Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   28   29   30   31   32   33   34   35   36

103 
 
       Fikrimizcə,  həyata  keçirilən  məşğulluq  strategiyasında  gənclərin  məşğulluq 
probleminin  həlli  ilə  bağlı  məsələyə  daha  geniş  yer  verilməsi  məqsədəuyğun 
olardı.  Belə  ki,  dövlət  statistika  komitəsinin  məlumatlarına  əsasən  hazırda  ölkə 
ə
razisində  15-35  yaşda  olan  əhalinin  sayı  3  milyondan  çoxdur.  Bu  isə  ümumi 
ə
halinin  36,5%-  ni,  əmək  qabiliyyətli  yaşda  olan  əhalinin  isə  56%-ni  təşkil  edir. 
Bütövlükdə  ölkə  əhalisinin  5,3  milyon  nəfəri  və  ya  66,3%  uşaq,  yeniyetmə  və 
gənclər  təşkil  edir.  Bu  baxımdan,  gənc  nəslin  məşğulluq  probleminə  xüsusi 
diqqətin  ayrılması  əhəmiyyətli  olardı.  Nəzərə  almaq  lazımdır  ki,  qeyd  etdiyimiz 
ə
hali  qrupu  ölkə  əhalisinin  66,3%-  ni  təşkil  edir  və  bu  gənc  nəsil  ölkənin 
gələcəyidir. Bu isə o deməkdir ki, bu ölkənin sonrakı inkişafı onların fəaliyyətinin 
başlanğıc şəraitindən çox asılıdır. Gənclər ən aktiv əhali qrupu olduğu üçün onlar 
məşğulluq sferasında baş verən dəyişikliklərə daha tez reaksiya verir və iş yerinin, 
gələcək  karyeranın  seçimində  çevik  qərar  qəbul  edirlər.  Gənclərin  iş  yerləri  ilə 
təmin  edilməsində  və  səmərəli  məşğulluğun  təmin  edilməsi  üçün  əmək  bazarının 
öyrənilməsi  ən  zəruri  məsələlərdəndir.  Artıq  inkar  edilməyən  faktdır  ki,  artıq  ali 
sənəd haqqında diplom əldə edən, lakin öz potensialını əmək bazarında realizə edə 
bilməyən,  təhsil  aldığı  ixtisas  üzrə  iş  tapa  bilməyən  kifayət  qədəf  insanlar 
mövcuddur. 
Gənclərin məşğulluq probleminin həlli üçün təhsil müəssisələrinin məzunları ilə 
işə qəbul edən müəssisələr arasında, dövlət vasitəçi qismində çıxış edə bilər ki, bu 
da  gənclərin  məşğulluq  imkanlarının  genişləndirilməsinə  kömək  etmiş  olar. 
Fikrimizcə,  belə  bir  vasitəçilik  işə  qəbul  edən  müəssisə  və  təşkilatlara  kvotanın 
qoyulması  və  belə  kvotalara  əməl  edən  təşkilatlara  vergi  və  ya  digər  güzəştlərin 
edilməsi ola bilər. Həmçinin dövlət gənclərin məşğulluq problemini səmərəli həll 
etmək  üçün  müvafiq  məqsədli  proqramlar  işləyib  hazırlamla  bu  istiqamətdə 
gənclərin işə düzəlmə səviyyəsini yüksəltmək olar. 
Ə
halinin  səmərəli  məşğulluğunun  təmin  edilməsi,  hər  bir  vətəndaşa  öz  ailəsi 
üçün gəlir əldəetmə imkanının yaradılmasını nəzərdə tutmalıdır ki, burada da əsas 
məqsəd  ölkədə aktiv  və  ünvanlı  məşğulluq  tədbirləri  həyata  keçirməklə işsizliyin 


104 
 
və nəticə etibarı ilə yoxsulluğun səviyyəsinin aşağı salınması yolu ilə cəmiyyətin 
sosial  inkişafını  təmin  etməkdən  ibarət  olmalıdır.  Hesab  edirik  ki,  özəl  sektorun 
daha  dinamik  inkişafına  şərait  yaradılması,  ölkəmizin  iqtisadi  potensialınm  tam 
hərəkətə  etdirilməsi,  xarici  investisiyaların  geniş  miqyasda  ölkə  iqtisadiyyatına 
cəlb olunması nəticənin əldə edilməsinə imkan verə bilər.
 
     Təbii haldır ki, muasir müəssisələrin yaradılması ilə yeni iş yerlərinin açılması 
ilə  ölkədə  bazarı  itirilmiş  məhsulları  istehsal  edən,  fiziki  və  mənəvi  cəhətdən 
muasir  tələblərə  cavab  verməyən  müəssisə  və  təşkilatlar  rəqabətə  davam 
gətirməyərək  fəaliyyətlərini  dayandırmalı  olacaqlar.  Bu  isə  işdən  azad  olunmalar 
nəticəsində  yeni  işsizlər  ordusunun  yaranmasına  səbəb  ola  bilər.  Bütün  bunları 
dərk  edərək,  mövcud  və  eləcə  də  qarşıya  çıxa  biləcək  problemlərin  həll  edilməsi 
məqsədilə  bir  sıra  tədbirlər  həyata  keçirilməlidir.  Belə  ki,  özəlləşdirilməyə  açıq 
elan  edilmiş  böyük  müəssisələrdə  investorlarla  birgə  əməkdaşlar  üçün  məşğulluq 
proqramı  tərtib  edilməli,  ƏƏSMN-nin  Məşğulluq  darəsi  işsiz  vətəndaşların  və 
qeyri-məşğul əhailinin peşə hazırhğı, yenidən hazırlıq və ixtisaslarının artırılmasını 
təşkil  etməlidir.  Eyni  zamanda,  burada  əsas  məqsəd  işəgötürənlərin  tələbatını  və 
ə
mək  bazarının  təklifini  nəzərə  almaqla  orta  ixtisas  və  ali  təhsil  müəssisələrində 
rəqabət qabiliyyətli və yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində bir sıra 
konkret  tədbirlər  həyata  keçirilməkdən  ibarət  olmalıdır.  Qeyd  etmək  lazımdır  ki, 
yaşlı əhalinin yenidən hazırlanaraq aktiv əmək fəaliyyətinə cəlb olunması da aktual 
problem  kimi  qarşıya  qoyulmalı  və  problemin  həll  olunması  məqsədi  ilə 
beynəlxalq  təşkilatların  dəstəyi  ilə  xüsusi  proqramların  tərtib  olunması 
ə
həmiyyətlidir. 
Məşğulluğun  təmin  edilməsi  istiqamətində  həyata  keçirilən  bütün  tədbirlər 
işsizlik problemini tam  həll  etməsə  də  işsizlik  səviyyəsinin bazar  iqtisadiyyatının 
tələbləri  səviyyəsində  saxlanılmasına  imkan  yarada  bilər.  Bu  isə  öz  növbəsində 
işsizlərin sosial təminatının lazımi səviyyədə təşkil edilməsi ilə nəticələnəcəkdir. 
Azərbaycan Respublikası regionlannm tarazlı və davamlı inkişafına nail olmaq 
məqsədilə  qəbul  edilmiş  və  icrasına  2004-cü  ildən  başlanılmış  “Azərbaycan 


105 
 
Respublikası  regionlarının sosial-iqtisadi inkişafı  Dövlət Proqramı  (2009-2013-cü 
illər)” üzrə zəruri tədbirlər həyata keçirilmiş və aşağıdakı istiqamətdə ciddi müsbət 
nəticələr əldə olunmuşdur

Ötən 
müddətdə 
Bakı 
ilə 
yanaşı, 
regionlarda 
da 
turizm 
komplekslərinin,otellərin,istirahət  mərkəzlərinin  istifadəyə  verilməsi  turizmin 
inkişafına,əhalinin  istirahətinə  geniş  imkanlar  yaratmışdır.Son  10  ildə  14-ü 
regionlarda olmaqla ,35 beş ulduzlu otel istifadəyə verilmiş və bu istiqamətdə işlər 
uğurla aparılır.Son illərdə inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat 
sektorudur  ki,bu  sahəyə  davamlı  və  irihəcmli  investisiyaların  yönəldilməsi 
nəticəsində  nəqliyyatın  hərəkət  heyətinin  yeniləşməsi,körpülərin  tikilməsi,yeni 
avtomobil yollarının çəkilişi, yenidən qurulması və s.işlər davam etdirilmiş strateji 
ə
həmiyyətli  layihələrin  səmərəli  fəaliyyəti  sahənin  inkişafına  öz  müsbət  təsirini 
göstərmiş, ümumilikdə bu sahədə 2,5 dəfə artıma nail olunmuşdur.[25] 
Dünya  ölkələri,  xüsusilə  Avropa  ttifaqına  üzv  ölkələrlə  birbaşa  nəqliyyat 
ə
laqələri  genişlənmiş,  Bakı-Tbilisi-Ceyhan(BTC)  neft  ixrac  kəməri  və  Bakı-
Tbilisi-Ərzurum  qaz  ixrac  kəməri  dünyada  enerji  təhlükəsizliyinin  təmin 
olunmasına  layiqli  töhfələr  vermişdir.Regionun  və  Avropanın  enerji 
təhlükəsizliyinin  təmin  olunmasında  müstəsna  əhəmiyyəti  olan  TANAP  və  TAP 
layihələri,həmçinin  “Şahdəniz-2”  layihəsi  üzrə  yekun  investisiya  qərarının 
imzalanması  ölkə  iqtisadiyyatının  inkişafında  səmərəli  olmaqla  əhalinin  sosial 
rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşmasında müstəsna 
ə
həmiyyət kəsb edir. 
Bununla  yanaşı  ölkənin  tranzit  potensialının  reallaşdırılması  istiqamətində 
tədbirlər,  o  cümlədən  Avropa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizinin  fəaliyyəti,  Bakı-
Tbilisi-Qars  dəmir  yolunun,  Ələt  Beynəlxalq  Dəniz  Ticarət  Limanının,  Şimal-
Cənub,  Şərq-Qərb  nəqliyyat  dəhlizləri  üzrə  maqistral  yolların  tikintisi    layihələri 
uğurla davam etdirilmişdir. 
Regional  nkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son 10 il ərzində 8,3 
min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə