Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

69 
 
tədbirlər  sistemidir.Sosial  müdafiənin  təşkilati  hüquqi  formalarından  biri  əmək 
qabiliyyətli  olmayan  əhalinin  bilavasitə  dövlət  təminatıdır.Bilavasitə  dövlət 
təminatı dedikdə,xərclərin dövlət büdcəsi tərəfindən ödənilməsi, bu şəkildə təminat 
alan şəxslər kateqoriyasının, onların təmin olunma səviyyəsinin dövlət hakimiyyəti 
orqanları 
tərəfindən 
müəyyənləşdirilməsidir.Hazırda 
respublikamızda 
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət 
təminatına götürülüblər. 
    Sosial  müdafiənin  təşkilati-hüquqi  formalarıdan  biri  də  provident  fondların 
yaradılması,  müəyyən  şəraitin  yaranma  halı  üçün  vəsaitin  məcburi 
toplanmasıdır.Belə  fondlar  ayrı-ayrı  ölkələrdə  (Asiya  və  Afrikanın  müstəmləkə 
ölkələrində) mövcud olub, ümumdövlət təşkilatı sayılır.Provident fondların olması 
işləyən  (gəliri  olan)  hər  bir  vətəndaşa  özünün  gələcək  rifahı  üçün  fərdi  yığımlar 
etmək  imkanı  verir.Onlar  əmanət  bankı  tipli  idarələr  kimi  fəaliyyət  göstərir.Bu 
ə
manətlərdən müvəqqəti itirmə, işi dayandırma, işsizlik hallarında istifadə olunur. 
   Sosial müdafiənin bir forması da insanların fərdi qaydada könüllü olaraq müxtılif 
siğorta  növlərindən  istifadə  etməsidir.Sosial  müdafiənin  bu  forması  məcburi 
qaydada  deyil,bu  münasibətlərdə  iştirak  edən  şəxslərin  sosial  müdafiəsini  həyata 
keçirmək öhdəliklərini öz üzərlərinə götürürlər. 
   Sosial müdafiə pul formasında, natural formada, eləcə də sosial müdafiə olunan 
şə
xslərə  göstərilən  müxtəlif  xidmətlər  olu  ilə  həyata  keçirilə  bilər.Sosial  müdafiə 
kompensasiya və profilaktik xəbərdaredici səciyyə daşıyır. 
Qeyd  edək  ki,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  sosial  siyasətin 
təşkilati-idarəetmə baxımından aşağıdakı vəzifələri həyata keçirir: 
-Əmək,  sosial  müdafiə,  pensiya  təminatı, demoqrafiya  və  miqrasiya  sahəsində 
dövlət  siyasətini  hazırlamaq  və  qanunvericilikdə  müəyyən  olunmuş  qaydada 
həyata keçirmək; 
-Əmək  qabiliyyətli  əhalinin  işgüzarlıq  və  təşəbbüskarlığının  artırılması  üçün 
rəruri  şərait  yaratmaq,  mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq 


70 
 
bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının 
qorunmasını təmin etmək; 
- şsizliyin  səviyyəsinin  azaldılmasına,  əmək  bazarında  zəif  rəqabətli  əhali 
qruplarının,  xüsusilə  gənclərin,  çoxuşaqlı  qadınların,  qaçqın  və  məcburi 
köçkünlərin,  əlillərin,  şəhid  ailəsi  üzvlərinin,  sərbəstləşdirilmiş  işçilərin 
məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək; 
-Müvafiq  icra  hakimiyyəti  orqanları,  dövlət  və  qeyri-dövlət  müəssisələri  ilə 
birgə    yeni  iş  yerlərinin  yaradılmasına  yönəldilmiş  tədbirlər  hazırlamaq,  əmək 
ehtiyatların bazar şəraitinə uyğunlaşdırmaq  məqsədilə peşə hazırlığı mexanizmini 
təkmilləşdirmək; 
-Əhalinin  aztəminatlı  təbəqələrinə  dövlət  yardımının  tənzimlənməsi  üzrə 
təkliflər  hazırlamaq,  tənha  ahıl  vətəndaşlara  və  əlillərə  sosial-məişət  xidmətini 
təşkil etmək; 
-Demoqrafiya,  əmək  və  sosial  müdafiə  məsələləri  üzrə  elmi-tədqiqat  və 
beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirmək və s.[51] 
Mövcud təhsil qanunvericiliyinə görə təhsili idarə etmək üçün dövlət və ictimai 
özünüidarə  orqanları  sistemi  yaradılır.  Təhsil  müəssisələrinin  idarə  olunmasında 
yerli  dövlət  orqanları,  müvafiq  elmi-pedaqoji  kollektivlər,  peşə  yaradıcılıq 
ittifaqları,  cəmiyyətlər  və  geniş  ictimaiyyət  iştirak  edir.  Bununla  belə,  təhsil 
sistemini idarə edən başlıca subyektlər Nazirlər Kabineti və Təhsil Nazirliyidir.
 
“Təhsil  haqqında”  Qanuna  görə,  Nazirlər  Kabineti  təhsilin  strategiyasını 
müəyyənləşdirən əsas orqan olmaqla aşağıdakı fünksiyaları həyata keçirir: 
• təhsil Qanununun, bu barədə müvafiq qanunveriçilik aktlarının və sənədlərin 
icrasına nəzarət edir; 
• təhsil sisteminin idarə olunmasının təşkilat strukturunu müəyyən edir; 
• təhsilin mərkəzi dövlət idarə strukturlarını yaradır və onlara rəhbərlik edir; 
•  dövlət  idarəçiliyində  olan  peşə-ixtisas  təhsili  müəssisələrini  yaradır,  yenidən 
təşkil edir və ləğv edir; 


71 
 
• peşə-ixtisas təhsili müəssisələri üçtln ixtisasların siyahısını təsdiq edir, sosial 
sifarişdən asılı olaraq belə ixtisaslar açır və bağlayır; 
 dövlət  təhsil  standartlarını  təsdiq  edir,  təhsil  barədə  qəbul  olunan  sənədlərin 
həmin standartlara müvafiq olmasına nəzarət edir; 
• 
təhsil 
müəssisələri, 
onların 
attestasiyası, 
akkreditasiyası 
və 
lisenziyalaşdırılması  barədə  dünya  standartına  müvafiq  olan  əsasnamələri  təsdiq 
edir; 
•  təhsilin  inkişafına  dair  dövlət  həmçinin  beynalxalq  proqramlar  hazırlayıb 
həyata keçirir; 
•  təhsilin  maliyyələşdirilməsi  üçün  milli  gəlirdən  pay  ayrılması,  təhsillə  bağlı 
respublika  büdcəsinin,  təhsilin  inkişaf  fondlarının  formalaşdırılması  barədə 
təkliflər verir; 
•  təhsilinn  maliyyələşdirilməsinin  dövlət  normativlərini,  təhsil  sistemi 
işçilərinin əmək haqqının ödənilməsi qaydasını, əmək haqqı minimumunu, güzəşt 
və imtiyazları, tələbələrin təqaüdlə təmin olunmasının, digər kateqoriyalardan olan 
pedaqoji  işçilərin,  təhsil  və  tərbiyə  alanların  sosial  müdafiəsinin  norma  və 
qaydalarını ınüəyyən edir; 
• təhsilin inkişafını stimullaşdıran vergi siyasəti yeridir; 
• yüksək ixtisaslı mütəxəssislərin attestasiyasının təşkil olunmasına rəhbərlik 
edir; 
• təhsil sistemi işçiləri üçün fəxri adlar və mükafatların təsis olunması barədə 
məsələ qaldırır. 
    Sosial sahədə tətbiq edilən normativlər və standartlar dövlətin ali məqsədi olan 
insanların  daha  layiqli  həyat  səviyyəsinin  təmin  olunmasına  xidmət  edir.Bu 
normativlər  və  standartlar,  ilk  növbədə  ölkə  konstitusiyasından,  dövlətin  tərəfdar 
çıxdığı  ikitərəfli  və  çoxtərəfli  beynəlxalq  müqavilələrdən  irəli  gəlir  və  dövlətin 
sosial 
sahədə 
siyasətinin 
normallaşdırılmasına, 
meyarı 
və 
ölçüsünə 
çevrilir.Azərbaycanın  sosial  hüququnun  təhlili  aşağıdakı  sosial  normativlərin 
olmasını şərtləndirir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə