Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

63 
 
yüksəltməkdən,  maddi  imkanlardan  səmərəli  istifadə  etməyi  öyrətməkdən, 
cəmiyyətin  əmək  qabiliyyətli  hər  bir  üzvünün  həyat  səviyyəsinin  onun  öz 
səylərindən asıı olduğunu dərk etdirməkdən ,insanların tələbatının və maraqlarının 
ödənilməsi  üçün  şərait  yaratmaqdan,  ayrı-ayrı  vətəndaşlara,əhalinin  zəif  müdafiə 
təbəqələrinə  sosial  yardım  göstərməkdən,onların  sosial  müdafiəsini  və 
reabilitasiyasını təşkil etməkdən ibarətdir. 
     Sosial  siyasətin  məqsədinin  təhlili  onun  bəzi  tiplərini  müəyyənləşdirməyə 
imkan verir.Tədqiqatçıların fikrincə, sosial siyasətin əsasən dörd tipi mövcuddur: 
    -Birincisi,sosial cəhətdən sabit cəmiyyətlrdə sosial siyasət; 
    - kincisi,sistemli böhran vəziyyətində olan cəmiyyətlərdə sosial siyasət; 
    -Üçüncüsü,deformasiya vəziyyətində olan cəmiyyətlərdə sosial siyasət; 
    -Dördüncüsü,əsaslı  islahatlar  yolu  ilə  sistemli  böhrandan  çıxan  cəmiyyətlərdə 
sosial siyasət, başqa sözlə, keçid dövrünün sosial siyasəti. 
    Sosial siyasət dövlətin, onun təsisatlarının, yerli özünüidarə orqanlarının ,bütün 
mülkiyyət  formalrından  olan  yerli  və  xarici  müəssisələrin,  ictimai  fondların, 
ictimai  və  dini  birliklərin,vətəndaş  cəmiyyətlərinin  fəaliyyəti  nəticəsində  həyata 
keçirilir. 
    1995-ci  ildə  Kopenhagendə  keçirilən  konfransda  hazırlanmış  sənəddə  sosial 
siyasətin əsas məqsədləri dairəsinə aşağıdakılar daxil edilmişdir: 
    a)ölkənin fiziki, intellektual, mənəvi-etik potensialının maksimal saxlanması; 
    b)leqal  bazarın  tələblərinə  cavab  verən  dayanıqlı  əməyi  motivləşdirmə 
təbəqəsinin  formalaşdırılması;bu    formalaşdırma  “insan  kapitalı”nın  geniş  təkrar 
istehsalına köklənməlidir.Çünki əks təqdirdə iqtisadi yüksəliş baş verməz,səmərəli 
iqtisadiyyat,tam yararlı bazar yaratmaq olmaz; 
    c)vətəndaşların,əhalinin  müxtəlif  ictimai  təbəqə  və  qruplarının  öz  tələbləri  və 
maraqlarını  gerçəkləşdirə    biləcək,  fəallıqlarını  nümayiş  etdirməyinə  imkan 
verəcək,şəxsiyyətin qabiliyyətlərinin yardım göstərəcək institusional qurumların və 
ə
saların  yaradılması.Bunsuz  vətəndaş  cəmiyyəti,  şəxsi  azadlıq,  real  demokratiya 
üçün zəmin yaranmır.[30] 


64 
 
    Sosial  siyasətin  həyata  keçirilməsi  şəxsiyyətin  mədəni  səviyyəsinin 
yüksəlməsinə,  insanlararası  mədəni  münasibətlərin  inkişafına,eləcə  də  bu 
münasibətlərin lokal səviyyədə reallaşmasına kömək edir.Beləliklə,insanın optimal 
inkişafı və onun yaradıcı  xüsusiyyətlərinin açılmasına geniş imkanlar yaranır.Belə 
fəaliyyət  toplusu  cəmiyyətin  strukturunda  dəyişikliklər  və  yeniliklər  aparılmasına 
yol  açır.Struktur  dəyişikliklər  sənayeləşdirməni,  məşğulluğun  getdikcə  artmasını, 
urbanizasiyanı, 
geri 
qalmış 
regionların 
inkişafını,kənd 
təsərrüfatının 
modernləşdirilməsini  və  s.  nəzərdə  tutur.Ölkənin  sosial-  iqtisadi  strukturundakı 
tərəqqi  həyat  səviyyəsinin  yüksəlməsinə  və  tələbatların  daha  artıq  ödənilməsinə 
yardım  göstərir.Deməli,  sosial  siyasətin  rolu,  bir  tərəfdən,göstərilən  istiqamətdə 
dəyişiklik yaratmaq, digər tərəfdən yeni imkanlardan istifadə etməkdir. 
     Azərbaycanın  müasir  soial  siyasəti  güclü  dövlət  ideyasına  sadiq  qalaraq,ilk 
növbədə  sosial problemlərin  həlli  sahəsində  dövlətin  rolunun  artırılmasına xüsusi 
ə
həmiyyət  verirdi.Bir  tərəfdən  inflyasiya,  iqtisadiyyatın  güclü  böhran  yaşaması, 
ə
vvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması,digər tərəfdən isə 
ölkəmizin  zorla  cəlb  olunduğu  Ermənistan-Azərbaycan  münaqişəsi  fonunda  əhali 
yoxsulluq  həddinə  düşmüş,  özlərinin  minimal  soial  tələbatlarını  ödəmək 
imkanlarından  məhrum  olmuşdu.Təbii  ki,  cəmiyyət  həyatının  bütün  sahələrində 
olduğu  kimi  yenə  də  bütün  yük  sosial  siyasətin  başlıca  subyektinin-dövlətin 
üzərinə düşürdü. 
     Təhlillər  göstərir  ki,ilk  müstəqilliyin  Heydər  Əliyev  mərhələsində 
Azərbaycanda  sosial  siyasətin  başlıca  istiqamətləri-sosial  prioritetləri  əsasən 
aşağıdakılardan  ibarət  olmuş  və  eyni  zamanda  ölkəmizdə  onların  səmərəli  həlli 
yolları tapılmışdır. 
     Pensiya islahatları. Bütün sivil cəmiyyətlərdə pensiya təminatı sosial müdafiə 
sisteminin  mühüm  sahəsi  kimi  qəbul  olunmuşdur.Bu  isə  pensiya  təminatının 
mükəmməl və sivil qanunvericilik əsasında həyata keçirilməsini tələb edir.Hər bir 
ölkənin  pensiya  siyasəti  pensiya  sisteminin  iki  əsas  funksiyasının 
gerçəkləşdirilməsinə  yönəldilmişdir.Birinci  funksiya  sosial  funksiyadır-bu,  əmək 


65 
 
qabiliyyətini  itirmişşəxslərin  normal  həyat  şəraitini  təmin  etməyi  nəzərdə 
tutur. kinci,iqtisadi  funksiya  olub  pensiya  ilə  əmək  fəaliyyəti  arasında  asılılığı 
təmin etməkdir. 
      1993-cü ildən başlayaraq Azərbaycan Respublikasında siyasi sabitlik bərqərar 
edilməklə  əldə  olunan  dayanıqlı  iqtisadi  inkişaf  əhalinin  sosial  müdafiəsinin 
gücləndirilməsinin əsas amilinə çevrildi. Məhz bu dövrdə ölkənin pensiya təminatı 
sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yenidən qurulması sosial siyasətin 
strateji istiqamətlərindən biri kimi müəyyənləşdirildi.  
Ötən  illər  ərzində  həyata  keçirilən  islahatlarla  Azərbaycanda  müasir  və  sosial 
baxımdan  yüksək  səmərəyə  malik  pensiya  təminatı  sisteminin  yaradılmasına  nail 
olunmuşdur. Bunun nəticəsində pensiya yaşında olan əhali təbəqəsinin sosial rifah 
durumu əhəmiyyətli şəkildə yaxşılaşmış və bu təbəqədə yoxsulluq, demək olar ki, 
tam olaraq aradan qaldırılmışdır. Əhalinin sosial müdafiəsi sahəsində məqsədyönlü 
tədbirlər 2006-2013-cü illərdə əmək pensiyalarının orta aylıq məbləğinin 5,7 dəfə 
yüksəldilməsinə  və  beləliklə  də  bu  göstərici  üzrə  ölkəmizin  postsovet  coğrafi 
məkanında öncül mövqelərdə qərarlaşmasına imkan vermişdir. 
      Hazırda  ölkəmizdə  mövcud  olan  pensiya  təminatı  sistemində  bir  sıra  sosial 
sığorta  ilə  əlaqəli  olmayan  öhdəliklər  sistemin  maliyyə  yükünü  xeyli  artırmaqla 
pensiya  sisteminin  xərclərinin,  eləcə  də  dövlət  büdcəsindən  ayırmaların 
(transfertin) artımını şərtləndirmişdir. Nəticədə, Dövlət Sosial Müdafiə Fondunun 
təsdiq  edilmiş  büdcəsində  xərclərin  məbləği  2014-cü  ildə  2928,5  milyon  manat 
təşkil  etmişdir  ki,  bu  da  2006-cı  ildəki  589,5  milyon  manatla  müqayisədə  5  dəfə 
artmışdır.  Həmin  müddətdə  dövlət  büdcəsindən  ayırmaların  (transfertin)  məbləği 
6,8  dəfə  artmaqla,  167  milyon  manatdan  1142  milyon  manata,  cəmi  xərclərdə 
xüsusi çəkisi isə 28,3 faizdən 39 faizə yüksəlmişdir. Göstərilənlərlə bağlı, pensiya 
təminatı sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlılığının daha 
da  möhkəmləndirilməsi  məqsədi  ilə  müvafiq  tədbirlər  işlənilməli,  sosial  sığorta 
prinsiplərinə  əsaslanmayan  dövlət  öhdəlikləri  üzrə  xərclərin  maliyyə  yükünün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə