Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

58 

 

arasında  danışıqların  aparılması  imkanları  genişlənməyə  başlamış,  həmçinin  orderi 



bütün marketmeykerlərə eyni zamanda göndərmək imkanı yaranmışdır.   

SuperSOES 

SuperMontage 

 SuperMontage -  orderlərin  hərəkətinin  kotirovkasının  əks  olunmasının  yeni 

sistemidir.  О,  rəsmi  olaraq  2003-cü  il  oktyabrin  7-də  Avropada,  həmin  ilin  oktyabrın 

14-də 


isə 

ABŞ-da 


işə 

salınmışdır. 

SuperMontage 

sistemi 


köhnəlmiş SuperSoes platformasını əvəz etmiş və hazırki zamanda NASDAQ National 

Market və Nasdaq Small Cap Market səhmlərinin satışını həyata keçirir. Bundan başqa, 

SuperMontage ABŞ-ın digər birjalarında dövr edən səhmlərin satışına girişi təmin edir. 

Birjanın  saytı  1999-cu  ildə  United  Loan  Gunmen  adlı  hakerlər  qrupu  tərəfindən 

sındırılmışdır.  Hakerlər  saytda  yazı  saxlamış  və    bu  yazıda  bildirmişdilər  ki,  saytın 

sındırılmasından  məqsəd  ondan  ibarətdir  ki,  «səhmlər  kəskin  olaraq  yuxarı  qalxaraq 

bütün  investorlaraı  xöşbəxt  etsinlər,  bundan  sonra  biz    ümid  edirik  ki,  investorlar  öz 

mersedeslərinin  bamperlərinə  „Çox  sağ  ol,  ULG!“  yаzısını  yapışdıracaqlar».    Bundan 

ə

lavə  NASDAQ  serverində  onlar  özləri  üçün  e-mail  akkauntunu  da  yaratmışdılar.  Bu 



hadisə zamanı heç bir maliyyə tranzaksiyası baş verməmişdi. 


59 

 

NASDAQ-ın



 saytı. 

 

 



LSE satın alınması üzrə birinci cəhd  

 

2006-cı  ilin  martında NASDAQ  London  Fond  Birjasını  (LSE)  əldə  etmək  üçün 



birinci cəhdini göstərdi.  London birjasının rəhbərliyinin sözlərinə görə, NASDAQ hər 

bir səhmə $17,42 təklif edərək qiyməti həddindən artıq aşağı salmışdı. LSE tərəfindən 

mənfi cavabdan sonra, NASDAQ onun səhmlərinin alınması ilə məşğul olmağa başladı 

və  artıq  iki  aydan  sonra  səhmlərdən  ibarət  25,1 % paket  toplayaraq,  LSE-nin  ən  iri 

səhmdarına çevrildi. 

LSE satın alınması üzrə ikinci cəhd 

2007-ci  ilin  noyabrın  20-də  NASDAQ  LSE-nin  əlavə  səhm  paketini  alaraq  öz  payını 

28,75 %-dək  çatdırdı.  Bundan  sonraго  NASDAQ  yenidən  LSE-ni  almaq  barədə 

məramını bəyan etdi və bu zaman 2,7 milyard funt sterlinq ($5,1 milyard), yəni hər bir 

səhm üçün 12,43 funt təklif etmişdi.   Lakin 7 saatdan sonra NASDAQ LSE-dən rədd 

cavabını  aldı.    LSE-nin  içraçı  baş  direktoru  Klara  Föys  bildirdi  ki,  NASDAQ  «onun 




60 

 

qrupunun  müstəqil  bir  şirkət  kimi  əhəmiyyətli  artım  göstəricilərini  və  perspektivlərini 



qiymətləndirə bilmədi». 

NASDAQ və OMX  

2007-ci  ilin  mayın  25-də   NASDAQ  özünün  sveç  rəqibi  olan  OMX-in 

25,1 milyard  sveç  kronuna (3,7 milyard  dollara)  alınması  barəsində  razılığı  gəlmişdi. 

Beləliklə, о,  London Fond Birjasının (LSE) iki dəfə alınması üzrə uğursuz cəhdindən 

sonra, nəhayət ki, Avropa bazarına çıxış əldə edə bildi. 

 

Birləşmiş şirkət NASDAQ OMX Group adlandırıldı. NASDAQ səhmdarları yeni 



birjanın 72 %  səhmlərini, isveçlilər isə 28 % əldə etdilər. Birjada listinqə 4 000-dən çox 

ş

irkət, o cümlədən, Volvo, Nokia və Microsoft malik ola biləcək. 



NASDAQ indeksləri 

Ümumi məlumat 

 

Hər bir satış sistemi kimi,  NASDAQ sistemi müxtəlif işlər üzrə özünün bir neçə 



indekslərinə malikdir. Оnlardan ən əsası - məcmu  NASDAQ indeksidir. Наzırki dövrdə  

NASDAQ-da  təkcə  yüksək  texnoloji  şirkətlərin  səhmləri  qiymətləndirilmirlər,    buna 

görə  də  bir  sıra  indekslər  sistemi  yaranmışdır  ki,  onlardan  hər  biri  iqtisadiyyatın 

müvafiq  sahəsindəki  vəziyyəti  əks  etdirirlər.  ndi  on  üç  belə  indeks  mövcuddur  və 

onların əsasında  NASDAQ elektron sistemində satılan qiymətli kağızların kotirovkaları 

durur.  


NASDAQ Composite 

[15, 16, 17. 18] 

 

 

Şə



k.2.1. NASDAQ Composite indeksi 

 



61 

 

 



Şə

kildən  göründüyü  kimi,  yüksək  texnoloji  şirkətlərin  NASDAQ  Composite 

indeksi 2000-ci ilin martında özünün ən yüksək nöqtəsinə çatmış, sonradan göründüyü 

kimi onların kəskin olaraq enməsi müşahidə olunmuşdu. 

 

NASDAQ Composite - NASDAQ-ın ümumi indeksidir. О, özündə NASDAQ-ın 



listinqinə  daxil  olan    beş  mindən  çox  şirkəti  (həm  Amerika,  həm  də  xarici) 

birləşdirir. Onlardan hər birinin səhmi indeksə özünün bazar dəyəri ilə mütənasib olaraq 

təsir göstərir. Bazar dəyəri çox sadə olaraq hesablanır: şirkətin səhmlərinin ümumi sayı 

bir  səhmin  cari  bazar  qiymətinə  vurulur.  Bu  indeksin  hesablanmasına  1971-ci  ilin 

fevralın 5-də 100 səviyyəsindən başlanılmış, artıq 2000-ci ildə o, beş minlik səviyyəyə 

çatmış,  lakin  kompüter  və  informasiya  texnologiyalar  bazarının    bütövlükdə  aşağı 

düşməsi nəticəsində indi dörd min punkt səviyyəsində yerləşmişdir. 

NASDAQ National Market Composite index 

 

NASDAQ  National  Market  Composite indeksi  öz  mahiyyətinə  görə  NASDAQ 



Composite  indeksinə  oxşardır,  fərq  ondan  ibarətdir  ki,  o,  Milli  bazarın  (National 

Market) listinqindən olan səhmlərdən tərtib edilmişdir. 



NASDAQ-100 Index 

NASDAQ-100  Index -   qeyri-maliyyə  sektorunun  NASDAQ  birjasında  qeydiyyatdan 

keçmiş 100 ən iri şirkətlərinin bazar kapitalizasiyası əsasında hesablanır. 

NASDAQ-ın digər indeksləri 

Yuxarıda adları çəkilənlərdən başqa digər indekslər də mövcuddurlar, məsələn: 

• 

NASDAQ Bank Index - bank sektorunun şirkətləri üçün 



• 

NASDAQ Biotechnology Index - tibbi və əczaçılıq şirkətləri üçün 

• 

NASDAQ Computer Index - kompüterlər üçün proqram və aparat təminatı işləyib 



hazırlayan şirkətlər üçün 

• 

NASDAQ Financial Index - maliyyə sektoru üçün (bank və sığorta şirkətlərindən 



başqa) 

• 

 NASDAQ Industrial Index - sənaye şirkətləri üçün 



• 

NASDAQ Insurance Index - sığorta şirkətləri üçün 

• 

NASDAQ Telecommunications Index -  telekommumikasiya şirkətləri üçün. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə