Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

88 
 
xərclərinin  ÜDM-də  xüsusi  çəkisinin  artması  və  iqtisadi  yüksəlişin  səviyyəsi  ilə 
ə
laqəli  həyata  keçirilməlidir.  Bu  isə  insan  kapitalının  inkişaf  etdirilməsinə  şərait 
yaradar. 
 Hazırda insan inkişafı problemləri aşağıdakı kimi qruplaşdırılmışdır. 
• 
Gəlirlərin  və  iqtisadi  artımın  yüksəlməsinə  yönəlmiş  iqtisadi  fəaliyyətin 
nəticəsi olan məhsuldarlıq; 
       Qabiliyyətlərin tətbiq edilməsində və nemətlərin istifadə edilməsində            
• 
bərabərlik kimi başa düşülən bərabərlik; 
• 
 Yalnız indiki nəsillər üçün deyil, həm də gələcək nəsillər üçün sivilizasiya 
imkanlarına çatmağı təmin edən sabitlik; 
• 
nkişafın yalnız insanların mənafeyi üçün deyil, həm də onların səyi nəticəsində 
həyata keçirilməsini nəzərdə tutan imkanların genişləndirilməsi. 
“Azərbaycan Respublikasında  nsan  nkişafı Haqqında Hesabat”da qeyd edilir 
ki, davamlı insan inkişafı milli, sosial və iqtisadi inkişafın planlaşdırılmasının əsas 
hissəsinə çevrilərək tərkibinə yoxsulluğun aradan qaldırılmasını da daxil etmişdir. 
« nsan  seçiminin  genişləndirilməsi  konsepsiyası»nın  əsasında  isə  rifah  halı, 
adambaşına düşən gəlir deyil, insanların özləri üçün layiq bildiyi həyatı yaşamaq 
imkanı  durur.  Bu  konsepsiya  inkişafın  əsas  qüvvəsini  insanın  imkanlarının 
genişləndirilməsində  görür.  Bu  nöqteyi-nəzərdən  maddi  sərvətlərə  olan  baxış  da 
dəyişir.  Uzun  müddət  o,  ölkənin  inkişafında  mühüm  amil  kimi 
qiymətləndirilmişdir.  nsan inkişafı Konsepsiyası iqtisadi artımla insan inkişafının 
ə
laqəsini 4 üsul ilə optimallaşdırmağı təklif edir: 
1. 
nsanların  öz  imkanlarını  reallaşdırmaq  üçün  istehsal  və  maddi  nemətlərin 
bölgüsündə  iştirakını  təmin  etmək  məqsədilə  təhsilə,  səhiyyəyə,  peşə  hazırlığına 
investisiyaların artırılması; 
2. 
P-nin  maddi  əsasını  təmin  edərək  sərvətlərin  və  gəlirlərin  daha  ədalətli 
bölgüsü; 
3. 
Sosial  sahənin  iqtisadi  bazasını  gücləndirməklə  sosial  xərclərin  dəqiq 
tarazlaşdınlmasının əldə olunması; 


89 
 
4. 
nsanların  sosial, siyasi  və  iqtisadi  sahələrdə seçim  imkanlarının  artırılması 
və  bu  zaman  imkanları  müxtəlif  səbəblər  üzündən  məhdudlaşdırılan  əhali 
qruplarına daha çox diqqət yetirilməsi ; 
Qeyd etmək lazımdır ki, 2006-2015-ci illərdə məşğulluq strategiyasının məqsəd və 
vəzifələri kimi insan inkişafına xidmət edən kadr hazırlığı sisteminin, o cümlədən 
peşə  hazırlığı  ixtisasartırma  şəbəkəsinin  fəaliyyətini  dinamik  inkişaf  edən  əmək 
bazarının  tələblərinə  uyğunlaşdırmaq  və  bu  strategiyanı  iki  mərhələdə 
reallaşdırmaq tutulur. Lakin bilavasitə insan kapitalının yüksək inkişaf  səviyyəsini 
təmin  edilməsinə  yönəldilmiş  tədbirlərin  2011-2015-ci  illəri  əhatə  edən  ikinci 
mərhələdə həyata keçirilməsi fikrimizcə düzgün hesab edilə bilməz. Belə ki, insan 
inkişafının  səviyyəsinin  daim  diqqət  mərkəzində  olması  istər  fərdin,  istər  ölkə 
vətəndaşlarının,  istərsə  də  bütün  dünya  əhalisinin  rifah halının  yaxşılaşmasına  və 
davamlı tərəqqiyə nail olunmasına zəmin yaradır. 
Təsadüfi  deyil  ki,  son  illərdə  insan  inkişafi  problemləri  çərçivəsində  insan 
yoxsulluğu indeksi hesablanmağa başlanmışdır. Bu indeks inkişaf etməkdə olan və 
sənayecə  inkişaf  etmiş  dövlətlər  üçün  müxtəlif  göstəricilər  əsasında  hesablanır. 
Ə
gər  inkişaf  etməkdə  olan  ölkələrdə bu  indeksin  hesablanmasında  40  yaşa  qədər 
ömür  sürə  bilməyən  insanların  ümumi  əhalinin  tərkibində  xüsusi  çəkisi;  yaşlı 
ə
halinin  tərkibində  savadsızlıq  səviyyəsi  və  həyat  səviyyəsini  xarakterizə  edən 
göstərici  kimi  içməli  su  ilə  təmin  olunmayan  insanların,  səhiyyə  xidmətindən 
istifadə edə bilməyən, beş yaşına qədər çəkisi qeyri-normal olan uşaqların əhalinin 
tərkibində  xüsusi  çəkisi  kimi  göstəricilərdən  istifadə  edilirsə,  sənayecə  inkişaf 
etmiş  ölkələrdə  isə  60  yaşa  qədər  ömür  sürə  bilməyənlərin;  savadsızların; 
yoxsulluq  həddində  yaşayanların;  12  aydan  çox  işləməyən  iş  qüvvəsinin  əhalinin 
ümumi sayına faiz nisbətini xarakterizə edən rəqəmlər əsas götürülür. 
Məlum olduğu kimi insan kapitalının formalaşmasında ailə və ev təsərrüfatları 
ə
həmiyyətli  rolu  oynayırlar.  Bu  baxımdan  indiki  şəraitdə  insan  kapitalının 
formalaşmasına  əlverişli  şəraitin  yaradılması  və  bu  istiqamətdə  dövlət  siyasətinin 
gücləndirilməsi  vacibdir.  Çünki,  insan  kapitalının  formalaşdırılması,ilk 


90 
 
növbədə,yaradılmış  əlverişli  şərtlərlə  əlaqədardır.  Belə  ki,  burada  ailə  büdcəsi  və 
ondan  istifadə,  həmçinin  təsərrüfatın  idarə  olunması  əsas  götürülməlidir.  nsan 
kapitalının  istehsalı  prosesində  isə  demoqrafik  amillər,  onların  təhsil  və  səhiyyə 
xidmətlərindən yararlanması, mədəni-məişət imkanlarından hansı dərəcədə istifadə 
edilməsi əhəmiyyətli yer tutur. Yaradılmış insan kapitalının realizə prosesi isə ev 
təsərrüfatı  üzvlərinin  həm  fərdi,  həm  də  korporativ  qaydada  bazar 
münasibətlərində  iştirakı  ilə  baş  verir.  Burada  həmçinin  ailə  biznesinin  hansı 
səviyyədə olması əsas rol oynayır. Beləliklə, insan kapitalının cəmiyyətdə rolu və 
iştirakı qapalı bir sistem olduğundan ona çəkilən xərclərin və yığımının ödənilməsi 
prosesi bərpa olunduqdan sonra təkrar istehsal mərhələsi həyata keçməyə başlayır. 
Beləliklə, yoxsulluqla mübarizə üzrə hazırlanan müxtəlif proqram və iqtisadi, 
sosial,  hüquqi  islahatlarda,  aparılan  siyasətdə  ilk  növbədə  insan  amili,  onun  öz 
hüquq  və  imkanlarını  həyata  keçirməsinin  hansı  səviyyədə  olması  xüsusi 
ə
həmiyyət kəsb edir. 
       Məlum  olduğu  kimi,  yoxsulluğu  yaradan  amillər  sırasına  sosial  amillər  də 
daxildir. Hökumət yoxsul vətəndaşların rifah halının yaxşılaşdırılması üçün onlara 
sosial  yardım  göstərir.  Bu  tədbirlərə  ayrılan  vəsaitlər  əsasən  dövlət  büdcəsində 
təsbit  olunmaqla  həyata  keçirilir.  YAD DP-də  əhalinin  həyat  səviyyəsinin 
yüksəldilməsindən  ötrü  sosial  təminat  sahəsində  ciddi  islahatların  aparılması 
qarşıya  məqsəd  kimi  qoyulmuşdur.  Bu  məqsədlə  ünvanlı  sosial  yardım  və  sosial 
islahatların  həyata  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Sosial  təminat  sistemi  sosial 
sığorta  və  sosial  yardım  növlərinə  ayrılır  ki,  birinci  təminat  növü  işləyən  əhali 
tərəfindən  ödənilən  sosial  sığorta  ayırmaları  hesabına,  kincisi  isə  dövlət  büdcəsi 
hesabma  yoxsul  əhalinin  rifah  halının  yüksəldilməsi  üçün  nəzərdə  tutulmuşdur. 
Beləliklə,  sosial  təminatın  əsas  funksiyası  cəmiyyətin  əmək  qabiliyyətli  olmayan 
üzvlərinin həyat səviyyəsinin kəskin surətdə aşağı düşməsinin qarşısını almaqdır. 
Qeyd etmək lazımdır ki, son illərdə respublikamızda sosial təminat sistemində 
islahatlar  aparılır.  Bu  islahatların  tərkib  hissəsi  kimi  7  fevral  2006-cı  il  «Sosial 
müavinətlər  haqqında»  və  «Əmək  pensiyaları  haqqında»  Qanunların  qəbulundan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə