtisası 

artırmaqla  idarəetmə  işçiləri  yeni  vərdiş  və  biliklər  əldə  etməkləəmək  bazarında 

rəqabət  qabiliyyətli  olur  və  peşəkar  yüksəlişüçün  şirkət  daxilində  olduğu  kimi, 

xaricində də geniş imkanlar əldə edir. Peşəkar hazırlıq prosesindəəldə olunmuş yeni 

biliklər  insanın  ümumi  intellektual  imkanlarının  yüksəlməsinə  kömək  edir,  özünə 

inamlılığı möhkəmləndirir.  

Beləliklə, idarəetmə fəaliyyətində işçilərin təkmilləşdirmə prosesi bazarın artan 

bütün  tələblərinə  müvafiq  olmalıdır.  qtisadi  fəaliyyət  sahələrində  aparılan  bütün 

islahatların  əsas  mahiyyəti  heyətin  demokratik  əsaslarla  idarəedilməsi  prosesində 



87 

 

 



 

bazar  münasibətlərinin  əhatəli  surətdə  transformasiyasından  ibarətdir.  darəetmə 

heyətinin  ixtisas  səviyyələrinin  artırılması  təkcə  qısa  müddət  üçün  tələbatların 

ödənilməsinə  istiqamətlənməməlidir.  darəetmə  heyətinin  yeni  iqtisadi  –  texniki  və 

sosial  şəraitə  uyğun  yenidən  hazırlanması  daha  mükəmməl  idarəetmə  fəndləri 

vasitəsilə  açıq  bazar  münasibətlərinə  tam  hazır  olan  əmək  kollektivinin  təşkili  və 

idarə  olunması  nəzərdə  tutulmalıdır.  Bu  sahədə  yüksək  nəticələr  isə  idarəetmə 

heyətinə  daxil  olan  bütün  işçilərin  müntəzəm  surətdəöz  fərdi  inkişafıüzərində 

məhsuldar çalışmaları tələb olunur.  

Heyətin  idarə  edilməsinin  təkmilləşdirilməsi  istiqamətində  aparılan  araşdırma-

lardan  aydın  oldu  ki,  müasir  şəraitdə  müəssisə  rəhbərləri  texniki  cəhətdən  savadlı 

olmalı və müəyyən peşə hazırlığı səviyyəsinə malik olmalıdır. Rəhbərlik etmək üçün 

səlahiyyətli  olmaq,  bütün  idarəetməşəraitini  tam  və  dəqiq  bilmək,  idarəetmə 

texnikasını  müasir  biliklər  səviyyəsində  mənimsəmək  və  yeni  idarəçilik  təcrübəsinə 

malik  olmaq  lazımdır.  darəetmə  rəhbəri  xeyli  dərəcədə  insan  amili  ilə  bağlı  zəruri 

biliklərə  malik olmalıdır  ki,  dəyişən  xarici  şəraitə  tez  uyğunlaşsın.  Məhz  buna  görə 

kollektiv 

fəaliyyətin 

məqsədyönlü 

idarəetməüsulları 

vasitəsilə 

həyata 


keçirilməsinəçalışmaq vacibdir. 

Azərbaycan iqtisadiyyatının bazar mühitinə keçməsi müxtəlif işgüzar təşkilatları 

ciddi  problemlərləüzləşdirmişdir.  Ayrı  –  ayrı  işgüzar  təşkilatların  xarici  mühitində 

baş  verən  qeyri  –  müəyyən  və  sürətli  dəyişikliklər  onun  daxili  mühitinin  para-

metrlərinə,  xüsusi  olaraq  heyətin  idarə  edilməsinə  təsir  göstərmişdir.  Artıq  hər 

müəssisədə  heyətin  idarə  edilməsi  də  müasir  bazar  iqtisadiyyatının  tələblərinə 

uzlaşdırılmalıdır. Bunun üçün isə aşağıda göstərilən işlər görülməlidir: 

- Ölkə mühitindəəməyin motivasiyasında olan böhranın aradan qaldırılması; 

-  şçilərdə quruculuq və kollektivçilik hisslərinin inkişafı; 

- Korporativ ruhun yüksəldilməsi; 

- Manipulyasiya  və  başqa  bu  cür  sərt  psixoloji  üsullardan  işçilərə  təsir  zamanı 

istifadə edilməsi; 

-  şgüzar təşkilatlarda baş verən dəyişikliklərə qarşı müqavimətlərin zərərsizləş-

dirilməsinin mütərəqqi yollarının tapılması; 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə