Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   28   29   30   31   32   33   34   35   36

106 
 
olunmuş,regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilmiş, 
Naxçıvan,  Gəncə,  Lənkəran,  Zaqatala,  Qəbələ  və  Yevlax  şəhərlərində  hava 
limanları  istifadəyə  verilmişdir.Nəqliyyatın  hərəkətinin  tənzimlənməsi  və  idarə 
olunması  məqsədilə  Bakı  şəhərində  Nəqliyyatı  ntelektual  darəetmə  Mərkəzi 
yaradılmışdır. 
Ölkənin  sosial-iqtisadi  həyatında  mühüm  rol  oynayan  informasiya  və  rabitə 
sahəsinin  inkişafında  8,2  dəfə  artıma  nail  olunmuşdur.Mövcud  informasiya  və 
rabitə  sahələrinin  intensiv  və  yüksək  səviyyədə  inkişafı,yeni  xidmət  növlərinin,o 
cümlədən  mobil  telefon  rabitəsinin,internetin  ölkəmizdə  təşəkkül  tapması  və 
genişlənməsi ilə səciyyələnir.Son 10 ildə regionlarda 1400-dək ATS,1000-ə yaxın 
poçt  binası  tikilmiş  və  ya  əsalı  təmir  edilmişdir.Hər  100  ailəyə  düşən  telefon 
aparatlarının  sayı  1,6  dəfə,  mobil  telefon  abunəçilərinin  sayı  9,6  dəfə  artmış,hər 
100  nəfərdən  70-i  internet  istifadəçisi  olmuşdur.2013-cü  ildə  ölkəmizdə 
“ nformasiya-kommunikasiya texnologiyaları”ili elan edilmiş və fevral ayının 8-də 
telekommunikasiya peyki orbitə çıxarılmışdır. 
Ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və 
ekoturizmin  inkişaf  etdirilməsi  məqsədilə  2003-cü  ildən  başlayaraq  Bakı  və 
Abşeron  yarımadasının  palçıq  vulkanlar  qrupu,  Eldar  şamı,  Korçay  dövlət  təbiət 
qoruqları,eləcə  də  Abşeron,  Ağgöl,  Göygöl,  Şahdağ,  Şirvan,  Akademik  Həsən 
Ə
liyev  adına  Zəngəzur,  Hirkan,  Altıağac  və  Samur-Yalama  milli  parkları 
yaradılmış,xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  sahəsi  478  min  hektardan 
893  min  hektaradək  artırılmışdır.Bu  dövrdə  yaşıllıqların  salınması  sahəsində  20 
milyon  ağac  və  kol  əkilmiş,  əhalinin  ekoloji  cəhətdən  təmiz  su  ilə  təminatının 
yaxşılaşdırılması  üçün  222  yaşayış  məntəqəsində  modul  tipli  sutəmizləyici 
qurğular  quraşdırılmışdır.Bakı  şəhərinin  Balaxanı  qəsəbəsində  təbiii  sərvətlərə  və 
enerjiyə  qənaət  etməyə,  ətraf  mühitə  mənfi  təsirlərin  azaldılmasına  imkan  verən 
bərk  məişət  tullantılarının  çeşidlənməsi  və  yaradılması  zavodları  istifadəyə 
verilmişdir. 


107 
 
Dövlət  Proqramları  çərçivəsində  regionlarda  infrastrukturun  bərpası  və 
inkişafı,əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə 
təchizatı,  səhiyyə  və  təhsil  müəssisələrinin  tikintisi,  əhalinin  sosial  vəziyyətinin 
daha  da  yaxşılaşdırılması  istiqamətində  mühüm  tədbirlər  həyata  keçirilmiş,  bu 
sahəyə irihəcmli dövlət investisiyaları ayrılmışdır. 
Ə
halinin  elektrik  enerjisinə  olan  tələbatını  təmin  etmək  istiqamətində  son  10 
ildə  regionlarda  ümumi  gücü  2000  meqavatta  yaxın  17  elektrik  stansiyası 
tikilmiş,10 min km-dən çox elektrik verilişi xəttləri və 1500-dən çox yarımstansiya 
tikilmiş və ya  yenidən qurulmuş,təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində 
isə 40 min kilometrədək qaz xəttləri çəkilmiş və ya təmir edilmiş,yaşayış evlərinin 
qazlaşma səviyyəsi 34%-dən 83,4%-ə çatmışdır. 
 Son  10  ildə  əhalinin  su  təminatının  yaxşılaşdırılması  üçün  yeni  su  və 
kanalizasiya  xəttləri  çəkilmiş,  yeni  su  anbarları  istifadəyə  verilmiş,əhəmiyyətli 
meliorasiya  tədbirləri  həyata  keçirilmişdir.Bu  dövrdə  regionlarda  3,4  min 
kilometrdən  çox  su,  1,2  min  kilometrdən  çox  kanalizasiya  xətti  çəkilmiş,  9,6  su 
anbarı tikilmişdir. 
Son 10 ildə bütün çadır düşərgələri ləğv olunmuş,qaçqın və məcburu köçkünlər 
üçün  77  müasir  qəsəbə  salınmış,  37  min  ailə-166  min  məcburi  köçkün  mənzillə 
təmin  edilmişdir.Eyni  zamanda  əlil  və  şəhid  ailələrinin  sosial  müdafiəsinin 
gücləndirilməsi  işləri  davam  etdirilmiş,  2788,  o  cümlədən  regionlarda  2041 
mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.
 
       Sosial  sahədə  məşğulluq  və  həmçinin,  sosial  sahələrin  inkişaf  etdirilməsi, 
yaranmış  mövcud  problemlərin  kompleks  şəkildə  həlli  məqsədilə  “2003-2005-ci 
illərdə  Yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  üzrə  dövlət  Proqramı”  qəbul 
edilmiş  və  icra  edilmişdir.  Əhalinin  rifah  halının  yaxşılaşdırılması  istiqamətində 
ə
ldə  olunmuş  nailiyyətləri  davam  etdirmək,  yoxsulluq  səviyyəsinin  daha  da 
azaldılmasını,  habelə  bununla  bağlı  BMT-nin  qəbul  etdiyi  “Minilliyin  nkişaf 
Məqsədləri”ndən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla 
yerinə  yetirilməsini  təmin  etmək  məqsədi  ilə  yeni  “2008-2015-ci  illərdə 


108 
 
Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət 
Proqramı” təsdiq edilmişdir. Bu Proqramda 9 strateji məqsəd qoyulmuşdur ki, bu 
da əsasən makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf 
etdirməklə  davamlı  iqtisadi  artımın  təmin  edilməsi,  əhalinin  gəlir  əldə  etmək 
imkanlarının  genişləndirilməsi,  yoxsul  əhalinin  sayının  əhəmiyyətli  dərəcədə 
azalmasına  nail  olunması,  səmərəli  ,  sosial  müdafiə  sistemini  inkişaf  etdirməklə 
yaşlı  əhalinin,  aztəminatlı  ailələrin  və  sosial  cəhətdən  xüsusilə  həssas  qrupların 
sosial  riskinin  azaldılması,  qaçqınların  və  məcburi  köçkünlərin  həyat  şəraitinin 
yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi, təhsil və səhiyyə 
sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün 
bərabər  imkanların  yaradılması,  sosial  infrastrukturun  inkişaf  etdirilməsi, 
kommunal 
xidmətlər 
sisteminin 
təkmilləşdirilməsi, 
ekoloji 
vəziyyətin 
yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi, gender 
bərabərliyinin dəstəklənməsi, institusional islahatların davam etdirilməsi və dövlət 
idarəetməsinin təkmilləşdirilməsidir.[23] 
Ölkə  iqtisadiyyatının  sosialyönümlülüyünün  təmin  edilməsində  əsas 
istiqamətlərdən  biri  də  əhalinin  sosial  müdafiəsinin  yaxşılaşdırılmasıdır.  Bununla 
ə
laqədar  olaraq,  ölkəmizdə  həyata  keçirilən  tədbirlər  sistemində  ünvanlılıq 
prinsipinə, aztəminatlı ailələrin, ailə başçılarını itirənlərin, şəhid ailələrinin pensiya 
və  müavinət  təminatının  yaxşılaşdırılmasına  daha  çox  üstünlük  verilir.  Belə  ki, 
pensiya  sisteminin  təkmilləşdirilməsi  və  fərdi  uçot  sisteminə  keçid  məqsədilə 
pensiya sistemində islahatlar davam etdirilir. Fərdi uçot sisteminə keçidlə əlaqədar 
ölkə  Prezidenti  tərəfindən  xüsusi  fərman  imzalanmışdır.  Burada  əsas  məqsəd  hər 
bir  şəxsin  əmək  haqqından  ayrılan  vəsaitlərin  ayrıca  hesabda  toplanmasını  təmin 
etməkdir.  Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  sosial  siyasətin  ən  mürəkkəb, 
lakin son dərəcə vacib istiqamətlərindən biri pensiyaçılara diqqətin artırılmasından 
ibarətdir. 
     Ölkədə  artıq  formalaşmış  sosial  təminat  sisteminin  səmərəliliyini  artırmaq 
istiqamətində  aparılan  işlər  sürətləndirilməlidir.  Bu  baxımdan,  əhalinin  sosial 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə