Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   28   29   30   31   32   33   34   35   36

97 
 
yenidən  korrektə  edilməsini  tələb  edir.  Digər  bir  tərəfdən  isə  hökumətin  dövrü 
surətdə ayrı-ayrı kateqoriyalardan olan məşğul əhalinin əmək haqlarını artırması bu 
tezisin həqiqətə uyğun olmamasını bir daha isbatlayır. 
Ə
mək  haqqı  sistemində  islahatların  aparılması  bazar  münasibətləri  şəraitində 
vacibdir.  24  noyabr  2003-cü  il  tarixli  «Azərbaycan  Respublikası  sosial-iqtisadi 
inkişafının  sürətləndirilməsi  tədbirləri  haqqında»  Azərbaycan  Respublikası 
Prezidentinin  Fərmanında  əhalinin  yaşayış  səviyyəsinin  yüksəldilməsi  məqsədilə 
ə
mək  haqqı  və təqaüd sisteminin  təkmilləşdirilməsi istiqamətində  müvafıq  işlərin 
apanlması  nəzərdə  tutulmuşdur  Fikrimizcə,  əmək  haqqı  sahəsində  islahatlann  üç 
istiqamət  üzrə  aparılması  daha  məqsədəuyğundur:  birinci-əmək  haqqının  təkrar 
istehsal,  stimullaşdırıcı,  tənzimləyici  funksiyalarımn  bərpa  olunması;  ikincisi  - 
büdcə  təşkilatlannda  işçilərin  sayınm  tənzimlənməsi;  üçüncüsü  isə  -  yüksək 
ixtisaslı  və  məhsuldar  işçilərin  həvəsləndirilməsidir.  Hesab  edirik  ki,  hökumət 
beynəlxalq  konvens yalara  uyğun  olaraq  minimum  əmək  haqqının  ölkədəki 
yaşayış  minimumunun  dəyərinə  uyğunlaşdırmalıdır.  Nəticədə  yoxsulluğun  real 
səviyyəsini  düzgün  müəyyənləşdirmək  olar  ki,  bu  da  qeyd  olunan  sahədə 
ə
həmiyyətli  tədbirlərin  həyata  keçirilməsi  imkanlarını  artırar.  Əks  halda  ölkədəki 
yoxsulluğun səviyyəsinin müəyyənləşdirilməsində ciddi problemlər meydana çıxır. 
Ölkəmizin  iqtisadi  və  sosial  həyatında  müşahidə  olunan  müsbət  meyllərin,  o 
cümlədən  əhalinin  rifah  halının  yaxşılaşdırılması  və  yoxsulluğun  səviyyəsinin 
azaldılması  sahəsində  tədbirlərin  davam  etdirilməsi  məqsədilə  Azərbaycan 
Respublikası  Prezidentinin  15  sentyabr  2008-ci  il  tarixli  Sərəncamı  ilə  "2008-
2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı 
inkişaf  Dövlət  Proqramı"  təsdiq  olunmuşdur.  Dövlət  Proqramı  özündə  əsas  9 
strateji məqsədi əks etdirir. Belə ki, makroiqtisadi sabitliyi saxlamaq və qeyri-neft 
sektorunu  tarazlı  inkişaf  etdirməklə  davamlı  iqtisadi  artımın  təmin  edilməsi, 
ə
halinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı 
ailələrin  və  sosial  cəhətdən  xüsusilə  həssas  qrupların  sosial  riskinin  azaldılması, 
qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin 


98 
 
davam  etdirilməsi,  təhsil  və  səhiyyə  sahəsində  xidmətlərin  keyfiyyətinin 
yüksəldilməsi,  sosial  infrastrukturun  inkişaf  etdirilməsi  Dövlət  Proqramının  əsas 
strateji  istiqamətlərindəndir.  Bu  sahədə  həyata  keçirilən  məqsədyönlü  tədbirlər 
nəticəsində  2008-2015-ci  illərdə  ölkədə  işsizlik  səviyyəsinin  3-4  %  həddinədək, 
yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulur. 
2011-ci  ildə  əhalinin  rifah  halının  yaxşılaşdırılması,  ölkədə  davamlı  iqtisadi 
artımın  və  makroiqtisadi  sabitliyin  təmin  olunması,  yoxsulluğun  səviyyəsinin 
azaldılması  istiqamətində  Dövlət  Proqramı  çərçivəsində  bir  sıra  tədbirlər  həyata 
keçirilmişdir.  Bu  müddət  ərzində  ümumi  daxili  məhsulun  həcmi  50,1  milyard 
manat olaraq 2010-cu illə müqayisədə 0,1 faiz artmışdır. Onun adambaşına düşən 
həcmi isə 5530,6 manat (7003,4 ABŞ dolları) təşkil etmişdir. 
Ümumi  daxili  məhsulun  53,9  faizi  sənaye  sahələrində,  5,5  faizi  kənd 
təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 8,3 faizi tikinti kompleksində, 7,7 faizi 
ticarət  və  pullu  xidmət  sahələrində,  4,9  faizi  nəqliyyatda,  1,7  faizi  rabitədə,  12,0 
faizi  digər  xidmətlər  və  sosial  sahələrdə  yaradılmış,  6,0  faizi  məhsula  və  idxala 
xalis vergilərin payına düşmüşdür. 
Ümumi  daxili  məhsul  istehsalı  qeyri-neft  sektorunda  9,4  faiz  artmış,  neft 
sektorunda isə 9,3 faiz azalmışdır. 
Ölkədə  iqtisadi  artımın  təmin  edilməsi,  qeyri-neft  sektorunun  inkişafı 
nəticəsində  2011-ci  ildə  əhalinin  həyat  səviyyəsinin  yüksəlişi  də  davam  etmişdir. 
Belə  ki,  2011-ci  ildə  əhalinin  gəlirləri  2010-cu  illə  müqayisədə  19,6  faiz  artaraq 
30,6 milyard manata çatmış və onun adambaşına həcmi 3383,8 manat təşkil edərək 
2010-cu ilə nisbətən 18,1 faiz çox olmuşdur. 
Eyni zamanda 2011-ci ildə əhalinin real gəlirləri 20,5 faiz artaraq 28,2 milyard 
manat  olmuşdur.  Əhalinin  sərəncamında  qalan  gəlirlər  adambaşına  3115,0  manat 
təşkil  etmiş  və  2010-cu  ilə  nisbətən  18,9  faiz  artmışdır.  Əhalinin  pul  gəlirləri 
inflyasiyanı üstələmişdir. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq 
ə
mək  haqqı  2011-ci  ilin  yanvar-noyabr  aylarında  8,3  faiz  artaraq  357  manata 
çatmışdır. 


99 
 
Yoxsulluğu  yaradan  əsas  amillərdən  birinin  işsizlik  olduğunu  nəzərə  alaraq, 
yoxsulluqla  mübarizədə  ölkədə  əməkqabiliyyətli  əhalinin  məşğulluğunun  təmin 
olunması  sahəsində  tədbirlərin  həyata  keçirilməsinə  önəmli  yer  verilir.  Belə  ki, 
ölkənin  əməkqabiliyyətli  əhalisinin  məşğulluğunu  təmin  etmək  məqsədilə 
Azərbaycan  Respublikası  Prezidentinin  15  may  2007-ci  il  tarixli  2167  nömrəli 
Sərəncamı  ilə  "Azərbaycan  Respublikasının  Məşğulluq  Strategiyasının  həyata 
keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)" təsdiq edilmişdir. Proqram 
çərçivəsində  əmək  bazarının  təkmilləşdirilməsi,  onun  institusional  inkişafı, 
məşğulluq  sahəsində  qanunvericilik  bazasının  təkmilləşdirilməsi  tədbirləri  həyata 
keçirilmişdir.  Sözügedən  Proqramın  davamı  olaraq  Azərbaycan  Respublikası 
Prezidentinin 15 noyabr 2011-ci il tarixli 1836 nömrəli Sərəncamı ilə "Azərbaycan 
Respublikasının  Məşğulluq  Strategiyasının  həyata  keçirilməsi  üzrə  2011-2015-ci 
illər  üçün  Dövlət  Proqramı"  təsdiq  edilmişdir.  Proqram  çərçivəsində  əmək 
bazarının  tənzimlənməsinin  təkmilləşdirilməsi,  işçi  qüvvəsinə  olan  tələbatın 
stimullaşdırılması  və  insan  kapitalının  inkişaf  etdirilməsi,  sosial  cəhətdən  həssas 
ə
hali  qruplarının  məşğulluğunun  inkişafı,  işaxtaran  və  işsiz  şəxslərin  sosial 
müdafiəsinin  gücləndirilməsi  istiqamətində  tədbirlərin  həyata  keçirilməsi  nəzərdə 
tutulmuşdur.  Artıq  Proqramda  nəzərdə  tutulan  tədbirlərin  icrasına  başlanılmışdır. 
Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2011-ci ildə ölkədə 
işsizlik səviyyəsi 5,4 faizədək enmişdir. 
Eyni  zamanda  2009-cu  ildən  Azərbaycan  Respublikasının  Prezidentinin  14 
aprel  2009-cu  il  tarixli  80  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  "Azərbaycan 
Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı"nın  icrasına  başlanılmışdır.  Həyata  keçirilmiş  məqsədyönlü  tədbirlər 
nəticəsində  2011-ci  ildə  ölkədə  73  mini  daimi  olmaqla  94  min  yeni  iş  yeri 
açılmışdır. 
“2008-2015”-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması 
və davamlı inkişaf Dövlət Proqramı"nda təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi 
və  digər  sahələrdə  nəzərdə  tutulmuş  tədbirlərin  uğurlu  icrası  ölkədə  yoxsulluğun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə