Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

91 
 
sonra sosial müavinətlər və əmək pensiyaları bir-birindən ayrılmışdır. 
Sosial  müavinətlər  -  ayrı-ayrı  kateqoriya  şəxslərə  sosial  yardım  göstərilməsi 
məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Aylıq müavinətlər - yaşa, 
ə
lilliyə,  16  yaşadək  əlil  uşaqlara,  ailə  başçısını  itirməyə  görə,  müvafiq  icra 
hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  bəzi  kateqoriya  şəxslərə 
kommunal,  nəqliyyat  vo  digər  xidmətlərə,  üç  yaşınadək  uşağa  qulluğa,  müvafiq 
icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  bəzi  kateqoriya  şəxslərin  16 
yaşadək  (ümumi  təhsil  müəssislərində  əyani  təhsil  alanlar  üçün  16  yaşadək) 
uşaqlarına,  valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş 
uşaqların  qəyyumlarına  (himayəçilərinə),  bir  yaşınadək  uşağı  olan  aztəminatlı 
ailələrə, dövlət qulluqçularına ömürlük verilən müavinətlərdir. 
Birdəfəlik  müavinətlərə  isə  radiasiya  qəzasının  ləğvində  iştirak  etmiş  və 
həmin  qəza  nəticəsində  zərər  çəkərək  əlil  olmuş  şəxslərə  müalicə  üçün,  uşağın 
anadan olmasına görə və dəfn üçün ödənilən vəsaitlər daxildir. 
Son  illər  əhalinin  sosial  müdafiəsinin  gücləndirilməsi  istiqamətində  ayrı-ayrı 
müavinətlər üzrə artımlar müşahidə olunmuşdur. 
     Cari  ilin  ötən  dövründə  respublika  əhalisinin  4,4  faizinə  və  ya  421245  nəfərə 
aylıq  və  birdəfəlik  sosial  müavinət  təyin  olunub  ödənilmişdir.  Sosial  müavinət 
alanların  333750  nəfəri  və  ya  79,2  faizi  aylıq,  87495  nəfəri  və  ya  20,8  faizi  isə 
birdəfəlik  sosial  müavinət  alanlardır.  Bundan  əlavə,  50896  nəfərə  Azərbaycan 
Respublikası  Prezidentinin  müxtəlif  Fərman  və  Sərəncamlarına  əsasən  Prezident 
təqaüdləri  təyin  olunaraq  ödənilir.  Bununla  bərabər,  2014-cü  ilin  on  bir  ayı  üzrə 
penitensiar  müəssisələrdə  cəza  çəkməkdən  azad  edilmiş,  tibbi  və  sosial  yardıma 
ehtiyacı olan 3971 nəfərə birdəfəlik pul müavinəti təyin edilib ödənilmişdir. 
       Son  bir  ildə  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  yalnız  sosial 
cəhətdən həssas qruplarla bağlı 10-dan artıq fərman və sərəncam imzalanıb ki, bu 
sənədlər  sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə və 
sosial təminat sisteminin əhatə dairəsinin daha da genişləndirilməsinə xidmət edib. 
Həmin sənədlərdən sosial ödənişlər sahəsinə dair 4 Fərman və 1 Sərəncama əsasən, 


92 
 
orta  aylıq  Prezident  təqaüdü  müharibə  əlilləri  və  onlara  bərabər  tutulan  şəxslər 
üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan 
olan şəxslər üçün 81,8%, Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin 
məbləği 21,6% artırılıb. 
       Həmçinin  bu  fərman  və  sərəncamlar  ölkədə  bir  sıra  yeni  təminat  növlərinin 
formalaşmasına  da  səbəb  olmuşdur.   Belə  ki,  23  dekabr  2013-cü  il  tarixli 
Sərəncamla  kinci  Dünya  müharibəsində  Leninqrad  şəhərinin  mühasirəsi  zamanı 
şə
hərin  müəssisələrində  işləmiş,  müvafiq  medal  və  döş  nişanı  ilə  təltif  edilmiş 
şə
xslərə  Prezident  təqaüdlərinin  ödənilməsinə  başlanılıb.  27  dekabr  2013-cü  il 
tarixli 72 nömrəli Fərmanla ölkədə ilk dəfə olaraq bu ilin əvvəlindən beşdən çox 
uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinət, 2014-cü 
il  17  mart  tarixli  128  nömrəli  Fərmanla  I  qrup  əlilliyə  görə  sosial  müavinət  alan 
şə
xslərə  ayda  67  manat  sosial  müavinətdən  əlavə   olaraq  60  manat  məbləğində 
Prezident  təqaüdü  təyin  olunaraq  ödənilir.  Eyni  zamanda,  Azərbaycan 
Prezidentinin  18  mart  2014-cü  il  tarixli  Sərəncamı  ilə  müharibə  əlilləri  və  şəhid 
ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının 
təhsil  haqlarının  2014/2015-ci  tədris  ilindən  etibarən  dövlət  büdcəsi  hesabına 
ödənilməsinə başlanmışdır. 11 avqust 2014-cü il tarixli Fərmana əsasən isə gələn 
ilin  əvvəlindən  Əfqanıstanda  sovet  qoşunlarının  tərkibində  beynəlmiləl  borcunu 
yerinə  yetirərkən  həlak  olan,  itkin  düşmüş  və  məhkəmə  qaydasında  ölmüş  elan 
edilən  hərbi  qulluqçuların  ailələrinə  ayda  200  manat  məbləğində  Prezident 
təqaüdləri təyin olunacaqdır. 
         2014-ci ilin on bir ayı ərzində aylıq və birdəfəlik sosial müavinət, təqaüd və 
kompensasiyaların ödənilməsi üçün 268,0 milyon manat vəsait xərclənmişdir. Bu 
da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,3 milyon manat və ya 22 faiz çoxdur. 
       Respublikamızda da «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun qəbul 
edilməsi  aztəminatlı  əhali  qruplarının  sosial  müdafiəsini  gücləndirmək  məqsədi 
daşıyır.  Sosial  yardım  istər  inkişaf  etməkdə,  istərsə  də  inkişaf  etmiş  ölkələrdə 
tətbiq  edilməklə  minimal  yaşayış  səviyyəsinin  təmin  edilməsində  yoxsulluqla 


93 
 
mübarizə  çərçivəsində  və  aztəminatlı  ailələrə  dövlət  tərəfindən  verilən  vəsaitdir. 
Ə
halinin sosial müdafiəsi elə təşkil edilməlidir ki, bu cəmiyyət üzvlərinin işləmək 
hüququ,  təminatlı  yaşayış  minimumu,  sağlamlığının  qorunması,  təhsil,  peşə 
hazırlığı  və  yenidən  hazırlanması,  hüquqlarının  təmin  edilməsinə  imkan  versin. 
Lakin  bu  yaşayış  nemətlərinin  bölüşdürülməsində  bərabərliyə  və  himayəçiliyə 
gətirib çıxarmamalı, əməyə olan həvəsin azalmasına səbəb olmamalı, əksinə, ona 
müsbət  təsir  göstərməlidir.  Pulla  verilən  dotasiya  və  milli  köməklik  o  adamlara 
verilməlidir ki, onlar obyektiv səbəblər üzündən qazanc əldə etmək imkanına malik 
deyildirlər.  Bunlara  çoxuşaqlı  ailələr,  gənclər  və  natamam  ailələr,  uşaqlar, 
tələbələr, əlillər, təqaüdçülər və sair məhdud və natamam əmək qabiliyyətinə malik 
olan vətəndaşlar daxildir. 
        Respublikada  son  illərdə  sosial  cəhətdən  xüsusilə  həssas  qrupların  sosial 
müdafiəsinin  gücləndirilməsinə  dair  bir  sıra  mühüm  sənədlər  qəbul  olunmuşdur. 
Ölkə  Prezidentinin  2006-cı  il  17  aprel  tarixli  1413  nomrəli  Sərəncamı  ilə  təsdiq 
olunmuş  “Ahıl  vətəndaşların  sosial  müdafiəsinin  gücləndirilməsi  üzrə  Dövlət 
Proqramı”nda  tənha  ahıl  vətəndaşların  sosial  müdafiəsinin  yaxşılaşdırılması  üçün 
sosial xidmətlərin təkmilləşdirilməsi, internat evlərində və pansionatlarda yaşayan 
ahıl  vətəndaşlar  üçün  sosial-məişət  və  tibbi  xidmət  səviyyəsinin  yüksəldilməsi, 
həmin  müəssisələrin  maddi-texniki  bazasının  yaxşılaşdırılmasına  nail  olunması 
sahəsində  müvafiq  tədbirlərin  həyata  kecirilməsi  nəzərdə  tutulmuşdur.Uşaq 
muəssisələrində böyüyən və valideyn himayəsindən məhrum olan uşaqların sosial 
müdafiəsi  də  daim  diqqət  mərkəzindədir.  Beynəlxalq  təcrubə  göstərir  ki,  uşaq 
muəssisələrində  böyümə  və  valideyn  himayəsindən  məhrumolma  uzun  muddət 
uşaqların  inkişafında  öz  mənfi  izlərini  saxlayır.  Bu  muəssisələrdəki  uşaqların 
sayını azaltmaq, onları maddi yardımla təmin etmək, öz ailələrində və ya qəyyum 
ailələrdə  böyümələrini  təmin  etmək  məqsədilə  Azərbaycan  Respublikası 
Prezidentinin  2006-cı  il  29  mart  tarixli  1386  nomrəli  Sərəncamı  ilə  “Azərbaycan 
Respublikasında  dövlət  uşaq  müəssisələrindən  uşaqların  ailələrə  verilməsi 
(deinstitusionalizasiya)və  alternativ  qayğı  Dövlət  Proqramı  (2006-2015-ci  illər)” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə