Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

66 
 
sistemə  təsiri  tənzimlənməli,  sosial  sığorta  haqları  ilə  sosial  sığorta  ödənişləri 
arasında əlaqə gücləndirilməlidir. 
Yoxsulluğun azaldılması. 
    Yoxsulluq sosial və institusional məsələlərlə yanaşı, iqtisadi məsələləri də əhatə 
edən  coxşaxəli  bir  problemdir.  Yoxsulluğun  azaldılması  yalnız  iqtisadi  siyasət 
sahəsində həyata kecirilən tədbirlər nəticəsində əldə edilməsə də, iqtisadi artım və 
makroiqtisadi sabitlik kimi məsələlər yoxsulluğun azaldılmasına zəmin yaradaraq, 
coxşaxəli və davamlı inkişaf tempinin təmin edilməsində muhum amildir.[23] 
     qtisadi  artımın  davamlılığını  təmin  edən  ən  başlıca  cəhətlərdən  biri  iqtisadi 
inkişafın  sahəvi  və  coğrafi  diversifikasiyasıdır.  Bu  baxımdan,  qeyri-neft 
sektorunun  inkişafı,  həmçinin,  regionların  tarazlı  inkişaf  etdirilməsi  xususi  önəm 
daşıyır.  Məhz  dayanıqlı  iqtisadi  artım  makroiqtisadi  sabitliyin  əsasını  təşkil 
etməlidir. 
    Makro  səviyyədə  iqtisadi  sabitliyin  qorunub  saxlanılması  ölkənin  bütün  dövlət 
xərclərinin  davamlı  və  inflyasiya  yaratmayan  şəkildə  idarə  edilməsini  tələb  edir. 
Tədqiqatlar  gostərir  ki,  inflyasiyanın  surətli  artımı  ilk  novbədə  əhalinin  yoxsul 
təbəqələrinə daha ağır zərbə vuraraq, yoxsulluq həddindən bir az yuxarı səviyyədə 
olan  ailələrin  yoxsulluğa  duçar  olmalarına  gətirib  çıxarır.  Bu  baxımdan 
makroiqtisadi sabitlik, davamlı olaraq iqtisadi artımın təmin edilməsi, ölkənin gəlir 
və xərclərinin səmərəli idarə edilməsi muhum əhəmiyyətə malikdir. 
    Yoxsulluğun  azaldılması  hazırda  beynəlxalq  ictimaiyyət  qarşısında  duran 
ümumbəşəri bir problemdir.Ölkəmizdə bu problemin həlli aktual olsa da,bu sahədə 
ciddi  nailiyyətlərin  əldə  olunması  üçün  irimiqyaslı  maliyyə  resursları  tələb 
olunurdu.Heydər  Əliyevin  neft  strategiyasının  həyata  keçirilməsi,”Əsrin 
müqaviləsi”çərçivəsində  ölkəmizə  maliyyə  vəsaitlərinin  daxil  olması  yoxsulluqla 
ciddi mübarizəyə başlanmasına zəmin yaratdı. 
              
             
 


67 
 
 
 
 
2.3.Dövlətin sosial strategiyasının normativ hüquqi əsasları 
Qeyd  edək  ki,  hər  bir  ölkədə  sosial  siyasətin  tənzimlənməsı  sistemi  müəyyən 
hüquqi,  təşkilati-idarəetmə  və  iqtisadi  əsaslara  malik  olur.  Hazırda  Azərbaycan 
Respublikasında  sosial  siyasətin  tənzimlənməsi  sisteminin  hüquqi  əsasını  ölkənin 
mövcud  Konstitusiyası,  Milli  Məclisin  qərarları,  Azərbaycan  Respublikası 
Prezidentinin  fərmanları  və  sərəncamları,  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  qərarları  və  sərəncamları,  müvafiq  nazirliklərin  və  digər  dövlət 
orqanlarının  normativ  aktların  və  iştirakçısı  olduğumuz  və  tərəfdaş  çıxdığımız 
beynəlxalq  müqavilələr  təşkil  edir.  Bu  baxımdan,  ölkəmizdə  sosial  siyasətin 
tənzimlənməsi sisteminin hüquqi-normativ bazasmı aşağıdakı kimi göstərmək olar  
 
Şə
kil 2.1 
Azərbaycan Respublikasında iqtisadiyyatın sosialyönümlüyünün 
tənzimlənməsinin hüquqi-normativ bazası: 
Azərbaycan  Respublikasının  Konstitusiyası  əsasında  və  müvafiq  Qanunlar 
ə
sasında 
ölkə 
Prezidentinin 
fərmanı 
ilə 
təsdiq 
edilmiş 
normativ 
aktlar,qaydalar,əsasnamələr 
 
 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  qərarı  ilə  təsdiq  edilmiş 
qaydalar,əsasnamələr,nizamnamələr,təlimatlar və digər normativ aktlar 
 
 
 
Müvafiq  nazirliklərin  və  digər  dövlət  idarəetmə  orqanlarının(Əmək,  və 
Ə
halinin Sosial Müadfiəsi Nazirliyi,Təhsil Nazirliyi,Səhiyyə Nazirliyi,  qtisadi 


68 
 
nkişaf  və  s.)təsdiq  etdikləri  təlimatlar,sərəncamlar,əmrlər  və  digər  normativ 
aktlar 
 
      
  Konstitusiyanın  maddələrində,  sosial  həyatın  müxtəlif  sferalarında  dövlətin 
öhdəliklərini  təsbitdən  müddəalar  mövcuddur.  Bunlardan  əsaslan  kimi  sosial 
təminat,  əmək,  təhsil,  mənzil,istirahət,sağlamlıq  və  s.  hüquqlarını  da  göstərmək 
olar. 
      Elmi  ədəbiyyatlarda  sosial  müdafiənin  3  əsas  təşkilati-hüquqi  forması 
göstərilir.Bunlar aşağıdakılardır: 
-sosial sığorta sistemi; 
-dövlət və bələdiyyələr tərəfindən göstərilən sosial yardım; 
-xüsusilə həssas əhali qruplarına yönəlmiş müdafiə və xüsusi sosial tədbirlər.[30] 
    Sosial müdafiənin təşkilati-hüquqi formalarından biri sosial siğortadır.Bu forma 
bazar  iqtisadiyyatı  şəraitində  keçmiş  ölkələrin  böyük  əksəriyyətində  digər 
formalarla  müqayisədə  daha  geniş  istifadə  olunur.”Sosial  siğorta”anlayışının 
ə
sasında sosial risklər və onların məcburi və könüllü siğortalanması dayanır.Sosial 
siğorta haqları siğortaedən və siğortaolunan şəxslər tərəfindən əmək haqqı nisbətdə 
faizlərlə ödənilir. 
     Sosial  müdafiənin  digər  elementi-hər  hansı  gəlir  mənbəyi  və  beləliklə,məburi 
dövlət sosial  siğortası  olmayan,  yaxud  gəlirinin  məbləği  qəbul olunmuş  meyarlar 
baxımından yetərli olmayan aztəminatlı insanlara dövlət büdcəsi hesabına ödənilən 
ünvanlı  dövlət  yardımından  və  sosial  müavinətlərdən  ibarət  sosial  yardım 
sistemidir.Sosial yardım ünvanlı xarakter daşıyır, maddi təminat üçün başqa vəsait 
mənbələrinə  malik  olmayanlara  verilir.Bu  qəbildən  olan  şəxslər  xüsusi  yoxlama 
ə
sasında müəyyənləşdirilir və sosial yardım yalnız belə yoxlamadan sonra verilir. 
     Sosial  müdafiənin  üçüncü  elementi  sosial  cəhətdən  xüsusilə  həssas  əhali 
qruplarını(qaçqınlar,  məcburi  köçkünlər,  valideyn  himayəsindən  məhrum  olan 
uşaqlar,  tənha  ahıl  vətəndaşlar  və  s.)  əhatə  edən  sosial  müdafiə  və  xüsusi  sosial 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə