Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

85 
 
zaman  iqtisadi  inkişafın  ölkə  üzrə  bərabər  paylanması,  həyata  keçirilən  sosial 
müdafiə  sisteminin  daim  təkmilləşdirilməsi  və  sosial  yardım  proqramlarının 
effektivliyinə nail olunması əsas ötürülməlidir. 
     Yoxsulluğun  yaranma  səbəbi  kimi  ilk  növbədə  əhali  gəlirlərində  baş  verən 
proseslər  göstərilir.  Belə  ki,  ölkə  əhalisinin  gəlirləri  artdıqda  elə  onun  bütün 
təbəqələrinin  gəlirləri  bərabər  sürətlə  çoxalmır.  Əsas  etibarilə  kasıb  təbəqənin 
gəlirləri  aşağı  templə  artır.  Nəticədə  gəlirlərin  qeyri-bərabər  bölgüsü  sosial 
gərginlik  yaratmaqla  əvvəlcə  ölkə  daxilində,  sonra  isə  beynəlxalq  miqyasda 
sabitliyin  pozulmasına  səbəb  olur.  Bəzi  hallarda  isə  iqtisadi  artım  yoxsulluq 
problemini daha da kəskinləşdirir.  qtisadi artım o zaman səmərəli ola bilər ki, o, 
yoxsul əhalinin tələbatlarını ödəyə bilsin.  
Qeyd  edək  ki,  ölkədə  həyat  səviyyəsinin  yüksəldilməsinin  və  yoxsulluğun 
azaldılması  istiqamətində  dövlətin  həyata  keçirdiyi  sosial  siyasətin  başlıca 
həlqələrindən biri də yaşayış minimumunun düzgün müəyyənləşdirilməsidir. Qeyd 
etdiyimiz kimi yaşayış minimumu, minimum istehlak səbətinin dəyərini və icbari 
ödənişləri  özündə  cəmləşdirən  xərclərin  məcmusunu  təşkil  edir.  Yəni  bu  hədd 
yoxsulluğun  müəyyən  edilməsi  üçün  istifadə  olunan  əsas  normadır  və  dövlətin 
yoxsulluqla  mübarizə  siyasəti  ilə  bağlı  olan  mühüm  sosial  normativ  kimi  qəbul 
edilməlidir. 
    Bildiyimiz  kimi,  hazırda  Azərbaycanda  yaşayış  minimumu  minimum  istehlak 
büdcəsini  üstələyir.  Yüksək  rifah  büdcəsi  insanın  sosial  və  fizioloji  tələbatlarının 
tam şəkildə təminatına, həmçinin icbari ödəniş və yığımlara, büdcənin saxlanılması 
üçün  zəruri  olan  əmanətlərin  formalaşmasına  təminat  verən  səmərəli  xidmət  və 
rifah dəstindən ibarətdir. Yüksək rifah büdcəsi insanın hərtərəfli inkişafına imkan 
verən  resurslardan  yararlanmağa  şərait  yaradır.  Bura  insanın  seçim  imkanının 
genişliyi,  uzun və sağlam  ömür  yaşaması,  təhsil  almaq  və  ləyaqətli ömür  sürmək 
imkanları daxildir. Buna görə də ona sosial siyasətin müvəqqəti aləti kimi baxılır. 
Bu,  iqtisadiyyatı  böhran  vəziyyətindən  çıxarmaq  üçün  məhdud  dövr  ərzində 
istifadə olunmaq məqsədini güdür və insan üçün yalnız ən zəruri olan xidmətlərin 


86 
 
istehlakının  minimal  mümkün  həddini  xarakterizə  edir.  Lakin  ölkənin  iqtisadi 
inkişafı  ilə  əlaqədar  olaraq  həyat  səviyyəsi  göstəricilərinin  daim  yüksəldilməsi 
yaşayış minimumunun da artımına müsbət mənada təsir göstərir. Belə ki, yaşayış 
minimumu yalnız əhalinin maddi və mənəvi ehtiyac normasının minimal həcminin 
qiymətləndirilməsi  üçün  deyil,  həmçinin  yoxsulluq  həddinin  müəyyən 
edilməsində,  minimum  əmək  haqqı,  pensiya,  müavinət  və  digər  sosial  vəsaitlərin 
ödənilməsində istifadə olunur. 
     Minimum  istehlak  büdcəsi  insanların  maddi  və  mənəvi  tələbatlarının 
ödənilməsi  prosesidir.  Minimum  istehlak  büdcəsi  insanın  sağlamlığının  və  həyat 
fəaliyyətinin  minimum  səviyyəsi  üçün  zəruri  olan  ərzaq,  qeyri-ərzaq  malları  və 
xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.[9] 
       Yoxsulluğun  ölçülməsini  gəlir  imkanları  ilə  xarakterizə  edərkən  ilk  olaraq 
insanların  onu  əldə  etməsi  üçün  hansı  vasitələrdən  yararlanmasını  öyrənmək 
vacibdir. Bu zaman əhalinin səhiyyə, təhsil və digər zəruri xidmətlərindən istifadə 
imkanları  araşdırılmalıdır.  Fikrimizcə,  dövlət  yoxsulluğun  uzaq  perspektivdə 
azaldılması  üçün  əhalinin  təhsil  və  səhiyyə  imkanlarını  genişləndirməlidir. 
Məlumat  üçün  bildirək  ki,  DB-nin  1990-cı  il  «Dünya  inkişafı  haqqında 
hesabat»ında da yoxsulluqla mübarizədə fiziki kapitaldan əlavə təhsil və səhiyyəyə 
diqqətin  artırılmasının  zəruriliyi  qeyd  olunmuşdur.[40]Aparılan  tədqiqatlar 
nəticəsində  məlum  olmuşdur  ki,  təhsilin  kəmiyyət  və  keyfiyyət  göstəricilərinin 
yuxarı  həddə  olması  gəlirlərin  də  yüksək  olmasına  zəmin  yaradır.  A.Muradov 
təhsilin  dərəcəsinin  artmasını  məşğulluğun  təmin  olunması  imkanlarının 
genişlənməsinə,  pul  gəlirlərinin  çoxalmasına,  əhalinin  həyat  səviyyəsinin 
yüksəlməsinə  və  yoxsulluğun  azalmasına  xidmət  etdiyini  bildirir  və  təhsilin 
yoxsulluq riskinin azaldılmasında mühüm rol oynadığını qeyd edir. 
Təcrübə göstərir ki, yaxşı təhsilli və sağlam insanın gəlir əldə etmə imkanları 
yüksək  olur.  Əks  təqdirdə,  yəni  lazımi  dərəcədə  olmayan  sağlamlıq  və  təhsil 
səviyyəsi,  kifayət  qədər  qidalanmama  əmək  məhsuldarlığını  aşağı  salır. 
Ümumiyyətlə  insanın  təhsili  onun  yoxsulluq  həddində  yaşaması  və  yaxud  da 


87 
 
həyatının  təminatlı  və  sağlam  yaşamasını  şərtləndirir.  Bu  baxımdan  yoxsulluqla 
mübarizədə təhsilə xüsusi diqqət yetirilməsi vacibdir. 
       Təhsilə ayrılan investisiyalar davamlı iqtisadi artıma təminat verməklə yanaşı, 
bərabərsizliyi  aradan  qaldırmaqla  yoxsulluğun  azaldılmasına  şərait  yarada  bilər. 
Aparılmış tədqiqat materiallarından məlum olmuşdur ki, l il orta təhsil fərdi gəlirin 
10% artımına səbəb olur. Məhz bu baxımdan son illər dünyanın bir çox ölkələrinin, 
o  cümlədən  Azərbaycan  Respublikasının  da  qoşulduğu  «Təhsil  hamı  üçün» 
Proqramı 2015-ci ilə qədər hər bir oğlan və qızın tam ibtidai təhsilə riyələnməsini 
nəzərdə tutur. Fikrimizcə, bu cür proqramların həyata keçirilməsi əhalinin, xüsusilə 
də  onun  aztəminatlı  hissəsinin  təhsil  və  səhiyyə  xidmətlərindən  istifadə 
imkanlarının  yaxşılaşdırmaqla  yoxsulluğun  azaldılmasını  göstərir.  Əhalinin  gəlir 
ə
ldə  etmə  imkanlarının  çoxalması  isə  öz  növbəsində  təhsilin  və  səhiyyənin  də 
inkişafına xidmət edir. Belə ki, gəlirlərin çoxalması nəticəsində insanların səhiyyə 
xidmətlərindən istifadəsi və təhsil alması üçün daha yaxşı şərait yaranır və insanlar 
ba  sahələrə  daha  çox  pul  xərcləyirlər.  Nəticədə  əhalinin  intellektual  səviyyəsi 
yüksəlir, sağlamlığı artır, bunlarla yanaşı onların yoxsulluq riski aşağı düşür. 
Göründüyü kimi, əhalinin yoxsulluğu ilə onların təhsili və sağlamlığı arasında 
sıx  bağlılıq  vardır.  Yoxsul  insanlar  qida  çatışmazlığı  üzündən  sağlamlıqları  və 
onun  bərpası  ilə  bağlı  bir  sıra  problemlərlə  üzləşirlər.  Düzdür  son  illərdə  dövlət 
büdcəsindən  səhiyyə  sektoruna  aynlan  vəsaitlərin  həcmi  bir  neçə  dəfə  artırılmış, 
yeni xəstəxanalar istifadəyə verilmiş, təmir edilmiş və zəruri avadanlıqlarla təmin 
edilmişdir. Lakin bir çox hallarda yoxsul insanların bu xidmətlərdən yararlanmaq 
imkanları  məhdud  olur.  Bundan  başqa  büdcədən  səhiyyəyə  çəkilən  adambaşına 
xərclərin  azlığı,  tibbi  xidmət  xərclərinin  Azərbaycan  reallığı  ilə  uzlaşmaması 
yoxsul insanların vəziyyətini ağırlaşdırır. 
Yoxsulluğun  azaldılması  istiqamətində  aparılan  tədbirlər  sırasında  təhsil  və 
səhiyyə  sahəsində  islahatların  tələb  olunmasına  baxmayaraq,  yeni  iqtisadi-siyasi 
münasibətlər sisteminə daxil olmuş ölkələrdə radikal islahatların həyata keçirilməsi 
mənfi  nəticələrə  səbəb  ola  bilər.  Bu  baxımdan  islahatlar  təhsil  və  səhiyyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə